Dünyanın
alınan və satılan kəşfiyyatçıları (1)
İngilis casusun
mühüm sənədlə ələ keçirildiyi barədə
dərhal Vaşinqtona şəxsən məlumat verdilər. Eyni zamanda hər yerdə
dostları olan Arnold da Andrenin ələ keçirildiyini
öyrəndi. Bu onun üçün ölüm demək
idi. Çünki Andrenin onu ələ
verəcəyi generala aydın idi. Ona görə də vaxt
itirmədən dərhal atına minərək tələm-tələsik
cəbhə xəttini
keçdi və qaçaraq ingilislərə
sığındı. Andre sorğu-suala tutulan zaman
məlum oldu ki, gizli məlumatları ona general Benedikt Arnold
verib. Bundan xəbər tutan Corc Vaşinqton əsəbi
halda: - Əgər müharibədə
saysız hesabsız qəhrəmanlıqlargöstərən
general da satqın, düşmən casusu çıxırsa,
onda mən kimə inanım? -deyə var
gücü ilə bağırmışdı.
Bəşər
tarixində casuslar qədər başıbəlalı və
macəralı, eyni zamanda hər hansı bir dövlətin məhvində
ordudan çox iş görən ikinci peşə sahibləri
tapmaq çətindir. Bu baxımdan hələ
lap qədimlərdən casuslar düşmən ölkənin
mühüm dövlət sirlərinin ələ keçirilməsində
əvəzsiz xidmətlər göstəriblər. Ona görə də onların xidmətləri həmişə
mənsub olduqları dövlətlər tərəfindən
yüksək qiymətləndirilib. Bu
çərçivədə də düşmən tərəfindən
ələ keçirilmiş məşhur casusların azad
edilməsi üçün onun xidmət etdiyi dövlətlər
tərəfindən ağlasığmaz addımlara belə əl
atılıb. Amma bəzən bu, ələ
keçirilən casusların faciəli şəkildə
ölümünə yol açıb, bəzən də
olduqca gülməli hadisələr baş verib. Bəzən də dövlət
başçılarının ən çox
inandıqları adamların belə sonda düşmən
casusu olduğu aşkar edilib. Belə
casuslardan biri də ABŞ-ın müstəqilliyinin xaç
atası hesab edilən Corc Vaşinqtonun ən yaxın
silahdaşı və sevimlisi, müstəqillik uğrunda
aparılan mübarizənin qəhrəmanlarından biri olan
general-mayor Benedikt Arnolddur.
ABŞ-ın müstəqilliyi uğrunda
ingilislərə qarşı aparılan mübarizədə
qeyri-adi qəhrəmanlıqlar göstərən Arnold
bütün amerikalıların azadlıq qəhrəmanı
simvoluna çevrilmişdi. Onun adı gələndə ingilis əsgərləri dərhal
silahı yerə ataraq təslim olurdular. Çünki Arnold
müharibədə məğlubiyyət nə olduğunu bilmirdi. Corc
Vaşinqton belə, onun qəhrəmanlığı
önündə baş əyərək: “Bir Arnold on min
ingilis əsgərinə bərabərdir. İngilislər
onun adı gələndə tir-tir əsirlər”,-demişdi.
Ona görə də Corc Vaşinqton Arnolda
general-mayor rütbəsi vermiş və onu ingilislərlə
döyüşün ən qızğın yerinə göndərmişdi.
Arnold ən çətin
tapşırıqların öhdəsindən belə
asanlıqla gəlirdi. Bir sözlə,
Arnold Vaşinqtonun ən inanılmış iki adamından
biri idi. Amma gözlənilmədən
Arnold varlanmaq həvəsinə düşdü və bununla
bağlı əlinin altında olan ordunun ehtiyaclarının
ödənilməsi məqsədi ilə ona etibar edilən
maliyyə vəsaitini öz şəxsi maraqları
üçün xərcləməyə başladı.
Günlərin birində Arnoldun maliyyə
fırıldaqları barədə Corc Vaşinqtona xəbər
verdilər. O
isə özünün sevimlisi haqqında deyilənlərə
baş qoşmayaraq, adıçəkilən məsələnin
araşdırılmasını müharibə başa
çatandan sonraya saxlamışdı. Lakin
günlərin birində Vaşinqtonun ehtiyatla Arnolddan ordunun
ehtiyaclarına ayrılan pulların necə xərcləndiyini,
əlavə vəsaitə ehtiyac olub-olmadığını
soruşdu. Arnold dərhal anladı ki, onun maliyyə
fırıldaqlarından ali baş
komandanın (Vaşinqtonun) xəbəri var və buna görə
onu bağışlamayacaqlar. Ona görə də
özünü gözləyə biləcək təhlükədən
sığortalamaq üçün yollar axtardı və sonda
gələcəkdə qaçıb sığınmaq məqsədi
ilə düşmən ingilislərlə əlaqə qurdu.
Arnoldun ingilislərə əl açması
qarşı tərəf üçün gözlənilməz
olmuşdu və onlar dərhal bunu qiymətləndirərək,
Arnolddan casus kimi istifadə etmək qərarına gəldilər.
Arnoldun ingilislərin bu təklifini qəbul etməkdən
başqa çarəsi qalmamışdı. Çünki başqa çıxış yolu yox
idi. Beləliklə, Arnold öz canını xilas
etmək naminə nifrət etdiyi düşmənlərinin
xeyrinə casusluq etməyə başladı. Nəticədə
tezliklə Vaşinqtonun komandanlığı altında olan
ordu ağır itkilər verərək geri çəkilməyə
başladı. İngilislər Arnoldun vasitəsilə
Vaşinqtonun ən gizli hücum əməliyyatlarından xəbər
tutur və dərhal onlara gözlənilməz zərbələr
endirərək məğlubiyyətə
uğradırdılar. Vaşinqton ətrafındakılardan
kimlərinsə onu satdığını anlayırdı,
ancaq onun Arnold ola biləcəyi
ağlına belə gəlmirdi.
