Ceki Çan -
aktyor və əlbəyaxa döyüşlər ustası (2)
Çanın
yaratdığı qəhrəmanlar müəyyən qədər
Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri
bağışlayırlar. Bununla əlaqədar o deyir ki,
özünün sadə, səmimi, bir qədər də aciz görünən
qəhrəmanlarını Bryus Linin coşqun enerjili
savaşçılarının əksi kimi yaradıb.
Onun tənbəl və yazıq görkəmli qəhrəmanları
saf və səmimidirlər. Ancaq onlar
özlərindən güclü olan və sadə
adamları incidənlərə qarşı cəsarətlə
ayağa qalxır və sonda
onları məğlub edərək, haqq və ədalətin
bərpasına nail olurlar.
1994-cü
ildə ABŞ-ın MTV telekanalı Ceki Çana həyatında
ən böyük mükafatı -
“Kinomatoqrafiya sahəsində uğurlara görə”
mükafatını verdi. MTV-nin bu mükafatı Amerikada daha
çox tamaşaçı kütləsi və rejissorların
diqqətinin Ceki Çana cəlb edilməsində önəmli
rol oynadı.
Bunun
ardınca 1995-ci ildə Çan, nəhayət ki,
ABŞ-ın kino bazarını fəth etmək istəyinə
nail ola bildi. Məhz həmin ildə onun çəkildiyi
“Broneksdə savaş” filmi Amerikada böyük maraqla
qarşılandı. Bu filmdə Çan, Çoy Yun Fat rolunu
məharətlə ifa etdi. Bunun ardınca “Birinci zərbə”,
“İldırımöldürən”, “Şanxayda gün
yarı olanda” filmləri də Çanı ABŞ
tamaşaçılarının sevimlisinə çevirdi. O,
həmin dövrdə “Ceki Çanın macəraları”
multserialları ilə də tamaşaçı rəğbətini
qazandı. Özü də Çan hər serialdan sonra
canlı yayımda tamaşaçıların suallarına
cavab verirdi. Bu isə həm Amerika, həm də dünya
tamaşaçıları üçün bir yenilik idi.
Canlı yayımlarda tamaşaçı suallarına
birbaşa cavab vermək onun həm özünün, həm də
çəkildiyi və çəkdiyi filmlərin daha
çox sevilməsinə yol açdı.
Həyatı
Çanın
ailə həyatı da özünəməxsus olub. Məşhur
kino aktyoru 1983-cü ildə əslən Tayvandan olan aktrisa Lin
Fentzyao (Lam Funqyu) ilə ailə həyatı qurub. Hər halda
Çan özünün tərcümeyi-halında belə
yazıb. Amma aktyorun həyatını təhqiq edən
kinoşünaslar onun Lin Fentzyao ilə 1982-ci il dekabr
ayının 1-də ailə həyatı qurduğunu
yazırlar. Bu izdivacdan Çanın Çen Tszumin adlı
oğlu dünyaya gəlib. Bundan əlavə, aktyorun nikahdankənar
yaşadığı Eleyn U Tsili adlı aktrisadan 1999-cu ildə
Etta U Çjolin adlı qızı anadan olub.
Yaradıcılıq üslubu
Çanın
yaratdığı qəhrəmanlar müəyyən qədər
Bryus Linin qəhrəmanları ilə müqayisədə daha
zəif, tənbəl təsiri bağışlayırlar.
Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi,
bir qədər də aciz görünən qəhrəmanlarını
Bryus Linin coşqun enerjili savaşçılarının əksi
kimi yaradıb. Onun tənbəl
və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər.
Ancaq onlar özlərindən güclü olan və sadə
adamları incidənlərə qarşı cəsarətlə
ayağa qalxır və sonda onları məğlub edərək,
haqq və ədalətin bərpasına nail olurlar.
Çanın çəkdiyi və çəkildiyi filmlərdə,
ümumiyyətlə, iki cəbhə var: yaxşılar və
pislər. Ancaq sonda pislər bəzən
haqsızlıqlarını etiraf edərək,
yaxşıların qarşısında diz çökürlər.
