Goranboyu Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevirəcəyik”

 

- Nizaməddin müəllim, son illərdə Azərbaycanın bütün rayonlarında abadlıq-quruculuq işləri aparılır. Bu baxımdan Goranboy rayonunda hansı işlər həyata keçirilir? - Respublikanın bütün bölgələrində olduğu kimi, 2011-ci ildə Goranboy rayonunda da geniş abadlıq-quruculuq işləri aparılmışdır. İl ərzində Goranboy şəhərinin küçələrinə 35 min kv.m  asfalt örtük salınmış, 6800 m bardür 2434 kv.metr tomet düzülmüş, 1200 kv.metr divar hörülmüş, 1290 kv.metr üzlük daş vurulmuşdur. S. Vurğun küçəsində 3 ədəd 2 mərtəbəli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, fasad hissələri suvanaraq rənglənmişdir. Heydər Əliyev prospektində 8 saylı 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasad hissə alkaponla üzlənmiş, həyətində abadlıq işləri aparılmışdır. Küçələrə avtomobil yollarının kənarına 380 ədəd müasir işıqlandırma sistemi quraşdırılmışdır. 

Şəhərə Goran istiqamətindən girişdə 10 min 140 kv.metr ərazidə müasir tələblərə cavab verən Nizami Gəncəvi adına park salınmışdır. Sakinlərin istirahəti əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Şəhərin Gəncə istiqamətindən girişində isə ikitərəfli yolun tikintisi başa çatdırılmış, müasir işıqlandırma sistemi inşa edilmiş, yolun kənarlarında yaşıllıq zolağı salınmışdır. 2 yerdə işıqfor quraşdırılmışdır.

Uşaq Şahmat məktəbi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, 3 saylı tam orta məktəb, Ağdaş Magistral Qaz Kəmərləri idarəsinin rayonda qazpaylayıcı məntəqəsi üçün yeni binalar, habelə tutumu 2000 ton olan soyuducu anbar tikilmiş, şəhər Mədəniyyət evində əsaslı təmir işləri aparılaraq binaya yeni görkəm verilmişdir.

Abadlıq-quruculuq işləri rayon mərkəzi ilə yanaşı, digər bütün yaşayış məntəqələrində genişləndirilmişdir. Dəliməmmədli şəhərinin küçələrinə 8000 kv.metr asfalt örtük salınmış, 1500 metr səki qoyulmuşdur. Şəhər orta məktəbin təbii fəlakət nəticəsində sıradan çıxmış dam örtüyü bərpa olunmuşdur. Şəhər uşaq bağçasında əlavə 2 otaq təmir edilmiş, həyəti abadlaşdırılmışdır. Mədəniyyət evi təmir edilmiş, şəhər Uşaq Musiqi məktəbinin təmirinə başlanmışdır.

Qızılhacılı qəsəbəsində M. Hüseyn küçəsinə 6500 kv.metr  asfalt örtük salınmışdır. 3 nömrəli uşaq bağçası həkim məntəqəsi təmir edilərək ətrafına hasar çəkilmişdir.

Veyisli kəndində Süd qəbulu məntəqəsi açılmışdır. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Goranlı kəndində 5 km, Tatarlı kəndində 8 km, Ağamalıoğlu kəndində 8 km kəndarası yollar əsaslı şəkildə yenidən qurulmuşdur. Gülməmmədli kəndi ərazisində Kürəkçay üzərində isə uzunluğu 25 metr olan yeni körpü tikilmişdir. Eyni zamanda Xınalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün inzibati bina, Xınalı Kələk kəndlərində uşaq bağçalarının açılması məqsədilə binalar tikilmişdir.

Hazırda 7,5 km Səmədabad-Əhmədabad, 3,3 km magistral yoldan Nadirkənd kəndindən keçməklə dövrələmə, 6,5 km Dəliməmmədli-Quşçular-Fəxralı yoluna asfalt örtük salınması işləri başa çatmaq üzrədir.

Nəhayət, BP-nin Sosial Sərmayə Proqramı çərçivəsində rayonun Boluslu kəndində 8, Nadirkənd kəndində 2, Yolpaq kəndində 11, Əzizbəyov kəndində 5 istilikxana quraşdırılmışdır

Bütövlükdə rayon üzrə 71,8 milyon manatlıq tikinti-abadlıq işləri görülmüşdür. O cümlədən dövlət investisiya vəsaiti hesabına 70,5 milyon manatlıq, bələdiyyələr tərəfindən 101,2 min manat dəyərində, daxili imkanlar hesabına 1 milyon 142 min manatlıq tikinti, abadlıq işləri görülmüşdür.

- Goranboy düşmənlə sərhəd rayonlarımızdandır bu baxımdan sərhədyanı yaşayış məntəqələrinin problemləri necə həll edilir?

- Sərhədyanı kəndlər daim  diqqət mərkəzimizdədir. Bu müstəvidə möhtərəm Prezidentimizin tapşırığına əsasən düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqələrinin problemləri öyrənilmiş onların həllinə başlanılmışdır. Tapqaraqoyunlu kəndində sosial obyektlərin əsaslı şəkildə yenidən qurulması, 400-dək fərdi yaşayış evinin təmiri, 6 ədəd subartezian quyusunun qazılmasının layihə sənədləri hazırlanmış icrasına başlanılmışdır. Eyni zamanda Goranboy-Murovdağ su kəmərindən kəndə 19 km uzunluğunda içməli su xətti çəkiləcək. Buna paralel olaraq 2,5 km uzunluğunda, 4 metr hündürlüyündə mühafizə hasarının tikintisinə başlanılmış onun 700 metri çəkilmişdir.

