Milli kinolarımızı tanıyırıqmı?

 

Arşın mal alan (1917) Film Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmin qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün evlənəcəyi qızı əvvəlcədən görmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşınmalçı kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Filmdə Əsgər obrazını Hüseynqulu Sarabski, Süleyman obrazını Mirzəağa Əliyev, Soltan obrazını Ələkbər Hüseynov Gülçöhrə obrazını Əhməd Ağdamski canlandırmışdı. Qeyd edək ki, XX əsrin əvvəllərində qadın obrazlarına da kişi aktyorlar seçilirdi. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq, nəhayət, onlar arzularına çatırlar.   

Film ilk dəfə Bakıdakı “Forum” kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirdilər. Cabbar Qaryağdıoğlu digər xanəndələr ariyalar oxuyurdular. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış, lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni film kimi kinoteatrlarda şərq musiqi orkestrinin müşayiəti ilə təkrar göstərilmişdir. Güman var ki, bu dəfə G. Belyakov eyni filmi özününküləşdirmiş, sanki təkrar çəkilmiş kimi yenidən ekranlara çıxarmışdır. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi :Cavan Əsgər ilə Vəlinin macərası”, “Gəlin seçmək”, “Arşın mal alan”, “İkisi axtardı, dördü evləndi”.

 

O olmasın, bu olsun (1956)

 

Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) Gülnazın (Tamara Gözəlova) böyük ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə, sevdirməyə nail olmuşdur. Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsindəKürd-Şahnazmuğamını ifa edir. Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin çəkiliş qrupu aktrisanın barmağının sındığını həmin çəkilişlər bitəndən sonra bilmişdi. Filmdə xanəndə Tükəzban İsmayılovaSegahmuğamı üstündə oxuyur. Asiya Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A. Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: “Çəkdiyiniz “O olmasın, bu olsunfilmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə Macarıstana satılıb”. Daha sonralar film daha 10 ölkəyə satıldı. Çəkilişlər ilyarım davam edib aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: “Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”. “O olmasın, bu olsunekranlara çıxandan sonra kinoşünaslar filmi xəncər-bıçaqla qarşıladılar. Kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatındaMüvəffəqiyyətsiz film” başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi: “Heç bir estetik qanuna tabe olmayan, mənasız zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir.” (“Kommunist”, 09.12 1956).

 

Ögey ana” (1958)

 

Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın mənzərəli dağ kəndlərindən birində cərəyan edir. Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk böyük işidir. Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı. Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm həqiqi yarasadan istifadə etmişdilər. Filmin bəstəkarı Tofiq Quliyev, mahnıları ifa edən isə Şövkət Ələkbərovadır.

 

“Axırıncı aşırım” (1971)

 

Film yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı əsasında ekranlaşdırılmışdır. Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır. “Axırıncı aşırım” filmi iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə daima Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında gizlənən bir qaçağın əli ilə o dünyaya göndərilir. Hazırda hər iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi: Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib atlıların ardınca yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi Moskvadakı kinotənqidçilərin xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor qısa bir çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə yuxarıda deyilənləri sübut edir.

 

 

Zaman.-2011.-15-17 oktyabr.- S.5.