Atom
elektrik stansiyaları: təhlükə, yoxsa tərəqqi mənbəyi?
(1)
AES-in zəlzələ nəticəsində
qəzalı hala düşməsi və ətraf
üçün böyük təhlükəyə
çevrilməsi isə AES-in xidmətindən istifadə edən
ölkələrin hamısında ciddi təşvişlə
qarşılanmaqdadır.
Yaponiyada baş verən
son zəlzələdən
sonra “Fukusima” Atom
Elektrik Stansiyasının (AES)
qəzalı vəziyyətə
düşməsi
gündoğar
ölkəni ikinci
Çernobıl qəzası
ilə üzləşmə
təhlükəsi
qarşısında
qoyub. Yaponiyalı mütəxəssislərin
qəzanı aradan
qaldırmaq üçün
göstərdikləri
cəhdlərə
baxmayaraq, ətrafda radiasiyanın
səviyyəsi
artmaqda davam edir. Ekspertlərin
fikrincə, əgər
bu qəza
qısa müddətdə
aradan qaldırılmasa, Yaponiya
Çernobıl AES
faciəsindən
daha dəhşətli
təhlükənin
ağrılarını
öz üzərində
hiss etməli
olacaq. “Fukusima” AES-in
zəlzələ
nəticəsində
qəzalı hala
düşməsi
və ətraf üçün
böyük
təhlükəyə
çevrilməsi isə
AES-in xidmətindən
istifadə edən
ölkələrin
hamısında
ciddi təşvişlə
qarşılanmaqdadır. Təsadüfi
deyil ki, artıq
bəzi Avropa
ölkələri, o
cümlədən
Almaniya Yaponiyada baş
verən təbii
fəlakətlərin
AES-i qəzalı
vəziyyətə
salması və bunun
böyük
təhlükə
mənbəyinə
çevrilməsindən
narahat olaraq, öz
ərazilərindəki
analoji stansiyaların
təhlükəsizliyini təmin etmək
üçün bəzi
addımlar atmağı
planlaşdırırlar.
Məsələn, Almaniya kansleri Angela
Merkel martın
14-də bəyan
edib ki,
ölkədəki
AES-lərin bir
çoxunu, o cümlədən 7 AES-in
fəaliyyətini
dayandıracaq. Bunun əvəzinə
mümkün
qədər
külək
və ya günəş
enerjisindən istifadəyə
imkan verəcək
daha çox stansiyaların
tikiləcəyini
söyləyib. Yeri gəlmişkən, onu
da deyək
ki, hazırda
Almaniyada 17 AES var.
Onlar ölkənin elektrik enerjisinə olan
tələbatının 23 faizini ödəyir. Almaniya ilə eyni vaxtda İsveçrə
və Braziliya da analoji addım atmağa
hazırlaşırlar. AES təhlükəsi
enerjiyə olan tələbatının 80 faizini onun
hesabına ödəyən Fransada da təşvişlə
qarşılanıb. Ähalinin məsələ
ilə bağlı müəyyən etiraz aksiyası
keçirməyə hazırlaşması isə Fransa
hökumətini ölkədə AES təhlükəsinin
olmadığı barədə bəyanatla
çıxış etməyə məcbur edib. Avstriya isə Avropa Birliyi rəhbərliyinə
müraciət edərək, təcili şəkildə quruma
üzv ölkələrdəki AES-lərdən gələ
biləcək təhlükə ilə bağlı xüsusi
araşdırma aparılmasını tələb edib. MAQATE-nin 2005-ci ildə
hazırladığı hesabata görə, dünyanın 31
ölkəsində hazırda 440 AES var. Onlardan 300-nün
istismar müddəti başa çatıb. Rusiyada 31,
ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi
Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11,
Çində 3 AES var. Amma 7-si də inşa edilir. İngiltərədə bəzi AES-lər
bağlanıb. Fransa və İsveçdə
yeni AES-lərin inşasına moratorium qoyulub.
