Vladimir Mayakovski gələcəyə
səslənən şair (1)
Ötən
əsrin 20-ci illərinin ortalarından Mayakovskinin həyatında
dəyişiklik baş verdi. O,bolşevizmin iç
üzünü görərək, onu tənqid edən
şeirlər yazmağa başladı.
Məsələn,
“İclasbazlar” şeirində bekarçılıqdan bütün
günlərini iclaslarda keçirən bolşevik məmurlarını
sərt şəkildə tənqid etdi. Eyni zamanda şeirlərində
belə ümidsizlik, həyatından narazılıq,
küskünlük və
faciəli motivlər özünü göstərməyə
başladı.
Bu da dərhal sovet məmurlarının
və onların əl ağacları hesab edilən proletar tənqidçilərin
və şairlərin
diqqətini cəlb edir.
Onun haqqında
bir vaxtlar ən istedadlı fəhlə şairi kimi danışaraq göylərə qaldırırdılar. O, həqiqətən,
istedadlı şair, yaradıcılığının ilk dövrlərində sosializm
ideyalarının təbliğatçısı,
ötən əsrin
10-30-cu illər rus ədəbiyyatının ən
görkəmli nümayəndələrindən
biri idi. Onun proletar ruhlu şeirləri, çəkdiyi
inqilab ruhlu plakatları həmin dövrdə Rusiyada çox məşhur idi. O, yavaş-yavaş
yaradıcılığının zirvəsinə doğru gedir və bir
kamillik dövrü keçirirdi. Məhz o kamillik dövründə
sosializm sisteminin eybəcərliklərini anlayaraq
mövcud rejimi tənqid etməyə və keçmişdə
buraxdığı səhvlərdən
nəticə çıxarmağa
çalışdı. Bir vaxtlar sosializmi təbliğ edən şeirlər yazan və buna görə
də hətta bolşevizmin banisi Vladimir İliç Leninin belə, rəğbətini
qazanaraq onun sevimlisinə çevrilən,
sonra isə bolşevik üsul-idarəsini
qamçılamağa başlayan
bu məşhur şair bununla da özünü müəmmalı ölümə
aparan yolun əsasını qoydu.
Amma ölümündən, daha
doğrusu, öldürülməsindən
sonra günahından keçdilər. 1935-ci ildə İosif Stalin tərəfindən o, sovet
poeziyasının klassiki
elan edildi. Halbuki, o, həyatının son illərində
yazdığı şeirlərində
bolşevizmi, sözün
əsl mənasında,
qamçılayırdı. Bu, Vladimir Mayakovski idi.
Mayakovskinin həyat yolu olduqca keşməkeşli
və ziddiyyətlidir. O, 1893-ci il iyul ayının
7-də Gürcüstanın Kutaisi quberniyasının Bağdati
kəndində meşəbəyi
Vladimir Konstantinoviç Mayakovskinin
ailəsində anadan olub. Gələcək şairin anası
Aleksandra Pavlenko Kuban kazaklarından
idi. Mayakovskinin uşaqlığının ilk
illəri Kutaisidə keçdi. 1902-ci ildə o Kutaisi gimnaziyasına
daxil oldu. 1906-cı ildə atası meşəçiliklə
bağlı sənədləri
bir yerə tikərkən iynə ilə əlini zədələdi. Nəticədə paslı iynədən qanı zəhərləndi
və o, dünyasını
dəyişdi. Atasının ölümündən sonra
Mayakovski anası, bacıları
Lyudmila və Olqa ilə birlikdə Moskvaya köçməyə
məcbur oldu. Burada o, 5 saylı klassik gimnaziyada təhsilini davam etdirdi. Amma gimnaziyanı bitirmək ona nəsib olmadı. 1908-ci ildə təhsil haqqını ödəyə
bilmədiyi üçün
onu gimnaziyadan xaric etdilər. Mayakovski ədəbi yaradıcılığına da
gimnaziyada oxuyanda, təxminən 13-14 yaşlarında
başladı. İlk şeirləri
“Porıv” adlı gimnaziya jurnalında dərc olundu. Gimnaziya illərində o, siyasi həyata atıldı.
