“Dünya Xocalı soyqırımını
tanıyana qədər yorulmadan işləyəcəyik”
Azərbaycan Xarici İşlər Nazirliyinin
(XİN) mətbuat xidmətinin rəhbəri Elman
Abdullayev deyib ki, diplomatiyamız ölkəmizlə
bağlı reallıqların dünya
ictimaiyyətinə çatdırılması üçün
ciddi cəhdlə çalışır.
O, Xocalı soyqırımı, 20 Yanvar və
31 Mart olayları kimi
hadisələrə siyasi-hüquqi qiymət
verilənədək Azərbaycan diplomatiyasının
dayanmayacağını vurğulayıb. Son vaxtlar beynəlxalq platformalarda
ermənilərin uydurma iddialarına
qarşı real hadisələrə əsaslanan
faktların qoyulması istiqamətində bir
sıra nailiyyətlər əldə olunub.
Xüsusilə də Xocalıda baş vermiş qətliamın soyqırımı kimi tanınması üçün
bəzi xarici ölkələrin parlamentlərində
müvafiq qərarlar qəbul edilib. Azərbaycan diplomatiyasının məqsədyönlü
fəaliyyəti nəticəsində Meksika
Senatı və Pakistan Senatının Xarici əlaqələr komitəsindən sonra, Kolumbiya Senatı da Xocalıda baş verənləri
soyqırımı kimi tanıdı.
Son
vaxtlar beynəlxalq platformalarda ermənilərin uydurma
iddialarına qarşı real hadisələrə əsaslanan
faktların qoyulması istiqamətində bir sıra nailiyyətlər
əldə olunub. Xüsusilə də Xocalıda baş
vermiş qətliamın soyqırımı kimi
tanınması üçün bəzi xarici ölkələrin
parlamentlərində müvafiq qərarlar qəbul edilib. Azərbaycan
diplomatiyasının məqsədyönlü fəaliyyəti
nəticəsində Meksika Senatı və Pakistan
Senatının Xarici əlaqələr komitəsindən
sonra, Kolumbiya Senatı da Xocalıda baş verənləri
soyqırımı kimi tanıdı.
XİN-in
mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qəzetimizə
müsahibəsində deyib ki, Azərbaycan diplomatiyası bu
istiqamətdə fəaliyyətlərini bundan sonra da davam
etdirəcək: “Azərbaycanın bu istiqamətdə fəaliyyətləri
nəticəsində Pakistan Senatının Xarici əlaqələr
komitəsi, Meksika və Kolumbiya senatları Xocalı
soyqırımını tanıdı. Bu istiqamətdə
işlər davam etdirilir. Dünya Xocalı
soyqırımını tanıyana qədər biz yorulmadan
işləyəcəyik. Ona siyasi və hüquqi qiymət
verilənədək Azərbaycan diplomatiyası dayanmayacaq”.
Müəyyən qüvvələrin dünya ictimaiyyətində
Azərbaycan haqqında mənfi rəyin formalaşmasında
maraqlı olduğunu xatırladan E. Abdullayev: “Azərbaycan
bunun qarşısını almaq üçün dünyada
öz çəkisini artırmağa çalışır,
ikitərəfli münasibətləri genişləndirir, beynəlxalq
tədbirlərdə iştirak edir, bir çoxuna isə
evsahibliyi edir. BMT TŞ-nin qeyri-daimi üzvü seçilməyimiz
də bunun tərkib hissəsidir. Bu halda Azərbaycan regional
aktyordan beynəlxalq aktyora çevrilir”,- deyib.
- Elman müəllim, sizcə, ermənilərin
uydurma iddialarının kökündə nə dayanır?
- Erməni
icması bu uydurma iddianı öz siyasi gündəmlərinin
tərkib hissəsinə çevirib. Bu məsələ
olmayanda erməni icması gündəliksiz qalır.
Çünki ermənilər öz uydurma iddialarından
çıxış edərək, siyasətçiləri
şantaj edirlər. Məsələn, uydurma iddianı
tanımayacaqları təqdirdə, onlara səs verməyəcəklərini,
seçkilərdə dəstəkləməyəcəklərini
bildirirlər. Bu yolla ermənilər yerli siyasətçilərlə
oyun oynayırlar və yerli siyasətçilərin
imkanlarından istifadə etməklə öz şəxsi
ambisiyalarını həyata keçirirlər. Nəticədə
bu, regional birgəyaşayışa mane olur və regionda
ölkələrarası əməkdaşlıq zəifləyir.
