Səyyar kitab sərgisi şeir, sənət
bayramına çevrild
Sarışın payız bolluq, bərəkət, həm də toy-bayram fəslidir. Qaynar yaydan sonra təbiət
yeni dona bürünür, insanlar isə yetişdirdikləri məhsulu
toplayıb qışa
hazırlıq görürlər.
Havalar soyuduqca çöl-bayırdan əl-ayaq
kəsilir. Payız insanlar üçün həm də bir növ
hesabat dövrüdür.
Bəzən insan təbiətlə baş-başa
qalıb, kövrək
duyğular yaşayır. Təbiətin həzinliyi onu qoynuna alıb, uzaq illərə aparır və bu dünyanın faniliyini bir daha yada salır.
Yarpaqların
budaqdan qopub torpağa qovuşması,
qəfil göy üzünü bulud alaraq yağış yağması insanı düşüncələrə qərq edir. Belə vaxtda kitab insanın
yaxın dostuna çevrilir. Çünki
kitab bilik mənbəyi olmaqdan əlavə, insana yol göstərən, onun qəlbini işıqlandıran
və zənginləşdirən
ünsiyyət mənbəyidir.
Sentyabrın 29-dan oktyabrın 6-dək keçirilən “Kitab karvanı: İpək yolu ilə” uşaq və yeniyetmələr üçün
səyyar kitab sərgisinin təşkilatçısı
Firudin bəy Köçərli adına
Respublika Uşaq Kitabxanası, dəstəkvericisi
isə Mədəniyyət
və Turizm Nazirliyi idi. Kitabxananın əməkdaşları
bu tədbirə böyük həvəslə
başladılar və
onu uğurla başa çatdırdılar.
Ötən şənbə sayımızdakı
köşə yazımda
qeyd etdiyim kimi, kitab karvanı
Firudin bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasında keçirilən
mətbuat konfransından
sonra yola çıxdı və
ilk dayanacağı Goranboy
rayonu oldu. Sonra kitab bayramı
qədim və daim təzələnən,
inkişaf edən, dahi şairimiz Nizami Gəncəvinin 870 illiyinə ciddi hazırlıq görən
Gəncədə keçirildi.
Kitab karvanının üçüncü
dayanacağı isə
Şəmkir oldu. Bərəkətli torpağı,
mehriban insanları ilə seçilən bu məkanda da bayram tədbiri
çox canlı və maraqlı keçdi.
Axşamdan düşən payız
yağısı hər
yanı yuyub təmizlədi. Salxım söyüdlər yuyulmuş
“hörüklərini” astaca
əsən küləyə
verib qurutdular. Məhsulu hələ də dərilməmiş
üzümlüklərdə salxımlar bir qədər də dadlandılar, gözəlləşdilər.
Günəşdən və
torpaqdan şirə çəkən narlar daha da qızardılar.
Yağışda islanmış
quşlar səslərini
içərilərinə salıb
sakitləşdilər. Ən
başlıcası, bu
yağış insanların
ruhunu, düşüncələrini
təzələdi... Belə
bir məqamda Rayon Mədəniyyət Evinin geniş zalları kitabsevərlərlə doldu.
Şən, hay-küylü
uşaq səsləri
hər yanı bürüdü. Onların
arasında müəllimlər,
valideynlər və kitab sərgisinin yüksək səviyyədə
keçməsi üçün
səy göstərən
kitabxana işçiləri
də vardı. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının
humanitar məsələlər
üzrə müavini
Fəxrəddin Vəliyev,
Mədəniyyət və
turizm şöbəsinin
müdiri Qüdrət
Əliyev çıxış
edərək, tədbirin
təşkilatçılarına təşəkkür etdi.
Uşaqlar nəşriyyatlarımızın
son illər nəşr
etdikləri rəngarən
uşaq kitablarına,
jurnallara, “Tumurcuq “ qəzetinin müxtəlif
saylarına maraqla baxdılar. Məktəblilərin
çəkdikləri rəsmlər
də tamaşaçılara
xoş ovqat bəxş etdi.
Firudin bəy Köçərli
adına Respublika Uşaq Kitabxanasının
direktor müavini Zahirə xanım Dadaşova tədbir iştirakçılarına səyyar
sərginin keçirilməsinin
əhəmiyyəti barədə
danışdı. Şair
İlyas Tapdıq, şair-alim Zahid Xəlil şeirlərini oxudular. Maraqlı uşaq hekayələrinin
müəllifi Gülzar
xanım İbrahimova isə ilk sayı yenicə çapdan çıxan “Sehrli dünya” adlı jurnalı haqqında məlumat verdi. Sonra istedadların çıxışları oldu.
