Məxdumqulu -
türkmənin ruhu, qəlbi və döyünən ürəyi
(2)
Məxdumqulu
öz dərdlərini unutmaq üçün bir neçə
dəfə səyahətə çıxıb. O,
Manqışlaq yarımadasına, Həştərxana, Azərbaycana,
oradan da Yaxın Şərq ölkələrinə səyahət
edib. O, bu səyahətləri zamanı yaralı quşu
xatırladırdı.
Məxdumqulu
öz dərdlərini unutmaq üçün bir neçə
dəfə səyahətə çıxıb. O,
Manqışlaq yarımadasına, Həştərxana, Azərbaycana,
oradan da Yaxın Şərq ölkələrinə səyahət
edib. O, bu səyahətləri zamanı yaralı quşu
xatırladırdı. Hara getsə, öz gülündən
ayrı düşərək onun həsrəti ilə gecə-gündüz
qəmli nəğmələr oxuyan bülbül kimi Mənli
həsrəti ilə kədər dolu şeirlər
yazırdı. Onun nakam eşqi üçün
yazdığı şeirləri
sanki göz yaşları ilə qələmə
alınıb.
Məxdumqulunun
türkmən şeirinə gətirdiyi ən böyük
yenilik və xalqına göstərdiyi böyük xidmət
onun xalq ruhunda, hər bir sadə türkmənin başa
düşdüyü dildə yazmasıdır.
Başlıcası isə bu idi ki, o, şeirlərində ərəb-fars
sözlərini gen-bol işlətməkdən imtina etdi. Əvəzində
xalqın başa düşdüyü ana dilində,
özü də heca vəznində şeirlər yazdı.
Xalq ruhunda, ana dilində yazdığı şeirləri ilə
o bütünlüklə Yunus Əmrəni
xatırladırdı. Sanki üstündən əsrlər
ötəndən sonra Yunus Əmrə doğma vətənə
qayıtmış, Məxdumqulunun simasında yenidən dünyaya gəlmiş,
yazdığı ruhu oxşayan
şeirləri ilə türkmənlərin azadlıqsevər
qəlbinə bir məlhəm olmağa
başlamışdı.
Yuxarıda
qeyd etdiyimiz kimi, Məxdumqulu orta əsrlər Şərq
sivilizasiyasının mərkəzlərindən biri olan
Buxarada təhsil almışdı. Sonra isə o dövrdə
Türk-İslam dünyasının elm və mədəniyyət
ocağı sayılan məşhur Xivə şəhərindəki
Şirqazi mədrəsəsində oxumuşdu. Şirqazi mədrəsəsində
təhsil aldığı illər Məxdumqulunun həyatında
böyük bir təsir buraxmışdı. O burada haqqın
dərgahına gedən yolu tapmış və
yazdığı həzin şeirləri ilə ruhən
çoxlarına nəsib olmayan zirvəyə
ucalmışdı. Sonradan o, Şirqazi mədrəsəsində
keçirdiyi səadət dolu günləri həsrətlə
xatırlayaraq, onu şeirlərində sevə-sevə tərənnüm edirdi:
Məkan
tutub, üç il yedim duzunu,
Gedər
oldum, xoş qal, gözəl “Şirqazi”.
Ötürdüm
qışını, novruz-yazını,
Gedər
oldum, xoş qal, gözəl “Şirqazi”.
... Məxdumqulu
yığıb könül vəfasın,
Təzim
etdi, kim çəkmişdi cəfasın,
Heç
zaman unutmaz qözəl qapısın,
Gedər
oldum, xoş qal, gözəl “Şirqazi.
(Şeirləri
Azərbaycan türkcəsinə filologiya elmləri doktoru Ramiz
Əskər uyğunlaşdırıb).
Məxdumqulu
Xivə və Buxaradan elmi və
ruhi dünyanın qapısını döyərək
yazdığı şeirlərilə: “Mən də varam, gəldim,
açın qapıları üzümə. Mən sizin bir
parçanız, türkmənin qəlbində bulaq kimi
çağlayan həyat nəğməsi, onun sazı və
sözü, şirin nəğməsiyəm”, -deməyə
başladı. Qəlbində həyat
və uca ilahi eşq bulaq kimi çağlayan Məxdumqulu həmin
dövrdə türkmənlərin
haqq aşiqinə, nəğməkarına
çevrilmişdi. Bu baxımdan o ruhən və mənən bir vaxtlar türkmən
çöllərindən pərvazlanaraq Anadoluda qanad
çalan və oranı özlərinə əbədi yurda
çevirən türkmənlərin
dünyaya bəxş etdikləri böyük insanı-
Yunus Əmrəni xatırladırdı. Məxdumqulu da Yunus Əmrə kimi
haqq aşiqidir. O da haqdan eşq badəsini alıb içib. Təsadüfi
deyil ki, Məxdumqulunun həyatını tədqiq edən
filologiya elmləri doktoru Ramiz Əskər məhz məsələnin
bu tərəfinə, yəni Məxdumqulunun haqq aşiqi
olmasına diqqəti cəlb edərək yazır:
“Məxdumqulu
söz sənətinə aşıq kimi qədəm
qoymuş, türkmən və ümumtürk folklorunu dərindən
mənimsəyən və inkişaf etdirən bir haqq aşiqi
səviyyəsinə yüksəlmişdir. O, digər haqq
aşıqları kimi eşq badəsi içmişdir.