Əslində vəziyyət Ermənistanın əleyhinə
çevrilir və bu destruktiv mövqe Ermənistanı
regiondakı iri layihələrdən təcrid edir. Bu da onu
göstərir ki, ermənilərin xaricdəki icmaları Ermənistanın
inkişafında maraqlı deyillər. Onlar ancaq bu günlərini
düşünürlər, ancaq bugünkü siyasi gündəliklərini
doldurmaqla məşğuldurlar.
- Azərbaycanın xarici ölkələrdə
diplomatik nümayəndəliklərinin sayı xeyli artıb. Bu
diplomatik korpuslar Azərbaycan reallıqlarının dünyaya
çatdırılması baxımından hansı prinsipial dəyişikliklərə
nail olublar?
- 100
il əvvəl hansısa hadisənin baş verdiyini iddia edən
ermənilər 20 il əvvəl dünya ictimaiyyətinin
gözləri qarşısında Xocalı
soyqırımını törətdilər. Xocalı
soyqırımı bu gün bütün faktoloji əsasa
malikdir. Video və foto-görüntülər mövcuddur,
soyqırımından əziyyət çəkənlər,
hadisənin şahidləri bu gün də yaşayırlar.
Xocalı soyqırımının tanıdılması
üçün çox ciddi addımlar atılır. Tədbirlər
keçirilir, akademik görüşlər təşkil
olunur, məqalələr dərc edilir. Bu məsələdə
Türkiyə bizə çox böyük dəstək verir.
Bütün
bunlar ermənilərin ifşasına yönəlmiş
addımlardır. Məsələ o həddə
çatıb ki, ermənilər ucuz cığallığa əl
ataraq, Xocalı soyqırımı ilə bağlı
fotoları 100 il əvvəl özlərinə qarşı
törədilmiş olaylar kimi təqdim etməyə
çalışırlar.
Azərbaycanın
bu istiqamətdə fəaliyyətləri nəticəsində
Pakistan Senatının Xarici əlaqələr komitəsi,
Meksika və Kolumbiya senatları Xocalı
soyqırımını tanıdılar. Bu istiqamətdə
işlər davam etdirilir. Dünya Xocalı soyqırımını
tanıyana qədər biz yorulmadan işləyəcəyik.
Ona siyasi və hüquqi qiymət verilənədək, Azərbaycan
diplomatiyası dayanmayacaq.
- Deyə bilərikmi, Azərbaycanın
diplomatik korpuslarının əsas işi buna yönəlib?
-
Ümumiyyətlə, Azərbaycanın xaricdəki diplomatik
nümayəndəliklərinin əsas işi ölkəmiz
haqqında düzgün və dolğun məlumatların
yayılmasına yönəlib. Xocalı soyqırımı,
20 Yanvar və 31 Mart olayları və digər məsələlər,
əlbəttə, burada xüsusi yer tutur. Müəyyən
qüvvələr var ki, Azərbaycanın əleyhinə rəyin
formalaşmasında maraqlıdırlar. Azərbaycan bunun
qarşısını almaq üçün dünyada öz
çəkisini artırmağa çalışır, ikitərəfli
münasibətləri genişləndirir, beynəlxalq tədbirlərdə
iştirak edir, bir çoxuna isə ev sahibliyi edir. BMT
TŞ-nin qeyri-daimi üzvü seçilməyimiz də bunun tərkib
hissəsidir. Bu halda Azərbaycan regional aktyordan beynəlxalq
aktyora çevrilir.
- Azərbaycan və Türkiyə
arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurası ilə bağlı birgə bəyannamənin
imzalanmasının üzərindən il yarım vaxt
keçib. Bu, iki ölkənin XİN-lərinin fəaliyyətinə
necə təsir edib?
- Azərbaycan
və Türkiyə arasında əməkdaşlıq sahələri
çox böyük sürətlə artmaqdadır. XİN-lərimiz
arasındakı əməkdaşlıq dərinləşməkdədir.
