Dünyanın
alınan və satılan kəşfiyyatçıları (3)
Broninin həbsdən azad olunmasını istəyən SSRİ əks-
kəşfiyyat rəhbərliyi dərhal bundan
istifadə etmək qərarına gəldi. Tszyan
Tszinqo Çin kəşfiyyatına
işləməsi bəhanəsi altında həbs edildi. Guya o,
sovet ordusu barədə
gizli məlumatlar toplayırmış. Bundan sonra Çin
hökumətinin müvafiq qurumları
SSRİ xüsusi xidmət orqanları ilə
Broninin azad edilməsi
barədə bazarlaşmağa məcbur oldu. Uzun
danışıqlardan sonra, 1937-ci ilin mart ayında Yakov Broninlə “yoldaş Nikolay Yelizarov”- Tszyan Tszinqo dəyişdirildi.
Tszyan Tszinqo isə sonralar iki dəfə Tayvanın prezidenti seçildi. 1988-ci ildə isə dünyasını dəyişdi. Ötən əsrin 70-ci illərində yazdığı “Mən Zorgeni tanıyırdım” kitabı ilə diqqət mərkəzində qalmağı bacaran Yakov Bronin isə 1984-cü ildə dünyasını dəyişdi.
Harri Pauersin əvəzinə
Rudolf Abel
Casusların dəyişdirilməsi
və ya daha dəqiq
desək, alınıb satılması prosesi
soyuq müharibə illərində davam etdirildi. 1962-ci il fevral ayında soyuq müharibə dövründə böyük əks-sədaya səbəb olan casus dəyişməsi
baş verdi. Ural üzərində
kəşfiyyat uçuşu həyata
keçirərkən təyyarəsi vurulub,
əsir alınan casus pilot
Frensis Harri Pauerslə
uzun illər Amerikada casusluq fəaliyyəti ilə məşğul
olan və SSRİ-nin
Amerikadakı kəşfiyyat rezidenturasının rəhbəri,
Vilyam Fişer adı
ilə fəaliyyət göstərən Mark
ləqəbli Rudolf Abelin
dəyişdirilməsini həyata keçirdilər. Abel, ümumiyyətlə, soyuq
müharibə dövrünün ən məşhur
kəşfiyyatçılarından biri hesab edilir. O, dostu Rudolf Abellə birlikdə
II Dünya müharibəsi dövründə
almanların arxasında xüsusi
tapşırığı yerinə yetirmişdi.
Müharibədən sonra podpolkovnik
Abel təqaüdə
çıxmış, Fişer isə xüsusi tapşırıqla Amerikaya
göndərilmişdi. O, burada
həmçinin Latın Amerikası ölkələrində xüsusi casus şəbəkəsi
yaratmışdı. Fişer məharətlə
maskalanmağı və ən ağır vəziyyətdən
çıxmağı bacarırdı. Buna
baxmayaraq, 1957-ci il iyun ayının 25-də Nyu-Yorkdakı mehmanxanada
onu həbs etdilər. Sonralar məlum oldu ki, ələ keçən casuslardan biri onu satıb. Amma o, həbs edilərkən əsl adını
deyil, dostunun adını söylədi.
ABŞ məhkəməsi onu
Rudolf Abel adı altında
da 30 il
həbs cəzasına
məhkum etdi. Amma Moskvada onun geri
alınması və ya dəyişdirilməsi barədə heç düşünmürdülər. Moskva üçün məşhur
kəşfiyyatçı Rudolf Abel artıq yox idi. Çünki Rudolf Abel həbs ediləndən sonra onu rezident kimi
ABŞ-dakı digər
DTK kəşfiyyatçısı əvəz etməyə başlamışdı. Ona görə
də gözlənilməz
bir hadisə baş verməsəydi, yəqin ki, Abel həyatını həbsxana
divarları arasında
başa vurmalı olacaqdı.
1960-cı
il may ayının
1-də Sverdlovsk üzərində Pauers tərəfindən idarə edilən U2 casus təyyərəsi vuruldu.
Təyyarəni idarə edən
Pauers paraşütlə
tullanaraq canını
qurtardı. Lakin o, xüsusi
xüdmət orqanları
tərəfindən həbs
edildi. Bu hadisə Qərbdə böyük hay-küyə
səbəb oldu.
