“Nabukko”nun reallaşması bölgədə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq”

  

Son vaxtlar Türkmənistan və Azərbaycan qazını Avropaya nəqlini nəzərdə tutan “Nabukko” qaz kəməri layihəsinin reallaşmasıistiqamətində müəyyən fəallıq hiss olunur. Bu müstəvidə Avropa ölkələrinin yüksək səviyyəli dövlət rəsmilərinin hər iki ölkəyəsəfərləri intensivləşib. Bəs “Nabukko” layihəsi nə qədər real görünür? Bizi maraqlandıran bu və digər suallaracavab almaq üçün Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, Xəzər dənizi məsələləri üzrə ekspert, professor Rüstəm Məmmədova müraciət etdik.    

- Rüstəm müəllim, müəyyən fasilələrdən sonra “Nabukko” layihəsi ilə bağlı yenidən fəallıq hiss olunur. Son aylarda Qərb ölkələrinin və bir sıra beynəlxalq qurumların yüksək səviyyəli rəsmilərinin Azərbaycan və Türkmənistanla apardıqları danışıqlar beynəlxalq aləmin diqqət mərkəzindədir. Sizcə, bu səfərlər “Nabukko”nun reallaşmasına təkan verəcəkmi?

- “Nabukko”nun reallaşması heç də bir çoxlarının düşündüyü kimi, asan məsələ deyil. Əgər “Nabukko”nun reallaşmasını belə səfərlər vasitəsilə həll etmək mümkün olsaydı, onda çoxdan bu problem həllini tapardı. Əlbəttə, mən Avropa ölkələri rəsmilərini başa düşürəm: qarşıdan qış gəlir və rus qazından asılı olan Avropa gözlənilmədən ortaya hansısa fövqalədə bir hadisənin ortaya çıxacağından ehtiyat edir. Ona görə də Avropa zərurət yaranacağı halda, az da olsa, öz tələbatını ödəmək üçün Xəzər regionu qazından istifadəyə ümid edir. Amma mənə elə gəlir ki, bu cür səfərlər daha çox kampaniya xarakteri daşıyır. Çünki bu səfərlər əsasən payız aylarına təsadüf edir. Ona görə də, sözün düzü, mən belə səfərlər vasitəsilə “Nabukko”nun reallaşdırılmasının mümkün ola biləcəyinə inanmıram.

- Rusiya “Nabukko”nun reallaşdırılmasında maraqlı deyil və bu istiqamətdə hər hansı bir addımın atılmasına qarşı çıxır. Şimal qonşumuzun nümayiş etdirdiyi belə bir mövqe beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etmirmi?

- Rusiya illər boyu dünyada aparıcı, söz sahibi olan dövlətlərdən biri kimi bu müstəvidə , təbii ki, özünün maraqlarına cavab verməyən hər hansı bir regional layihənin reallaşdırılmasını həzm edə bilmir. Məsələnin digər tərəfinə gəlincə, əslində güclü dövlətlər üçün beynəlxalq hüquq normaları yoxdur. Bu baxımdan Rusiya Xəzər regionunda güc sahibi olan dövlətdir o, bu məsələdə istənilən halda beynəlxalq hüquq normalarının deyil, öz maraqlarının təmin edilməsini əsas götürür. Amma təkcə Rusiya deyil, eyni zamanda İran daNabukko”nun reallaşdırılmasında maraqlı deyil. Çünki Rusiya kimi, İranın da Xəzərdə strateji maraqları var. Bu maraqların təmin edilməsi iləNabukko”nun reallaşdırılması ziddiyyət təşkil etdiyi üçün İran həmin layihənin reallaşdırılmasına qarşı çıxır.

- “Nabukko”nun reallaşması İran Rusiyanın daha çox iqtisadi, yoxsa siyasi hərbi maraqları ilə üst-üstə düşmür?

- Təbii ki, bu məsələdə həm iqtisadi, həm siyasi hərbi maraqların təmin edilməsinin rolu var. Rusiya öz qazına Avropada alternativ olacaq yeni qaz kəmərinin işə düşməsini istəmir. Eyni zamanda RusiyaNabukko”nun reallaşdırılması ilə bölgə ölkələrinin Avropaya daha sıx inteqrasiyasından buna paralel olaraq, Qərbin bölgədə möhkəmlənəcəyindən, bölgədə özünə qarşı hər hansı bir təhlükə yaranacağından ehtiyat edir. İrana gəlincə, əslində Tehranı iqtisadi maraqlardan daha çox, özünün təhlükəsizliyi narahat edir. Çünki layihənin reallaşdırılması Qərbin, xüsusilə ABŞ-ın Xəzər regionunda həm iqtisadi, həm hərbi-strateji baxımdan fəallaşmasına gətirib çıxara bilər. İran isə bunu özü üçün böyük təhlükə hesab edir.

- Rusiya şimalda dənizin dibi ilə yüzlərlə kilometr uzanan qaz kəməri çəkərək Yamal qazını Avropa bazarına çıxardı. Amma Moskva Xəzərin dibi ilə qaz kəməri çəkilməsinin yolverilməzliyini söyləyərək, bunu ekoloji təhlükə amili ilə əlaqələndirir. Sizcə, Rusiyanın bu hərəkəti dərəcədə məntiqli görünür?

