Dünya ədəbiyyatının böyük patriarxı - Qabriel
Qarsia Markes (1)
Onun
haqqında yazmaq olduqca çətindir, çünki o, XX əsr
dünya ədəbiyyatına öz möhrünü vuran və
günümüzdə 85 yaşında belə yazmaq həvəsindən
əl çəkməyən ən məşhur
yazıçılardan biridir. O, çox yazıçılara
nəsib olmayan zirvələri fəth edib, dünyada 100 illər
bundan sonra silinməyəcək ədəbi bir iz buraxıb. Həyat
yolunu izlədikcə adama elə gəlir ki, o anadan yalnız
bu iş - yazmaq üçün doğulub. Yazdıqları
da qeyri-adidir, oxuduqca sehrli bir aləmə
düşür və ondan ayrıla bilmirsən. Buna görə
də onu dünya ədəbiyyatı korifeylərindən
heç biri ilə müqayisə etmək mümkün deyil.
Onun
haqqında yazmaq olduqca çətindir, çünki o, XX əsr
dünya ədəbiyyatına öz möhürünü
vuran və günümüzdə 85 yaşında belə
yazmaq həvəsindən əl
O, nə hamımızın sevdiyi Alber Kamyu, nə Sent
Eksyuperi, nə də Ernest Heminqueydir. O, özünəməxsus
yaradıcılıq üslubuna malik olan və hər sətirində
bəşəriyyəti düşündürən
böyük ürək sahibi və günümüzdə
ölümlə həyat arasında çırpınaraq xərçəng
xəstəliyinə qalib gəlməyə
çalışan Nobel mükafatı laueratı Qabriel Qarsia
Markesdir. Haqqında yazmaq asan deyil, çünki onun daxili
dünyasını açaraq keçirdiyi hissləri
olduğu kimi vermək, böyüklüyünü sübut
etmək üçün gərək sözləri zərgər
dəqiqliyi ilə seçəsən. Çünki o
özü məhz yazdığı sözlərin sehrli
gücü ilə ruhən qovuşaraq hələ heç bir
yazara mənsub olmayan zirvələr fəth edib. O bu gün
dünyanın ən xoşbəxti,
ən çox oxunan yazıçısı və
milyonların sevimlisi olaraq qalmaqda davam edir. Bir üzü o
dünyaya doğrudur və ölümün isti nəfəsini
xəstə canında bütün varlığı ilə
hiss etməkdədir. Amma o, obrazlı şəkildə desək,
yazdığı əsərləri ilə ölümündən
sonra belə ruhən yaşamaqda davam edəcək.
Çünki yuxarıda da qeyd etdiyimiz kimi Qabriel Qarsia Markes
adını dünya ədəbiyyatı tarixinə
yazdıra, ona öz möhürünü vura və
sağlığında ikən məşhur klassiklər
arasında ən layiqli yerlərdən birini tuta bilib.
Qələminə sarılan uşaq
Gələcəkdə yazıçı
kimi məşhurlaşacaq
Qabriel Qarsia Markes 1927-ci il, mart ayının 6-da
beynəlxalq aləmdə
bir o qədər də tanınmayan ölkədə-Kolumbiyanın Arakataka
şəhərində anadan
olub. Onun atası sadə teleqrafçı idi və övladlarını
çox sevirdi. Onun övlad sevgisi isə ailəsində 16 uşağın
dünyaya gəlməsində
özünü büruzə
vermişdi. Markes ailədəki uşaqların
ən böyüyü,
ilki idi. Sonralar atası yarızarafat, yarıciddi:
“Qabrielin ayağı düşərli oldu, ondan sonra 15 övladım dünyaya gəldi, amma daha 4-nün də olmasını istərdim”,-
demişdi.
Uşaq
ikən Qabrielin həyatında önəmli
dəyişikliyə səbəb
olacaq hadisə baş verdi. Belə ki, onun
valideynləri yaşamaq
üçün başqa
şəhərə köçməli
oldular. Nəticədə
uşaqların tərbiyəsi
ilə babaları, istefada olan polkovnik
Nikolas Rikardo Markes Mexia İquara məşğul olmağa
başladı. Polkovnik
1899-1903-cü illərdə Kolumbiyada baş verən vətəndaş
müharibəsinin fəal
iştirakçılarından biri olmuşdu. O, uşaqların tərbiyəsi
ilə də adət etdiyi hərbi nizam-intizam əsasında məşğul
olmağa başladı.