1908-ci ildə bolşeviklərin təsiri
altına düşərək
Rusiya Sosialist Demokrat Partiyasının
(RSDP) sıralarına daxil
oldu. 1908-1910-cu illərdə inqilabi fəaliyyətə görə
üç dəfə
həbs olundu. 1910-cu ildə həbsdən
azad edildi. Amma həbsxana həyatı onda dərin psixoloji iz buraxmışdı.
Ona görə də azadlığa çıxan kimi dərhal partiya sıralarından istefa verdi. 1911-ci ildə Moskva təsviri incəsənət
məktəbinə daxil
oldu. Həmin ildə də o,” Giley” ədəbi futuristlər qrupunun əsasını qoyan
David Burlyukla tanış
oldu. Bu, onun
poeziyaya gəlişində
dönüş nöqtəsi
oldu. Həmin dövrdə yazdığı
“Gecə” şeiri
1912-ci ildə futurist şairlərin
seçilmiş şerilərinin
çap olunduğu “İctimai meylə vurulan sillə” kitabında dərc olundu.
Gündən-günə püxtələşməyə başlayan şairin
1913-cü ildə “Mən”
adlı seçilmiş
şeirlər kitabı
çap olundu. Bunun ardınca
şair dramaturgiyaya müraciət etdi və “Vladimir Mayakovski” faciəsini
yazdı. Faciəni şəxsən
özü tamaşaya
qoydu və baş rolu ifa
etdi. I Dünya
müharibəsində orduya
getmək istəsə
də, siyasi cəhətdən etibarsız
olduğuna görə
onu hərbi xidmətə qəbul etmədilər. Buna baxmayaraq Maksim Qorkinin yardımı ilə 1915-1917-ci illərdə
Petroqradda hərbi xidmətdə oldu. Əsgərlik dövründə
o: “Ana və almanlar öldürən axşam”,
“Mən və Napoleon”
şeirlərini, həmçinin
“Müharibə və
sülh” poemasını
yazdı. 1917-ci ildə baş verən oktyabr inqilabından sonra onun əsas vəzifələrindən biri
burjuaziyanı tənqid
edən satirik ruhlu plakatlar çəkmək və onların altında da mövzuya uyğun olaraq öz şeirlərini yazmaq oldu. İnqilabın birinci ildönümü
münasibəti ilə
burjuaziyanı tənqid
edən “Misteriya Buff” pyesini yazdı və tamaşaya qoydu. 1919-cu ildə
Petroqraddan Moskvaya köçən Mayakovski buradakı
ROSTA adlı satirik təbliğat təşviqat
idarəsində rəssam
kimi işə düzəldi. Ümumiyyətlə,
Mayakovski həmin dövrdə
sosializmi təbliğ
edən çoxsaylı
şeir və poemalar yazdı. Eyni zamanda Moskva Futuristlər Assosiasiyasında
bir neçə kitabı çap edildi. 1923-cü ildə isə Sağ İncəsənət
Cəbhəsi qrupunu təsis etdi və eyni adda
jurnalın nəşrinə
başladı. 1924-cü
ildə “Vladimir İliç
Lenin” poemasını yazdı.
Bəzi məlumatlara görə bu poemanı yazmağı ona o dövrdə ölkəni
idarə edənlər
məsləhət görmüşdülər.
Əvvləcə sifarişlə poema
yazmadığını desə
də, qarşı tərəfin israrlı tələbləri nəticəsində
güzəştə getməyə
məcbur olmuşdu.
Mayakovski 1922-1926-cı illərdə
“İzvestiya”, 1926-1929-cu illərdə
isə “Komsomolskaya pravda”
qəzetləri ilə
əməkdaşlıq etdi.
Eyni zamanda həmin dövrdə onun şeirləri “Yeni dünya”, “Gənc qvardiya”, “Oqonyok”, “Timsah” jurnallarında çap edildi. Həmçinin 1926-1927-ci illərdə o, 9 kinossenari yazdı.
Səyahət
1922-24-cü illərdə o, Latviya, Fransa və Almaniyaya səyahətə çıxdı. Bunun da nəticəsi olaraq
“Paris”, “Demokratik respublika
necə işləyir”
adlı şeirlərini
yazdı. 1925-ci ildə isə Amerikaya getdi. O, Havanaya, Mexikoya, həmçinin ABŞ-ın
müxtəlif şəhərlərində
üç ay ərzində
auditoriya qarşısında
şeirləri ilə
çıxış etdi.