- Mən bir az əvvəl dedim ki, supergüclər əksər hallarda beynəlxalq hüquq normalarına münasibətdə öz maraqları müstəvisindən çıxış edirlər. Xəzərin ekoloji təhlükəsizliyi məsələsinə gəlincə, belə bir məsələ Qara dənizdə , Şimal buzlu okeanında da, bir sözlə, hər yerdə mövcuddur. Heç kim sabah ya başqa bir gün Şimal Qaz Kəmərinin analoji ekoloji təhlükə doğurmayacağına zəmanət verə bilməz. Lakin o da aydındır ki, Rusiya ilə hər hansı bir məsələdə kəllə-kəlləyə gəlmək üçün ən azı gərək onunla eyni gücdə olasan. Xəzəryanı regionda isə Rusiya supergüc rolunu oynayır bunun demək olduğunu, zənnimcə, izah etməyə ehtiyac yoxdur. Amma bu məsələnin, yəni Xəzərin dibi ilə qaz kəməri çəkilməsinə mane olan digər səbəb var. Bu da Xəzərin hüquqi statusunun bu günədək həllini tapmamasıdır. Bu daNabukko”nun reallaşdırılması yolunda ciddi əngələ çevrilib.

- Amma QərbNabukko”da israrlıdır digər Xəzəryanı ölkələrlə müqayisədə, Rusiyaya istədiklərini diktə etdirmək imkanına malikdir...

- Qərb Rusiyaya münasibətdə həmişə ehtiyatlı mövqe nümayiş etdirib onunla hansısa bir məsələyə görə müharibəyə girməkdən çəkinib. Bunun 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı da gördük. O vaxt Prezident Saakaşvili gözləyirdi ki, Qərb Gürcüstana müdaxiləyə görə Rusiyaya qarşı hərbi təzyiqə belə əl atacaq. Amma onun bu ümidləri özünü doğrultmadı Qərb problemin danışıqlar yolu ilə həllinə üstünlük verdi. Amma danışıqlar yolu ilə Rusiya Gürcüstan ərazilərini azad etmədi edəcəyi inandırıcı görünmür. Ona görə Nabukko”nu reallaşdırmaq üçün Qərb kəmərin əsas təchizatçısı olan ölkələrin təhlükəsizliyinə zəmanət verməlidir. Belə bir zəmanət bu kəmər ətrafında aparılacaq danışıqlar da istənilən nəticəni verməyəcək. Qərb hazırdaNabukko”nu qazla təchiz edəcək ölkələrin təhlükəsizliyinə təminat verilməsi ilə bağlı tərəddüd edir. Zənnimcə, QərbNabukko”ya görə Rusiyaya savaş açmayacaq. Nəhayət, “Nabukko”nun reallaşması üçün Qərb Rusiyadan əlavə, İranla da ortaq məxrəcə gəlməli, ya da onu hansı yollarlasa neytrallaşdırmalıdır. YəniNabukko”nun reallaşdırılması məsələsində yalnız Azərbaycanın ya Türkmənistanın razılığının alınması kifayət deyil. Bu müstəvidə , həmin layihənin reallaşması bölgədə baş verən hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq. Mən bununla bağlı bir məsələyə diqqəti cəlb etmək istəyirəm. Hazırda Qərb İranı vurmaq üçün müxtəlif yollara əl atır. Əgər Qərb İrana qarşı müharibəyə başlasa, ondaNabukko”nun reallaşması qeyri-müəyyən müddətə gündəmdən çıxarılacaq. Zənnimcə, qədər ki, Qərb İranla bağlı problemini həll etməyib, o qədər Nabukko”nun həyata keçməsi sual altında olacaq.

- Amma ortada kəmərin maliyyələşdirilməsi ilə bağlı da problemlər var...

- Əlbəttə, kəmərin reallaşması üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Qərbin aparıcı bankları isə kəməri maliyyələşdirməyə ehtiyatla yanaşırlar. Çünki regionda bu işi olmadan təhlükəyə salacaq həll edilməmiş münaqişə ocaqları mövcuddur. Onu da deyim ki, mənŞahdənizqazının dünya bazarına çıxarılacağına şübhə etmirəm bununla bağlı Azərbaycanın qardaş Türkiyə digər ölkələrlə bağladığı anlaşmaları yüksək qiymətləndirirəm.

- Yeri gəlmişkən, başda ABŞ olmaqla, Qərb ölkələri tərəfindən İrana hücum edilməsi mümkündürmü?

- Belə bir təhlükə var və hadisələrin inkişafı da İranın vurula biləcəyini göstərir. Əlbəttə, mən bir azərbaycanlı kimi ölkəmizin sərhədi yaxınlığında müharibə baş verməsini istəmirəm və bu, ölkəmiz üçün də arzuedilməzdir. Üstəlik, İranda 30 milyon nəfərdən çox soydaşımız yaşayır və müharibə onlar üçün fəlakət deməkdir.

- İranın vurulması Azərbaycan üçün hansı təhlükələr doğura bilər?

- Qərbin qonşu ölkəyə hücumu Azərbaycanı müxtəlif təhlükələr qarşısında qoyacaq və mən onların hamısına toxunmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, Qərbin İrana hücumu cənubdan yüz minlərlə soydaşımızın ölkəmizə axınına səbəb olacaq. Bu isə Azərbaycanı humanitar faciə qarşısında qoya bilər.

 

 

 ƏZİZ MUSTAFA

 

  Zaman.-2011.-29-30 noyabr.- S.8.