Qərbin vicdan möhürü:
Albert Kamyu (2)
Nobel
mükafatını alan zaman o artıq Qərbin vicdanı
adı ilə ictimaiyyət arasında şöhrət
qazanmışdı. Alber Kamyu yazırdısa, deməli
düzünü yazırdı, o danışırdısa, deməli
düzünü deyirdi. Ona görə də xalq arasında
çox sevilirdi. O bir vicdan, həqiqət aşiqi idi və
heç vaxt haqqı nahaqqa qurban vermir, ədalətin bərpası
üçün mübarizə aparırdı.
Parisdə
Alber “Pari Saur” qəzetində texniki redaktor kimi işə
düzəlir. 1940-cı ilin may ayında o, “Yad adam” romanı
üzərində işini başa çatdırır.
Almaniyanın Fransanı işğal etməsindən sonra Alber
Kamyu “Pari suar” qəzetində işğalçılara nifrət
dolu yazılar çap etdirir və eyni zamanda kollektivdə
antifaşist təbliğatı aparır. Buna görə də
onu 1940-cı ilin dekabr ayında işdən azad edirlər.
Alber Kamyu işğal altında olan ərazilərdə
yaşamaq istəməyərək yenidən Əlcəzairin
Oran şəhərinə qayıdır. O burada şəxsi məktəbdə
fransız dilindən dərs deməyə başlayır.
1941-ci ilin fevralında “Sizif haqqında əfsanə” əsərini
yazır. 1941-ci ilin yazında Kamyu müqavimət hərəkatına
qoşulur və “Komba” gizli təşkilatının
üzvü olur. 1942-ci ildə, əvvəlcə, “Yad adam”,
1943-cü ildə isə “Sizif haqqında əfsanə”
adlı kitabları nəşr olunur.
Siyasi
mübarizəsi ilə yanaşı o, ədəbi
yaradıcılığını da davam etdirirdi. 1943-cü
ildə gizli şəkildə çıxan “Komba” qəzetində
yazılarını nəşr etdirməyə
başlayır. Sonra isə Kamyu bu qəzetin redaktoru təyin
edilir. 1943-cü ilin sonlarında o, “Qallimar” nəşriyyatında
işə düzəlir. Həmin dövrdə o, sağ hərəkatın
lideri, məşhur yazıçı və ictimai xadim Sartrla
tanış olur və onların arasında möhkəm
dostluq əlaqələri yaranır. Müəyyən səbəblər
üzündən “Komba”nı tərk edən
yazıçı bir müddət azad jurnalist kimi müxtəlif
mətbu orqanlarla əməkdaşlıq edir. O, “Mühasirə
vəziyyəti” və “Pravedniki” pyeslərini yazır. Bununla
belə ötən əsrin 40-cı illəri və 50-ci illərin
əvvəllərini Alber Kamyunun həyatında ziddiyyətli
dövr hesab etmək olar. Belə ki, o bir tərəfdən
faşizmə qarşı mübarizədə iştirak edir,
digər tərəfdən isə sosializmə rəğbət
bəsləyir. Eyni zamanda anarxistlər və
inqilabçılarla əməkdaşlıq edərək
onların mətbu orqanları olan “Liberter”, “Mond Liberter”,
“Revolyusyon proletaren” adlı qəzet və jurnallarda işləyir.
Buna paralel olaraq Alber Kamyu “İnternasyonal əlaqələr
qrupu”nun təsis edilməsində yaxından iştirak edir.
1951-ci ildə
anarxistlərin “Liberter” jurnalında Kamyunun “Qiyamçı” əsəri
dərc edilir. Bu əsərində Kamyu insanın üsyankar
anatomiyasını analiz edərək onun ətraf mühitə
təsirini öyrənməyə çalışıb. Bu əsər
Sartr və onun tərəfdarları tərəfindən kəskin
etirazlarla qarşılanır. Çünki bu əsərində
Kamyu bütün inqilabların cəmiyyətə və
insanlara fəlakətlər gətirdiyini sübut etməyə
çalışır və onların mahiyyətini
çılpaqlığı ilə açıb göstərirdi.
