BİLİNMƏYƏN TARİX: VEYSƏL QƏRANİ

 

Peyğəmbərimiz (s.ə.s) zamanında yaşamış bu vəlinin əsl adı Əmr əl-Qaranidir. Yəmənin Qarn kəndində doğulub boya-başa çatmışdır, doğum tarixi dəqiq bilinmir. Yəməndə olduğu vaxtlar dəvələrə baxaraq ehtiyacını qarşılamış, xəstə qoca anasından başqa heç kimi olmamışdır. Hədislərdə Tabiinlərin böyüklərindən olduğu bildirilir.

 

Müsəlman olduqdan sonra bütün ömrü boyunca peyğəmbərimizin eşqi ilə yanıb-tutuşmuş, bir an belə Rəbbini unutmamışdır. Qulluqda o dərəcəyə yüksəldi ki, hər halı, hərəkəti, hər sözü insanlara ibrət nəsihət olmuşdur. Peyğəmbər (s.ə.s) Əfəndimizi görmək arzusuyla yaşayan Veysəl Qərani həzrətləri xəstə anasından ayrıla bilmədiyi üçün bu niyyətinə çata bilməmişdir.

  Qafqaz Araşdırma İnstitutunun rəhbəri, tarixçi, filoloq alim Mehmet Rıhtım qeyd edir: “Allah dostlarının həyatı haqqında yazılan ən qiymətli əsər böyük ədib Fəriduddin AttarınTəzkirətul-övliyakitabıdır. Müəllifin əsərində qələmə aldığı ilk şəxsiyyət Cəfəri Sadiq, sonra isə Veysəl Qəranidir. Onu qırx könül ərinin rəhbəri, Rəhmanın nəfəsi Yəmənin parlaq ulduzu olaraq vəsf edərkən müəllif bunları ifadə edir: “Peyğəmbər (s.ə.s)inVeysəl Qərani səhabəyə gözəl şəkildə tabe olanların ən xeyirlisidirdediyi şəxsən mədh etdiyi kimsə haqqında mənim bir şey söyləməm necə doğru olar?” Lakin müəllifin onun haqqında yazdığı gözəl sözlər ifadələr qəlbimizə Veysəl Qərani sevgisini aşılamış onu unudulmaz abidə şəxsiyyətlər arasına qoymuşdur”.    

Veysəl Qərani İslam xalqları arasında ən çox tanınan sevilən mübarək bir şəxsiyyətdir. Bunu məşriqdən məğribəcən, demək olar ki, hər diyarda ona nisbət edilən müxtəlif qəbirlərin mövcudluğu da sübut edir. Bu yazımızdaVeysəl Qərani kimdir, harada vəfat etmişdir qəbri haradadır?” suallarına cavab verməyə çalışacağıq.

Rəsulullah (s.ə.s) bəzən üzünü Yəmən tərəflərə tutaraq, “Rəhmanın nəfəsini Yəməndən alıramdeyərdi. Müslümün rəvayət etdiyi səhih bir hədisdə Hz. Ömər deyir: “Rəsulullahın belə dediyini eşitdim: Şübhəsiz ki, tabiunun ən xeyirlisi Üveys adında bir adamdır. Onun üstündə həssaslıqla titrədiyi bir anası var. Bədənində ləkəsi vardır. O, Allahdan istəsə yerinə yetirirlər, sizdən kim onunla rastlaşsa, özü üçün ondan istiğfar istəsin!” Tarix kitablarında Hz.Ömərin Hz.Əliylə birlikdə onu ziyarət etməsindən duasını almalarından bəhs olunur.

O, İslam Peyğəmbəri Hz. Məhəmmədlə (s.ə.s) görüşmədən ilahi təcəllilərə nail olduğu üçün təsəvvüfdə hər hansı bir şeyxə bağlanmadan, ancaq Rəsulullahdan ya bir vəlinin ruhaniyyətindən təsirlənərək tərbiyə irşad görənlərə onun adına nisbətlə Üveysi deyilir.       

 

Veysəl Qərani Azərbaycandadırmı?

 

Tarixçilər onun bir döyüş əsnasında şəhid olduğunu xəbər verir bu mövzuda ittifaq edirlər. Lakin onun şəhid olduğu məkanın dəqiq bilinməməsi səbəbilə bu mövzuda da ixtilaf vardır.

Mehmet Rıhtım deyir:  Bəzi mənbələrdə Üveysin Sıffin döyüşündə Hz. Əli tərəfdarları tərəfində döyüşərək şəhid olduğu bildirilir. Abdurrahman ibn Əbi Leyladan gələn rəvayətə görə, Sıffin döyüşü bitdikdən sonra bir nəfər: “Sağ qalanların arasında Üveys varmı?”-deyərək onu axtarmış, lakin şəhidlər arasında tapmışdır.”

