Maksim Qorki -həyatın
dibindən zirvəsinə (1)
1917-ci
ilin dekabr ayının 20-də,inqilabdan cəmi ay yarım
sonra Qorki “Yeni həyat” qəzetində qəzəblə
yazırdı: “İnqilab baş verəndən
sonrakıqısa müddət ərzində bolşevikləron
mindən artıq əleyhdarlarını məhkəməsiz
güllələyiblər. Bu isə
özbaşınalıqdır. İnqilab Rusiyaya nə isə
verə, onun vəhşiməişət tərzini dəyişdirə,
xalqı qaranlıqdan işıqlı həyata
çıxara biləcəkmi?
Bir
vaxtlar onun haqqında hamı məhəbbətlə
danışar, əsərlərini sevə-sevə
oxuyardılar. O, keçmiş SSRİ vətəndaşları
üçün məhəbbət, sevgi və haqq-ədalət
simvolu idi. O yazdığı əsərləri ilə həyatın
dibindən şöhrət zirvəsinə qalxmağı
bacarmış və milyonlarla insanın qəlbində
özünə qarşı rəğbət oyatmağı
bacarmışdı. Onu SSRİ-də uzun illər sosialist
ideologiyasının nəğməkarı, proletar ədəbiyyatının
banisi kimi insanlara təqdim etmişdilər. Ancaq o,
bolşevizmin mənfi tərəflərini cəsarətlə
tənqid edərək, yeri gələndə onları yerlərində
oturtmağı bacarırdı. Məsələn,
bolşevizmin öz əleyhdarlarına amansız şəkildə
divan tutduğu illərdə, 1918-ci ilin yanvar ayının
birində o yazırdı: “Proletariat geniş ürəkli, səmimi
və ədalətli deyil. Halbuki inqilab ölkədə haqq və
ədaləti bərpa etməli idi. Əgər ölkədaxili
çəkişmədə Lenin Milyukovun, o da Leninin gur
saçlarını yolsaydı, onda bu bizi narahat etməzdi.
Amma çəkişən panlar, bir-birilərini öldürənlər
isə xoloplardır. Kasıblar vuruşaraq, bir- birilərini məhv
edirlər, ölkə isə məhvə sürüklənir”
Yaradıcılığının ilk illərində
onda inqilabi mübarizə ruhu mövcud idi və bu onun
o dövrdə qələmə
aldığı bütün
əsərlərində özünü
göstərirdi. Ona görə də o yazdığı “Şahin
nəğməsi”, “Dankonun
ürəyi” hekayələri
və “Ana” romanı ilə Lenin başda olmaqla, inqilabçıların
sevimlisinə çevrildi.
Hər halda həmin dövrdə o inqilab yolu ilə
xalqın azadlığa
çıxacağına inanırdı.
Mənşəcə xristianlaşan
tatar ailəsindən olması səbəbindən
onda çılğın
və qaynar tatar qanı tez-tez özünü biruzə verirdi. O, yaradıcılığının sonrakı mərhələlərində
bolşevizmi tərənnüm
edən əsərlər
yazmadı və onlarla daim gizli
mübarizədə oldu.
Bu sonda, əvvəlcə,
oğlunun, sonra isə özünün bolşeviklər tərəfindən
aradan götürülməsinə
gətirib çıxardı.
Bu insan Aleksey Maksimoviç
Peşkov (Qorki) idi. Maksim Qorki
1868-ci il mart ayının
16-da ( 28) Nijni Novqorod şəhərində anadan
olub. Onun ata və ana
babalarının xristianlaşan
tatar olduqları ehtimal edilir. Atası Maksim Savvatiyeviç (Savvat, Savad) Peşkov (tatarca Beşik, Peşik) keçmiş zabitlərdən idi. Anası Varvara Kaşirina isə meşşan ailəsindən
idi. O, Qorki uşaq ikən vəfat etmişdi. Balaca Maksimin uşaqlığı da ana babasının yanında keçib. Babası onda kilsə kitablarına maraq yaratmış, nənəsi isə ona çoxlu nağıllar danışmışdı.
Amma imkansızlıq ucbatından Qorki yalnız peşə məktəbini bitirə bilmişdi. O, uşaq yaşlarından ağır
işlərdə (mağazada
şagird, paroxodda qabyuyan) işləmişdi.
Çox qaynartəbiətli
olan Qorki ilk sevgidə uğursuzluğa
düçar olmuşdu.
