Prezident İlham Əliyev
Ağstafa rayonunda səfərdə
olub
Azərbaycan Prezidenti
İlham Əliyev respublikamızın Qərb
bölgəsinə səfəri çərçivəsində
Ağstafaya səfər edib.
Ölkə başçısı Ağstafa
şəhərində Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin
açılışında iştirak
edib. Onu da deyək ki, mərkəzin sahəsi 450 kvadratmetrdir.
Mərkəzin
birinci mərtəbəsində fəaliyyət göstərən
karaoke-diskoteka salonunda ən müasir səs-akustika sistemi
quraşdırılmışdır. İkinci mərtəbədə
kafe, interaktiv və pnevmatik stend atıcılığı
salonu yaradılıb. Mərkəzdəki 3D formatlı sinema
klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son
avadanlıq quraşdırılmış, 2D və 3D
formatlı filmlərin nümayişi üçün şərait
yaradılıb. Burada yüksək sürətli internet-kafe də
fəaliyyət göstərir. Mərkəzin
yaxınlığında 260 yerlik yay kinoteatrı və
diskoteka meydançası tikilib. Daha sonra ölkə
başçısı yenicə inşası başa
çatmış Heydər Əliyev parkının və təmirdən
sonra istifadəyə verilmiş Səməd Vurğun
parkının açılışını edib. Prezident həmçinin veteranlar
üçün yeni inşa olunmuş evin və Ağstafa
rayon Yazıçılar Birliyinin binasının
açılışında da iştirak edib.
Prezident
İlham Əliyev Ağstafaya səfəri zamanı YAP
Ağstafa rayon təşkilatının yeni inzibati
binasının açılışında da iştirak edib.
Təşkilatın ikimərtəbəli binasının
ümumi sahəsi 450 kvadratmetrdir. Binanın fasadı ağlay
daşı ilə klassik üslubda üzlənib, milli
ornamentli naxışlarla bəzədilib. Binanın birinci mərtəbəsində
partiyanın yaradıcısı Heydər Əliyevin və
Prezident, YAP-ın sədri İlham Əliyevin fəaliyyətlərini,
Ağstafa rayonuna səfərlərini əks etdirən
fotoguşələr yaradılıb. Binanın ikinci mərtəbəsində
müxtəlif tədbirlərin keçirilməsi
üçün 50 yerlik konfrans zalı yaradılıb.
Binanın inzibati bölməsində işçilərin səmərəli
fəaliyyəti üçün geniş imkanlar var. Burada
İKT-nin ən son nailiyyətlərindən istifadə edilib.
YAP Ağstafa rayon təşkilatının yeni inzibati
binasında yaradılmış şəraiti yüksək
qiymətləndirən Prezident İlham Əliyev
görülmüş işlərdən
razılığını bildirib.
Prezident
İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində
Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli
kəndlərini birləşdirən avtomobil yolunun
açılışında da iştirak edib. Dövlət
başçısı yolun rəmzi
açılışını bildirən lenti kəsib.
Prezident
İlham Əliyevə məlumat verilib ki, ümumi uzunluğu
7,5 km olan yolun qısa müddətdə müasir tələblər
səviyyəsində qurulması üçün
bütün qüvvələr səfərbər olunub. Yolun əhatə
etdiyi kəndlərdə 6 mindən çox əhali
yaşayır. Yolun istifadəyə verilməsi onlar
üçün həm rahatlıq, həm də təhlükəsizlik
baxımından mühüm əhəmiyyət
daşıyır. Burada tikinti işləri zamanı
abadlıq tədbirlərinə də xüsusi diqqət
yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunub,
yaşıllıq zolaqları salınıb. Burada, həmçinin
üç müasir avtobus dayanacağı qurulub və
çoxsaylı yol nişanları quraşdırılıb.
Daha
sonra Prezident İlham Əliyev kəndlərin sakinləri ilə
görüşüb.
Sakinlər
göstərdiyi yüksək diqqət və qayğıya
görə dövlət başçısına minnətdarlıqlarını
bildiriblər.
Zaman.-2012.-19-20
aprel.- S.4.