Böyük müsəlman türk
alimləri: Əl-Biruni
Əl-Biruni “Nihayatül-Emakin” adlı əsərində yerin günəş ətrafında hərəkətini
və dünyanın hərəkətsiz deyil,
dönən bir kütlə olduğunu söyləmişdir. O bunu Kopernikdən 500 il əvvəl
söyləmiş, Koperniklə başlayan
müasir astranomiya və
fizikanın təməlini atmışdır. Dünyanın
bir çox ölkələri,
şəhərləri, o cümlədən
Azərbaycanın o zaman
məlum olan böyük şəhərlərinin enlik və uzunluq dairələrini
göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı “Kitabül-Camahir fi Marifetil-Cevahir” kitabında müxtəlif
mineralların və qiymətli daşların mənşəyi,
xarakteri və mədənləri
haqqında geniş məlumat vermişdir.
Əl-Biruni
X-XI əsrlərdə İslam dünyasında yetişmiş
böyük alimlərdəndir. Əslən türk olan Əl-Biruninin
tam adı Məhəmməd ibn Əhməd əl-Biruni əl-Xarəzmidir.
Əl-Ustad ləqəbi ilə yad edilmiş, Biruni deyə məşhur
olmuşdur. Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə
anadan olmuşdur. 1049-cu ildə Qəznədə vəfat
etmişdir.
Əl-Biruni tarix,
etnoqrafiya, təbiətşünaslıq,
riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid
150-dən çox əsərin müəllifidir.
Özünün uzun
səyahətləri zamanı İran
yaylasını, Mərkəzi Asiyanın böyük
hissəsini öyrənmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind
elminə və mədəniyyətinə aid topladığı materiallar
və özünün empirik
müşahidələri əsasında Hindistana
həsr olunmuş iri
həcmli əsər yazmışdır. Orta
Asiyanın topoqrafiyasına dair əsərində
Amu-Dərya çayının bir
neçə dəfə öz
yatağını dəyişməsi barədəki tədqiqatları
xüsusilə maraqlıdır.
Əl-Biruni “Nihayatül-Emakin” adlı əsərində yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu söyləmişdir. O bunu Kopernikdən 500 il əvvəl söyləmiş, Koperniklə başlayan müasir astronomiya və fizikanın təməlini atmışdır. Dünyanın bir çox ölkələri, şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı “Kitabül-Camahir fi Marifetil-Cevahir” kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdir.
Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəldir və “Xüsusi çəki” kitabında onu təsvir edir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti, şirin və duzlu hallarda xüsusi çəkilərini müəyyən edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
Biruninin Gürgəncdə
yazdığı “Müqayisəli çəki” adlı
kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə
aydınlıq gətirib. Biruni
substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparıb. Bunların nəticələrini
o, “İksir
haqqında elmi əsər”ində (“Risalət
əl-İksir”) təsvir etmişdir. Məlum
olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə
yazılmışdır.
Biruni
994-cü ildə Amu-Dərya çayının qərb sahili
ilə Kot şəhəri arasında yerləşən,
Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən
əyilmə ölçüsünü dəqiq təyin
etmişdir. 995-ci ildə Biruni Yer kürəsinin modelini
hazırlamağa başladı. Bu, Şərqin
birinci relyefli qlobusu idi.
Əl-Biruni
44 yaşında ikən Qəznəvilərin himayəsi
altına girir. Qəznəvidə hökmdar sarayında bir rəsədxana
quraraq günəşin və planetlərin
Xarəzmdəki meyil dəyərlərinin
tədqiqi üçün yeni təcrübələrin əsasını
qoyur. 1011-ci iln
ortalarında Kabul şəhərində
də araşdırmalar apardı. Əl-Biruni tibb,
fizika, riyaziyyat, astronomiya, tarix və geodeziyada çox yüksək
ixtisas və məharət sahibi
olmuşdur.