Zəhəbi, İbn Həcər, Əhməd ibn Hənbəl Əbu Nuaymın Abdullah ibn Sələmədən nəql etdikləri rəvayətə görə, Üveys əl-Qərani Hz. Ömər dövründə Azərbaycana edilən səfərdə xəstələnərək orada vəfat etmişdir.

Mehmet Rıhtım bir daha qeyd edir: “Onun Azərbaycanda vəfat etdiyini deyən Əhməd ibn HənbəlinKitabuz-Zühd”ündə bununla bağlı ətraflı məlumatlar var. Əhməd ibn Hənbəl Abdullah ibn Salimdən aldığı bu rəvayəti kitabında qeyd edir. “Ömər ibn Xəttab zamanında Azərbaycanda döyüşdə idik. Üveys yanımızda bizimlə bərabər savaşırdı. Geri qayıdarkən o, yolda xəstələndi dünyasını dəyişdi. Vəfat etdiyi yerdə qonaqladıq. Hazır məzar kəfən tapdıq. Onu kəfənlədikdən sonra namazını qılıb, dəfn etdik. Sonra yolumuza davam etdik. Bir az yol qət etdikdən sonra bir-birimizəgərək qəbrinə bir işarə qoyaydıqdedik geri qayıtdıq. Lakin onu dəfn etdiyimiz yerə gəldikdə qəbrini tapmadıq”.

Mehmet Rıhtımın sözlərinə əsasən, mənbələrdə keçən rəvayətlərə görə, Veysəl Qəraninin vəfat etdiyi yerlə bağlı iki bölgə xüsusilə ön plana çıxır ki, bu da Sıffin Azərbaycandır. Sıffində öldüyünü vurğulayan xəbərlərlə Azərbaycanda öldüyünü söyləyən xəbərlər eyni əsərlərdə təkrar edilməkdədir. Bütün bunlar da onun vəfat etdiyi yer haqda qəti qənaətə gəlməmizə mane olur. Ancaq rəvayətlərdəki məlumatların daha ətraflı olması bir çox mənbədə yer alması onun Azərbaycanda vəfat etdiyi ehtimalını qüvvətləndirir. Buna baxmayaraq, Veysəl Qəraninin məzarının harada olduğuna dair müxtəlif fərqli görüşlər vardır. Bəzi tarixçilər Yəməndə Məşhədi-Şərif adıyla tanınan bir qəbiristanlıqda dəfn olunduğunu qeyd edir. Lakin onun Yəməndə vəfat etməsiylə bağlı dəqiq məlumat yoxdur. Kirman, Qəzvin, Şam ətrafında, Hicaz, Xorasan, Hindistan Anadolunun Bursa, Gəmlik, Manisa, Mardin, Kurtalan, Licə, Siirtin Baykan adlı bölgələrində Veysəl Qəraniyə aid edilən qəbirlər vardır.  Azərbaycanda da bir neçə yerdə onun məzarı var ki, bunlardan ən məşhuru Ağdaşdan 45 km cənubda yerləşən Xınalıqlı kəndidir”.

Veysəl Qərani Azərbaycana cihad üçün göndərilən orduyla gələrək, İslamı buralarda təbliğ etmişdir. Onun kimi örnək şəxsiyyətlər İslam orduları ilə birlikdə yeni fəth olunan yerlərə gedər orada İslamı halları, davranışları dilləri ilə təbliğ edərdilər. Mehmet Rıhtımın sözlərinə görə, Bu mübarək şəxs Azərbaycana gələrək bu torpaqları şərəfləndirmişdir. Azərbaycan xalqının İslamı qəbul edərək müsəlmanlaşmasında, şübhəsiz ki, onun da rolu olmuşdur. Bəlkə elə ona görə bu torpaqlarda bir çox Allah dostu övliyalar İslam alimləri, şairlər yetişmişdir. Nizami, Füzuli, Nəsimi, Seyyid Yəhya Şirvani kimi Allah Rəsulunu şeirlərində ən gözəl şəkildə tərənnüm edən şairlərimizdəki ilahi eşq məhəbbətlə dolu ruh halının yaranmasına Veysəl Qərani onun kimi buralara gələn İslam təbliğçilərinin səbəb olduğunu söyləmək yanlış olmaz. Onun məzarının bir neçə yerdə olması daima ziyarət edilməsi əslində əsrlərdən bəri xalqımızın qəlbində onun hansı mövqeyə sahib olduğunu göstərir. Onun məzarını ziyarət etmək, əlbəttə ki, şəxsini, həyatını, din peyğəmbər sevgisini, ana sevgisini bizə xatırlatdığı üçün çox mühümdür”.

 

 

 MƏRDAN QURBANOV

 

Zaman.- 2011.- 2-4 iyul.- S.5.