20 YANVAR: Şanlı
tariximizin qanlı səhifəsi
“20 yanvar” təqvimdə, bəlkə
də, birçoxları üçün adi, bəzi millətlər
üçün əlamətdar bir hadisənin təntənəli
sürətdə qeyd edildiyi bir gündür. Azərbaycan
xalqının tarixinə isə 20 yanvar 1990-cı ildən
etibarən “qanlı yanvar”, “qanlı şənbə” kimi
yazıldı.
“20 yanvar” təqvimdə,
bəlkə də,
birçoxları
üçün adi,
bəzi millətlər
üçün əlamətdar
bir hadisənin
təntənəli
sürətdə
qeyd edildiyi bir
gündür. Azərbaycan
xalqının
tarixinə isə 20 yanvar
1990-cı ildən
etibarən “qanlı
yanvar”, “qanlı şənbə”
kimi yazıldı.
1990-cı il yanvarın
19-dan 20 - nə keçən
gecə Bakıda
sovet ordusu tərəfindən
dinc əhaliyə qarşı
dəhşətli,
kütləvi
qırğın
hadisəsi törədildi.
Azərbaycan 1918-ci
il mart qırğınlarında,
1920-ci il 28 aprel
işğalında
olduğu kimi
bir kərə
daha sovet-rus
zülmü ilə
üzləşdi. Azərbaycan
xalqının
iradəsini qırmaq,
xalqın azadlıq
arzusunu qanla boğmaq,
bölgəni
nəyin bahasına
olursa-olsun, əldə saxlamaq düşüncəsi
tarixdəki qanlı
oyunların təkrar
səhnəyə
qoyulmasına gətirib
çıxardı.
Bu qanlı
hadisənin törədilməsində
əsas məqsədlərdən
biri öz haqlı
tələblərini
irəli sürən, bu
tələblərə
demokratik yollardan nail
olmaq istəyən
Azərbaycan xalqının
iradəsini qırmaq,
insanların azadlıq
istəklərini
tankların tırtılları
altında yox
etməkdi. Ancaq
sovet imperiyası buna
nail ola bilmədi. Azərbaycan
xalqı bu hadisə
qarşısında
daha da mətinləşdi, qızıl
ordu terroruna qurban
verdiyi övladlarını
itki kimi görmədi
və onları ölümün
ən
yüksək
mərtəbəsi
olan şəhidlik zirvəsi
kimi bağrına
basdı. Xalqın
başına gətirilən
bu cinayət
sovet imperiyasının
iç üzünü
bariz bir şəkildə
ortaya çıxardı. Bu
hadisədən
cəmi 9 ay
sonra Azərbaycan
öz müstəqilliyini elan elədi. Əslində
imperiyanın Bakıda
bu qanlı hadisəni
törətməklə
ittifaqa üzv olan
digər respublikalara göz
dağı vermə planı,
imperyanı zor gücünə
mühafizə etmə
təşəbbüsü
də boşa
çıxmış oldu. Baltikyanı
respublikaların müstəqillik
elan etmələrindən
sonra Azərbaycanın
da müstəqilliyini bəyan etməsi
digər cümhuriyyətlərə
də bir növ
nümunə təşkil
elədi və
SSRİ-nin dağılması
qaçınılmaz
oldu. Bu mənada,
bəlkə də,
Bakıda törədilən
qanlı 20 yanvar hadisələri
sovet imperiyasının
dağılmasını
sürətləndirən
bir hadisə oldu.
Azərbaycana qarşı işlənilən
bu cinayət
yuxarıda qeyd
edilən siyasi
nəticələri
doğurmaqla birlikdə
xalqın nəzərində
açıqlığa
qovuşdurulmamış bir
cinayət kimi
də qalmaqdadır.
Nəyə
görə Bakıda
fövqəladə
vəziyyət
elan edilməsi
barədə məlumat
hadisələrdən
sonra - yanvarın
20-də verilmişdir?
Görəsən, əməliyyatlarda bu dərəcədə
kütləvi
olaraq ağır
silahlardan istifadəyə
nə dərəcədə
ehtiyac vardı? Bunu
nə ilə əsaslandırmaq
olar? Şübhəsiz
ki, dinc əhaliyə
qarşı bu dərəcədə
silah tətbiq
etmək cinayətdir.
Soruşulması
lazım gələn
suallardan biri də
insanlarımızın
qətl edilməsinin
qarşısını
almaq mümkün
ola bilərdimi?
Bu məsələ
tarixdən dərs
almaq, gələcəkdə
belə faciələrin
meydana gəlməsinin
qarşısını
almaq baxımından
əhəmiyyətlidir.
Təbii ki, hadisənin
ibrətli məqamları
da yaxşı təhlil
edilməlidir. Sovet
hakimiyyətinin ağılasığmaz
haqsızlıqları
qarşısında
o tarixdə Azərbaycanın
idarəçilərinin
tutduqları zəif
mövqenin, öz
daxilimizdə ortaya çıxan
müxtəlif
çəkişmələrin
xalqımıza
baha başa
gəldiyini dərk
etməliyik və
buradan lazımi
dərsləri
çıxarmalıyıq.
Şəhidlərimiz
100 minlərlə insanımızın
çiynində şəhərin
ən
yüksək
yerlərindən
olan, sovet işğalından
öncə də şəhid
məzarlığı olmuş,
daha sonra Dağüstü
Park adlandırılan
təpədə
dəfn edildilər. Onların
yanlarında onlarla
Dağlıq
Qarabağ şəhidlərimiz
dəfn edildi.
Bura xalqımız
üçün müqəddəs
bir and yerinə,
milli iradəmizin
şanlı-şərəfli
bir səlnaməsinə
çevrildi. Şəhidlərimiz
və Şəhidlər
xiyabanı azadlığımızın, müstəqilliyimizin,
milli iradəmizin
simvolu kimi bundan
sonrakı nəsillərə
də bir qürur
mənbəyi
olacaqdır.
Dr. Ədalət İbadov (Qafqaz Universiteti)
Dr.
Şölə İsayeva (Qafqaz Universiteti
Zaman.- 2011.- 20-21 yanvar.- S.3.