Bütün olumlar ölümlərdən
başlayır
-
Ucqar bir kənddə yaşamağa
məcbur olsaydınız,
dolanışığınızı necə çıxarardınız?
- Torpağa təzim edərdim, elə təzim edərdim ki, torpaq məni
qaldıra bilsin.
Ədalət Əsgəroğlu,şair,
Azərbaycan Yazıçılar
Birliyinin mətbuat katibi
-
Sizə görə həyatda ən asan və ən
çətin şey nədir?
- Ən asan şey insanları bədbəxt eləmək,
ən çətin şey xoşbəxt eləmək.
Tanrı
öz bəndəsindən
bu çətinliyə
qatlaşmaq umur.
-
Ucqar bir kənddə yaşamağa
məcbur olsaydınız,
dolanışığınızı necə çıxarardınız?
-
Torpağa təzim edərdim, elə təzim edərdim ki, torpaq məni
qaldıra bilsin.
-
Keçdiyiniz ömür
yoluna baxanda ən çox nəyə üzülür,
nəyə sevinirsiniz?
-
Üzülürəm ki,
niyə Haqqa tapınmamışam, niyə
dirilikdən ayılmamışam.
Sevinirəm ki, gec də olsa, bu
yolu özümə şükranə bir Tanrı eşqi kimi təqdim etdim.
-
Valideyn və müəllimlərdən başqa
özünüzü kimlərə
borclu bilirsiniz?
- Əsas özümə,
sonra mənə yaxşılıq edənlərin
hamısına.
Yaxşılığı urvata mindirmək
lazımdır. Yaxşılıq ayaq açıb gəzir, həmişə
canlıdır, hərəkətdədir.
-
Uğrunda hər şeydən keçə
biləcəyiniz varlığın
adı?
-
Vətən... Üzü
mübarək Vətən...
-
Özünüzü hansı
peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?
-
Hərbidə. Bu arzum həmişə öz taxtındadır.
İrfançılıq indiki işimə
mane olmur.
-
Üzr istəmək sizə ağır gəlmir ki?
-
O yerdə ki, əzab çəkirəm
üzr istəmək niyə ağır gəlməlidir ki...
-
Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?
-
Könlüm ağlamaq
istəyirsə, onu niyə məyus eləməliyəm ki... Amma hər dəqiqədənbir
ağlayan könül
də mənə lazım deyil.
-
“Kaş ki ... ölkədə doğulaydım, ... xalqın nümayəndəsi olaydım”
dediyiniz olurmu?
-
Azərbaycan, canım
mənim. Vətəndaşlıq şairin vicdan
sənədidir.
-
Evinizdə inciklik olurmu? Olursa, birinci kim
barışır?
-
Evimin ağası da, nökəri də mənəm. İncikliyi də aradan götürməyə hazır
olmalıyam. Barışda həyat eşqi, Tanrı alqışı
var.
-
Özünüzü kimin
qarşısında günahkar
bilirsiniz və kiminsə günahını
bağışlamısınızmı?
-
Bu gün yaşanan günahların mənim də payıma düşməsi təbiidir,
çünki bu dövrün yazarıyam. Nə öz günahlarım, nə də başqalarının günahlarını
bağışlamıram.
-
Sizcə azadlıq, istədiyini eləməkdir,
yoxsa istəmədiyini?
-
Azadlıq... Bu insanın daxilən azad olması deməkdir. Bəşəriyyətin, dünyanın azadlığı
bundadır. Əxlaq bu
istəyi yoluna qoymalıdır.
-
Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?
-
Bu, xoşbəxtlikdir, insanın
azad olmasına stimul verən İlahi gücdür.
- Ən çox
nə zaman utanırsınız?
-
Ürəyim deyən
sözü deməyəndə
və yaxud ürəksiz söz deyəndə.
-
Ölüm nədir?
-
Olumların şahı,
bəlkə də, ölümdür. Bəlkə də,
bütün olumlar ölümlərdən başlayır,
özünü dərk
edən insan ölümə pir kimi baxır.
Olum, ölüm Haqq işidir,
O da gözəl, bu da gözəl.
-
Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
-
Özüm də daxil olmaqla kitablarını
dərc etdirə bilməyən şairlərə.
- “Mən almasam,
bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi
nəyi ifadə edir?
- Əzab çəkməsin
deyə özünə
bəraət qazandırmaqdır. Hələ vaxt var deyə özünə bəraət qazandırmaq
isə günahdır.
-
Həyatda ən böyük təsəlliniz?
-
Tanrı eşqi... Təsəllim hamıya sadiq dost olan Tanrıdır. Göydən üzülməsəm, yerdə heç kəs məni üzə bilməz.
-
Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
-
Dünyanın faniliyi
haqqında verilən sual. Dünyanın vəfalı, etibarlı
olmasını duymamaq
nadanlıqdır.
-
Yubiley və ad günlərində özünüzü
necə hiss edirsiniz?
-
Sevincimi bölürəm,
daha da çoxaldığına
sevinirəm. Kədərimi paylaşmaqdan çox,
sevincisi paylaşmağa
meyilliyəm.
-
Dünyanın hər
yerindən görünən
uca bir lövhəyə
iki-üç kəlməlik
nəsihət yazmağı
xahiş etsələr,
nə yazardınız?
- İnsanlarda sabaha
həyat eşqi yaratmağa çalışın.
-
Sizə görə insanda ən yaxşı və ən pis xarakter
hansılardır?
-
Səmimiyyət və
qeyri-səmimiyyət.
-
Nə vaxtsa hansısa müğənniyə,
sənətçiyə heyran,
ya da aşiq olmusunuzmu?
-
Aşiq olduğum Ulu Tanrıdır.
-
Övladlarınız sizi
atsalar, onlara nə deyərdiniz?
- Əgər atıb
firavan yaşaya bilərlərsə, narazılığım
olmaz.
- Ən çox
sevdiyiniz və sevmədiyiniz sözlər?
-
Hamarlı-tumarlı sözləri
sevmərəm. Həqiqəti qandıran sözlər acı olsa da,
sevimlidir.
-
Fürsət olsa, ölümqabağı nə
vəsiyyət edəcəksiniz?
-
Həmişə ayaqları
üstündə ölənləri
dəstəkləmişəm. Mənim də arzum belə
ölməkdir. Vəsiyyət cibimdə dördqat bükdüyüm ağ-təmiz
kağızdır. Yaza bilmədiklərim
ordadır.
- Ən çox
nədən qorxursunuz?
-
Ucalıqdan yıxılmağı,
yəni miskin ölümü.
-
Xoşbəxt olmaq üçün nəyiniz
çatmır?
-
Yaltaqlığım, yəni
bədbəxtliyim.
-
Sizin kimlərə və nə kimi xeyriniz var?
- İnsanlarda xoş
əhval-ruhiyyə yaratmaq
məndə peşəyə
çevrilib.
Bir də özümə qıymadıqlarımı başqalarına
qıymıram.
-
Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?
-
Bir könüldən
min könülə ancaq
sənə aşiqəm.
-
Həyatınızda sizə
təklif edilmiş nədənsə imtina etmisinizmi?
-
Çox olub, ziyan gətirən işlərdən uzaq durmuşam.
-
Gənclik hansı yaşda bitir?
-
Könül yaşamdan
bezəndə.
-
Dostlarınız çoxdurmu?
İnsanlar niyə dost olurlar?
-
Yoxsul olmasınlar deyə.
Zaman.- 2011.- 19-21
mart.-S.19.