Qeyd edək ki, ilk AES 1954-cü ildə keçmiş
SSRİ-də Kaluqa vilayətinin Obninsk şəhərində
istifadəyə verilib. 2030-cu ildə bütün dünyadakı AES-lərın
sayının 700-ə çatacağı gözlənilir.
Xatırladaq ki,
bütün AES-lər dünyada 375 qiqavatt elektrik enerjisi hasil
edir. Külək elektrik stansiyaları ilə
118 min meqavat, günəş enerjisi ilə 288 meqavatt elektrik
enerjisi hasil edilir. Fransa AES-lər vasitəsilə enerjiyə
olan tələbatının 78-80, Litva 74, Belçika 56,8, Ukrayna
47,3, İngiltərə 21,9, Ermənistan
33, Finlandiya 32,1, Almaniya 30,4, Yaponiya 33,8, Rusiya 14,9, ABŞ 19,8
faizini təmin edir.
Təhlükəyə baxmayaraq...
AES-lərdən gələn təhlükənin kifayət
qədər böyük olmasına baxmayaraq, onların
sayı ildən-ilə artmaqda davam edir. Bunun da səbəbləri aydındır: Belə ki, məhz
AES-lərin işə düşməsindən sonra elmi-texniki
tərəqqiyə nail olundu. Xüsusilə
kosmosun fəthi üçün geniş perspektivlər
açıldı. Buraya dünya
ağalığı uğrunda mübarizə aparan ölkələrin
məhz AES-lərin hesabına atom bombasının
hazırlanması üçün müvafiq material əldə
etməsini də əlavə etmək lazımdır. Artıq sivil dünyamızı AES-siz təsəvvür
etmək mümkün deyil. Belə ki,
enerji alınmasında istifadə edilən təbii qaynaqlar
get-gedə azalmaqdadır və bu da özlüyündə
enerji qıtlığına gətirib çıxarır.
Bu baxımdan da insanların elektrik enerjisinə
olan ehtiyaclarının ödənilməsində AES-lər
xüsusi rol oynayır. Digər tərəfdən
də, AES-lərdə elektrik enerjisinin alınması daha rahat
və problemsiz həyata keçirilir. Qeyd
edək ki, nüvə reaksiyası zamanı ayrılan enerji
digərləri ilə müqayisədə milyonlarla dəfə
çoxdur. Bundan əlavə, AES-lər
istilik elektrik stansiyaları (İES) və su-elektrik
stansiyaları ilə müqayisədə daha böyük
üstünlüklərə malikdir. AES-in
inşası üçün iri su bəndlərinin tikilməsinə,
məhsuldar torpaqların su altında saxlanılmasına
ehtiyac duyulmur. Analoji fikirləri günəş
və külək enerjiləri barədə də demək
olar. Amma günəş və külək
elektrostansiyalarından alınan elektrik enerjisi AES-lərlə
müqayisədə kifayət qədər azdır və onlar
əhalinin elektrik enerjisinə olan tələbatını qismən
ödəməyə qadirdirlər. Bura
insanların elektrik enerjisinə olan tələbatının
ildən-ilə artmasını da əlavə edəndə,
onda AES-lərdən gələn təhlükəyə
baxmayaraq, onların yenilərinin inşa edilməsi zərurət
kimi qarşıya çıxır.
Görünməz düşmən
AES-lərin inşası ilə bağlı ətraf
mühitin radiasiyaya məruz qalması təhlükəsini
ekspertlər, adətən, görünməz düşmən
adlandırırlar. Qeyd
edək ki, yer üzündə radiasiya mənbəyi kimi
üç radioaktiv elementin - uran, torium və aktiniumun adı
çəkilir. Adıçəkilən
bu elementlər parçalanma prosesində ion
şüalanması yayırlar. Məsələn, parçalanma
prosesində onlar şəffaf və iysiz ağır radon
qazı əmələ gətirirlər. Radon
qazının ətrafda çox toplanması öz növbəsində
radiasiya təhlükəsi əmələ gətirir. Yeri gəlmişkən deyək ki, qaz plitələrində
istifadə edilən təbii qazın özü də radon mənbəyi
hesab edilir. Ekspertlərin
araşdırmalarına görə, vanna otaqlarında radon
qazı mətbəx və evlə müqayisədə 40 dəfə
çoxdur. Bütün bunlar da insanların
müxtəlif xəstəliklərə məruz qalması deməkdir.
