Əshabi-Kəhfziyarətgahı

 

MƏRDAN QURBANOV

       

Əshabi-Kəhfmağara əhli, mağara sakinləri mənasına gəlir. “Qurani-Kərim”də bu hadisə haqqındaKəhfsurəsində məlumat verilir.

Bu surədə bir vaxtlar bir bölgənin zalım rəhbərlərindən xilas olmaq üçün bir mağaraya sığınan, Allahın möcüzəsi olaraq üç yüz il yatdıqdan sonra oyanan bir qrup gəncdən bəhs edilir. (Kəhf surəsi 9-26-cı ayələr) Bu hadisənin e.ə. təxminən 250-ci ildə romalıların Hz. İsaya inanan möminlərə qarşı amansız işkəncələr edilən dövrə təsadüf edildiyi ehtimal olunur. Rəvayətə görə, 300 il yuxuya gedən gənclər oyandıqda xristianlıq yayılaraq Bizans imperiyasının rəsmi dini olmuşdu. Lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər.

Hadisənin harada baş verdiyi dəqiq məlum deyil. Dünyanın bir sıra bölgələrindəƏshabi-Kəhfadı ilə tanınan mağaralar var ki, onların daQurani-Kərim”də adı keçən mağara olduğu iddia edilir. Daha çox ehtimal olunan yerlər arasında Türkiyənin Efes şəhərinin, Fələstinin Azərbaycanın Naxçıvan şəhərinin adı çəkilir. Bu məsələ Qurani-Kərimin 18-ci surə, 17-ci ayəsində belə açıqlanır: “Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...”. Mağaranın içərisinə girəcəkdən baxarkən, yəni girişdən sağ sol nəzərdə tutulur, məhz Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahında içəri girən adamın sağı gündoğana düşür. Qurani-Kərimdəki bu fikirlər mağaranın Naxçıvanda olmasını sübut edir. “Beləcə insanları onlardan xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə götürməz olduğunu bilsinlər. Bu sırada onlar aralarındaƏshabi-Kəhf”in vəziyyətini araşdırırdılar. Dedilər ki: “Üzərlərinə bir bina tikin. Rəbbləri onları daha yaxşı bilir”. Onların vəziyyətinə vaqif olanlar isə: “Bizlər kəsinliklə onların yan başlarında bir məscid tikəcəyik” - dedilər. NaxçıvandakıƏshabi-Kəhf, indiki məscid qeyd olunanların yaxınlığındadır. Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Son illərə qədər mağaranın girəcəyindən çıxan bulaq içməli suyu tam təmin edə bilirdi. İndi bulaq quruyub. Mağaradakı təbii sığınacaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarət idi ki, bu da mağaradakıları düşmənlərin vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar daşlardan ibarət olmasına baxmayaraq, burada çoxlu ağac kollar var. Bu günƏshabi-Kəhf ziyarətgahıdini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir. Allah yolunda qurbanlar kəsir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdəƏshabi-Kəhf”də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb.

Ziyarətgahda qara daş, yəni meteorit var. Bu daşın göydən zaman necə düşməsi haqqında məlumat yoxdur.  Əshabi-Kəhfziyarətgahında olan məsciddə iki yazılı daş var. Onlardan birinin tarixi bəlli olmasa da, digəri 1109-cu ilə aiddir. Üzərində Qurani-KəriminKəhfsurəsinin ayələri yazılan bu daşlar Naxçıvan xanlığı tərəfindən qoyulub. Çox təəssüf ki, Azərbaycanda yerləşən bir çox ziyarətgahlarda olduğu kimi, burada da insanlar İslam dini ilə heç bir əlaqəsi olmayan dini ayinlər keçirirlər. Bəziləri ziyarətgah ərazisində yerləşən dar cığırdan keçərək arzularına çatacaqlarına inanır, bəziləri isədamcıxanadeyilən yerdə oturub saatlarca başına damcı düşəcəyini gözləyir. “Damcıxanaməscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Həm xəstələr, həm hər hansı bir arzusu olan niyyət edib oturur. Damcının başa ya çiyinə düşməsi niyyətin tez hasil olacağı, aşağı ətraflara, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olunmur. Heç bir dini əsası olmayan bu ayinlər insanların məlumatsızlığından irəli gəlir. “Əshabi Kəhfziyarətgahının rəsmi internet səhifəsində bu sözlərə yer verilib: “Toplanmış materiallar sübut edir ki, bura gələnlərin əksəriyyəti əməl edilən adət inancların ata-babadan qalma olduğunu söyləməklə əsl mahiyyətini bilmirlər. Hansı ki inancların, demək olar ki, hamısı çox qədim tarixə malik olmaqla, xalqımızın qan yaddaşında yaşadılan, Naxçıvanda qədim türklük pasportunu daş çağından günümüzə qədər qoruyub saxlayan, heç bir dinin dəyişə bilmədiyi mənəvi sərvətimizdir.” Bu cümlələr bir daha bu ayinlərin İslam dini ilə heç bir əlaqəsi olmadığını təsdiqləmiş olur.

Daş, qaya parçalarını öpərək onlardan nəsə gözləmək çox gülməli göründüyü qədər təəssüf edicidir. Hansısa ziyarətgahın ətrafındakı bir daşı, qayanı öpmək, ağaclara ip bağlamaq kimi ayinlərə əksər müsəlman ölkələrində rast gəlmək mümkündür. Halbuki bu ziyarətgahlar yalnız Allaha dua etmək, ondan imdad diləmək üçün bir vasitə olmalı, Onun yerini tutmamalıdır.

 

 

  Zaman.-2011.- 10-12 sentyabr.- S.5.