2000-ci illərdən başlayaraq, Çan oynadığı
filmlərdə daha çox qəhrəmanlıq süjetlərinə
və musiqili səhnələrə yer verir. Bununla əlaqədar
İtaliya mətbuatına verdiyi müsahibəsində
Çan deyib ki, əsas məqsədi özünün həm
məşhur döyüş aktyoru, həm də kino
müğənnisi olduğunu tamaşaçıya
çatdırmaqdır.
Tryuklar ustası
Çan,
adətən, çəkildiyi filmlərdə ən təhlükəli
tryukları özü ifa edib. Əksər hallarda, başqa
aktyorların tryuklarını da cəsarətlə ifa edib.
Bununla belə, bəzi hallarda o özü də kaskadyorların
yardımından istifadə etmək məcburiyyətində
qalıb. Məsələn,
“Smokinq” filmindəki tryukları onun yerinə yeddi
kaskadyor ifa edib.
Ceki
Çan risk dolu tryukları ifa edərkən dəfələrlə
müxtəlifdərəcəli bədən xəsarətləri
alıb. Buna görə dünyanın tanınmış
sığorta şirkətləri Çana külli miqdarda pul
ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən
də onun adı sığorta şirkətləri tərəfindən
qara siyahıya salınmışdı. Çanı
tanıyan bəzi şirkətlər hətta onunla yeni
sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən
ağır zədəni isə 1986-cı ildə
“Allahların uğurları” adlı filmdə çəkilərkən
almışdı. Çəkilişlər zamanı
ağacdan yıxılan aktyorun kəllə sümükləri
sınmış və o, uzun müddət müalicə
olunmuşdu. Buna baxmayaraq, Çan sonralar da təhlükəli
tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız
2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina
etdi.
Dünyanın
məşhur kino aktyorları kimi, Ceki Çanın da
Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar
alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu
var.
Ləqəbləri
Çan
da bir çox məşhurlar kimi müxtəlif adlarla
çağırılıb. Anadan olanda çəkisi normadan artıq 5,5 kilo idi. Ona
görə də anası ona Pao Pao (ət kütləsi)
adını vermişdi. Opera məktəbində oxuyarkən
isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen
Lo deyə çağırırdılar. 1976-cı ilə kimi
tamaşaçılar arasında daha çox Çen Yuen Lun
adı ilə tanınırdı. Avstraliyada yaşayarkən
dostları ona inşaat meydançasında işləyən
fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi
halında əbədilik qaldı. Yeri gəlmişkən onu
da deyək ki, aktyorun ata tərəfindən soyadı
Fandır. Sonralar Çeki adı Fan Şilunla əvəz
olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng,
Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.
Yüksək qonorar
Çan
çəkildiyi filmlərə görə kifayət qədər
yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə
çəkildiyi “Bronksda savaş” filminə görə 4
milyon, “Şanxayda gün yarı filminə” görə 5
milyon, 2001-ci ildə “Ças Pik2”yə görə 15 milyon,
2007-ci ildə yenə də “Ças Pik3”ə görə 15
milyon, 2008-ci ildə “Qadağan olunmuş çarlıq” filminə
görə 5,89 milyon, 2010-cu ildə “Karate oğlan” filminə
görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə,
Ceki Çan 130 filmdə çəkilib.
Pop müğənni
Çan
həmin dövrdə yalnız rəngarəng
döyüş səhnələrini canlandıran kinoaktyor
deyil, həm də pop müğənnisi kimi
tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən
artıq mahnıdan ibarət 20
albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də
yaxşı müğənnidir. Çan həm Çin
dilinin Kanton, həm də Mandarin ləhcələrində həmçinin
ingilis və yapon dillərində mahnıları peşəkarcasına
ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki,
Çanın filmlərində səsləndirilən
mahnıların çoxunu onun özü bəstələyib.
O: “Döyüş mənim həyatımdır. Mən
döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm.
Ancaq mən həm də yaxşı kino müğənnisiyəm
və bunu dəfələrlə müxtəlif kinolarda
oxuduğum mahnılarımla sübut etmişəm”, -deyir.
Çan
müğənni kimi 100-dən artıq ölkədə
konsert verib və bu konsertlərdə salonlar ağzına kimi
dolu olub. Düzdür, tanınmış musiqişünaslar
Çanın orta səviyyəli müğənni olduğunu
söyləyirlər. Onların fikrincə, Çanın
verdiyi konsertlərə tamaşaçıların çox gəlməsi
daha çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır.
Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən
həvəslə alınmaqdadır. Onun bəzi
mahnılarını isə dünya şöhrətli sənətkarlar
ifa ediblər və buna görə dəfələrlə
alqışlanıblar. Bununla belə, yenə də insaf naminə
demək lazımdır ki, o, tamaşaçılar arasında
məşhur kino aktyoru kimi daha çox tanınır.
Xeyriyyəçi Çan
Kasıb
ailədə anadan olan Çan bu gün artıq
dünyanın ən çox qazanan aktyorlarından biri hesab
edilir. Milyonları olmasına
baxmayaraq, Çan özünün kasıb keçmişini
unutmur. Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə
məşğul olur. Adətən, xeyriyyəçilik məqsədi
ilə keçirilən bütün aksiyalarda həvəslə
iştirak edən Çan bu məqsədlə yüz minlərlə
dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind
okeanında baş verən sunami və yenə də həmin
ildə Çindəki su daşqınlarından zərər
çəkənlərə böyük həcmdə maliyyə
yardımları göstərib. 2004-cü ildə Honkonqda
keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində
Ceki Çan YUNİSEF və iki beynəlxalq uşaq təşkilatının
hesabına 4,14 milyon Honkonq
dolları köçürüb.
Ceki
Çan, həmçinin sunami və zəlzələdən
zərərçəkmiş yapon xalqına 3.3 milyon dollar
yardım göndərib. O, öz çıxışı
zamanı belə deyib: “Məqsədim ehtiyacı olan insanlara
kömək etməkdir. Mən istəyirəm ki,
dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə
qalmasın”.
Son illərdə Ceki Çan
çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o
yenə də dünyanın ən məşhur kino
aktyorlarından biri olaraq qalmaqda davam edir. Çanın nadir
hallarda kinoya çəkilməsi onun haqqında bir neçə
dəfə ölüm xəbərinin çıxmasına səbəb
olub. Amma hər dəfə də məlum olub ki, Çan
sağdır və onun az-az tamaşaçılarla
görüşə gəlməsi vaxtının çox hissəsini
ailəsinə həsr etməsi ilə bağlıdır. Son.
Çanın
yaratdığı qəhrəmanlar müəyyən qədər
Bryus Linin qəhrəmanları ilə müqayisədə daha
zəif, tənbəl təsiri bağışlayırlar.
Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi,
bir qədər də aciz görünən qəhrəmanlarını
Bryus Linin coşqun enerjili savaşçılarının əksi
kimi yaradıb. Onun tənbəl
və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər.
Ancaq onlar özlərindən güclü olan və sadə
adamları incidənlərə qarşı cəsarətlə
ayağa qalxır və sonda onları məğlub edərək,
haqq və ədalətin bərpasına nail olurlar.
1994-cü
ildə ABŞ-ın MTV telekanalı Ceki Çana həyatında
ən böyük mükafatı -
“Kinomatoqrafiya sahəsində uğurlara görə”
mükafatını verdi. MTV-nin bu mükafatı Amerikada daha
çox tamaşaçı kütləsi və
rejissorların diqqətinin Ceki Çana cəlb edilməsində
önəmli rol oynadı.
Bunun
ardınca 1995-ci ildə Çan, nəhayət ki,
ABŞ-ın kino bazarını fəth etmək istəyinə
nail ola bildi. Məhz həmin ildə onun çəkildiyi
“Broneksdə savaş” filmi Amerikada böyük maraqla
qarşılandı. Bu filmdə Çan, Çoy Yun Fat rolunu
məharətlə ifa etdi. Bunun ardınca “Birinci zərbə”,
“İldırımöldürən”, “Şanxayda gün
yarı olanda” filmləri də Çanı ABŞ
tamaşaçılarının sevimlisinə çevirdi. O,
həmin dövrdə “Ceki Çanın macəraları”
multserialları ilə də tamaşaçı rəğbətini
qazandı. Özü də Çan hər serialdan sonra
canlı yayımda tamaşaçıların suallarına
cavab verirdi. Bu isə həm Amerika, həm də dünya
tamaşaçıları üçün bir yenilik idi.
Canlı yayımlarda tamaşaçı suallarına
birbaşa cavab vermək onun həm özünün, həm də
çəkildiyi və çəkdiyi filmlərin daha
çox sevilməsinə yol açdı.