Şəmkirdə bir şair yaşayır
Şəmkirdə Eyvaz Həmidi, demək olar ki, hamı tanıyır.
Gözəl qələm
sahibidir. Çoxları
da ona elə
“Şair” deyə müraciət edirlər. Eyvaz tələbəlik illərimin dostu şair Taleh Həmidin qardaşıdır.
Onu da deyək
ki, Eyvazın atası Həmid kişi də el şairi kimi Gəncəbasar mahalında
yaxşı tanınır.
Eyvazın ötkəm
danışığı var. Söhbətinə bircə
dəfə qulaq versən, haqsızlıqla
barışmaz insan olduğunu, haqqı nahaqqa vermədiyini aydın duyarsan. Onun 2007-ci ildə nəşr edilən “Ömür qatarı” adlı ilk şeirlər kitabı “Məmməd Araz” mükafatına layiq görülüb. İndi o, “Respublika” qəzetinin bölgə təmsilçisidir.
Bu il Eyvazın “Alın yazısı” kitabı işıq üzü görüb. Onun hər şeiri
oxucu ürəyinə
yol tapır. Çünki bu şeirlərdəki yaşantılar
çox təbiidir. Şair “Dünya kimin dünyasıdı?”şeirində belə deyir:
Kimlər
gəlib bu dünyaya,
Kimlər
gedib bu dünyadan?!
Dünya
kimi vurub yerə,
Dünya
kimi böyüdübdü?
Neçəsini buğda kimi,
Dəyirmanda üyüdübdü.
Kimisinə qəmdi dünya,
Kimisinə xoş röyadı...
Gələn bilər, görən
bilər-
Dünya
kimin dünyasıdı?!
Şair
Eyvaz, belə demək olarsa, daim dünya ilə savaşdadır. Çünki o, bir şair kimi bu dünyada gördükləri naqisliklərlə
heç cürə barışa bilmir:
Məni
uzaq eylə şöhrətdən-şandan,
Əsil-nəcabətim bəllidir qandan,
Artırma adıma bir adda yandan,
Dərd
mənim sinəmdə
od-ocaq çatar-
İlahi,
sən məni özümə qaytar...
Biz bir oxucu kimi
Eyvaz qardaşımıza
könülxoşluğu, daim
xoş ovqat arzulayırıq.
Qalanın sirləri açılır
Orta əsrlərə aid edilən
Şəmkir qalası
rayonun Muxtariyyə kəndi yaxınlığında
yerləşir. Ərazisi
təxminən 100 hektar
olar. Bir neçə ildir ki, burada arxeoloji
qazıntılar aparılır.
Arxeoloji ekspedisiyanın
rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyevdir. Onun açıqlamasına
görə, son qazıntılar
zamanı şəhər
istehkamlarının öyrənilməsi,
şəhər abadlığı,
monumental memarlıq və
yaşayış evlərinin
tədqiqinə dair böyük uğurlar əldə edilib. Tapıntılar içərisində
əsas diqqətçəkən
isə həmin dövrlərə aid şəhər
kanalizasiya sistemidir. Kanalizasiya xətləri şəhər darvazasinın
altından keçərək
bayır qala divarından çay istiqamətinə gedir.
Bu qala Böyük İpək yolu üzərində yerləşən
Şəmkir şəhərini
kənar basqınlardan
qorumaq üçün
tikilib. XIII əsr ərəb səyyahı Yaqut əl-Həməvi “Mücam əl buldan” əsərində Şəmkir qalasını
təsvir edib. Qalanın xarabalıqlarında
son dövrlərdə aparılan
arxeoloji qazıntılar
zamanı burada Əhəmənilər dövrünə
aid saray da aşkarlanıb. Qalada arxeoloji tədqiqatlar davam etdirilir. Tarixi həqiqətlərin
ortaya çıxarılması
üçün hələ
burada görüləsi
işlər çoxdur.
Əlavə edim ki, kitab karvanı ilə yola çıxanların
bu qalaya səfərinin əsas təşkilatçısı şair
Eyvaz Həmid oldu.
SƏMƏD MƏLİKZADƏ
(Ardı var)
Zaman.-2011.-8-10 oktyabr.- S.13.