Üstəlik, Məxdumqulu yeganə aşıqdır ki, onun
həyatında badəiçmə doqquz dəfə baş
vermişdir”.
Məxdumquluda
ilahi bir sevgi, Allaha bağlılıq var. O, insanları bu
dünyada yaxşılıq toxumu əkməyi, haqqın dərgahına
üzüağ, alnıaçıq getməyi tövsiyə
edir. Haqq aşiqi bu dünyanın fani, boş, keçici
olduğunu dönə-dönə xatırladır. Bu halı
ilə o, Haqq aşiqi Yunus Əmrəni yada salır, onunla ruhən
qovuşur.
Məxdumqulu,
eşq meydandır,
Bu meydana
girən candır,
Canın
bu təndə mehmandır,
Verən
bir gün alasıdır
Adəm
oğlu, fələk sənin
Bir
gün donun biçər gedər.
Sənə
vurar xəncərini,
Qızıl
qanın saçar gedər
Onun bu
şeiri müəyyən qədər Yunus Əmrənin:
Biz
dünyadan gedər olduq,
Qalanlara
salam olsun,
Namaz üçün
üstümüzə
Duranlara
salam olsun”,- şeirini xatırladır.
Məxdumqulu
xalq arasında o qədər çox sevilirdi ki, bunu dillə təsvir etmək
mümkün deyil. Təsadüfi deyil ki, Məxdumqulu hələ
sağlığında ikən onun haqqında türkmənlər
arasında saysız-hesabsız rəvayətlər
dolaşırdı. Bu rəvayətlərin hamısında Məxdumquluya
sonsuz bir sevgi və məhəbbət duyulur. Bu rəvayətlərdən
birində Məxdumqulunun düşmənlərə əsir
düşdüyü və yazdığı alovlu şeirlərinə
görə azad edildiyi xüsusi vurğulanır. Rəvayətə
görə, şeirlərini dinləyəndən sonra onun haqq
aşiqi olduğunu anlayan şah bu böyük insanın
qarşısında baş əyib, ona ən böyük
hörmət və izzətini göstərib. Sonra da şah Məxdumqulunu
azad edərək, onu layiq olduğu hörmətlə də
Türkmənistana yola salmışdır. Haqq aşiqinin təxminən
1789-1792-ci illərdə haqqın dərgahına
qovuşduğu ehtimal olunur. Vəsiyyətinə
əsasən, atasının yanında dəfn edilib. Onun qəbri
Şimali Xorasandakı Ak- Tokay adlı yerdədir. Bura türkmənlərin
ən çox ziyarət etdikləri müqəddəs ziyarətgahlardan
biridir. Məxdumqulunun şeirləri Qərbdə də
böyük şöhrət qazanıb. 1842-ci ildə məşhur
polyak alimi və ədəbiyyatşünası A.Xodzko- Boreyko
Londonda ingilis dilində ön sözlə Məxdumqulunun 3
şeirini dərc etdirib.
1863-cü ildə Türkmənistana
səyahət edən böyük macar alimi Vamberi Məxdumquluya
xalq arasında böyük sevginin şahidi olub və onun
şeirlərini toplayıb. O, 1879-cu ildə Leypsiqdə alman
dilində Məxdumqulunun şeirlərini kitab halında nəşr
etdirib. Kitaba Məxdumqulunun 31 şeiri daxil edilib. Vamberi Məxdumqulu
haqqında yazır: “Onun şeirləri və kitabları
dünyanı özünə heyran edən bir möcüzədir”.
Məxdumqulu Azərbaycanda da ən
çox sevilən haqq aşiqlərindəndir. Bu da səbəbsiz deyil. Zira Məxdumqulu
da qan qardaşları olan azərbaycanlılarla eyni soydan, eyni
kökdəndir. Onun şeirləri müxtəlif illərdə
Azərbaycan türkcəsinə
uyğunlaşdırılıb. Bu yaxınlarda filologiya elmləri
doktoru, professor Ramiz Əskər
Məxdumqulunu sevə-sevə Azərbaycan oxucuları ilə
bir daha
Əziz Mustafa
Zaman.- 2011.- 8-10
yanvar.- S. 6.