Kür”ün timsalında region mediası modelinə sahibik

 

Bölgə mətbuatından söz düşəndə kimi onların maddi-texniki bazalarının zəif olmasından, kimi yerli camaatın mətbuata maraq göstərməməsindən söz açır. Bəzən onların mərkəzdən uzaq düşmələri problemlər arasında sadalanır. Elə bu kimi səbəblərdən əyalət mətbuatı öz işini günün tələbləri səviyyəsində qurmağa çətinlik çəkir deyirlər. 

 

Lakin YevlaxınKürqəzeti işini elə qurub ki, hətta şikayətlənmək belə yada düşmür. Bu mənadaKür  özünün yeni inkişaf dövrünü yaşayır desək, yanılmarıq. Bu günlərdə Yevlaxda olarkən bu mətbuat orqanına baş çəkib, onun baş redaktoru, Əməkdar jurnalist, “Tərəqqimedallı Əminə Yusifqızıya bizi maraqlandıran bir neçə sualla müraciət etdik.

- Əminə xanım, söhbətimizəKür”ün tarixçəsi ilə başlamığımızı xahiş edirik.

- Yevlaxda mətbuatın yaranma tarixi bu rayonun yaranma tarixi ilə eyni zamana, yəni 1935-ci ilə təsadüf edir. Qəzetimizin sələfi sayılanYeni Yevlax”ın ilk sayı İbrahim Əliyevin redaktorluğu ilə 1935-ci il martın 6-da işıq üzü görüb.  O, 1952-ci ildə fəaliyyətini dayandırıb. 1962-ci ildə onun əvəzinə Qasım İsmayılov (Goranboy), Mingəçevir Yevlax rayonlarının birləşmiş qəzeti - “Qələbənəşrə başlayıb. “QələbəsonradanMübarizadı ilə 3 il nəşr olunub fəaliyyətini dayandırıb. 1965-ci ilin yanvarında isə Yevlaxa yenidən rayon statusu veriləndən sonra buradaTəşəbbüsqəzeti fəaliyyətə başlayıb. Həmin qəzetin ilk sayı 1965-ci il iyunun 22-də işıq üzü görüb. 1991-ci ildəTəşəbbüs”ün fəaliyyətinə xitam verilib 1992-ci il yanvarın 1-dən “Kürqəzeti nəşrə başlayıb. Elə o zamandan da bu qəzetə mən rəhbərlik edirəm. Onu da deyim ki, bu qəzetdəTəşəbbüsdönəmindən çalışıram.

- “Kür”ün çətin günlərini necə xatırlayırsınız?

-  Bir zamanlar Yevlax Yun Zavodunda çalışan Sürət HüseynovNicatqəzeti buraxırdı. O, bütün idarə müəssisələrəKürqəzetinə abunə olmamağı tapşırmışdı. Bu səbəbdən camaat qəzetimizə abunə yazılmaqdan çəkinirdi. Amma bu kimi çətinliklərə baxmayaraq, fəaliyyətimizi bir gün belə dondurmadıq, işçilərimiz digər yerlərdə özlərinə axtarmadılar.

- BəsKür”ün ən məhsuldar vaxtı vaxta düşüb?

- 2004-cü ilin mart ayında Elmar Vəliyev Yevlax rayonuna icra başçısı təyin olundu. O, fəaliyyətinin ilk günlərindən yerli mətbuatın təsir imkanlarını artırmağa, rayonun iqtisadi, mədəni sosial həyatında onun yaxından iştirakına hesablanmış bir siyasət yürütməyə başladı. Nəticədə, qəzetimiz effektiv təbliğat tribunasına çevrildi. Bəli, məhz o illərdə qəzetimiz, sözün həqiqi mənasında, dirçəldi. Odur ki, o illərdən söz düşəndə o dövrüKür”ün qızıl dövrü kimi xarakterizə edirik. Bu gün Kürbu missiyanı uğurla yerinə yetirir.

- HazırdaKür”ün tirajı qədərdir?

- 7200.

- Bu qədər tiraja nail olmağınızın bir sirri varmı?

- Sirri? “Kürbuna öz səhifələrində insanları düşündürən məsələləri gündəmə gətirməklə nail olub. Bu mənadaKürinsanların ürəklərinə yol tapıb desəm, yanılmaram. Halbuki elə rayon qəzeti var ki, oranın əhalisinin əksəriyyəti rayonunda dərc olunan həmin mətbuat orqanının adını belə bilmir.

- “Kür”ün maddi-texniki bazası haqqında deyə bilərsiniz?

- “Kür”çülərin ixtiyarında işin operativliyini təmin edən hər bir vasitə var. Belə ki, redaksiyamız yeni avtomobil kompyuterlər, diktafon müasir fotoaparatla təhciz olunub. Qəzetimizin veb-saytı, interneti var. Yeri gəlmişkən, onu da bildirim ki, son illər şəhərimiz dəfələrlə media ilə bağlı ümumrespublika tədbirlərinə ev sahibliyi edib. Bu tədbirlər məhz əyalət mətbuatının respublika miqyasında öncüllərindən sayılanKür”ün bazasında, özü redaksiya heyətinin yaxından iştirakı ilə təşkil olunur. Bu isə bizim paytaxt mediası ilə əlaqələrimizin genişliyindən xəbər verir. Yeri gəlmişkən, ötən il Yevlaxdakı Heydər Əliyev adına saraydaKür”ün 75 illik yubiley mərasimi keçirildi... Bu mərasimdə Mətbuat Şurasının eləcə ölkəmizdə fəaliyyət göstərən mətbuat orqanlarının nümayəndələri iştirak etdi. Tədbirdə çıxış edənlər işimizi yüksək dəyərləndirdilər. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə öz çıxışındaKür”ün timsalında region mediası modelinə sahibik dedi. Məncə, bu zəhmətimizə verilən ən yüksək qiymətdir.

- Yəni deyirsiniz ki, “Kür”ün problemi yoxdur?

- Bircə öz mətbəəmizin olmaması bizi narahat edir. Odur ki, qəzetimizi Mingəçevirdə çap etməli oluruq.

- Gələcək perspektivləriniz barədə deyə bilərsiniz?

- İstəyirik ki, qəzetimiz həftədə bir dəfə yox, 3 dəfə işıq üzü görsün. Əminəm ki, buna nail olacağıq.

- Əminə xanım, bu qədər sizi yormur? Axı siz həm YAP Yevlax Rayon Təşkilatının Qadınlar Şurasının sədrisiniz, həm Yevlax Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvüsünüz...

- Doğrudur, gənclik illərində bu kimi problemlər yaranırdı. Amma indi... Mənim boş vaxtlarımda işim ancaq nəvələrimin əlindən tutub onları gəzdirməkdir. 5 nəvəm var. Onlarla gəzəndə, danışıb-güləndə bütün yorğunluğum çıxır. Onlardan biri mənim adımı daşıyır, yəni adaşımdır.

- Maşallah, sizin titullarınız da kifayət qədərdir...Onlardan hansı sizə daha əzizdir? “

- 2005-ci ildə ölkə Prezidentinin sərəncamı iləTərəqqimedalına layiq görülmüşəm. Zənn edirəm ki, bu mükafat  mənim simamdaKür”ə, onun əməkdaşlarına verilən bir mükafatdır.

 

 

 ESMİRA HİDAYƏTOVA

 MİNGƏÇEVİR

 

 Zaman.-2011.-6-7 oktyabr.- S. 8.