- Rayon sakinlərinin qazla təmini necə həyata keçirlir?

- Rayonda yaşayış məntəqələrinin təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilib. Veyisli kəndində 470, Şəfəq kəndində 245, Zeyvə kəndində 450, Meşəli kəndində 93, Meşəli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə 100, Aşağı Ağcakənd qəsəbəsində 770, Yuxarı Ağcakənd qəsəbəsində 120, Börü kəndindəki məcburi köçkün qəsəbəsində 190, Xocalı rayonundan olan məcburi köçkünlər üçün qəsəbədə inşa edilmiş 9 ədəd beş mərtəbəli yaşayış binasında 525 mənzil təbii qazla təmin olunmuşdur. Təbii qazla təmin olunan yaşayış məntəqələrində isə əlavə 288 mənzil qazlaşdırılmışdır. 2009-cu ildə rayon üzrə qazlaşma 42 faiz təşkil edirdisə, ötən ilin yekununa görə əhali abonentlərin sayı 16 min 602-yə, qazlaşma 87 faizə çatdırılmışdır.

Aşağı Ballıqaya, Tatarlı, Qarqucaq, Şəfibəyli Hacallı kəndlərində 1120 mənzilin qazlaşması istiqamətində aparılan işlər başa çatmaq üzrədir. Yaxın günlərdə Yolqullar kəndində qaz xətlərinin çəkilişinə başlanacaqdır

- İçməli su ilə təchizat məsələsində vəziyyət necədir?

- Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə su təchizatı kanalizasiya layihələri həyata keçirilir. Belə bir layihə bu gün Goranboy rayonunda da reallaşmaqdadır. Murovdağdan Goranboy şəhərinə qədər 44 km-lik su kəmərinin çəkilişi tamamlanmışdır. Hazırda şəhər daxilində içməli su kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Bu layihə reallaşdıqdan sonra Goranboy şəhəri ilə yanaşı kəmərboyu 12 kəndin içməli su təminatı həll ediləcəkdir.

Eyni zamanda Dəliməmmədli zonasında 23 yaşayış məntəqəsinin içməli su təminatı üçün Şəmkirçaydan Gəncə şəhərinə çəkilən su kəmərindən həmin yaşayış məntəqələrinə verilməsi üçün təşkilati aparılır. Ağamalıoğlu kəndində layihə dəyəri 70 min dollar olan içməli su xəttinin çəkilişinə başlanılmışdır.

- Mümkünsə bir az da yeni məktəblərin inşası istiqamətində görülən işlər barədə məlumat verərdiniz...

- Təhsil sahəsində müvafiq  işlər  həyata keçirilməkdədir. Bu müstəvidə son 2 ildə isə 8 məktəb üçün müasir tipli yeni binalar, 1 məktəb üçün 80 yerlik əlavə tədris korpusu tikilib istifadəyə verilmiş, 8 məktəb əsaslı təmir olunmuşdur.

Hazırda Qızılhacılı qəsəbə 2 saylı Nərimanlı kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi davam etdirilir.

Bu il 7 məktəbin - Fəxralı, Alpoud, Dəyirmanlar, Yeniyol, Quşçular, Məşədiqaralar Əlirzalı kənd orta məktəbinin tikintisi üçün Nazirlər Kabinetinin qərarı ilə vəsait ayrılmışdır.  Şəhər 1 saylı uşaq bağçası üçün yeni bina tikiləcəkdir.

- Bəs əhaliyə tibbi xidmət necə həyata keçirilir?

- Biz əhalinin sağlamlığının qorunmasını əsas vəzifələrimizdən biri hesab edirik. Bu vəzifəni yüksək səviyyədə həyata keçirmək üçün Rayon Mərkəzi xəstəxanasının 2 şöbəsi, mətbəx, Zeyvə, Qaraçinar Səfikürd həkim məntəqələri, Buzluq Rus Borisi tibbi məntəqələri əsaslı təmir olunmuşdur. Qızılhacılı qəsəbə, Səfikürd, Yeniyol, Sarov, Şıxlar kənd mədəniyyət evlərində əsaslı təmir işləri aparılmışdır. Qaramusalı, Zeynallı, Rəhimli, İrəvanlı kənd kitabxanaları üçün yeni binalar tikilmişdir. Eyni zamanda Heydər Əliyev Mərkəzində rayon Tarix Diyarşünaslıq Muzeyində təmir, yeni bədii tərtibat işləri aparılmışdır.

Əlillərin problemləri diqqət mərkəzindədir. Belə ki, Dövlət Proqramına əsasən Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün rayonda 54 mənzilli yaşayış binasının tikintisi üçün torpaq ayrılmış, yaxın vaxtda tikintiyə başlanacaqdır. Qarabağ müharibəsi əlilləri üçün 3 fərdi yaşayış evi tikilmiş, rayon rəhbərliyinin müraciəti əsasında 20 fərdi evin əlavə tikintisinə razılıq alınmışdır.

Onu da deyim ki, hələ görüləsi işlərimiz çoxdur. Bu müstəvidə möhtərəm Prezidentimizin tapşırığı əsasında rayonda Olimpiya İdman Kompleksi inşa ediləcəkdir. Buna paralel olaraq, 2012-ci ildə rayonda daha böyük miqyasda tikinti, abadlıq, quruculuq işləri görüləcəkdir.  Biz Goranboyu Azərbaycanın ən inkişaf etmiş abad gözəl rayonlarındna birinə çevirəcəyik.

 

 

 ƏSGƏR HÜSEYNOV,

 

ESMİRA HİDAYƏTOVA

 

Zaman.-2012.-21-23 aprel.- S.2.