“Təhsilin inkişafi üçün
bütün imkanlardan
istifadə edirik”
“2010-2011-ci
tədris ilində Goranboy rayon təhsil şöbəsi
ümumtəhsil məktəblərində təlim-tərbiyənin
daha da yüksəldilməsi, məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
məqsədyönlü iş aparmış və bu məsələlər
hazırda davam etdirilir. Son illər ölkə iqtisadiyyatı
ilə yanaşı elm, təhsil və mədəniyyət də
geniş inteqrasiya proseslərinə
cəlb olunub. Güclü iqtisadiyyatı olan ölkənin
güclü təhsili olmalıdır”. Bu sözləri bizimlə
söhbətində Goranboy rayon təhsil şöbəsinin
müdiri İlham Hüseynov dedi. O qeyd etdi ki, ölkə
başçısı digər bölgələr kimi Goranboy
rayonununda təhsilin inkişafını xüsusi diqqət mərkəzində
saxlayır. İlham Hüseynov: “Elm və təhsil sahəsində rayonumuzun məktəblərində
uğurlu addımlar atılır.
Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi
inkişafı dövlət proqramının icrası ilə əlaqədar
2010-cu ildə Rus Borisi
kənd tam orta və
Qurbanzadə kənd ümumi orta məktəbləri, Azad,
Xəsədərili və Şahməmmədli kənd ibtidai məktəbləri üçün
yeni məktəb binaları tikilib istifadəyə verilmiş,
Bəşirli kənd ümumi orta məktəbi üçün
80 şagird yerlik əlavə
tədris korpusu inşa
olunmuşdur. Qaradağlı və
Yuxarı Ağcakənd kənd tam orta, Abbasqulular kənd ümumi orta məktəbləri
isə əsaslı təmir olunmuşdur
2011-ci
ildə isə Goranboy şəhər 3 saylı tam orta məktəbi
üçün 420 şagird yerlik yeni bina tikilmiş, 360
şagird yerlik Tatarlı kənd tam orta məktəb, 220
şagird yerlik Səmədabad kənd tam orta məktəb, 180
şagird yerlik Şadılı kənd tam orta məktəb
inşa edilmişdir. Bundan əlavə, Goranboy şəhərinin
mərkəzində müasir standartlara cavab verən Şahmat
Uşaq Gənclər məktəbi tikilib istifadəyə
verilib. Buna paralel olaraq Faxralı kənd tam orta məktəbi
üçün yeni məktəb binasının tikintisi nəzərdə
tutulmuşdur”,-dedi.
İlham
Hüseynov olimpiadalarda qazanılan uğurlardan da
ağızdolusu danışır. O deyir ki, şagirdlərimiz
müntəzəm olaraq fənn olimpiadalarında yaxşı
nəticələr göstərirlər: “2011-ci ildə
Goranboy ümumtəhsil məktəblərinin 6 nəfər
şagirdi respublika fənn olimpiadasında və digər
respublika müsabiqəsində yaxşı nəticə
göstərmişlər. 2011-ci ildə ali məktəblərə
qəbul zamanı 9 nəfər məzunumuz 600-dən
yuxarı bal toplayıb. Bu da 2010-cu ildəkindən 2 nəfər
çoxdur.
Təhsilin
informasiyalaşdırılması, İnformasiya-Kommunikasiya
Texnologiyalarının (İKT) tətbiqi məsələsinə
diqqət artırılmış, məktəblərin
kompyuterlə təminatı əsaslı surətdə
yaxşılaşdırılmışdır. Məktəblərdə
kompyuterlər internet şəbəkəsinə
qoşulmuşdur”.
İlham
Hüseynov qeyd etdi ki, qazanılmış uğurlarda məktəblərdə
nizam-intizam və icra intizamının gücləndirilməsi,
tədrisin vəziyyətinin
yaxşılaşdırılması, ən asası kurrikulum
islahatlarının qarşıya qoyduğu vəzifələrin
yerinə yetirilməsi, şagirdlərə vətənpərvərlik
hisslərinin aşılanmasının böyük rolu olub:
“Bu müstəvidə də rayonun müəllimləri
üçün təhsil nazirliyinin xətti ilə təlim
kursları təşkil edilmiş, dərs ilinin sonunadək
400 nəfər müəllim ixtisas və peşə
hazırlığını artırmaq üçün
kurslardan keçərək sertifikatlar almışlar. 2011-ci ildə
rayonun Səfikürd kənd tam orta məktəbinin müəllimi,
Əməkdar müəllim İsgəndər Səklikov,
“İlin ən yaxşı müəllimi” müsabiqəsinin
qalibi olmuş Goranboy rayon 1 saylı tam orta məktəbin sinif
müəlimi Kəmalə Həsənəliyeva “Tərəqqi
medalı” ilə təltif olunmuşdur”.
Təhsil
şöbəsinin rəhbəri bütün bunlarla
yanaşı bəzi problemlərin
də olduğunu bildirdi. O, təhsil müəssisələrinin
istilik təminatının arzu edilən cəviyyədə
olmadığını vurğuladı: “Rayonun qaz xətti
olan məntəqələrində yerləşən ümumtəhsil
məktəblərində istilik qazanxana sistemləri
olmadığından onlara qaz
verilməsi tamamilə dayandırılmışdır.
Həmin təhsil müəssisələri odun yanacağı
ilə qızdırılır ki, bu da mövsüm ərzində
bir sıra çətinliklərin və problemlərin meydana
çıxmasına şərait yaradır. Qaldı ki, məktəblərin
yüksək ixtisaslı kadrlarla təmin olunmasına, bu sahədə
məktəblərimizdə kadr
çatışmazlığı yoxdur. Amma dağlıq ərazilərdə
yerləşən məktəblərimizin bir neçəsində
kadr çatışmazlığı mövcuddur. Həmin məktəblərdə
ingilis dili və coğrafiya müəlliminə böyük
ehtiyac var. Biz bu problemi aradan qaldırmaq üçün bir
sıra tədbirlər həyata keçiririk. Bir sözlə,
uşaqlarımıza yüksək bilik və savad verilməsi
və rayonumuzda təhsilin daha da inkişaf etdirilməsi
üçün bütün imkanlardan istifadə edirik”.
Zaman.-2012.-21-23 aprel.- S.3.