İslamı qəbul etmiş
məşhurlar
Jak Kusto Fransada İslam dini müxtəlif sahələrdə məşhurlaşmış
insanlar arasında sürətlə yayılır. Artıq xristianlığı
tərk edib, İslamı qəbul edən fransızların sayı yüz min nəfəri keçib.
Fransız katolik kilsəsinin
Paris arxiyepiskopu bu rəqəmi rəsmi şəkildə təsdiqləyib.
İslamı seçənlər
arasında sadə fransızlarla yanaşı,
görkəmli şəxslərə
də rast gəlmək mümkündür..
Böyük fransız alim və okeanoqrafı, dəniz və okean dərinlikləri üzrə tədqiqatçı,
akvalanq və ixtiraçı, bir çox məşhur kitab və filmlərin
müəllifi Jak Kusto dünyanın məşhur və görkəmli şəxslərindən
biridir. Lakin çox az
adam bilir ki, bu dahi
şəxsiyyət ömrünün
son illərində İslam
dinini qəbul edib və müsəlman
olaraq dünyasını
dəyişib.
Kusto Cəbəlüttariq
boğazında tədqiqat
işləri apararkən
bir-biri ilə təmasda olan Atlantik okeanı ilə Aralıq dənizi sularının arasında maneənin olduğunu və onların sularının qarışmadığını kəşf etmişdir. Okeanoloq burada
iki cür suyun bir-birinə qarışmamasını və
onların duzluluq səviyyəsinin, temperaturunun,
fauna və florasının
müxtəlif olduğunu
aşkarlamışdı. Kusto müxtəlif quruluşlara
malik olan bütün dənizlərin
birləşmə nöqtələrində
həmin su əngəllərinin mövcud
olduğunu elmə sübut etmişdir. Bu kəşfi haqqında
İslam dinini qəbul edib, müsəlman olmuş fransız alim Moris Bukaya dedikdə,
gözləmədiyi bir
cavab almışdı.
Kustonun alim dostu onun
bu kəşfi haqqında müsəlmanların
müqəddəs kitabı
Qurani-Kərimdə məlumat
olduğunu deyir.
Qurani-Kərimin “Rəhman”
surəsinin 19-20-ci və
“Furqan” surəsinin
53-cü ayələrinin tərcüməsini
oxuyan Kusto, həqiqətən, bu kəşf barədə ondan qabaq - 1400 il əvvəl
müqəddəs kitabda
yazıldığına əmin
olur. O, öz xatirələrində qeyd
edir: “Müasir elmdən 1400 il
qabaqda olan Quran insan sözü ola bilməz, bu kitab, həqiqətən,
Allahın kəlamıdır”.
Lev Tolstoy
Rus ədəbiyyatı və
tarixinə böyük
töhfələr vermiş
məşhur rus yazıçısı və
mütəfəkkiri Lev Tolstoyun
Allah haqqında fəlsəfi
fikirlərini özündə
ehtiva edən traktatları, əsərləri
dünyada çox az bilinir.
Həyatın mənasını
dərk etmək, mövcud işgəncəli
sosial, mənəviyyatsız
ümumi həyat qanunları yazıçının
bütün həyat və iş tərzinə təsir etmişdir. Tolstoy artıq ölüm, günah, tövbə barəsində daha çox fikirləşməyə
başlamışdır.
Onun tamamilə
qeyri-adi düşüncə
tərzi Rusiya cəmiyyətində birmənalı
qarşılanmırdı. Onun kilsə haqqındakı fikirləri: “Kilsəni təmsil edən dünya istədiyini edirdi. İstənilən hər bir şey Məsihin inancına uyğunlaşdırılırdı
və bununla da bütün xristianlar Məsihin inancına zidd yaşamış sayılırdı.
Nəticədə Allahsız bir
dünya daha da pis vəziyyətə
düşdü. Buna baxmayaraq, kilsə bu “yeni” mühiti
müdafiə edir və Məsihin inancının məhz bu olduğunu iddia edirdi.”
