Şəki turistlərin diqqət mərkəzinə çevrilib

 

Son illərdə Şəkidə turizm infrastrukturunun genişlənməsi, turizm xidmətinin səviyyəsinin yüksəlməsi şəhərimizə gələn turistlərin sayının artmasına səbəb olub. İstər respublikamızın ayrı-ayrı bölgələrindən, istərsə də xaricdən Şəkiyə gələn turistlərin sayı ildən-ilə artır

 “Şəki bu gün ölkəmizdə turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Son illərdə Şəkidə turizm infrastrukturunun genişlənməsi, turizm xidmətinin səviyyəsinin yüksəlməsi şəhərimizə gələn turistlərin sayının artmasına səbəb olub. İstər respublikamızın ayrı-ayrı bölgələrindən, istərsə də xaricdən Şəkiyə gələn turistlərin sayı ildən-ilə artır. Əgər 2004-cü ildə Şəkiyə 2800 nəfər turist gəlmişdisə, 2010-cu ildə onların sayı 13000 nəfərdən çox olub.Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda 2014-cü ildə Şəkiyə gələn turistlərin sayının 30 min nəfərdən çox olacağı proqnozlaşdırılır”. Bu barədə bizə məlumat verən Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilovun sözlərinə görə, bu ilin ölkə başısı tərəfindənTurizm ilielan olunması bu sahəyə öz növbəti töhfəsini də verəcək: “Şəkidə yeni turizm obyektləri inşa olunur. Hazırda 3 turizm obyektinin lisenziyalaşdırılması istiqamətində işlər görülür”.

 

Turistlər kəndlərdə qalmağa üstünlük verirlər

 

Son illər aparılan abadlıq-quruculuq işləri sayəsində Şəki açıq səma altında gözəl bir muzeyə çevrilibsözləri ilə söhbətini davam etdirən həmsöhbətimiz bildirdi ki, gələn turistlərə Şəki ilə bağlı ətraflı məlumatlar verilir:Bizim Daşüz kəndində Respublika Atçılıq Turizm Mərkəzi də fəaliyyət göstərir. Buraya da turistlərin böyük marağı var. Odur ki, onlar üçün at belində gəzintilər təşkil edirik. Məlumat üçün bildirim ki, hər il olduğu kimi, 2010-cu ilin may ayında burada Atüstü Milli Oyunlar Festivalı, dekabr ayında isə “Prezident Kubokuuğrunda “Çövkənmilli oyunları keçirilib”. Onun sözlərinə görə, Şəkidə atçılıq, ovçuluq və qış turizminin inkişaf etdirilməsi üçün zəruri şərtlərin mövcud olduğunu nəzərə alaraq, bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə də ehtiyac var. Aydın müəllim bizimlə söhbətində maraqlı bir məqama da toxundu: “Müşahidələrimə əsasən deyə bilərəm ki, son illər bura gələn qonaqlar kəndlərdə qalmağa üstünlük verirlər: “Biz də bunu nəzərə alaraq, kəndlərimizə diqqəti birə-beş artırmışıq”.

Aydın müəllimin sözlərinə görə, Şəkiyə gələn hər bir turistin Xan sarayına, eləcə də neçə minillik tarixini özündə yaşadan Kiş Alban Məbədinə, həmçinin Şəki camaatının qəhrəmanlıgını, əzmkarlığını tarixiləşdirən Gələrsən-Görərsən qalasına da marağı böyükdür.

 

“Əlbəttə!”

 

Şəkidə Sabit Rəhmanın, Rəşid bəy Əfəndiyevin, Mirzə Fətəli Axundovun ev-muzeylərinin fəaliyyət göstərdiyini qeyd edən həmsöhbətimiz bu məkanların da turizm marşrutuna daxil edildiyini bildirdi: “Hesab edirəm ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində son dövrdə rayonumuzda bir sıra tarixi abidələrin, o cümlədən XVIII əsr memarlıq abidəsi olan Aşağı Karvansarayın və M.F.Axundovun ev-muzeyinin  bərpası və yenidən qurulması turizmin inkişafına əsaslı təkan verəcək”. Onun sözlərinə görə, Şəkiyə gələnlər bu bölgənin sənətkarlarının sənət əsərlərinə də ciddi maraq göstərirlər. Bura gələnlərin aldıqları belə sənət əsərləri ilə Şəki dünyaya çıxır: “Hazırda Şəkiyə aid daha yeni suvenirlər, bukletlər, eləcə də tanıtım çarxları hazırlanır. Şəkini muzey  və mədəniyyət obyektlərində yetərincə ixtisaslı kadrlar var ki, onlar xarici dilləri də mənimsəyiblər”. Aydın müəllimə sonuncu sualımız belə oldu: “Şəki bu gün ən tələbkar turistin ehtiyaclarını ödəmək qabiliyyətindədirmi?” Həmsöhbətimiz tərəddüd etmədən: “Əlbəttə!” dedi.

 

 

Zaman.- 2011.- 8-9 mart.- S.3.