Sirr açılır
Vaşinqton ətrafındakılardan kimlərin ona xəyanət
edə biləcəyi barədə gecə-gündüz fikirləşərkən
gözlənilməz bir təsadüf onun köməyinə
çatdı.
1780-ci il sentyabr ayının 22-də Arnold
ilə gizli əlaqə saxlayan ingilis kəşfiyyatının
mayoru və Böyük Britaniya Silahlı Qüvvələrinin
baş komandanının adyutantı Con Andre gizli şəkildə
cəbhə xəttini keçərək onunla
görüşdü. Arnolddan Vaşinqtonun cəbhə xəttində
planlaşdırdığı növbəti hücum əməliyyatı
haqqında məlumat alan Andre geri
qayıtdı. O, Arnoldun xüsusi hücum əməliyyatı
haqqında verdiyi planı çəkməsində gizlətmişdi.
Andrenin cəbhə xəttini sərbəst
keçə bilməsi üçün Arnold ona
özünün imzası olan xüsusi buraxılış vərəqi
vermişdi. Qoşunların təmas xəttində
çayı keçmək istəyərkən patrul onu
saxladı. Andre Arnold tərəfindən
imzalanan buraxılış vərəqini əsgərə təqdim
etdi. Amma onun bəxtindən patrul
savadsız idi və onu buraxılış vərəqi deyil,
Andrenin təzə geyimi və ayağındakı o dövr
üçün qiymətli hesab edilən dəri çəkmələri
maraqlandırırdı. Ona görə də
o, Andredən paltarlarını və çəkməsini
soyunaraq verməsini tələb etdi. Andrenin
başqa çıxış yolu yox idi və o, əsgərin
dediklərinə əməl etməli oldu. Andre çəkmələrini çıxararkən
Arnoldun verdiyi gizli məlumatlar olan sənədi əsgər
gördü. Dərhal da hiss etdi ki,
qarşısındakı elə-belə adam
deyil. Ona görə də onun paltarlarını
və çəkməsini ələ keçirmək fikrindən
vaz keçərək, Andreni qarşısına salaraq hərbi
komendantlığa gətirdi. Araşdırma
zamanı məlum oldu ki, bu, düşmən tərəfə
Vaşinqtonun növbəti hücum əməliyyatı barədə
ötürülən sənəddir.
İngilis casusun mühüm sənədlə ələ
keçirildiyi barədə dərhal Vaşinqtona şəxsən
məlumat verdilər. Eyni zamanda hər yerdə dostları olan
Arnold da Andrenin ələ keçirildiyini öyrəndi.
Bu onun üçün ölüm demək idi.
Çünki Andrenin onu ələ verəcəyi
generala aydın idi. Ona görə də
vaxt itirmədən dərhal atına minərək tələm-tələsik
cəbhə xəttini keçdi və qaçaraq ingilislərə
sığındı. Andre sorğu-suala
tutulan zaman məlum oldu ki, gizli məlumatları ona general
Benedikt Arnold verib. Bundan xəbər tutan Corc Vaşinqton əsəbi
halda:
- Əgər müharibədə saysız hesabsız qəhrəmanlıqlar
göstərən general da satqın, düşmən casusu
çıxırsa, onda mən kimə inanım? -deyə var
gücü ilə bağırmışdı.
Vaşinqtonun göstərişi ilə hərbi məhkəmə
Andreni ölüm cəzasına məhkum etdi. Bundan xəbər
tutan ingilislər Andrenin azad edilməsi üçün Corc
Vaşinqtona külli miqdarda pul, həmçinin onu əsir
düşən onlarla zabitlə dəyişməyi təklif
etdilər. Ancaq Vaşinqton Andrenin əvəzində
Arnoldun verilməsini tələb edirdi. İngilislər
isə buna razı olmadılar. Nəticədə
Andreni dar ağacından asdılar.
Düşmən
tərəfə qaçan Arnoldu satqınlığına görə
ingilislər tez-tez ələ salır, onu təhqir edirdilər.
Xüsusilə zabitlər sanki Arnoldun əsəbləri
ilə oynamaqdan həzz alırdılar. Çünki
Arnold vaxtılə onlara ən ağır zərbələr
vuran bir general idi və o vaxt ingilislər onu ələ
keçirərək parça-parça etmək niyyətində
idilər. İndi onlar keçmiş
düşmənlərindən onu ələ salmaqla qisas
alırdılar. Arnold da belə təhqirlərdən
boğaza yığılmışdı. Ona
görə də günlərin birində onu təhqir edən
zabiti duelə çağıraraq öldürdü. Amma yenə də ingilislər onu ələ salmaqda,
təhqir etməkdə davam edirdilər. Bunu
görən Arnold daha iki dəfə onu ələ salan zabitləri
duelə çağıraraq öldürdü. Yalnız bundan sonra zabitlər Arnolda sataşmağa
ürək etmədilər. Əvəzində
Arnold hara gedirdisə, onunla soyuq davranılırdı.
İngilislər öz casusları olsa belə dünənki
düşmənlərini bağışlaya bilmirdilər. Ona
görə də Amerikanın azadlığı uğrunda
misilsiz qəhrəmanlıqlar göstərən Arnold həyatını
vətəndən uzaqlarda qəm-qüssə, kədər içində və
tənha şəkildə başa vurdu.
Zaman.- 2011.-10-12 sentyabr.- S. 7.