Bərdənin
siması dəyişir
Bu günlərdə Bərdədə
olarkən biz də inkişafın
şahidi olduq. Belə ki, Bərdə şəhəri
qısa müddətdə tikinti meydançasına
çevrilib desək, yanılmarıq. Hər tərəfdə
tikinti, abadlıq, quruculuq işləri gedir. Şəhərin
görkəminə xələl gətirən yöndəmsiz obyektlər sökülür,
yeni layihələr əsasında
müasir obyektlər inşa olunur. Onu da qeyd edək ki, bu
şəhərin qədim və milli arxitekturasını
saxlamaqla ona yeni bir görkəm verilir. Bu isə o deməkdir
ki, abadlıq işlərinin müəyyən proqram əsasında
həyata keçirilməsinin nişanəsidir. İndi şəhərin
Nizami, Həzi Aslanov, Koroğlu küçələrində
işlər elə ahənglə gedir ki... Nizami küçəsindəki
yenidənqurma işlərinə rəhbərlik edən şəxs
bu işlərin hər bir bərdəlini sevindirdiyini dilə
gətirdi: “Sözün düzü, bu və ya digər yerdə
rayonların inkişafından söz düşəndə həmişə
susurdum. Yalnız Bərdənin şanlı tarixi ilə
öyünməklə kifayətlənirdim. Çünki
bizim rayonda abadlıq işləri aparılmırdı. Bir
sözlə, Bərdənin inkişafla ayaqlaşa bilməməsi
məni yaman pərt edirdi. Lakin yeni icra başçısı
buraya gələn kimi Bərdənin inkişafına xüsusi
diqqət yetirməyə başladı. İndi Bərdə
şəhərinin, demək olar ki, hər bir guşəsi
öz simasını dəyişir. Sizi inandırım, 5-6
aydan sonra bu şəhərin tanınmaz dərəcədə
dəyişməyinə əsla şübhə etmirəm”.
Aparılan
abadlıq, təmir-tikinti işləri ilə yanaşı,
yaşıllaşdırma da diqqət mərkəzindədir.
Ağacəkmə kampaniyası rayonun şəhər mərkəzində
olduğu kimi, kəndlərində də davam etdirilir.
Özü də belə işlərdə bərdəlilər
könüllü çalışırlar. Təmizlik işlərini
genişləndirmək üçün rayona əlavə
kücə təmizləyən maşın da alınıb.
Yeri gəlmişkən, onu da deyək ki, şəhərdə
insanların asudə vaxtlarının təşkilinə də
ciddi fikir verilir. Hazırda şəhərdə hündürmərtəbəli
yaşayış binalarının qarşısında yeni
parklar salınır. Qələbə parkında isə yenidənqurma
işləri aparılır.
Su, qaz, enerji təminatı
yaxşılaşdırır
Həyata keçirilən tədbirlər nəticəsində elektrik enerjisinin verilməsindəki fasilələr artıq aradan qaldırılıb. Bərdə Rayon Paylayıcı Elektrik Şəbəkəsinin baş mühəndisi Adil Əkbərovun sözlərinə görə, hazırda rayonun ən ucqar kəndində belə, sutka ərzində işıq sönmür. Rayonda istifadə müddətini başa vurmuş elektrik xətləri və dirəkləri də dəyişdirilir. İçməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Uzun illərdən sonra rayonun 16 küçəsinə içməli su xətti cəkilib. Əvvəllər içməli suyu başqa ərazilərdən müxtəlif üsullarla daşıyan sakinlər indi öz həyətlərində rahat şəkildə su götürə bilirlər.
Kənd yollarının təmiri ilə bağlı yeni layihələr hazırlanır. Rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılmasını ən qısa zamanda başa çatdırmaq üçün genişmiqyaslı işlərə başlanılıb. Qaz İstismar İdarəsinin rəisi Ramiz Adıgözəlovun dediyinə görə, rayonun 109 kəndi var ki, bu günə qədər 29 kənd təbii qazla təmin edilib. 2011-2013-cü illərdə regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq, digər yaşayış məntəqələrinin mavi yanacaqla təminatı istiqamətində işlər davam etdirilir. Rayon rəhbərliyinin kəndlərdə sakinlərlə görüşləri yaranmış problemləri tez bir vaxtda aradan qaldırmağa imkan verir.
Pambıqçılığa maraq artıb
Bərdə həm də ən böyük pambıqçılıq rayonu kimi tanınıb. Hətta 1981-ci ildə Bərdədə 126 min ton pambıq yığılaraq dövlətə təhvil verilib. Bu il isə rayonda 2955 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu isə ötənilki göstəricidən 76 faiz çoxdur. Ötən il rayonda 1678 hektar sahədə pambıq əkilib. Əhalinin bu sahəyə marağının artması isə bu məhsulun satış qiymətinin 33 qəpikdən 40 qəpiyə qədər bahalaşmasıdır. Pambıqçılıqla məşğul olanlar bildirirlər ki, əgər pambığın satış qiyməti bir qədər artırılsa, bu sahəyə maraq daha da artar.
Bəli, bu gün Bərdədə hamı onun itirilmiş şöhrətinin tezliklə bərpa olunacağını əminliklə dilə gətirir. Bu abadlıq, quruculuq işləri isə Nizami Gəncəvinin vaxtilə dediyi “Bərdə nə gözəldir, necə qəşəngdir” sözlərini yenidən gündəmə gətirəcək.
Zaman.- 2011.- 7-8
iyun. –S. 8.