“Hər
addımımız Şəkinin potensialının genişləndirilməsinə
xidmət edir”
Həmin tədbirlər
qarşıya qoyulan məqsədlər istiqamətində
yeni bir mərhələnin başlanğıcını
qoydu. Yəni sənətkarlarımızın
daha məhsuldar çalışmalarına bir stimul verdi. Bu tədbir
Şəki sənətkarlarını respublika miqyasında
tanıtdı.
-
Mədəniyyət Nazirliyinin
“2010-2014-cü illər Xalq
Yaradıcılığı Paytaxtları” Proqramına
əsasən, Şəki
2010-cu ildə “Azərbaycanın
sənətkarlıq paytaxtı”
elan olundu. Bu, Şəkiyə nə qazandırdı?
-
Bəri başdan deyim ki, bu
proqramın əsas məqsədi xalq tətbiqi sənət sahələrinin inkişaf
etdirilməsindən, gələcək
nəsillərə ötürülməsindən,
eyni zamanda bu bölgənin turizm potensialının genişləndirilməsindən ibarət idi. İl ərzində bu proqram çərçivəsində
Şəkidə bir sıra müxtəlif tədbirlər keçirildi.
Zənn edirəm ki, həmin tədbirlər qarşıya
qoyulan məqsədlər
istiqamətində yeni
bir mərhələnin
başlanğıcını qoydu. Yəni sənətkarlarımızın daha məhsuldar çalışmalarına bir
stimul verdi. Bu tədbir Şəki sənətkarlarını respublika
miqyasında tanıtdı.
-
Bəs belə tədbirlərin beynəlxalq
səviyyədə təşkili
nəzərdə tutulub?
-
Şəki şəhərinin
davamlı inkişafı
üçün mədəni
ehtiyatların səfərbər
olması üzrə
YUNESKO-nun sektorlararası layihəsinin
həyata keçirilməsi
planlaşdırılır. Bu məqsədlə 2010-cu ilin
yayında YUNESKO-nun ilkin
faktaraşdırıcı missiyası Şəkidə
olub. Həmin layihə artıq YUNESKO-ya təqdim edilib. Əgər bu layihə təsdiq olunarsa, yaxın beş ildə Şəkidə bir sıra tədbirlər
həyata keçiriləcək.
O layihə Şəki
sənətkarlarının dünya səviyyəsinə
çıxmalarında da
önəmli rol oynayacaq. Onu da qeyd edim
ki, Şəkidə hər il bu
və ya digər adda tədbirlərin keçirilməsi
artıq ənənəyə
çevrilib: 2006-cı ildə
“İpək bayramı”,
2007-ci ildə “Sənətkarlar
günü”, 2008-ci ildə
“Şəki Qədim sivilizasiyalar diyarıdır”,
2009-cu ildə “Kulinariya
günü”, 2010-cu ildə
Şəki İcra Hakimiyyəti və Bəstəkarlar İttifaqi
ilə birgə “İpək Yolu I Beynəlxalq Musiqi Festivalı.... Bu il də II İpək yolu Beynəlxalq Musiqi Festivalını keçirmək niyyətindəyik.
Bu tədbirlərə ölkəmizdə
fəaliyyət göstərən
səfirliklərin nümayəndələri
də qatılıblar.
Bu isə o deməkdir
ki, Şəkinin xaricilərə tanıdılmasında
mühüm addımlar
atılıb. Güman
edirəm ki, onlar hər dəfə ölkələrinə
qayıdanda Şəkidən,
şəkililərdən, bu
bölgənin mədəniyyətindən,
sənətkarlarından, mətbəxindən
də ürəkdolusu
söz açırlar.
“Şəkidə Bəxtiyar Vahabzadənin də ev-muzeyi olacaq”
-
Zərinə xanım,
dünyadan söz düşmüşkən, Şəkidə
türk dünyasının
tanınmış yazarı
Bəxtiyar Vahabzadənin
ev-muzeyi təşkil olunacaqmı?
-
Bildiyiniz kimi, hazırda Şəkidə
sevimli şairimiz Bəxtiyar Vahabzadənin adına küçə var, şəhərin mərkəzində büstü
qoyulub. Orta ümumtəhsil məktəblərindən
biri onun adını daşıyır.
Ümidvaram ki, yaxın gələcəkdə
Şəkidə onun ev-muzeyi də təşkil olunacaq.
-
Hazırda şəhərdə
hansı mədəniyyət
ocaqları yenidən qurulur?
-
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
inşa olunmuş Aşağı Karvansaray Kompleksi, həmçinin Mirzə Fətəli Axundzadənin ev-muzeyi əsaslı şəkildə
bərpa olunur. Bundan sonraki dövrdə bir sıra tarixi abidələrin bərpası
da nəzərdə tutulub. Yeri gəlmişkən,
onu da bildirim
ki, artıq Nakam adına Kitabxananın təmir işləri başa çatdırılıb və
yaxın günlərdə
onun açılışı
gözlənilir.
-
Şəki hansı şəhərlərlə qardaşlıq
edir?
-
Hazırda Şəki
Türkiyənin Giresun
və Lapseki, Bolqarıstanın Qabrovo, Belarusun Sulutsk şəhərləri ilə
qardaşlıq edir. Onların nümayəndələrini
şəhərimizdə keçirilən
genişmiqyaslı tədbirlərə
də dəvət edirik.
“Problemlər həllini tapacaq”
-
Bəs son illər neçə məktəb
binası yenisi ilə əvəzlənib
və ya əsaslı təmir olunub?
-
Son yeddi ildə Şəkidə yeddi məktəb binası tikilib. Təbii ki, əsaslı təmir olunanlar da var. Amma bizim
hələ uygunlaşdırılmış
binalarda fəaliyyət
göstərən məktəblərimiz
var. Zənn edirəm ki, regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
çərçivəsində bu kimi problemlər
həllini tapacaq. Artıq bu istiqamətdə
müəyyən işlərə
start verilib.
-
Məktəblərdə məktəbli
forması ilə bağlı vəziyyət
necədir?
-
Bu sahədə, demək
olar ki, problem yoxdur. Amma bir
sira məktəblərimiz
var ki, həmin
tədris ocaqlarında
qış aylarında
bununla bağlı müəyyən problemlər
yaşanır.
-
Bəs Şəkinin səhiyyə sistemi ilə bağlı hansı yeniliklər var?
-
Hazırda 3 il öncə cənab Prezidentimiz tərəfindən
təməli qoyulmuş xəstəxananın tikintisi davam
etdirilir. Onun bu ilin sonunda istifadəyə
verilməsi nəzərdə tutulur. Şəhərin qoruq ərazisində
olan xəstəxanalar həmin binaya köçürüləcək.
Təbii ki, bu, şəhərdə səhiyyənin
yaxşılaşmasına öz töhfəsini verəcək.
Bütün bu keçirilən tədbirlər, görülən
işlər həm də Şəkinin turizm
potensialını genişləndirilməsinə xidmət
edir.
Zaman.- 2011.- 8-9 mart.-
S.2.