Mənsurə
Rəsulzadə: “Heyvanları sevən, insanlara
pislik etməz”
Sahibsiz heyvanlarla mübarizə
dedikdə, ağlımıza,
ilk növbədə onların
məhv edilmələri
gəlir.
Yəqin bu da ona görədir
ki, ölkəmizdə
“sahibsiz heyvanlarla mübarizə” adlı bir qurum fəaliyyət
göstərir və çox qəribədir ki,
Sahibsiz heyvanlarla mübarizə
dedikdə, ağlımıza,
ilk növbədə onların
məhv edilmələri
gəlir.
Yəqin
bu da ona
görədir ki, ölkəmizdə “sahibsiz
heyvanlarla mübarizə”
adlı bir qurum fəaliyyət göstərir və çox qəribədir ki, bu qurumun
əsas işi məhz sahibsiz itləri öldürməkdən
ibarətdir. Rəsmi məlumatlara
görə, bu qurumun əməkdaşları
təkcə 2009-cu ildə
53 min sahibsiz heyvanı
məhv ediblər.
ALYANS
- Canlı Aləmin Mühafizəsi Ekoloji Birliyinin sədri Mənsurə Rəsulzadə
isə qəti şəkildə bunun əleyhinə çıxır.
M. Rəsulzadənin sözlərinə
görə, sahibsiz heyvanlarla mübarizə onları məhv etmək yox, onlara sahib çıxmaq olmalıdır. Qeyd edək ki, ALYANS artıq bu istiqamətdə
müəyyən işlər
görür və hazırda bu təşkilatın sığınacağında
100-ə yaxın sahibsiz
it məskunlaşıb: “Heyvanları
saxlama mərkəzlərimiz
var. Orada atılmış
heyvanları toplayırıq.
Baytar həkimlərimiz onlara quduzluq əleyhinə vaksinlər vururlar”.
“Heyvanları sevən, insanları ondan da artıq
sevər”
“Heyvanlara sevgi göstərmək lazımdır”,-deyən
Mənsurə xanım
bildirdi ki, humanist, ziyalı insanların bir çoxu onlara bu işdə
dəstək verir: “Bizi başa düşən insanların
sayı kifayət qədərdir. Onlar bizi dəstəkləyir,
təşəkkür edirlər.
Amma bəzən söz atıb, “bu nəyə lazımdır?”
deyənlər də olur. Lakin buna görə
narahat olmuruq və bildiririk ki, heyvanlara qayğı göstərmək
insanlara yaxşılıq
etməyin qarşısını
almır. Əksinə, fikrimizcə, heyvanı sevən, insanları ondan da artıq
sevər”.
“Heyvanların insanlara hərtərəfli
xeyri var”
Dünyanın bir
çox ölkələrində
atılmış heyvanlara
sahib çıxan, onları
bir yerə cəmləyib qeydinə qalan təşkilatların
fəaliyyət göstərdiyini
deyən müsahibimiz
ölkəmizdə də
qarşıya qoyduqları
məqsədə çatacaqlarına
ümidvar olduğunu qeyd etdi: “Belə
bir söz var ki, əgər
millətin mənəvi
keyfiyyətini öyrənmək
istəyirsənsə, onların
heyvanlarla necə davranmalarına diqqət et. İnsanlar bilməlidirlər ki, heyvanların onlara hərtərəfli xeyri var. Bəzən deyirlər, heyvandan insana xəstəlik keçir. Ancaq mən bununla
razı deyiləm.
Əksinə, həyətində heyvanı, tutaq ki, evində pişiyi olan insanda xəstəliyə qarşı immunitet yaranır. Mən bunu bir həkim kimi deyirəm”.
