Azərbaycanın bilinməyən tarixi: Mir Həmzə Nigari

 

Sovet imperiyası uzun illər Azərbaycan tarixini saxtalaşdırmağa, dahi ədiblərin, şəxsiyyətlərin adlarını unutdurmağa çalışmışdır. Ateist sovet hökuməti İslam dinini unutdurmaq üçün uzun müddət mübarizə aparmışdır. 

Yüzlərlə şeyx din adamı edam edilmiş, bununla yanaşı bu dövr Azərbaycan ədəbiyyatında roman dram əsərlərinin bir qismi İslam din adamlarının gözdən salınmasına həsr edilmişdir. Unutdurulmağa çalışılan həmin dühalardan biri təsəvvüf ədəbiyyatının böyük şairi, dahi şəxsiyyət Mir Həmzə Nigaridir.

Mir Həmzə Nigari 1805-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində dünyaya gəlmişdir. Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qızxanımdır. Həmzə əfəndinin Həzrəti Zəhranın övladlarından olan ulu babaları hicrətin birinci ikinci əsrlərində sülalələri həmvətənləri ilə birlikdə uzaq bir ölkədə gizlənmək yaşamq məcburiyyətində qalmışlar. Həmin əsrdə Qafqazın Qarabağ vilayətinə köçərək burada bir kənddə yerləşmişlər. Cicimli adlanan bu kənd ulu seyidlərin gözəl müqəddəs bir məskəni olmuşdur. Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirmişdir. 15 yaşına qədər molla yanına göndərilsə , getməkdən imtina edən Nigari kəndən qaçaraq Qaraqaş kəndindəki məşhur müdərrislərdən biri olan Mahmud əfəndinin yanına getmişdir. Qaraqaşda təhsil aldığı zaman Nurəddin adlı bir şəxs xanımı Nigar Həmzə əfəndinin bütün ehtiyaclarını qarşılamış, təhsili üçün hər cür yardımı göstərmişlər. Bu xanımın dəstəyinə görə o, “Nigaritəxəllüsünü götürmüş divanında da bu addan istifadə etmişdir.

Təsəvvüf tərbiyəsini tamamladıqdan sonra həcc ziyarətində olmuş 1834-cü ildə Qarabağa geri qayıtmışdı. Qarabağda evlənib ailə sahibi olan Mir Nigari, üzərinə düşən elm öyrətmək vəzifəsini layiqincə yerinə yetirərək elm irfanından xalqın faydalanması üçün bütün zamanını sərf etmişdir.

Həmzə əfəndi Ağdaşlı Əhməd əfəndi Şuşada Qarabağ xanı Xasayın imarətində məclisdə olurlar. Bu məclisdə İslam dininə mənsub bir millətin xristian rus işğalı altında qalmasının düzgün olmadığı ətrafında bir sıra düşüncələr formalaşır. Qərar qəbul edilir ki, əgər Osmanlı Rus hökuməti arasında müharibə başlayarsa, Qarabağda Hacı Həmzə əfəndi, Şəkidə Əhməd əfəndi, Dağıstanda Xasay xan dərhal fəaliyyətə başlayacaq qəfil üsyan qaldırmaqla Osmanlıya dəstək göstərəcəklər. Bu qərar məktub şəklində yazılaraq Qars mütəsərrifinə çatdırılması üçün iki şəxsə həvalə edilir. Ancaq xanın xain xidmətçisi məclis alınmış qərar barədə məlumatı rus hökuməti nümayəndələrinə çatdırır. Rus əsgərləri tərəfindən məktubu aparan iki nəfər həbs edilir çox ağır işgəncələrə məruz qalır. Xasay xan hadisədən xəbərdar olan kimi həm Mir Həmzə Nigariyə, həm Əhməd əfəndiyə xəbər göndərir. Hacı Həmzə əfəndi Arazı keçərək xilas olsa da, Əhməd əfəndi tutularaq Sibirə sürgün edilir. İran sərhədini keçdikdən sonra Culfa, Təbriz, Xoy, Salmas, Urmiyaya vararaq Bəyazid yolu ilə Ərzurama getmişdi.

 

Canan diləyən dağdağal-cana düşərmi?

Can istəyən əndişeyi-canana düşərmi?

Girdik rəhi-sevdaya cünunuz, bizə namus.

Lazım deyil, ey dil ki bu sana düşərmi?”

