Yumorumuzun bu günüya “çənə”nin səhnəyə gəlişi 

 

Komediyanın təbiətində şişirtmə vardır. Lap karikaturada olduğu kimi: hansısa siyasətçi haqqında çəkilən karikaturada həmin siyasətçinin gözəçarpan fiziki qüsuru şişirdilir. Məsələn, siyasətçinin burnu bir az böyükdürsə, o burun daha böyük göstərilir. Amma həmin burun heç vaxt karikaturanınmərkəzində” durmur. Sadəcə olaraq karikaturadakı kiçik detallardan biri kimi təqdim olunur.

 

İntellektlə, geniş məlumatla dəstəklənməyənyumoristik materialolsa-olsa, ancaq komiklik ola bilər. Komik olmaq elə də çətin deyil. Ətrafımızda bir çoxməzəlitiplər var. Məsələn, hər hansı bir şəxsə çənəsinə nisbətən iri ölçülü plastik “çənə” taxsaq, ona baxıb gülənlər mütləq tapılacaq. Çox təəssüf ki, belə səhnələr özünü aparıcı yumor ustası hesab edən aktyorlarımız tərəfindən tez-tez nümayiş etdirilir. Aydındır ki, komediyanın təbiətində şişirtmə vardır. Lap karikaturada olduğu kimi: hansısa siyasətçi haqqında çəkilən karikaturada həmin siyasətçinin gözəçarpan fiziki qüsuru şişirdilir. Məsələn, siyasətçinin burnu bir az böyükdürsə, o burun daha böyük göstərilir. Amma həmin burun heç vaxt karikaturanınmərkəzində” durmur. Sadəcə olaraq karikaturadakı kiçik detallardan biri kimi təqdim olunur. Bizdə isə fərqlidir: Aktyor qeyri-adi “çənə” ilə səhnəyə çıxan kimi yumoru anlamayan tamaşaçı qəşş eləyib gülür və bunu görən aktyor növbəti konsertlərində bu səhnəni - bir insanın fiziki qüsurunu birbaşa gülüş obyekti kimi təqdim etməyə davam edir.

Fikrimi bir az da genişləndirmək üçün bir nümunə gətirim. 2000-ci illərin əvvəli idi (ili dəqiq yadımda deyil-T.C.), məşhur yumor ustası Cem Yılmaz bir verilişə dəvət olunmuşdu. Söhbət dönüb-dolaşıb kitablara, ədəbiyyata gəlib çıxdı. Cem Yılmaz ona ünvanlanan suallardan birinə, “Mən kitab oxumağı, mütaliəni sevmirəmdeyə cavab verdi. İllər keçdi... Başqa bir verilişdə Cem Yılmaz, artıq, ədəbiyyatdan - sevdiyi əsərlərdən, yazarlardan bəhs edir, hətta həmin yazarlardan sitatlar gətirirdi. Üstəlik, sadəcə ədəbi əsərlər deyil, Cemin elmi əsərlər haqqında da müəyyən bilgilərə malik olduğu açıq-aşkar sezilir. Bu baxımdanBizim işimiz gülüdürməkdir; nəyə lazımdır oxumaq, lazımdır mütalə?” deyən yumoristlərə Cem Yılmazın tamaşalarını tapıb izləmələrini tövsiyə edirəm. Yuxarıdakı nümunəni xatırlatmaqda məqsədim, quru istedadın tükənməyə məhkum olduğunu anlatmaqdır. Əgər Cem Yılmaz 10 il əvvəlki düşüncəsində qalsaydı, böyük ehtimalla, bu günkü uğurlarına imza ata bilməzdi.

Yumorist olmaq - həyata, dünyaya, insana, bir sözlə hər şeyə fərqli baxa bilməkdir.

Yumorist olmaq - tamaşaçının görmədiyini görə bilmək, söyləyə bilmədiyini cəsurca söyləyə bilməkdir.

Yumorist olmaq - bir fəlsəfədir.

Yumorist olmaq - novator düşüncəli olmaqdı.

Yumorist olmaq - sadəcə quru istedad demək deyil.

Bizimkilər vaxtı keçmişpryomlarıtəkrarladıqca təkrarlayırlar.