“40 min imza toplamalıyıq”
Təşkilat sədri
digər problem kimi, ölkəmizdə heyvanların
hüquqlarının müdafiəsinə
yönəlik qanunların
olmamasını vurğuladı:
“Heyvanlarla qəddar rəftarın qarşısının
alınması üçün
dünyanın bir çox ölkələrində
qanunlar qəbul olunub. Bizdə də belə
bir qanun qəbul olunmasına, orada heyvanlara zorakılıq edənlərə
qarşı məsuliyyətin
müəyyənləşdirilməsinə
ehtiyac var. Bu məqsədlə
biz belə bir qanun layihəsini Milli Məclisə təqdim etmişik, amma geri qaytarılıb.
Hazırda sözügedən qanun layihəsinin müdafiəsi ilə bağlı imzatoplama kampaniyasına başlamışıq.
Ümumilikdə 40 min imza toplanılmalıdır.
Oxucularınızdan da bu məsələdə dəstək
gözləyirik”.
“Təlim keçmiş itlər görmə qabiliyyətini
itirənlərə kömək
edəcəklər”
Mənsurə Rəsulzadə
deyir ki, əsas məqsədlərindən
biri də atılmış heyvanları
müalicə edəndən
sonra onları xidməti işlərin təliminə yönəltməkdir:
“Bizim xüsusi təlimçilərimiz var. Onlar
itlərə təlim
keçirlər, öyrədirlər
və s. Bununla biz həm də göstərmək istəyirik
ki, insanların dəyərləndirə bilmədikləri,
yararsız saydıqları
itlər əslində
çox şeylərə
yaraya bilərlər. Məsələn, biz düşünürük ki, təlim keçmiş itlərdən
görmə qabiliyyətini
itirmiş insanlara kömək məqsədilə
istifadə edilə bilər. Bundan əlavə, biz uşaq
evlərində canlı
guşələr yaratmaq
istəyirik ki, körpələr heyvanları
görsünlər, sevsinlər
və s”.
“Xeyriyyə bazarı təşkil olunacaq”
Mənsurə xanım bir çox planları məhz maliyyə çatışmazlığı
ucbatından həyata
keçirə bilmədiklərini
də söylədi. O, gələcəkdə sahibsiz, atılmış heyvanlar üçün klinika açmağı planlaşdırdıqlarını dedi. Müsahibimiz heyvanlara qayğı
ilə yanaşan, onları sevən insanları martın 12-də
keçirəcəkləri xeyriyyə aksiyasında iştiraka çağırdı.
Onun sözlərinə
görə, tədbirdən
əldə olunacaq məbləğ şəhərimizdə
sahibsiz dolaşan heyvanlar üçün sığınacağın tikintisinin
tamamlanmasına və
bu məqsəd üçün digər vacib işlərə xərclənəcək: “İnanırıq
ki, sığınacaqsız,
sahibsiz və ac heyvanat probleminin aktuallığını hər
kəs anlayır. Bu işdə bizə
köməklik etmək
istəyənlərin dəstəyinə
arxalanırıq. Bu məqsədlə martın
12-də (İçəri şəhər, Asəf Zeynallı küçəsi
22 (Kiçik Karvansara)
ünvanında, “Art Garden” sərgi
salonunda) saat 10.00-dan
17.00-a kimi xeyriyyə bazarı təşkil edəcəyik. Bizimlə əməkdaşlıq
etmək istəyənləri
bu bazarda öz məhsullarını
satışa çıxarmağa
çağırırıq. Məhsullar müxtəlif
növ ola
bilər: suvenirlər,
kitablar, əl işləri, bəzək
əşyaları, aksessuarlar,
kosmetika, paltar, oyuncaqlar və s. Mallar həm yeni, həm də istifadə edilmiş ola bilər.
Həmçinin biz arzu edənləri, onların ailələrini bu bazarda alıcı və ziyarətçi qismində görmək istərdik.
Və yaxud arzu edənlər
evlərində lazımsız
bildikləri əşyaları
gətirib təqdim edə bilərlər ki, biz məhz onların hesabına heyvanat üçün sığınacağın tikintisini
başa çatdıra
və ya xeyriyyə məqsədi ilə istifadə edə bilərik”.
Nicat İntiqam
Zaman.-2011.- 5-7 mart.-S.8.