Laçının İbadəti

 

İlk döyüşlərdən İbadət ətrafdakılardan fərqlənməyə, yaxşı döyüşçü, nümunəvi əsgər kimi tanınmağa başladı. Həm pulemyotçu, həm mahir kəşfiyyatçı olan İbadət ermənilər arasında məşhur idi. Buna misal olaraq, 1992-ci ildə ələ keçirilən erməni kəşfiyyatçısının cibindən İbadətin başına qoyulmuş məbləğ yazılmış şəkli çıxmışdı. Silahdaşı Şakir İsgəndərovun sözlərinə görə, o, döyüşdə təkbaşına onlarla düşməni məhv etmişdi. Şakir deyir: “İbadət verilən tapşırıqları vaxtında yerinə yetirən, silahların xüsusiyyətlərinə yaxşı yiyələnmiş nizamlı əsgər idi. Onun kəşfiyyatdan gətirdiyi məlumatlar doğru etibarlı olurdu”.

Bu il müstəqilliyimizin bərpa olunmasından düz iyirmi il keçir. Artıq Azərbaycan 20 yaşında müstəqil bir gənc ölkədir.. Ancaq gənc ölkəmizin çox dərin, ağrılı yarası - Qarabağ yarası var. Eyni küçəni, evi, işi, hətta eyni süfrəni paylaşdığımız ermənilər daim içlərində bizə nifrət hissi bəsləyirmişlər. Qoynumuzda ilan bəslədiyimizi biləndə artıq çox gec idi. Mənfur qonşu Qarabağı işğal etməyə başlamışdı. Dağlıq Qarabağ onu əhatə edən yeddi rayon uğrunda gedən döyüşlərdə on minlərlə qəhrəman azərbaycanlı oğul qızlar şəhid olmuş, minlərlə insan əsir itkin düşmüşdü. Ölkənin hər bir şəhərində, hər bir yerində Şəhidlər xiyabanı var. Vətəni uğrunda şəhid olanların məzarları ziyarət olunur, xatirələr danışılır, yad edilir. Bəs haqqında heç bir məlumat olmayanlar? Axı oğlunun məzarı üstə ağlayan analarla yanaşı, hələ balasının yolunu gözləyən, ümidini kəsməyən analar da var. Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə, əsir, itkin düşmüş girov götürülmüş şəxslərin sayı 4043 nəfərdir. Onlardan 3264 nəfəri hərbçi, 776 nəfəri  isə mülki şəxsdir. Qalan üç nəfərin isə hərbçi ya mülki olduğu bilinmir. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17-si azyaşlı qız), 248 nəfəri qadın, 351 nəfəri yaşlı şəxsdir.

Nəcəfov İbadət Qarabağ müharibəsinin qəhrəmanlarındandır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən İbadətin sonrakı taleyi məlum deyil. 2007-ci ildə Laçıının Oğuldərə kəndinin itkin qəhrəmanı haqqında Kamil Vəfadarın müəllifi olduğuOğuldərənin igid oğlukitabı dərc olunmuşdur. Kitabda İbadət Nəcəfovun qısa, ancaq şərəfli həyat yolu, ailəsinin, döyüş yoldaşlarının onun haqqında xatirələrinə yer verilmişdir. Həm adıçəkilən kitabdan, həm ailəsindən aldığımız məlumatlardan istifadə edərək, sizə İbadət haqqında qısa da olsa məlumat verməyə çalışacağam.

İbadət 1972-ci il aprelin 1-də Laçının Oğuldərə kəndində dünyaya göz açıb. Təhsilini kənd orta məktəbində bitirərək 1990-cı ildə həqiqi hərbi xidmətə çağırılır. 1992-ci ildə tərxis olan İbadət doğma kəndinə qayıtdıqda artıq hər şey əvvəlki kimi deyildi. Ermənilər Qarabağda qan tökür, yaşayış məntəqələri bir-bir onların əlinə keçirdi. Belə bir vəziyyətdə sakit dayana bilməyən İbadət dostları ordu sıralarına daxil olurlar. O zamanlar el arasındaLaçın batalyonuadlanan bir hərbi qurum, daha dəqiq desək, 811 saylı alay vardı. Milli Ordumuzun ilk əsgərləri həmin alayda cəmləşmişdilər. Laçının hünərli oğulları həmin alayda çiyin-çiyinə verərək, Vətəni müdafiə edirdilər. Azərbaycanın müxtəlif bölgələrindən könüllülər gəlib, 811 saylı alayın tərkib hissəsində döyüşürdülər. Cavanşir Quliyev məşhurAzərbaycan əsgərimahnısını Laçın alayına ithaf etmişdir. İlk döyüşlərdən İbadət ətrafdakılardan fərqlənməyə, yaxşı döyüşçü, nümunəvi əsgər kimi tanınmağa başladı. Həm pulemyotçu, həm mahir kəşfiyyatçı olan İbadət ermənilər arasında məşhur idi. Buna misal olaraq, 1992-ci ildə ələ keçirilən erməni kəşfiyyatçısının cibindən İbadətin başına qoyulmuş məbləğ yazılmış şəkli çıxmışdı. Silahdaşı Şakir İsgəndərovun sözlərinə görə o, döyüşdə təkbaşına onlarla düşməni məhv etmişdi. Şakir deyir: “İbadət verilən tapşırıqları vaxtında yerinə yetirən, silahların xüsusiyyətlərinə yaxşı yiyələnmiş nizamlı əsgər idi. Onun kəşfiyyatdan gətirdiyi məlumatlar doğru etibarlı olurdu”.

