Dünya karikaturçuları Bakıya toplaşırlar

        

Narkotiklərə yox!” devizi altında təşkil olunmuş IV “Molla Nəsrəddin-Azərbaycan -2011” Beynəlxalq Karikatura Müsabiqəsi yekunlaşıb. Beynəlxalq tərkibli münsiflər heyətinin (ABŞ, Azərbaycan, Fransa, Rusiya, İran, Bolqarıstan) qərarına əsasən, Alessandro Qatto (İtaliya) qızıl, Vladimir Kazanevski (Ukrayna) gümüş, Marat Valiaxmetov (İspaniya) bürünc, Stanislav Aşmarin (Rusiya) Boris Erenburq (İsrail) isə xüsusi mükafatlara layiq görülüblər. Azərbaycanlı karikaturçu Tural Həsənlinin əsəri isə Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirilib”.  

 Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin sözlərinə görə, “Molla Nəsrəddinjurnalının 105 illiyinə həsr olunmuş müsabiqəyə təqdim edilmiş əsərlərdən ibarət sərgi qaliblərin mükafatlandırılması mərasimi oktyabrın 17-də Muzey Mərkəzində keçiriləcək: “Tədbirə müsabiqənin qalibləri ilə yanaşı, ABŞ, Fransa, Hollandiya, Bolqarıstan, Rusiya, İran Almaniyada fəaliyyət göstərən karikatur təşkilatlarının nümayəndələri qatılacaqlar. Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının prezidenti Piter Nyuvandeyk təşkilatın vitse-prezidenti xanım Marlen Pole dəvətlidirlər”. Onun sözlərinə görə, müsabiqəyə maraq böyük olub: “Yalnız bir faktı qeyd edim ki, Rusiyanın 53, Türkiyənin isə 34 rəssamı bu müsabiqəyə öz əsərlərini göndərib”. Sərginin niyə aprel ayında (“Molla Nəsrəddinjurnalının ilk sayı aprelin 7-də çıxıb) deyil, oktyabrda təşkilinə isə o, belə cavab verdi: “Bu, sadəcə, təşkilatı işlərdəki müəyyən çətinliklərlə əlaqədar oldu”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin, Mədəniyyət Turizm Nazirliyinin Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə, Azərbaycan Rəssamlar İttifaqının Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqədə 63 ölkədən 307 rəssam 670 əsəri ilə iştirak edib. Ölkəmizdən bu yarışmaya 20-dən artıq rəssam qatılıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Hafiz Nəsiroğlunun sözlərinə görə, son illər paytaxtımız beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir: “Zənnimcə, IV “Molla Nəsrəddin-Azərbaycan -2011” sərgisi çərçivəsində dünyanın tanınmış rəssamlarının Bakıya toplaşması da elə həmin tədbirlərdən biri kimi qəbul olunacaq. Bu tədbir dünyanın müxtəlif yerlərindən təşrif buyuracaq rəssamlara ölkəmizi daha yaxından tanımağa vəsilə olacaq. Səhv etmirəmsə, dünyanın müxtəlif qitələrindən gələcək qonaqlar oktyabrın 14-dən 20-dək ölkəmizdə olacaqlar. Bir sözlə, belə bir sərginin ölkəmizdə təşkili, sözün həqiqi mənasında, əsl mədəniyyət hadisəsidir”. O həmçinin bu sərgininMolla Nəsrəddinyaradıcılarının ruhlarını da şad edəcəyini vurğuladı.

Yüzdən artıq beynəlxalq karikatur müsabiqələrinin qalibi Seyran Cəfərli ( qədər qəribə olsa da o, indiyədək Azərbaycan Rəssamlar İttifaqının üzvü deyil) bu tədbiri Azərbaycan karikaturunun uğuru kimi dəyərləndirdi: “Bu tədbir Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasıdır”. Seyran Cəfərli dünya karikaturçularını Bakıya toplayanlara təşəkkürünü bildirməyi unutmadı. 

 

 

  QVAMI MƏHƏBBƏTOĞLU

 

  Zaman.-2011.-13-14 oktyabr.-S.12.