Hətta
Pauersin təyyarəsinin
vurulması və onun həbs edilməsi ABŞ və
SSRİ rəhbərləri arasında yüksək səviyyədə keçiriləcək
görüşlərin baş
tutmamasına da səbəb oldu. Buna
baxmayaraq, məhkəmə
1960-cı ilin avqust ayında SSRİ-nin hava sərhədlərini pozduğuna və Amerikanın xeyrinə casusluq fəaliyyətinə
baş vurduğu üçün Pauersi 10 il müddətinə
azadlıqdan məhrum
etdi. Bu isə Amerikada həyəcanla qarşılandı. Hər halda,
Amerika özünün
ən cəsarətli
casusunun qiymətini yaxşı bilirdi. Pauers soyuq
müharibənin qızğın
çağında olduqca
güclü şəkildə
qorunan SSRİ-nin hava sərhədlərini məharətlə keçməyi
bacararaq, minlərlə
kilometr içərilərə,
Ural dağları üzərinə
qədər uçub
getməyi bacarmışdı.
Ona görə də ABŞ Pauersi azad emək
üçün yollar
axtarırdı. 1960-cı
ildə ABŞ-ın tanınmış “Nyu-York
deyli nyus” qəzetində Mərkəzi
Kəşfiyyat İdarəsi
supercasus Rudolf Abellə
Pauersin dəyişdirilməsi
təklifi ilə çıxış etdi.
Ävvəlcə SSRİ-də bu
təklifi istehza ilə qarşıladılar.
İfşa və həbs ediləndən sonra ikili casus kimi MKİ-nin xeyrinə işləməyə
razı salınıb-salınmadığı
məlum olmayan Rudolf
Abel artıq Moskvaya lazım deyildi. Ancaq ABŞ casusların dəyişdirilməsində israrlı
idi və bu məqsədlə nəinki diplomatik kanalları, həm də SSRİ-yə yaxınlığı ilə
tanınan məşhur
siyasətçiləri belə
bu işə cəlb etmişdi. Nəhayət, SSRİ rəhbərliyi
Pauerslə Abelin dəyişdirilməsinə razılıq
verdi. Amma Abelin
əvəzinə, ABŞ Pauersdən
əlavə daha bir neçə casusunun verilməsini istəyirdi. O dövrdə
SSRİ-yə rəhbərlik
edən Nikita Xruşşov,
əvvəlcə ABŞ-ın
bu təklifinə əsəbiləşdisə də,
sonra əllərini yelləyərək: - Onsuz
da onlar (casuslar) ömrü boyu həbsdə yatsalar da, bizə
heç bir xeyirləri dəyməyəcək.
Pauerdən əlavə,
daha kimi istəyirlərsə verin
getsin, qoy müftə çörək
yeyənlərimizin sayı
bir neçə nəfər də azalsın,-dedi.
Casusların dəyişdirilməsi 1962-ci ildə Berlini iki yerə ayıran
Qlinike körpüsündə
baş verdi.
SSRİ Rudolf Abelin əvəzində
Amerikaya Pauersdən əlavə, MKİ-nin israrla geri istədiyi
tələbə Frederik
Prayoru və Marvin Makineni də qarşı tərəfə
təhvil verdi.
Frederik Prayor Almaniya Demokratik Respublikasının
sərhəddini qeyri-qanuni
keçdiyinə görə
həbs edilmişdi.
Marvin Makinen isə
turist kimi SSRİ-yə gəlmiş və casusluqda şübhəli bilinərək
Kiyevdə saxlanılmışdı.
Dəyişdirilən casusların da
taleyi sonralar müxtəlif oldu. Pauers azad
edildikdən sonra, əvəlcə, Lokxid konsernində sınaqçı
təyyarəçi işlədi.
Sonra onu radioteleviziya yenilikləri agentliyində
vertolyot sürməyə
göndərdilər. O, 1977-ci il avqust
ayının 1-də Santa Barbara ətrafındakı yanğını
söndürərək geriyə
qayıdanda qəzaya uğradı və dünyasını dəyişdi.
Marvin Makinen isə
son dövrlərə kimi
Çikaqo Universitetində
işləyirdi. Prayorun sonrakı
taleyi isə məlum deyil. Rudolf Abelə gəlincə
isə ad altında tanınan kəşfiyyatçı
1955-ci ildə dünyasını
dəyişmişdi. Ona görə
də Fişer artıq dostu Abelin adı və soyadı altında yaşamaq istəmirdi. O, azad edildikdən sonra özünün əsl ad
və soyadının
qaytarılması üçün
SSRİ-nin ən yuxarı orqanlarına müraciət
etdi. Ancaq nə üçünsə ona
əsl ad və soyadını - Vilyam Fişeri - bərpa etməyə icazə vermədilər. O, bu ad altında 1971-ci ildə dünyasını dəyişdi.