Ona görə də son 50 ildə radioaktiv
şüalanmalar zamanı sağalmaz xəstəliklərə,
xüsusən xərçəngə yoluxanların sayı
kosmik sürətlə artaraq, bəşəriyyət
üçün qarşısıalınmaz bəlaya
çevrilib.
Şüalanma - gec partlayan bomba
Radiasiya mənbəyi olan radioaktiv vasitələr
radionukledlər, adətən, insan orqanizminə hava yolları
və yeməklə daxil olurlar.
Eyni zamanda insanın dərisini dəlib keçərək
sümükdə və orqanizmin fəaliyyətini təmin edən
digər üzvlərində toplanaraq, onları tədricən
məhv etməyə başlayırlar. Bunun nəticəsində
insan ya şüa, ya da
xərçəng xəstəliyinə tutulur. Şüalanma insan orqanizmində qocalma prosesini
sürətləndirir. Paralel olaraq
radioaktiv şüalanma genetik xəstəliklərə səbəb
olur. Bu da 5-6 nəsil sonra özünü
müxtəlif şəkildə (anadan eybəcər, əlil,
anormal, doğulma, əqli çatışmazlıq) biruzə
verir. Ätraf mühitin radioaktiv
şüalanmaya məruz qalması daha böyük fəlakətlərə
səbəb olur. Belə ki, radionukledlər
yüz illər torpaqda qalır. Həmin torpaqlardan əkin,
otlaq sahəsi kimi və ya mənzil tikintisi məqsədi
ilə istifadə edilməsi insanlar üçün
böyük təhlükə mənbəyidir. Bütün
bunlar da AES-lərə olduqca ehtiyatlı yanaşmanı və
onun inşası zamanı təbii fəlakətlər də
daxil olmaqla, bütün ehtimal edilən təhlükələri
nəzərə almanı tələb edir.
Əks halda, AES-lərdə baş verə biləcək
qəza milyonlarla insanı ölümə sürükləyə
bilər. Bunu 1986-cı il, aprel ayının 26-da Ukraynanın
Çernobıl AES-ində baş verən qəza da bir daha
sübut etdi.
Təhlükəli qəzalar
AES-lərdə baş
verən qəzalarla bağlı məsələ beynəlxalq
aləmi hələ ötən əsrin 50-ci illərində təşvişə
salmağa başlamışdı. Məsələn,
1959-cu il, iyun ayının 24-də Kaliforniya ştatındakı
Santa-Syuzna şəhərindəki
(ABŞ) AES- in enerji reaktorunda qəza baş vermişdi. Nəticədə stansiya ətrafındakı onlarla
kilometr ərazi radioaktiv şüalanmaya məruz
qalmışdı.
1961-ci
il, yanvar ayının 3-də isə Aydaxo-
Fols şəhəri (Ayadaxo ştatı)
yaxınlığındakı eksperimental reaktorda
partlayış baş vermiş və 3 nəfər həlak
olmuşdu. 1979-cu il, mart ayının 28-də
“Trimayl Aylend” AES-də (ABŞ) reaktorun soyudulmasına xidmət
edən sistem sıradan çıxmışdı. Nəticədə atmosferə külli miqdarda
radioaktiv qaz daxil olmuş, Sakyaxna çayına isə
radioaktiv tullantılar sızmışdı. Nəticədə
stansiya ətrafındakı əhali təcili şəkildə
fəlakət zonasından
köçürülmüşdü.
Əziz Mustafa
Zaman.- 2011.- 31 mart-1 aprel.- S. 11.