“Tələbələrimin qarşısına hazırlıqsız çıxanda utanıram”

 

Namiq Abuzərov,

ilahiyyat üzrə fəlsəfə doktoru,

BDU-nun İlahiyyat fakültəsinin müəllimi

 

- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

- Bilmədiyim mövzularda sual soruşmaq həyatda mənim üçün ən asan şeydir. Hər hansı davranışın, əməlin doğru və ya səhv olduğunu bilmədiyim halda onun haqqında qərar vermək mənim üçün ən çətin şeydir.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- Hər halda kənd təsərrüfatı ilə məşğul olardım. Ümumiyyətlə, haram olmayan və insanlara fayda verən hər hansı iş mənim üçün məqbuldur.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Ən çox keçirdiyim boş zamanlarıma üzülürəm. İçində olduğum mühit, məni əhatə edən insanlar üçün sevinirəm. İnsanın ətrafı, oturub-durduğu şəxslər əslində çox mühüm amillərdir.

- Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

- Təbii ki, ilk növbədə Allahıma, Peyğəmbərimə və bütün yaxşı adamlara. Bir müəllim kimi yetişməyimdə əməyi olan hər kəsə.

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Allahım, Peyğəmbərim, dəyərlərim.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- İndi müəlliməm və bu peşəmdən cox razıyam.

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Əgər səhvin varsa, üzr ismək mərdlikdir. Səhv və xata etdiyim zaman, əlbəttə, üzr istəməyi qəbahət saymaram, əksinə borc bilirəm.

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- Böyük şairimiz Sabirin bununla hansı növ ağlamağı nəzərdə tutduğunu bilmirəm. Amma onu bilirəm ki, kişilərin ən qeyrətlisi Hz. Peyğəmbər Allahın böyüklüyü qarşısında da göz yaşı töküb, körpə balasını torpağa tapşıranda da, sevdiklərinin şəhid olması xəbərini alanda da. Ağlamaq insanın fitrətindən gələn bir ehtiyacdır. Amma mal-pul itirib ağlamaq, döyülüb ağlamaq o kateqoriyaya aid deyil.

- “Kaş ki, filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

- Nə vaxtsa belə düşündüyüm hallar olub, lakin indi öz ölkəmdə, doğulduğum məmləkətdə mənəvi rahatlıq tapıram və xalqımın nümayəndəsi olmağımdan da məmnunam. Bilirsiniz, taleyi ilə barışmaq da elə budur. Unutmayaq ki, vətəni, ananı biz seçmirik, bizim üçün Allah seçir. Yəni bu mənada qədəri ilə barışmaq - Allahın seçimini təqdirlə qarşılamaqdır.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- “İnciklik olmayan ev yoxdur”- desəm, hər halda sadəlövh səslənməz. Amma əsas olan o incikliyin üstündən adlayıb hər şeyi yenidən başlaya bilməkdir. Mən xətamın olduğu yerdə sevə-sevə üzr istəyirəm. Bir ki, kişi gərək bu cür həssas məsələlərdə çürükçülük eləməyə. Qarşı tərəfin hər xətasını şişirtməyə.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz kiminsə günahını bağışlamısınızmı?

- Biz hamımız günahkar qullarıq, mən , sən , o da... Günahdan sonra tövbə etmək, əfv diləmək gözəl keyfiyyətdir. Bəzən elə olur ki, heç fərqinə varmadan kiməsə qarşı günah işləyirik. Amma bir həqiqət var ki, hər birimiz ən çox Allah-Təala qarşısında günahkarıq, Onun verdiyi əmanətləri öz təyinatı üzrə sərf etməyəndə bunun hesabını verəcəyimizi unutmamalıyıq. O ki qaldı bağışlamaq məsələsinə, biz bağışlayaq ki, Allah da bizi bağışlasın. Amma bağışlayanda da gərək Allahı məmnun etmək üçün bağışlayasan, başqa niyyət keçərli deyil.