Həyatı
Çanın
ailə həyatı da özünəməxsus olub. Məşhur
kino aktyoru 1983-cü ildə əslən Tayvandan olan aktrisa Lin
Fentzyao (Lam Funqyu) ilə ailə həyatı qurub. Hər halda
Çan özünün tərcümeyi-halında belə
yazıb. Amma aktyorun həyatını təhqiq edən
kinoşünaslar onun Lin Fentzyao ilə 1982-ci il dekabr
ayının 1-də ailə həyatı qurduğunu
yazırlar. Bu izdivacdan Çanın Çen Tszumin adlı
oğlu dünyaya gəlib. Bundan əlavə, aktyorun nikahdankənar
yaşadığı Eleyn U Tsili adlı aktrisadan 1999-cu ildə
Etta U Çjolin adlı qızı anadan olub.
Yaradıcılıq üslubu
Çanın
yaratdığı qəhrəmanlar müəyyən qədər
Bryus Linin qəhrəmanları ilə müqayisədə daha
zəif, tənbəl təsiri bağışlayırlar.
Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi,
bir qədər də aciz görünən qəhrəmanlarını
Bryus Linin coşqun enerjili savaşçılarının əksi
kimi yaradıb. Onun tənbəl
və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər.
Ancaq onlar özlərindən güclü olan və sadə
adamları incidənlərə qarşı cəsarətlə
ayağa qalxır və sonda onları məğlub edərək,
haqq və ədalətin bərpasına nail olurlar.
Çanın çəkdiyi və çəkildiyi filmlərdə,
ümumiyyətlə, iki cəbhə var: yaxşılar və
pislər. Ancaq sonda pislər bəzən haqsızlıqlarını
etiraf edərək, yaxşıların qarşısında
diz çökürlər. 2000-ci illərdən başlayaraq,
Çan oynadığı filmlərdə daha çox qəhrəmanlıq
süjetlərinə və musiqili səhnələrə yer
verir. Bununla əlaqədar İtaliya mətbuatına verdiyi
müsahibəsində Çan deyib ki, əsas məqsədi
özünün həm məşhur döyüş aktyoru, həm
də kino müğənnisi olduğunu tamaşaçıya
çatdırmaqdır.
Tryuklar ustası
Çan,
adətən, çəkildiyi filmlərdə ən təhlükəli
tryukları özü ifa edib. Əksər hallarda, başqa
aktyorların tryuklarını da cəsarətlə ifa edib.
Bununla belə, bəzi hallarda o özü də
kaskadyorların yardımından istifadə etmək məcburiyyətində
qalıb. Məsələn,
“Smokinq” filmindəki tryukları onun yerinə yeddi
kaskadyor ifa edib.
Ceki
Çan risk dolu tryukları ifa edərkən dəfələrlə
müxtəlifdərəcəli bədən xəsarətləri
alıb. Buna görə dünyanın tanınmış
sığorta şirkətləri Çana külli miqdarda pul
ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən
də onun adı sığorta şirkətləri tərəfindən
qara siyahıya salınmışdı. Çanı
tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta
müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən
ağır zədəni isə 1986-cı ildə
“Allahların uğurları” adlı filmdə çəkilərkən
almışdı. Çəkilişlər zamanı
ağacdan yıxılan aktyorun kəllə sümükləri
sınmış və o, uzun müddət müalicə
olunmuşdu. Buna baxmayaraq, Çan sonralar da təhlükəli
tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız
2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina
etdi.
Dünyanın
məşhur kino aktyorları kimi, Ceki Çanın da
Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar
alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu
var.
Ləqəbləri
Çan da bir çox məşhurlar kimi
müxtəlif adlarla çağırılıb. Anadan olanda çəkisi normadan artıq 5,5 kilo idi. Ona
görə də anası ona Pao Pao (ət kütləsi)
adını vermişdi. Opera məktəbində oxuyarkən
isə Çanı müəllimi Yu Cim Yenin adı ilə
Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi
tamaşaçılar arasında daha çox Çen Yuen Lun
adı ilə tanınırdı. Avstraliyada yaşayarkən
dostları ona inşaat meydançasında işləyən
fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi
halında əbədilik qaldı. Yeri gəlmişkən onu
da deyək ki, aktyorun ata tərəfindən soyadı
Fandır. Sonralar Çeki adı Fan Şilunla əvəz
olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng,
Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.