Ona görə də Sartr və tərəfdarları Kamyunu
sosializm ideyalarından geri çəkilməkdə və ona
xəyanət etməkdə günahlandırmağa
başladılar. Amma Kamyu deyəsən artıq
özünün həyat yolunu müəyyən edərək
sosializmdən üz döndərmiş və onun cinayətkar
hərəkətlərini qətiyyətlə ifşa etməyə
başlamışdı. O, bir müddət YUNESKO ilə də
əməkdaşlıq edir. Ancaq 1952-ci ildə Frankonun
başçılıq etdiyi İspaniyanın bu quruma üzv
qəbul edilməsindən sonra etiraz əlaməti olaraq onun
sıralarından çıxır. 1954-cü ildə Əlcəzairdə
başlayan milli-azadlıq mücadiləsini Fransa qan içində
boğmağa başlayır. Çoxlarına elə gəlirdi
ki, bu müharibədə mütərəqqi
yazıçı kimi Kamyu milli-azadlıq mücadiləsini dəstəkləyəcək
və Fransanın bölgədə apardığı cəza
əməliyyatlarına qarşı çıxacaq. Amma belə
olmadı. Kamyu Əlcəzairdə baş verənlərə
münasibətdə hökumətin tərəfini tutdu. Bu da
ölkədəki kommunist və sosialist ovqatlı qurumları
daha da əsəbiləşdirdi. Onu həm sağdan, həm də
soldan kəskin şəkildə tənqid etməyə
başladılar. Kamyu da öz növbəsində Fransada
sovetlərə rəğbət bəsləyənlərin
sayının artmasını bəyan edərək, onları
kommunistlərin Şərqi Avropada həyata keçirdikləri
cinayətlərə göz yummaqda, Moskvanın ələ
aldığı siyasi liderlər vasitəsi ilə məcburi
şəkildə ərəblərə sosializmi qəbul
etdirməkdə, avtoritar rejimlər qurmaq cəhdlərini dəstəkləməkdə
günahlandırmağa başladı. Kamyu eyni zamanda hökuməti
ölkə daxilində sosializm və kommunizm ideyaları
adı altında pozuculuq fəaliyyəti ilə məşğul
olanlara qarşı mübarizə aparmamaqda suçladı. O
bununla əlaqədar yazırdı: “Mən ömrüm boyu həqiqətin
tərəfində olmuşam və yoxsul ailədən
çıxan bir şəxs kimi sosializmin, fəhlə və
kəndlilərin tərəfində olmuşam. Amma sonra
gördüm ki, səhv etmişəm, sosializmdə
zorakılıq, avtoritarizm və insanlara qarşı
saysız-hesabsız cinayətlər var. Mən sosializmə
qarşı deyil, haqsızlığa, zorakılığa,
avtoritarizmə, insanların zorla əqidəsini dəyişdirərək
onların sosializmin aldadıcı ideyaları ruhunda tərbiyəsinə
qarşı çıxıram”.
Onun
sosailizmə qarşı mübarizəsi Qərbin bəzi dairələrində
məmnunluqla qarşılanmış, eyni zamanda sosializmlə
kapitalizm arasında seçim etmək istəyən kütlələr
arasında ona rəğbət qazandırmışdı.
1954-cü ildə Kamyunu teatr yenidən özünə cəlb
edir və o pyeslərini tamaşaya qoyur. 1956-cı ildə
Kamyu ona daha bir şöhrət gətirəcək “Süqut”
povestini yazır. 1957-ci ildə isə Kamyunun müxtəlif
illərdə yazdığı “Qovulmuşlar və
çarlıq” seçilmiş hekayələr məcmuəsi
çapdan çıxır.
Elə həmin
ildə ədəbiyyat sahəsində uğurlarına görə,
Alber Kamyu beynəlxalq Nobel mükafatına layiq
görüldü. Bu, müəllifin ədəbi
yaradıcılığına verilən ən böyük
qiymət, bədii yaradıcılığının zirvəsi
idi. Mükafatı təqdimetmə mərasimi zamanı etdiyi
çıxışında Alber Kamyu demişdi: “Mən
öz dövrümə, ictimai mühitimə möhkəm
bağlıyam. Ona görə də başqaları ilə
birlikdə vicdanımı ləkələmədim. Halbuki
bilirdim ki, bu mühit iy verir, onda çoxlu nəzarətçilər
var və onlar düzgün yolda deyillər.”