Bu da gəncliyində
onun özünə
sui-qəsdə əl
atmasına gətirib çıxarmışdı. Lakin
güllə ağciyərini
deşərək keçib
getmişdi. Sağaldıqdan
sonra Qorki Qərbin bir çox filosoflarının
əsərlərini oxumuşdu.
Eyni zamanda Karl Marksın “Tarixi məktublar”ı ilə də tanış olmuşdu və bu onda sosializmə
rəğbət oyatmışdı.
Əyalət həyatı
onu quru və sərt adama çevirsə də, tez-tez kilsəyə gedən Qorki dini kitabları
oxuyaraq, onların təsiri altında humanist
və mülayim bir adama çevrilmişdi.
Bununla əlaqədar
o, 1912-ci ildə yaxın
dostu V. V. Rozanova yazırdı: “Allah insanlara
hamının bərabər
olduğunu və ali səviyyəyə ucalmağı təlqin edir”.
İlk gənclik illəri
1892-ci ildən başlayaraq, Qorki, əvvəlcə, İequdiil Xlamida adı altında məqalələr yazmağa
başlayır. İlk
dəfə Qorki imzasından o, 1892-ci ildə
Tiflisdə nəşr
olunan “Qafqaz” qəzetində çap edilən “Makar Çudra” hekayəsində
istifadə etdi. 1895-ci
ildə yazıçı
V. Korolenkonun köməyi
ilə o dövrdə
Rusiyada olduqca populyarlıq qazanan “Ruskoe boqatstvo” jurnalında “Çelkaş”
hekayəsini dərc etdirdi. 1898-ci ildə isə onun Peterburqda
“İyirmi altı və bir” şeir
və poeması, həmçinin “Foma Qordeyev” povesti çapdan çıxdı.
Bu əsərlər qısa
müddətdə Qorkiyə
böyük şöhrət
gətirdi. Əsərlərdə
oxucunu daha çıx cəlb edən qəhrəmanın
lirik aləmi və onun həqiqəti
hər şeydən üstün tutması idi. Bununla da
Qorki XX əsrin əvvəllərində xarakter
etibarıilə özündə
başdan-ayağa tatarlara
xas olan ruhu nümayiş etdirən rus insanının real obrazını
ədəbiyyata gətirmiş
oldu. Ona görə də tənqidçilər Qorkini
qeyri-adi insani xüsusiyyətləri ilə
seçilən məşhur
Nitsşe ilə müqayisə etməyə
başladılar. İctimai
baxımdan hökumətə
qarşı radikal mövqedə dayanan Qorki inqilabi hərəkatda fəal iştirak etdiyinə görə dəfələrlə
həbs edilmişdi.
1902-ci ildə Qorkini Rusiya Elmlər Akademiyasının fəxri
üzvü seçdilər.
Lakin çar II Nikolay buna qarşı
çıxaraq, Qorkinin
fəxri akademik seçilməsinə razılıq
vermədi. Buna etiraz edən yazıçılar
Çexov və Korolenko Akademiyanı tərk etdilər. 1901-ci ildə Qorki “Bilik yoldaşlıq cəmiyyəti” dərgisinə
rəhbərlik etməyə
başladı. Burada
İ. A. Buninin, A. İ Kuprinin,
A. S. Serafimoviçin və
digərlərinin əsərləri
çap edilirdi.
1902-ci ildə o,“Həyatın
dibində” pyesini yazdı və əsər Moskva Bədaye Teatrında tamaşaya qoyuldu. 1905-ci ildə Qorki V. İ. Leninlə tanış oldu və RSDFP-yə üzv qəbul edildi. 1905-1907-ci illər inqilabı məğlubiyyətə uğrayandan
sonra Qorki həbs edilmək təhlükəsindən xilas
olmaq üçün
İtaliyanın Kapri adasına mühacirətə
gedir. O burada “Okurov şəhəri”, “Uşaqlıq” povestlərini
və “Po Rusi” adlı hekayələrini yazır. Amma həmin dövrdə onun yazdığı “İspoved” povesti ədəbi aləmdə müxtəlif mübahisələrə
səbəb olur. Bəzi tənqidçilər
onu bu əsərinə
görə sərt şəkildə tənqid
edirlər. Amma məşhur şair A.
