Ordubadda tarixi abidələr bərpa
olunur
Ordubad şəhərində Qeysəriyyə binası
(XVII əsr), məbəd
(XVIII əsr), ordubadlı
Mənsur Ağa və Tağı Nağıyevin tikdirdikləri
abidələr (XIX əsr)
bərpa işlərindən
sonra istifadəyə verilib.
Ordubad şəhərində Qeysəriyyə binası
(XVII əsr), məbəd
(XVIII əsr), ordubadlı
Mənsur Ağa və Tağı Nağıyevin tikdirdikləri
abidələr (XIX əsr)
bərpa işlərindən
sonra istifadəyə verilib.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olub. Tədbirdə muzeyin direktoru
Vilayət Bağırov
çıxış edərək,
Ordubadda həyata keçirilən quruculuq işlərindən danışıb,
muxtar respublika rəhbərliyinin tarixi abidələrə göstərdiyi
qayğıya görə
ordubadlılar adından
minnətdarlığını bildirib.
Çıxışında
ulu öndər Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” kəlamını
xatırladaraq, Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov deyib: “Azərbaycanın incisi olan Ordubadda
tarixi abidələr bərpa olunur, onların gələcək
nəsillərə çatdırılması
təmin edilir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün
dünyaya göstərməliyik
ki, ulu babalarımız,
əcdadlarımız belə
zəngin tarixə malik olublar”. Qeyd edək ki, böyük
günbəzdən və
ona bitişik 16 kiçik günbəzdən
ibarət olan bu bina gözəl
memarlıq üslubunda
tikilib. Abidə bişmiş kərpicdən
inşa olunub, hündürlüyü 8,5
metrdir. Bildirilib ki, Ordubad
Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu binada
1991-ci ildən fəaliyyət
göstərir. Muzeydə 3919 eksponat saxlanılır.
Daha sonra XIX əsrin ikinci yarısında ordubadlı Mənsur Ağa və Tağı Nağıyevin
tikdirdikləri yeraltı
abidələrin, eləcə
də qədim məbədin təmirdən
sonra açılış
mərasimləri düzənlənib.
Bu tədbirlərə qatılanlar bizimlə söhbətlərində uzun
illər baxımsız
vəziyyətdə qalan
bu tarixi abidələrin bərpa edilməsini də Ordubadda tarix-memarlıq abidələrinə göstərilən
qayğının nəticəsi
kimi dəyərləndiriblər.
Zaman.- 2011.- 18-19
yanvar.- S. 12.