Nazirliklərimiz arasındakı əməkdaşlığın
ən önəmli faktoru isə əlaqələndirmə və
məsləhətləşmə işlərinin
aparılmasıdır. Beynəlxalq təşkilatlarda
hansısa mövqe ortaya qoyulmalıdırsa, biz bir-birimizlə
əlaqəli şəkildə mövqe ortaya qoyuruq, birgə
addımlar atırıq. Biz “bir millət, iki dövlət”
prinsipindən çıxış edirik və problemlərimizə
qardaşlıq prizmasından yanaşırıq. Bu, strateji
müttəfiqliyin də üstündədir. Bu, hər zaman
belə olub və olacaq. Bu, ondan irəli gəlir ki,
nümayiş etdirilən ortaq mövqenin arxasında ciddi əlaqələndirilmiş
əməkdaşlıq dayanır.
- Məlumdur ki, Azərbaycan enerji resursları ilə zəngindir. Azərbaycan bu resurslardan
xarici siyasətdə lazımi qədər istifadə edə bilirmi?
- Bu, Azərbaycanın geostrateji
əhəmiyyətini artırır
və ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında nə qədər mühüm əhəmiyyət kəsb
etdiyini göstərir.
Təbii
ki, Azərbaycanın xarici siyasətində bu amillərdən istifadə olunur. Bu, Azərbaycanın xarici siyasətini gücləndirən, bu siyasətin daha effektiv şəkildə həyata keçirilməsini
təmin edən amildir.
Bunun nəticəsidir
ki, Avropa üçün Azərbaycanın
geostrateji əhəmiyyəti
artmaqdadır. Azərbaycan da bu imkanlarını bütövlükdə
regionun inkişafına
yönəldir. Gürcüstan
bunun sayəsində böyük inkişafa
nail olub.
- Qərb Azərbaycanı “Nabukko” layihəsinin mərkəzində
görmək istəyir.
Azərbaycan isə ehtiyatlı
yanaşır. Azərbaycanın mövqeyində hər hansı dəyişiklik yoxdur ki?
- Azərbaycan bu məsələyə kommersiya
prizmasından yanaşır.
Biz hansısa layihənin siyasiləşdirilməsinin
əleyhinəyik. Təbii ki,
“Nabukko” geostrateji baxımdan önəmli layihədir. Lakin burada
söhbət satıcıdan
və alıcıdan gedir. Azərbaycan həm də
tranzit ölkədir.
Orta Asiyadan başlayan layihələrin keçdiyi
ölkəyik. Həm ixracatçı,
həm də tranzit ölkə kimi Azərbaycan Avropa üçün önəmli bir tərəfdaşdır. Bu
məsələlərin reallaşmasında
Avropa Birliyi bir sifarişçi kimi öz mövqeyini
ortaya qoymalıdır.
Biz də kommersiya
baxımından bu layihəni əhəmiyyətli
hesab edirik. Biz ilk gündən diversifikasiyanın, çoxşaxəliliyin
tərəfdarı olmuşuq.
Biz hesab edirik
ki, diversifikasiya bütün sahələrdə
təhlükəsizliyin qarantıdır.
- Qəbələ RLS ilə bağlı çoxsaylı iddialar
var. Xüsusilə də,
icarə qiymətləri
ilə bağlı. 300 milyon dollardan söhbət gedir. Belə iddiaların həqiqilik payı nə qədərdir?
- Mətbuatda hər hansı rəqəmlər
səsləndirilə bilər.
Ancaq mən hansısa bir rəqəm haqqında məlumatlı
deyiləm. Hələ biz hansısa rəqəmdən
danışa bilmərik.
Çünki Qəbələ
RLS-in sonraki fəaliyyəti
ilə bağlı danışıqlar aparılmaqdadır.
Hazırda müzakirələr prosesi mərhələsindəyik.
İndiki məqamda söylənilən
rəqəmlər spekulyasiya
xarakterli informasiyalardır.
Ortada hələ nəticə yoxdur. Danışıqlar hələ davam
edir.
- Danışıqları pozmaq
istəyən qüvvələr
istisna olunurmu?
- Təbii ki, müəyyən qüvvələr
bunda maraqlı ola bilər.
Ancaq hələ bir nəticə çıxarmağa
tələsməyək. Danışıqların nəticəsini gözləyək.
Bu, elə bir
mərhələdir ki,
ekspertlər hər bir detalı müzakirə edirlər.
- Ermənistanın
Baş Naziri Tiqran Sarkisyan Rusiyanın “Kommersant” qəzetinə belə bir açıqlama vermişdi: “Əgər Moskva və Bakı Qəbələ
RLS-in icarəsi ilə
bağlı razılığa
gələ bilməsələr,
İrəvan öz ərazisində belə bir RLS-in tikilməsinə razılıq verə bilər”. Bu açıqlama
nəyə hesablanıb,
sizcə?