Müsəlman bir kişi
ilə evli olan E. Vəkilova məşhur yazıçıya
məktub yazır. Məktubunda qadın uşaqlarının
İslam dinini qəbul etmək istədiklərini və bu məsələdə məsləhət istədiyini
bildirir. Yazıçının
xanıma cavabı: “Çox təəccüblü
olsa da, ən ali
xristian təhsili almış bir şəxs kimi mənim üçün,
heç şübhəsiz,
müsəlmanlıq pravoslav
kilsə inancından müqayisə olunmaz dərəcədə yüksəkdir.
Əgər bir insan pravoslav kilsə inancı ilə müsəlmanlıq inancı
arasında seçim qarşısında qalarsa,
o zaman hər şüurlu normal insan, əlbəttə ki, ikincini seçərdi.
Belə ki, Allah və onun Rəsuluna inam, üç müqəddəs, bağışlanma,
müqəddəslər və
onların şəkilləri
və çətin ibadət formasına malik inancdan daha üstün və məntiqlidir.”
Yazıçının fəlsəfi düşüncələri
və fikirləri dostları, yaxınları,
ailəsi tərəfindən
də bəyənilmirdi. Lev Tolstoy öz
xatirələrində yazır:
“Əgər siz mənimlə eyni bir inancda olsaydınız,
mən çox şad olardım. Həyatın bir çox
uğurları - zənginlik,
şan-şöhrət mənim
həyatımda yoxdur.
Dostlarım, hətta ailəm
məndən üz döndərir. Liberallar məni
Qoqol kimi kəmağıl, dəli;
inqilabçılar və
radikallar boşboğaz,
zəvzək; dövlət
xadimləri qatı inqilabçı kimi qəbul edir, pravoslavlar isə şeytan hesab edirlər. Etiraf edirəm, ki, mənə çox çətindir... Buna görə xahiş edirəm məni mehriban bir müsəlman
kimi qəbul edin, onda hər
şey yaxşı olacaq”.
Məhəmməd Əli
Əsl adı Kassius Kley olan Məhəmməd
Əli 18 yaşında
Olimpiya çempionu,
22 yaşında isə
artıq dünya çempionu idi. Qəzetlərdə onun haqqında belə yazılırdı: “O, kəpənək
kimi süzür, arı kimi sancır”.
Müsəlman dinini qəbul
edib, adını Məhəmməd Əli olaraq dəyişdirməsi
böyük əks-səda
doğurmuşdu. 1974-cü ilə qədər Məhəmməd Əli
25 titullu boks
döyüşünün qalibi olmuş super ulduz idi. 1981-ci
ildə Əli boksdan getdiyini elan etdi. Bir müddətdən sonra məlum olur ki, o, parkinson xəstəliyinə
tutulub.
Məhəmməd Əlinin İslam
haqqında müsahibəsi:
- Həyatınızda peşman
olduğunuz bir şey var?
- Əlbəttə, var. Əgər mənə yaşamaq üçün
yenidən şans verilsəydi, mən 10 yaşında müsəlman
olardım. Bundan başqa Co Frezerə
oyundan qabaq “eybəcərlər çempion
olmur” dediyimə görə çox peşmanam. 30 ildən sonra ondan bu sözümə
görə üzr istədim, o da qəbul etdi.
- Ən böyük
uğurunuz?
- İslamı qəbul
etməyim. İlk vaxtlar müxbirlər
mənim yeni adımı qəbul etmirdilər və mənə Kassius Kley deyə müraciət edirdilər.
Mən də hər dəfə adımın başqa olduğunu onlara bildirirdim. Sonradan hamı bu ada
alışdı. Hal-hazırda məni bütün dünyada Məhəmməd Əli kimi tanıyırlar.
BƏYLƏR MƏCIDOV
Zaman.- 2011.- 10-12 sentyabr.- S.3.