Yüksək
qonorar
Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi “Bronksda savaş” filminə görə 4 milyon, “Şanxayda gün yarı filminə” görə 5 milyon, 2001-ci ildə “Ças Pik2”yə görə 15 milyon, 2007-ci ildə yenə də “Ças Pik3”ə görə 15 milyon, 2008-ci ildə “Qadağan olunmuş çarlıq” filminə görə 5,89 milyon, 2010-cu ildə “Karate oğlan” filminə görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə, Ceki Çan 130 filmdə çəkilib.
Pop müğənni
Çan həmin dövrdə yalnız rəngarəng
döyüş səhnələrini canlandıran kinoaktyor
deyil, həm də pop müğənnisi kimi
tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən
artıq mahnıdan ibarət 20
albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də
yaxşı müğənnidir. Çan həm Çin
dilinin Kanton, həm də Mandarin ləhcələrində həmçinin
ingilis və yapon dillərində mahnıları peşəkarcasına
ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki,
Çanın filmlərində səsləndirilən
mahnıların çoxunu onun özü bəstələyib.
O: “Döyüş mənim həyatımdır. Mən
döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm.
Ancaq mən həm də yaxşı kino müğənnisiyəm
və bunu dəfələrlə müxtəlif kinolarda
oxuduğum mahnılarımla sübut etmişəm”, -deyir.
Çan
müğənni kimi 100-dən artıq ölkədə
konsert verib və bu konsertlərdə salonlar ağzına kimi
dolu olub. Düzdür, tanınmış
musiqişünaslar Çanın orta səviyyəli
müğənni olduğunu söyləyirlər. Onların
fikrincə, Çanın verdiyi konsertlərə
tamaşaçıların çox gəlməsi daha
çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır.
Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən
həvəslə alınmaqdadır. Onun bəzi
mahnılarını isə dünya şöhrətli sənətkarlar
ifa ediblər və buna görə dəfələrlə
alqışlanıblar. Bununla belə, yenə də insaf naminə
demək lazımdır ki, o, tamaşaçılar arasında
məşhur kino aktyoru kimi daha çox tanınır.
Xeyriyyəçi
Çan
Kasıb ailədə anadan olan Çan bu
gün artıq dünyanın ən çox qazanan
aktyorlarından biri hesab edilir. Milyonları olmasına baxmayaraq, Çan
özünün kasıb keçmişini unutmur. Bu məqsədlə
də həvəslə xeyriyyəçiliklə məşğul
olur. Adətən, xeyriyyəçilik məqsədi ilə
keçirilən bütün aksiyalarda həvəslə
iştirak edən Çan bu məqsədlə yüz minlərlə
dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind
okeanında baş verən sunami və yenə də həmin
ildə Çindəki su daşqınlarından zərər
çəkənlərə böyük həcmdə maliyyə
yardımları göstərib. 2004-cü ildə Honkonqda
keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində
Ceki Çan YUNİSEF və iki beynəlxalq uşaq təşkilatının
hesabına 4,14 milyon Honkonq
dolları köçürüb.
Ceki
Çan, həmçinin sunami və zəlzələdən
zərərçəkmiş yapon xalqına 3.3 milyon dollar
yardım göndərib. O, öz
çıxışı zamanı belə deyib: “Məqsədim
ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm
ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent
belə qalmasın”.
Son illərdə Ceki Çan
çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o
yenə də dünyanın ən məşhur kino
aktyorlarından biri olaraq qalmaqda davam edir. Çanın
nadir hallarda kinoya çəkilməsi onun haqqında bir
neçə dəfə ölüm xəbərinin
çıxmasına səbəb olub. Amma hər dəfə də
məlum olub ki, Çan sağdır və onun az-az
tamaşaçılarla görüşə gəlməsi
vaxtının çox hissəsini ailəsinə həsr etməsi
ilə bağlıdır. Son.
YAZINI INTERNET MATERİALLARI ƏSASINDA
ƏZİZ MUSTAFA HAZIRLAYIB.
Zaman.-2011.-8-10.oktyabr.- S.12.