- Ermənistanda artıq bəyanatın biri bir qəpikdir. Ermənistanın siyasi arenası
o qədər qeyri-ciddidir
ki, prezidentləri və xarici işlər nazirləri başda olmaqla, bütün rəsmiləri
çox anormal bəyanatlarla çıxış
edirlər. Onların verdikləri
bəyanatlar artıq öz əhəmiyyətini
itirib. Ümumiyyətlə, Ermənistanın bəyanatları kimisə
nədəsə günahlandırmağa,
böhtana yönəlib.
Onlar xəstə adamın problemlərini sağlam adamın üzərinə
yıxmaq yolunu tutublar. Belə bəyanatlar erməni
liderlərini öz xalqı qarşısında
etibardan salır.
- İran məsələsi
dünyanın gündəmindən
düşmür. Azərbaycanın bu regionda yerləşməsi baxımından
bu, bizi də birbaşa maraqlandıran məsələdir.
Qərb mətbuatında gedən müxtəlif informasiyalarla
Azərbaycanı sanki
İranla bağlı
məsələdə bir
oyunun parçasına
çevirmək istəyirlər.
Siz necə fikirləşirsiniz?
- Əvvəla, Azərbaycan
bu bölgənin ölkəsidir. Hər bir ölkə
öz bölgəsində
sülhün olmasını
istəyir. Bizim xarici
siyasətimizin kökündə
dayanan əsas məsələ mehriban qonşuluq siyasətidir.
Mehriban qonşuluq siyasəti qarşılıqlı hörmət
və ölkələrin
bir-birlərinin daxili işlərinə qarışmamasına
əsaslanır. Biz bunu Naxçıvanda tədbirin təşkili ilə sübut etdik. Türkiyə, İran və
Azərbaycanın XİN başçılarının
imzaladıqları bəyanatda
ölkələrin bir-birlərinə
qarşı mehriban qonşuluq siyasəti yürütmələri, əməkdaşlıq
sahələrinin genişləndirilməsi
və öz ərazilərindən başqa
ölkələrə qarşı
istifadə edilməməsi
açıq şəkildə
öz əksini tapıb. Bununla biz göstərdik ki, hər hansı
ölkənin maraqlarına
xidmət edərək,
öz ərazimizi İrana və ya digər ölkəyə
qarşı istifadə
etməyəcək və
buna yol verməyəcək. İkincisi, İranda
bizim soydaşlarımız
yaşayır və onların sayı çoxdur. Azərbaycan heç vaxt
razı olmaz ki, öz soydaşlarına
hər hansı xələl gəlsin.
Ümumiyyətlə, biz fikirləşirik ki, İranla bağlı məsələnin sülh
yolu ilə həlli üçün diplomatik imkanlar hələ tükənməyib. Bu imkanları daha da artırmaq lazımdır ki, müəyyən nəticələr
əldə olunsun.
Biz ermənilərdən fərqli olaraq, regionun gələcəyinə
biganə deyilik.
Ermənistan bu gününü,
biz isə gələcəyi
düşünən ölkəyik.
Əvvəla, ona görə
ki, biz regionun böyük ölkəsiyik.
Regionun ümumi iqtisadiyyatının
83 faizi bizim payımıza düşür.
Biz həmişə öz davranışlarımızla
regionun sülhünə
töhfə vermək
istədiyimizi göstərmişik.
Bu cür addımlar
atmış ölkə,
təbii ki, regionda sülhdə maraqlıdır.
Əlbəttə, Azərbaycan həmçinin
onun tərəfdarıdır
ki, İranın nüvə proqramı sülh məqsədi ilə inkişaf etdirilsin. Bizim regionumuz nüvə
silahından azad olsun.
Azərbaycan İsraildən də, İrandan da, Rusiyadan da, Belarusdan
da, Ukraynadan da silah alır. “Filan ölkədən niyə silah alırsınız” iradını
biz, əlbəttə, qəbul
etmirik. Bizim aldığımız silahların hamısı müdafiə xarakterlidir.
Unutmamalıyıq ki, Azərbaycanın
20 faiz ərazisi işğal altındadır
və bu səbəbdən öz müdafiə potensialımızı
gücləndirmək bizim
beynəlxalq hüquqa
əsaslanan haqqımızdır.
NATİQ PƏNAHLI
Zaman.-2012.-28-30 aprel.-S.9.