Baş daşının
üzərindəki portretinin
altında: Sovet kəşfiyyatçısı R.İ. Abel,
1903-1971 yazılıb. 1963-cü ildə ABŞ özünün
məşhur kəşfiyyatçısını,
SSRİ-nin bütün
nüvə sirri barədə ən gizli məlumatlarını Amerikaya
ötürən Baş
Kəşfiyyat İdarəsinin
polkovniki Oleq Penkovskinin digər məşhur sovet kəşfiyyatçısına dəyişdirməyi təklif
etdi. Amma Penkovski SSRİ-nin
nüvə potensialı
barədə elə gizli məlumatları qarşı tərəfə
ötürmüşsü ki, Moskva onun
dəyişdirilməsinə razılıq vermədi.
Buna görə Penkovskiyə ən ağır cəza kəsildi və onu vətənə xəyanət üstündə
güllələdilər.
Sonrakı illərdə də iki supergüc arasında casus alveri davam etdi. 1964-cü ildə yenə də Qlinike körpüsündə məşhur
kəşfiyyatçı Konon
Molodoyla Oleq Penkovskinin rabitəçisi,
Böyük Britaniya kəşfiyyatçısı Qrevill Vinn dəyişdirildi.
1969-cu ildə isə daha bir casus dəyişdirmə hadisəsi
baş verdi.
Həmin
dövrdə Yuri Loginov
Cənubi Afrika Respublikasına qaçaraq,
MKİ-nin yerli şöbəsi ilə əlaqə yaratmışdı.
O, SSRİ-yə aid olan
bir çox gizli sirləri Amerikaya vermək istəyirdi. Lakin nə üçünsə
onun hərəkətləri
MKİ-də şübhə
doğurdu və onlar Loginovun hərəkətlərini DTK-nın
düşünülmüş şəkildə həyata
keçirdiyi təxribat
kimi qiymətləndirdilər.
Ona görə də geri qayıtmaq istəməyən Loginovu
güclə bir neçə Qərbi Almaniya kəşfiyyatçısına
dəyişdirdilər. Yalnız Loqinovun üzərində
satqınlığa görə
məhkəmə prosesi
başlayanda MKİ onu
geri verməklə səhv etdiyini başa düşdü.
1979-cu il aprel
ayının 27-də isə
MKİ ilə DTK arasında
daha bir kəşfiyyatçı dəyişməsi
baş verdi. DTK Baş Kəşfiyyat İdarəsinin
əməkdaşları Rudolf Çernyayev və Valdik Engerin azad edilməsinin əvəzində MKİ-yə,
sovet dissidentləri Aleksandr Ginzburqu, Eduard Kuznetsovu, Mark Dımşitsi, Valentin Morozu və Georgi Vinsi verdi.
MKİ Çernyayev və
Engeri gizli saxlanc yerindən çox qiymətli hesab edilən məlumatları götürərkən
həbs etmiş və məhkəmə onların hərəsinə
50 il həbs
cəzası kəsmişdi.
Onların yerinə MKİ-yə
verilən dissidentlərdən
isə ikisi 1970-ci ildə İsveçə
təyyarə qaçırmağa,
digərləri isə
antisovet fəaliyyətlərinə
görə azadlıqdan
məhrum edilmişdilər.
ABŞ və sovet xüsusi
xidmət orqanları arasında beynəlxalq aləmdə böyük əks-sədaya malik olan daha bir
dəyişdirmə isə
1976-cı il dekabr ayının 18-də
baş verdi. Amma bu dəfə
dəyişdirilənlər kəşfiyyatçılar deyil,
Çili Kommunist
Partiyasının baş
katibi Luis Korvalan və SSRİ-də
dissident hərəkatının əsasını qoyan
Vladimir Bukovski idi. Dəyişdirilməzdən əvvəl Bukovski
SSRİ vətəndaşlığından
məhrum edilmişdi.
1985-ci il iyun ayının 12-də
DTK özünün həbsdə
olan 4 casusunu MKİ-nin 23 casusu ilə
dəyişdirdi.
1986-cı ildə isə
SSRİ dissident Şaranskini Qərbə təhvil verərək, əvəzində
Çexoslovakiya casusları
ər-arvad Karl və Xana Kexerləri aldı. Sonuncular 1984-cü ilin noyabr
ayında SSRİ-nin xeyrinə casusluq üstündə MKİ tərəfindən
həbs edilmişdilər.
1986-cı
ildə isə
dissident hüquq müdafiəçisi
Yuri Orlovu ABŞ-a verən
DTK əvəzində həbsdə
olan öz casusu Gennadi Zaxarovu aldı. Sonuncu belə casus dəyişməsi 2010-cu ilin
iyul ayının 8-də
baş verdi.
DTK ABŞ-da 10 nəfər həbsdə olan casusları ilə ABŞ-ın xeyrinə casusluq üstündə məhkum
etdiyi 4 nəfəri dəyişdi.
Zaman.- 2011.- 15-16 sentyabr.- S.13.