- Sizcə azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- Azadlıq məfhumu insanlara görə dəyişir, mənə görə azadlıq başqalarının haqqına hörmətlə yanaşmaqdır.

- Sevgi nədir: ümid, qorxu ya xoşbəxtlik?

- Zənn edirəm, sevgi ümid ilə qorxu arasında yaşanan ülvi bir hissdir.

- Ən çox zaman utanırsınız?

- Tələbələrimin qarşısına hazırlıqsız çıxanda.

- Ölüm nədir?

- Ölüm dünya dəyişdirməkdir, yoxluq deyildir.

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Mən heç zaman pulla bağlı xəyallar qurmamışam, ona görə indi desəm, səmimi olmaz.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaqdüşüncəsi nəyi ifadə edir?

- Bu, mövzuya şəxsə görə dəyişir. Amma güman edirəm ki, bu, bir az eqoizmi ifadə edir.

- Həyatda ən böyük təsəlliniz?

- Həyatda ən böyük təsəllim, hər növ problemin müvəqqəti olmasıdır: “Bu da keçər.”

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- Cavablandıra bilməyəcəyim hər hansı bir mövzuda verilən sualları heç arzulamıram.

- Yubiley ad günlərində özünüzü necə hiss edirsiniz?

- Yaşa dolduğumu hiss edirəm.

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, yazardınız?

- Hər halda Mövlananınİnsanların eyiblərini örtməkdə torpaq kimi ol, ya göründüyün kimi ol, ya da olduğun kimi görün!” nəsihətini yazardım.

- Sizə görə insanda ən yaxşı ən pis xarakter hansılardır?

- Məncə, insanda mövcud olan ən yaxşı xarakter səxavətli olmasıdır, ən pis xarakter isə xəsislikdir.

- vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

- Xalq musiqisini sevirəm, amma hər hansı bir müğənniyə heyran olmamışam.

- Övladlarınız sizi atsalar, onlara deyərdiniz?

- “Övladlarınızın sizi atacağı günə hazır olun!”  deyərdim.

- Ən çox sevdiyiniz sevmədiyiniz sözlər?

- Sevdiyim söz çoxdur, sevmədiyim söz isə budur: “Allahsız yerdə otur, böyüksüz yerdə oturma!”

- Fürsət olsa, ölümqabağı vəsiyyət edəcəksiniz?

- Bu dünyanın müvəqqəti gözəlliyinə aldanmamağı vəsiyyət edərdim.

- Ən çox nədən qorxursunuz?

- Verdiyim sözü yerinə yetirməməkdən.

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Bu dünyada həqiqi mənada xoşbəxt olmaq mümkün deyil.

- Sizin kimlərə kimi xeyriniz var?

- Tələbələrimə bildiklərimi öyrədirəm bunun da xeyirli bir olduğunu düşünürəm.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona deyərdiniz?

- Dünyanın bir neçə xüsusiyyəti var. Onun üçün deyəcəyim söz bu xüsusiyyətlərə görə dəyişir.

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Belə bir təklifi xatırlamıram. Amma ona inanıram ki, insan layiq olmadığı hər şeydən imtina etməyi bacarmalıdır. Konkret mənə gələndə açığı deyim ki, hələ belə bir sınaqla üz-üzə gəlməmişəm. Ona görə də olmayan şey haqqında basıb-bağlamaq yaxşı deyil.

- Gənclik hansı yaşda bitir?

- Düşünürəm ki, insan özünü yaşlı hiss etdiyi zaman onun üçün gənclik həyatı bitir.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Dostlarım çoxdur. İnsanların dost olma məqsədləri onların niyyətlərinə görə fərqli olur. Səmimi bir həmsöhbət axtaran da var, müəyyən məqsədlərlə dostluq edənlər də. Əsl dostluq isə dəyərlər ətrafında birləşmək, doğmalaşmaqdır.

 

 

Zaman.- xüsusi buraxılış.-  2011.- 14-16 may.- S. 5.