Əsaslı
bir dini təhsil almış və aldığı bu təhsili
tam mənası ilə dərk edərək bütün həyatına
və çalışmalarına sirayət etdirmiş olan Əl-Biruni
elmi əsərlərində mövzu ilə əlaqəli ayə
və hədisləri zikr etmişdir. Ayə və hədisləri
öz əsərlərində zikr etməsi onun Qurani-Kərim
və hədis elmindəki bilgisini göstərdiyi
kimi, Qurani-Kərimə və Peyğəmbər
əfəndimizə (s.a.s) olan
bağlılığını da ortaya qoyur. Peyğəmbərimizə
və onun əshabına son
dərəcə bağlı olan Əl-Biruni
əshabi-kiram düşmənlərinin islam
dünyasını qarışdırmaq istəklərinin boşa çıxmasından məmnun olduğunu, gəncliyində olduğu
kimi yaşlandıqdan sonra
da yazdığı əsərlərdə
bildirmişdir. Xüsusilə, batil inanca qarşı olduğunu ortaya qoyan Əl-Biruni xurafatla da fasiləsiz mücadilə etmiş,
onların səhvlərini dəlillərlə isbat
etmişdir.
Bu
gün xüsusilə qərb elm dünyasında və
onları kor-koranə təqlid edən şərqlilərdə
geniş yayılmış olan qənaətə görə,
məşhur yerin cazibə nəzəriyyəsi, yəni cazibə
qanunu ingilis elm adamı Nyuton tərəfindən kəşf
edilmişdir. Halbuki bu mövzuda
ilk dəfə fikir ortaya atıb tədqiqatlar aparan
Əl-Birunidir. Əl-Biruni cazibə qanunu
haqqında ona “Dünya
dönürsə, bu
dönüşünə görə ağaclar,
daşlar yerlərindən nə üçün tərpənmir?”- deyə sual verənlərə belə cavab
vermişdir: “Bu,
dünyanın dönməsi haqqında ortaya
qoyduğumuz nəzəriyyəni inkar etmir. Çünki
hər şey dünyanın mərkəzinə
düşür. Bu da onu göstərir ki, o mərkəzdə
çəkicilik vardır. Bax bu cazibə yer
üzündəki cisimlərin kainatla birgə fırlanmasını təmin
edir.” Bu, tarixşünası Karl L. Boyerin “A
History of Mathematics” adlı əsərində
açıqca bildirmişdir.
Dünya miqyasının təyinini
də ilk dəfə Əl-Biruni etmişdir. O, “Maka fi İstihracı Kurdil-Ard bi Rasadı İnhitatil-Ufuk” adlı risalələrində yer radiusunun hesabını açıqlayır və
dünyanın yuvarlaq
olduğuna ən kiçik tərəddüdə
belə yer vermir. O hələ min il bundan əvvəl
“İnkra” adlı əsərində yerin radiusunu R = 6324.66 km olaraq göstərmişdir ki, bu da yerin
radiusunun həqiqi miqyasına çox yaxın bir rəqəmdir (həqiqi
radius 6378,4 km-dir).
Əl-Biruni dünyadaki bütün
elm adamlarının təsdiq
etdikləri kimi, sözün əsl mənasında dahi bir alimdir. Onun dünya malında
gözü olmazdı.
Belə ki, Qəznəli Sultan Məsudun
ona hədiyyə olaraq verdiyi bir fil yükü
gümüş pula dönüb
baxmamış və dövlətin xəzinəsinə
təhvil vermişdir.Böyük
müsəlman türk
alimləri: Əl-Biruni
Əl-Biruni “Nihayatül-Emakin” adlı əsərində yerin günəş ətrafında
hərəkətini və
dünyanın hərəkətsiz
deyil, dönən bir kütlə olduğunu söyləmişdir. O bunu Kopernikdən 500 il
əvvəl söyləmiş,
Koperniklə başlayan
müasir astranomiya və fizikanın təməlini atmışdır.
Dünyanın bir çox
ölkələri, şəhərləri,
o cümlədən Azərbaycanın
o zaman məlum olan böyük şəhərlərinin enlik
və uzunluq dairələrini göstərmişdir.
Ömrünün sonuna yaxın
yazdığı “Kitabül-Camahir
fi Marifetil-Cevahir” kitabında müxtəlif
mineralların və qiymətli daşların mənşəyi, xarakteri
və mədənləri
haqqında geniş məlumat vermişdir.
OSMAN XƏLİLOV
Zaman.-2011.-1-3 oktyabr.- S.2.