Blok Qorkinin bu əsərini yüksək
qiymətləndirir. Kapridə
mühacirətdə olarkən
Leninlə Qorki arasında ilk narazılıq
yaranır. Buna da səbəb Qorkinin V. Lunaçarski və A. Boqdanov ilə birlikdə Kapridəki fəhlə dərnəklərində
dini təbliğ etməsi idi. Birinci Dünya müharibəsi Qorkinin
humanist ürəyində böyük
yanğılara səbəb
olmuşdu. Onun fikrincə, müharibədə
insanların bir-birlərini
heç nədən öldürməsi dəlilik
idi. Ona görə də
1914-cü ildə yazdığı
bir şeirində Qorki: “Bundan sonra biz necə yaşayacağıq? Bu müharibə
bizə nə verəcək? İnsanların
bir-birilərinə nifrət
etməsi lazım deyil. Bəs müharibə fəlakətlərindən
ağrıyan mənim
qəlbimi nə xilas edəcək?”-deyirdi.
Həmin
dövrdə o, insanları
fəlakətdən yalnız
inqilabın xilas edəcəyinə ümid
bəsləyirdi. Lakin
onun inqilaba olan ümidləri özünü doğrultmadı.
Necə deyərlər,
oktyabr inqilabı Qorkini daha da
məyus etdi. O, son məqamda anladı ki, inqilab xalqa
daha ağır fəlakətlər gətirəcək.
Ona görə də inqilabdan üz döndərərək
onun xalqa ölüm və dağıntı gətirəcəyini
yazdı. O, bu yazılarında inqilab fikrinə düşən
bolşevikləri kəskin
tənqid edirdi.
1917-1918-ci illərdə yazdığı
əsərlərində Qorki
Lenini terror və qiyam yolu ilə
hakimiyyəti ələ
keçirməkdə, ölkəni
uçuruma sürükləməkdə
və milyonları mənasız qırğına
verməkdə günahlandırırdı.
Həmin dövrdə
Qorki özünün
bütün imkanlarından
istifadə edərək,
bir çox ziyalıların bolşeviklər
tərəfindən güllələnməsinin
qarşısını aldı.
Nifrət və sevgi burulğanında
Qeyd etdiyimiz kimi, haqq və ədalətin
bərpa ediləcəyi
ümidi ilə bolşevikləri qızğın
şəkildə dəstəkləyən
Maksim Qorki az keçməmiş öz fikirlərində yanıldığını anladı.
O, bolşeviklərin inqilabdan
dərhal sonra öz əleyhdarlarına amansız divan tutmasını
görəndən sonra
fikrini dəyişdi.
O, açıq şəkildə
bolşevikləri tənqid
etməsinə görə
özünün də
onların qurbanı ola biləcəyinə baxmayaraq, cəsarətlə
Leninə və tərəfdarlarına etirazını
bildirməyə başladı.
1917-ci ilin dekabr ayının
20-də, inqilabdan cəmi
ay yarım sonra Qorki “Yeni həyat”
qəzetində qəzəblə
yazırdı: “İnqilab
baş verəndən
sonrakı qısa müddət ərzində
bolşeviklər on mindən
artıq əleyhdarlarını
məhkəməsiz güllələyiblər.
Bu isə özbaşınalıqdır.
İnqilab Rusiyaya nə isə verə, onun vəhşi məişət
tərzini dəyişdirə,
xalqı qaranlıqdan
işıqlı həyata
çıxara biləcəkmi?
Məsələn, demokratlar
günahkar bildikləri
adamları belə
edam edirlər. Bu yaxınlarda
təxminən Aleksandrov
bazarı ətrafında
oğurluq edən birini yaxalamışdılar.
Kütlə onu bərk əzişdirəndən
sonra günahkarı güllələmək, yoxsa
suda batırmaq barədə səsvermə
keçirildi. Nəticədə
səsvermə zamanı
oğrunun buzlu suda batırılması barədə qərar qəbul edildi. Bu məqsədlə də oğrunu buzlu suya atdılar. Oğru xeyli buzlu suda batıb-çıxandan
sonra, nəhayət ki, özündə güc toplayaraq sahilə qədər üzə bildi. Lakin onun sahilə
çıxmasına icazə
vermədilər. Kütlədən
bir nəfər yaxınlaşaraq xilas olacağına ümid edən oğrunu güllələdi”.
ƏZİZ
MUSTAFA
Zaman.-2011.-26-28 noyabr.-
S.12.