Nobel mükafatını alan zaman o artıq Qərbin vicdanı adı ilə ictimaiyyət arasında şöhrət qazanmışdı. Alber Kamyu yazırdısa, deməli düzünü yazırdı, o danışırdısa, deməli düzünü deyirdi. Ona görə də xalq arasında çox sevilirdi. O bir vicdan, həqiqət aşiqi idi və heç vaxt haqqı nahaqqa qurban vermir, ədalətin bərpası üçün mübarizə aparırdı. Amma o Qərbdə haqqın və ədalətin tərəfdarı kimi nə qədər çox sevilirdisə, SSRİ-də də o qədər düşməncəsinə qəbul edilirdi. SSRİ-də Alber Kamyunu əvvəllər sosializmə xidmət edən, sonra isə yolunu azıb, onu satan bir adam kimi təsəvvür edirdilər. Bu isə sonda Alber Kamyunun faciəli və müəmmalı ölümünə gedən yolun əsasını qoydu. Həyatının son illərində, daha doğrusu ədəbiyyat üzrə Nobel mükafatını alandan sonra Kamyu, demək olar ki, heç nə yazmamışdı. O yorulmuşdu, yoxsa həvəsdən düşmüşdü, məlum deyildi. Amma Kamyu Nobel mükafatı laureatı kimi müxtəlif beynəlxalq tədbirlərdə müntəzəm iştirak edirdi. Təbii ki o, bu tədbirlərdə Nobel mükafatı laueratı kimi çıxış etməli idi. Çıxışlarının isə əsas məzmunu antisosializm ruhu üzərində qurulurdu. O, SSRİ-nin Şərqi Almaniyada dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamı, Macarıstanda xalq hərəkatını qan içində boğmasını kəskin şəkildə pisləyir, sosializmi zorla digər ölkələr arasında yaymağa qarşı çıxırdı. Bundan əlavə o, SSRİ-də dissident hərəkatının banilərindən biri hesab edilən Pasternakın həbsinə qarşı çıxmış və bununla bağlı Qərb dövlətlərinin liderlərini, dünya ictimaiyyətini SSRİ-də insan hüquqlarının kobud şəkildə tapdalanmasına qarşı səslərini ucaltmağa səsləmişdi. Təbii ki, Nobel mükafatı laureatı olan və Qərbdə kifayət qədər sevilən Kamyunun bu hərəkətləri Moskvada, SSRİ rəhbərliyində xüsusi əsəbiliklə qarşılanırdı. Hələ o vaxtlar Kamyunu yaxından tanıyanlar və sevənlər ona SSRİ xüsusi xidmət orqanları tərəfindən sui-qəsd həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdilər. Bu da əsassız deyildi. Belə ki, həmin dövrdə Qərbdə anti- sovet təbliğatı aparan bir çox siyasi və ictimai xadimlər müəmmalı şəkildə dünyalarını dəyişmişdilər. Onlardan bəzilərinin həyatına “təsadüfi avtomobil qəzası”, “pilləkənlərdən yıxılma”, “özünü asma”, “ürək çatışmazlığı” son qoymuşdu. Amma Kamyu ona edilən xəbərdarlıqlara məhəl qoymamaqda idi və tez-tez: “Mən hansı siyasi rejim olmasından asılı olmayaraq haqqı müdafiə edirəm, mən sosializmə deyil, onu iyrənc hala salanlara qarşı çıxıram”,- deyirdi. Bütün bunlar isə onu müəmmalı ölümə sürüklədi.
Qəfil gələn
ölüm
1960-cı il yanvar ayının 4-də Alber
Kamyu yaxın dostu Mişel Qallimarın ailəsi ilə birlikdə
“Facel-Veqa” avtomobilində Provans şəhərindən Parisə
qayıdırdı. Maşının sürəti bir o qədər
də yüksək deyildi, çünki yolun bir neçə
yerində döngə vardı və üstəlik həmin
gün maşındakı sərnişinlər də,
maşını sürənlər də heç yerə tələsmirdilər.
Parisdən 102 kilometr məsafədə Le Peti və
Vilnyev-la-Qviyar şəhərləri arasında yerləşən
Vilbleven yaxınlığındakı döngədə
maşın idarəsini itirərək yoldan çıxdı
və aşdı. Dəhşətli qəza nəticəsində
Alber Kamyu yerindəcə dünyasını dəyişdi. Həmin
vaxt saatlar yerli vaxtla 13.54-ü göstərirdi.
Maşının içində olan Mişel Qallimar isə iki
gündən sonra xəstəxanada öldü. Qəzadan
yalnız Qallimarın qızı və həyat yoldaşı
sağ qurtara bilmişdilər. Maşından
yazıçının şəxsi əşyaları
arasında onun tamamlaya bilmədiyi “İlk insan” povestinin əlyazmaları
və istifadə olunmamış dəmiryolu bileti
tapılmışdı. Kamyunu Fransanın cənubunda Lyuberon
rayonunda Lurmaren adlı yerdə dəfn etdilər.
ƏZİZ MUSTAFA
Zaman.-2011.-15-17 okyabr.-S.12.