Mingəçevir
yaşıllıqlar diyarına çevrilir
Nur şəhəri kimi tanınan Mingəçevir
son illər yaşıllığa
qərq olub. Bu yaşıllıq onun gözəl simasına yeni təbii çalarlar əlavə edib.
Bu minvalla Mingəçevir yaşıllıqlar diyarı
kimi də tanınacaq. Bu günlərdə
Mingəçevirdə olarkən
belə qərara gəldik.
Şəhərin belə yaşıllığa
qərq olmasında Mingəçevir Şəhər
Yaşıllaşdırma və
Sanitar Təmizlik İdarəsinin danılmaz
əməyi var. İdarənin
rəisi Əli Ağamirovla görüşüb,
bizi düşündürən
bəzi suallara aydınlıq gətirməsini
istədik. Lakin idarədən bildirdilər
ki, Əli müəllimi yalnız iş gedən ərazilərdə tapa bilərsiniz. Nəhayət,
onun sorağını
şəhərin Dostluq
parkından aldıq. Onu da qeyd
edək ki, Mingəçevirdə həmsöhbət
olduğumuz şəxslərin
hamısı onu tanıdıqlarını bildirdilər.
Bildirdilər ki, o, şəhərdə öz
işi ilə hörmət qazanmış
şəxsdir.
“Yaşıllıq yaratmaq,
ekoloji mühitin sağlamlaşdırılmasına xidmət etmək bilirsinizmi nə qədər savabdır”, -
sözləri ilə söhbətimizə körpü
salan Əli müəllim, xüsusilə,
Mingəçevir kimi
aran şəhərində
bu məsələnin
daha vacib, daha zəruri olduğunu diqqətimizə
çatdırdı. O, Mingəçevir
şəhər rəhbərliyinin
də yeni yaşıllıqların salınmasına,
mövcud yaşıllıqların
qorunmasına daim diqqət və qayğı göstərdiyini
qeyd etdi.
Onunla söhbətdən aydın
oldu ki, son aylar şəhərdəki
prospekt, küçə,
park və xiyabanlarda, idarə və müəssisələrə məxsus
ərazilərdə yaşıllaşdırma
işləri aparılıb.
Minlərlə müxtəlif
gül və çiçək kolları
əkilib. Məlumat üçün bildirək
ki, ildə bu şəhərdə
20-22 min ağac əkilir.
Onun sözlərinə
görə, şəhərdə
əsasən çinarlara
üstünlük veririk:
“Son vaxtlar cökə,
palıd ağacları
da əkilir. Onu da deyim
ki, biz həmin ağacları meşələrdən
çıxarıb gətiririk.
Yəni başqa yerdən almırıq. İndi parklarda mini-şitilliklər də təşkil etmişik. Əkilmiş ağaclara da nəzarət olunur. Belə ki, hər müəssisənin
öz ərazisi var”. “Çalışırıq ki,
Mingəçevirdə ağacsız
ərazi olmasın”, -
sözləri ilə söhbətini davam etdirən Əli müəllim bildirdi ki, şəhərdə
208 hektar yaşıllıq
sahəsi var ki, onun da
70 hektarı küçə,
prospekt, parkların payına düşür.
Daha sonra ərazisi 4 hektar olan Dostluq parkında
görülən işlərdən
danışan Əli müəllim dedi ki, əvvəllər bu park Mədəniyyət
və Turizm Nazirliyinin balansında olub. Burada uşaq
şəhərciyinin salınması
da nəzərdə tutulurdu. Lakin nazirlik bu işi
reallaşdıra bilmədi.
Mingəçevir Şəhər
İcra Hakimiyyətinin
başçısı Mübariz
Ağayev bu işi üzərinə götürdü: “Parkın
hissə-hissə təmiri
nəzərdə tutulub.
İyul-avqust aylarında
isə park bütövlükdə
sakinlərin istifadəsinə
veriləcək”. Şəhərin
parklarında qaçqınların
məskunlaşdıqlarını bildirən Əli müəllim tezliklə bu problemin də
həll olunacağını
dedi: “Şəhərlər
arasında bizim qədər qaçqını
olan şəhər yoxdur. Hazırda şəhərdə Dövlət
Proqramı çərçivəsində
10 ədəd 9 mərtəbəli
bina tikilir. Zənn edirəm ki, bu da
yaşanan problemi həll etməyə imkan verəcək”.
Görülən təmizlik işlərindən
danışan Əli müəllim bildirdi ki, artıq şəhərdən zibil
yeşiklərini də
ləğv etmək niyyətindəyik: “Bu sahəyə
yeni metod tətbiq edirik. Belə ki, hər
səhər sakinlər
məişət tullantılarını
birbaşa zibil daşıyan maşınlara
atacaqlar. Təbii ki, bu işdə
də sakinlərin maarifləndirilməsinə ehtiyac
var. Buna da müəyyən
vaxt lazımdır. Onu da deyim
ki, bu işin
öhdəsindən gəlmək
üçün kifayət
qədər texnikamız
da var”.
Esmira Hidayətova,
Qvami Məhəbbətoğlu
Zaman.-2011.-23-24 iyun.-S.8.