Səfərin nəticəsi olaraq
“Mən Amerikanı kəşf etdim” oçerkini yazdı.
1925-1928-ci illərdə şair SSRİ-nin müxtəlif bölgələrini
gəzdi və çoxsaylı auditoriyalar
qarşısında çıxışlarını
davam etdirdi. Onun bu səfərləri
SSRİ rəhbərliyinin təşəbbüsü
ilə həyata keçirilirdi. Məqsəd isə Mayakovski vasitəsi
ilə dünyanın
müxtəlif bölgələrində,
həmçinin ölkə
daxilində sosializm ideyalarını təbliğ
etmək idi. Bu səfərlər nəticəsində
Mayakovski “Yoldaş Netto,
paroxod və insan”, “İttifaq şəhərləri üzrə”
və “Poladəridən
İvan Kozırevin hekayəsi” əsərlərini
yazdı.
İnqilabdan üz
döndərmə
Ötən
əsrin 20-ci illərinin ortalarından Mayakovskinin həyatında
dəyişiklik baş verdi. O, bolşevizmin iç
üzünü görərək, onu tənqid edən
şeirlər yazmağa başladı. Məsələn,
“İclasbazlar” şeirində bekarçılıqdan
bütün günlərini iclaslarda keçirən
bolşevik məmurlarını sərt şəkildə tənqid
etdi. Eyni zamanda şeirlərində belə ümidsizlik, həyatından
narazılıq, küskünlük və faciəli motivlər
özünü göstərməyə başladı. Bu da dərhal
sovet məmurlarının və onların əl
ağacları hesab edilən proletar tənqidçilərin və
şairlərin diqqətini cəlb etdi. Onu bu şeirlərə
görə “poputçik” adlandıraraq, burjua meyilli şair
kimi qələmə verməyə, tənqid etməyə
başladılar. “Proletar” tənqidçilər artıq onu fəhlə
şairi hesab etmir və hər gün uçuruma
sürüklənməkdə günahlandırırdılar.
Mayakovski 1929-cu ildə ədəbi
yaradıcılığının 20 illiyini qeyd etmək istədi,
lakin SSRİ rəhbərliyi artıq özünü
şübhə altına salan şairə bunu etməyə
icazə vermədi. Həmin dövrdə şairə həm ən
yaxın dostları, həm düşmənləri, həm də
yuxarılar tərəfindən müxtəlif səviyyəli
təzyiqlər başlamışdı. Onu hara gedir izləyir,
söhbətləşdiyi, görüşdüyü
adamları istintaqa çağıraraq uzun-uzadı
sorğu-suala tuturdular. Necə deyərlər, təzyiqlər
vasitəsi ilə Mayakovski də həmin dövrdə Yesenin
aqibətini yaşamağa məcbur edilirdi. Üstəlik,
Yesenində olduğu kimi, Mayakovskinin də həyatında
xüsusi xidmət orqanlarının ələ
aldığı adamlar vasitəsi ilə ailədaxili problemlər
ortaya çıxarılmışdı. Bütün bunlar isə
Mayakovskinin əsəblərinin sürətlə
pozulmasına və onun ciddi psixoloji əsəb gərginliyi
keçirməsinə yol açmışdı. Bu da onun ədəbi
yaradıcılığında küskün və ümidsiz
adamlara məxsus bədbin notların çoxalmasına səbəb
olmuşdu. Təbii ki, dövründən belə
küskünlüyünü xüsusi xidmət orqanları
ona bağışlamaq fikrində deyildilər. Çünki
xüsusi xidmət orqanları Mayakovskinin rejimi daha kəskin
şəkildə tənqid edən şeirlərinin ortaya
çıxmasından təşviş keçirirdilər.
Nəticədə
1930-cu il aprel ayının 14-ü səhər saat 10.15-də
Mayakovski faciəli şəkildə həyatdan
köçdü.
Zaman.-2011.-22-24 oktyabr.- S.12.