 

- deyərək Haqqa olan hədsiz eşqini ifadə edən Qarabağlı Mir Həmzə Nigari, aşiqanə şeirləri ilə təsəvvüf ədəbiyyatının önəmli bir şairi, könüllər sultanı, böyük bir sufi şəxsiyyət olmuşdur. Şeirlərində, adətən, Allah eşqi, Hz. Məhəmməd (sav) sevgisi Əhli-beyt məhəbbəti işlənmişdir. Türk ədəbiyyat tarixçisi İskəndər Pala Nigarinin divanının Türkiyədəki nəşrinin ön sözündə yazır: “Lüğətdə Mir Həmzə Nigari adlı bir söz olsaydı, qarşısında mütləq eşq yazılardı. 88 illik ömrünü bir Tək eşqinə sərf etmiş bu şeyx, heç şübhə yoxdur ki, XIX əsr türk təsəvvüf ədəbiyyatının öndə gələn isimlərindəndir. Həyatının çoxunu keçirdiyi Şərqi Anadolu Şimali Azərbaycanda hələ analar övladlarına onun eşq şeirlərindən laylalar söyləyirlər.”

Həmzə Nigarinin Mühyiddin ibn ƏrəbininFütuhatı-Məkkiyyəadlı əsərinə yazdığıTavzihat”, türkcə farsca Divanı, bundan əlavə, “NigarnaməSaqinaməadlı əsərləri vardır. Mahir bir divan şairi olan Həmzə əfəndinin aşiqanə şeirlərinin yer aldığı türkcə Divanı 1883-cü ildə İstanbulda, 1908-ci ildə isə Tiflisdə çap olunmuşdur. Farsca Divanı da İstanbulda 1911-ci ildə nəşr edilmişdir.

Hicri 1303-cü ilin Qurban bayramında Mir Həmzə əfəndinin yanına bayramlaşmağa gəlmiş vali Hacı Həsən Paşa ilə söhbət əsnasındavaxtının yaxınlaşdığına işarə edərək vəfat etdikdə cənazəsinin Amasiyaya göndərilməsini, orada oğlu ilə bir məkanda yatmaq istədiyini ondan bu lütfi əsirgəməmələrinirica vəsiyyət etmişdir. Vali Paşa bu vəsiyyət üzərinə Həmzə əfəndiyə uzun ömür dilədiyini, yox əgər belə bir hal yaşanarsa, Xarputda məzarının üzərinə gözəl bir türbə tikdirəcəyini söyləmişdi. Ancaq vəsiyyətində israrlı olduğunu görən Mir Həmzə əfəndiyə: “Əfəndim təkrar edirəm, Allah qorusun. Əfəndimizin qəlbinin saflığına tam etimadım olduğundan ərz edim ki, belə bir halda havalar isti, Amasiya isə on, on iki günlük bir məsafədə yerləşdiyindən mübarək nəşiniz yollarda narahat olardeyir. Cavabdan demək istədiyini başa düşən bu arif pirSəksən ildir bu vücud Allah demişdir. Ondan başqasını zikr etməmiş, ondan qeyrisini görməmişdir. Səkkiz gün içərisində çürüyüb iylənəcəksə, qoy olsundemiş. Bu izahatdan mütəəssir olan vali Paşa həzrətləri üzrxahlıq etmişdir.

Mir Həmzə Nigari həzrətləri 1885-ci il iyulun 29-da vəfat etmiş, cənazəsi vəsiyyətinə uyğun olaraq Xarputdan on günlük bir məsafədə yerləşən Amasiyaya aparılmışdır. Dəfn edilməzdən əvvəl jandarma komandanı, məclisi-idarədən bir nümayəndə, bələdiyyə hakimi gəlmiş tabutun qapağını açaraq, cəsəddə dəyişmə əlamətləri olub-olmadığını tədqiq etmişlər. Heç bir dəyişiklik olmadığını görən nümayəndələr cəsədin mumyalanmasından şübhələnərək sinəsini, bağrını açmışlar buna dair heç bir əlamət tapmadıqda təəccüb içində qalmışlar. Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyi ilə Qarabağ, Qazax Borçalıdakı müridlərdən toplanan ianə ilə türbəsi, türbənin yanında da bir məscid inşa edilmişdir. Bu məscid Amasiyada indi Şirvanlı camisiadı ilə tanınır.

Türkiyədə Azərbaycanda Nigarinin şeirlərindəki tərənnümləri eyni duyğu coşğunluqda ifadə edə bilən bir çox könül insanı yetişmişdir. Sovet hökumətinin təzyiqlərinə Nigariyə qarşı aparılan ardıcıl təbliğatlara baxmayaraq onun sevgisi qəlblərdən silinməmişdir. Bu dövrdə gizlicə yaşadılan Nigari sevgisi Azərbaycanın şimal-qərb bölgələrində bu gün davam etməkdədir.

 

 

 MEHMET RIHTIM,

 FİLOLOGİYA ELMLƏRİ ÜZRƏ

 FƏLSƏFƏ DOKTORU, DOSENT

 

  Zaman.-2011.-12-14 noyabr.- S.4.