Cəbhədə vəziyyət getdikcə pisləşirdi. Respublikanın daxilindəki siyasi dağınıqlıq da ciddi şəkildə öz təsirini göstərirdi. 8 may 1992-ci il tarixdə Şuşanın işğalı Laçının onsuz da pis olan vəziyyətini daha da pisləşdirdi.  Sentyabrın 17-də Laçının Seyidlər kəndi düşmən tərəfindən işğal edilərək talan edilirdi. Xüsusi bir dəstə təşkil olunur. Ancaq komandir Sabir Xıdırov İbadəti ayağında yara olduğu üçün dəstəyə daxil etmir. Komandir müavini Rauf Məmmədov deyir: “Bir qədər gedəndən sonra İbadət başqa bir əsgər yoldaşı ilə - Elmanla arxadan gəlib bizə çatdı. İbadət, sənə icazə verilməmişdi, niyə gəldin? - deyə ondan soruşdum. İbadət sevincək: Axır ki, komandirdən icazə aldım, dedi. Məlum oldu ki, bizdən sonra təkidli xahişlərindən sonra İbadət komandirinsaqqızını oğurlamış”, əməliyyatda iştirak etmək üçün icazə almışdır”.

Rauf Məmmədovun başçılıq etdiyi dəstə Seyidlər kəndindəki düşmən mövqelərini darmadağın etdikdən sonra Sarıbabaya qayıdarkən, İbadət Elmanla dəstədən ayrılıb bir təpənin arxasından getməyi qərara alır. Bu addımı atmaqda İbadətin məqsədi həmin təpənin arxasında ermənilərin olub-olmamasını dəqiqləşdirmək olmuşdu. Təpənin arxasından gedərkən işləməyən bir traktorun içində gizlənən erməni döyüşçüsü İbadətə atəş açır. Avtomatdan atılan güllə İbadətin sağ qıçını dəlib keçir, sol qıçında qalır. İbadət özünü itirmir, atdığı ilk güllə ilə düşməni susdurur. Yaxınlıqdakı erməni döyüşçüləri güllə səsini eşidib hadisə yerinə yaxınlaşmağa başlayır. İbadət isə artıq yeriyə bilmirdi. Şiddətli ağrı, qanitirmə onu heydən salmışdı. Elman İbadətə kömək edərək onu yaxınlıqdakı tikiliyə aparır. İbadət ağrıya güc gəlirdi, amma qanitirmədən artıq ayaqüstə dura bilmirdi. Elman onu əyləşdirib, avtomatını, qumbarasını çıxarıb yanına qoyub, kömək üçün oranı tərk edir. Lakin qatı dumanda yolu itirən Elman hərbi hissəyə çox gec çatır. İbadətin yaralanıb ermənilərin əhatəsində qalmaq xəbəri hərbi hissədə əməlli-başlı çaxnaşma yaradır. Komandir Sabir Xıdırov əsas heyəti döyüş vəziyyətinə gətirir. Vaxt itirmək olmazdı. Həm İbadət təhlükə qarşısında idi, həm qaranlıq düşürdü. Onu xilas etmək üçün yola düşən heyət yolda ermənilərin güclü müqaviməti ilə üzləşir. Qızğın döyüşdən sonra sayca çox olan ermənilər geri çəkildikdən sonra İbadətin olduğu tikiliyə girmək mümkün olmuşdu. Ancaq İbadət orada yox idi. Aramsız aparılan axtarışlardan sonra bəlli olub ki, İbadət güclü qanitirmədən huşsuz vəziyyətdə ermənilərin əlinə keçib. Sabir Xıdırov xatırlayır: “Ermənilərlə hava telefonu ilə əlaqə saxladıq. Əvvəlcə dedilər ki, İbadət bizdədir, sağdır. Həmin ərəfədə apardığımız döyüşlərin birində ermənilər geri çəkilərkən üç əsgərinin meyiti qalmışdı. Ermənilərə dedik ki, həmin üç meyiti veririk, bir neçə əsirinizi veririk, əvəzində İbadəti verin. Əvvəlcə razılaşsalar da, sonra bu digər cəhdlərimiz nəticə vermədi. Bu günə kimi ondan heç bir xəbər yoxdur”.

İbadətin anası Şükufə xanım həmin gecəni yata bilməmişdi. Yuxusunda İbadəti görən ana çox narahat  idi. Səhər açılanda acı xəbər artıq gəlmişdi: - İbadət yaralanıb döyüş bölgəsində qalıb. İbadətin atası, qardaşları, qohumları, bir sözlə, hər kəs onun haqqında bir məlumat almağa çalışırdı. Müxtəlif yollarla İbadətin bir vaxtlar Xankəndidə yaşayan Artur Savek tərəfindən naməlum bir yerə aparıldığı öyrənilib. Ancaq daha sonralar ermənilər onlarda İbadət adında heç kəsin olmadığını bildirmişlər.

Artıq 19 ildir haqqında məlumat alına bilinməyən İbadətin ailəsinin gözləri hələ yoldadır. Şükufə ana hələ ümidlə bir gün oğlunun evinin qapısından girəcəyini gözləyir. İbadət Nəcəfov kimi bütün qəhrəmanlarımız hər birimiz üçün cəsarət, hünər nümunəsidir.

 

 

BƏYLƏR MƏCİDOV

 

Zaman.-2011.-1-3 oktyabr.- S.3.