Tahir İmanov, Rafael Coşqun, Elməddin Cəfərov, Fərda Xudaverdiyev başqaları. Bu isimlər Azərbaycanın üzdə olan yumoristləri hesab olunur. Bunların TolstoyunDirilmə”sini oxuması o qədər vacib deyil (oxusalar faydalı olar-T.C.). Amma Qraham Linehanın, Ferhan Şensoyun, Gülse Birselin, Vudi Allenın kitablarını oxumaları, filmlərini izləmələri vacibdir. Vudi Allen olmasın, başqası olsun, önəmli deyil. Əsas məsələ odur ki, bizim yumoristlər öz sahələrini bilməli, dünyadakı yumoristləri tanımalı, izləməli, təqib etməlidirlər. Mənim üçün maraqlıdır, görəsən, bizim yumoristlərimiz Riki Gerves, Bili Konolin, Met Lukas, Devid Uilyams, Saymen Peqi haqqında qədər məlumatlıdılar

Fərda “stand up” dediyimiz səhnəciklər göstərir. Fərdadan soruşmaq istəyirəm Cem Yılmazdan başqa daha hansı “stand up” ustalarını izləyib? Kris Rok, Bil Hiks, Corc Karlin, Riki Gerves, Bil Maher, Daylon Moran kimi adlar Fərda üçün ifadə edir?

Bu gün 21-ci əsrdə, 2011-ci ildə yaşayırıq. Bu gün Fərdanınkəndlə şəhərin”, “bizim toylarla xarici toylarınfərqindən bəhs edən monoloqları, Elməddininşivəli-ləhcəlizarafatları müasir gəncliyin tələblərinə cavab vermir. Çox təəssüf ki, gənc yumoristlər (“Zarafatsızverilişinin aktyorları İslam Elşad-T.C.) öz yollarını seçmək, öz üslublarını ortaya qoymaq, sənətdə yenilik axtarmaq yerinə, çox matah bir şeymiş kimi Elməddini, Fərdanı təqlid etməyi üstün tuturlar.

Yeni nəsil yumoristlər “Planet Parni iz Baku” komandasının etdikləri bayağı səhnəcikləri - kişilərə qadın paltarı geyindirmək kimi vaxtı keçmişpryomlarıtəkrarladıqca təkrarlayırlar. Bəyəm, “indi isə səhnəyə kişi müğənnimiz Samir Bağırov gəlirifadəsinin qədər bayağı səsləndiyinin sübut etməyə ehtiyacmı var? Görəsən, müğənni Rəqsanənin çənəsini (insanın fiziki qüsurunu-T.C.) birbaşa gülüş obyekti olaraq təqdim etmək yumorla bir araya sığırmı?

Yumorist həm cəsarətli olmalıdı

Bütün dövrlərdə yumoristlər (ümumiyyətlə, sənət adamları) müxtəlif təzyiqlərlə üzləşiblər. Bəziləri bu təzyiqlərdən qorxaraq geri addım atıb, bəziləri üçün isə bu təzyiqlərqamçırolunu oynayıb, onları daha da cəsarətləndirib. Məsələn, Çarli Çaplin bir dönəm sırf kommunizmə yaxın olduğu üçün, siyasi təzyiqlərə məruz qalıb, hətta bir ara Amerika vətəndaşlığından da çıxarılıb. Ən qatı, ən sərt avtoritar rejimlərdə belə, cəsur sənət adamları mövcud olub. Məsələn, Hitler vaxtında intensiv şəkildə teatrlar bağlanırdı. “Ali irqüçün zərərli olduğu düşünülən bütün kitablar yandırılır, teatr tamaşaları qadağan edilirdi. Hitlerin coşduğu sərt dönəmdə belə, öz sözünü deməyə davam edən adamlar son həddə qədər mübarizə aparırdılar. Bertolt Brext, Karl Valentin adlarını bu gün xatırlamağımızın səbəbi onların Hitler dönəmində göstərdikləri mübarizlik, barışmazlıqdır.

Bəli, yumorist müxalifdir. Bu müxalifliyi sadəcə gündəlik siyasət çərçivəsində dövlətə müxalifət etmək anlamında bəsitləşdirmək düzgün olmaz. Yumorist ilk növbədə ətrafında baş verənlərə qarşı statistik vətəndaşdan fərqli olaraq mühakimə yürütməyi, “hesab sormağıbacarmalıdır. Bacarmalıdır ki, səhnəyə çıxanda tamaşaçıya yeni bir şey söyləyə bilsin. Bacarmalıdır ki, tamaşaçının beynində o qığılcımı yarada bilsin, tamaşaçı damən bu hadisəyə heç bu şəkildə baxmamışdımdeyə bilsin. Bacarmaq üçün yumoristin dünyagörüşü geniş olmalıdır. Yumorist zövqlü olmalıdır. Gərək sən özün zövqlü olasan ki, tamaşaçıların da zövqünü oxşaya biləsən. Unutmaq olmaz ki, filmə baxmaq, kitab oxumaq təkcə səni şəxsiyyət olaraq yetişdirmir, eyni zamanda sənətçi olaraq gördüyün işlərə birbaşa köməklik göstərir.

 

 

 TOĞRUL CƏFƏROV

 

Zaman.-2011.-12-14 noyabr.- S.2.