Belə bir tərbiyə isə Qabrieldə öz işinə məsuliyyətlə
yanaşmaq, işgüzarlıq,
çeviklik vərdişi
formalaşdırdı. Babasının
tez-tez nəvələrinə
müharibədən, vətəndaş
müharibəsinin gətirdiyi
fəlakətlərdən danışması
Qabrieldə dərin izlər buraxmışdı.
Hələ o vaxt balaca Qabriel babasının danışdıqlarını
yazmaq, qələmə
almaq fikrinə düşmüş, ancaq
buna özündə cəsarət tapa bilməmişdi. Amma polkovnikin danışdıqları
Qabrielin yaddaşında
möhkəm izlər
buraxdı. O, sonralar yazdığı əsərlərində
babasının danışdıqları
faktlardan yaradıcılıqla
istifadə edərək
qəhrəmanının canlı,
real obrazını yaradıb,
onu milyonlarla oxucuya sevdirə bildi. 1936-cı ildə Qabrielin babası dünyasını dəyişdi
və bundan sonra uşaqların tərbiyəsi ilə ciddi məşğul olunmadı. Belə bir halda öz
vəziyyətini yaxşı
dəyərləndirməyi bacaran balaca Qabriel Arakatakanı tərk edərək Sapakiri şəhərinə
gəldi. O buradakı
internat məktəbində
oxumağa başladı.
İnternatda oxuduğu
ilk illərdən başa
düşdü ki, yazmasa, özünü rahat hiss edə bilməyəcək. Amma necə və nədən yazmağı
bilmirdi. Çünki
uşaq qəlbi ilə hiss edirdi ki, o, həyatdan hələ xəbərsizdir
və nə yazsa daha çox
oxuduğu uşaq nağıllarını xatırladacaq,
onda real nə isə tapa bilməyəcəklər.
Bununla belə, internatda oxuduğu illərdə ilk kiçik
nağılvari hekayələrini
yazmağa başlasa da, onları müəllimlərinə göstərməyə,
məsləhət almağa
özündə cəsarət
tapa bilmədi. 4 il internatda oxuduqdan
sonra Qabriel oranı tərk edərək, Barrankiledəki
San Xose məktəbində
təhsilini davam etdirməyə başladı.
Onun bu məktəbdə
oxuduğu illərdə
(1940-42-ci illər) Avropada
II Dünya müharibəsi
gedirdi. Bu müharibənin
təsiri Avropadan minlərlə kilometr uzaqlarda yerləşən
Kolumbiyada da özünü hiss etdirirdi.
Yeni məktəbdə
ilk vaxtlar işi olduqca ağır getdi və o, uzun müddət şagird dostları və müəllimlərlə
qaynayıb-qarışa, onlarla
isti münasibətlər
qura bilmədi. Amma bunun əvəzində
onun diqqətini məktəbin divar qəzeti cəlb etdi. Cəsarətsiz şəkildə də olsa divar qəzeti
üçün yazılar
yazmağa başladı.
Heç gözləmədiyi
halda bu kiçik yazılar Qabrieli məktəbin sevimlisinə çevirdi. Çünki onun ilk qələm yazılarında
qəhrəmanın daxili
aləmi və onu əhatə edən ətraf mühit rəssam dəqiqliyi ilə təsvir edilirdi. 1943-cü ildə
Qabriel özünü
daha rahat hiss etmək məqsədi ilə məktəbi növbəti dəfə dəyişməli olur. Bu
dəfə o, Sikapiredə
yerləşən milli
kollecə daxil olur. Bu kollecdə oxuduğu illərdə ədəbiyyata olan sevgisi daha da
güclənir. Hiss edir
ki, yazdığını
kimlərləsə bölüşdürməli,
onlardan məsləhətlər
almalıdır. Bu məqsədlə
də o, Sikapiredə fəaliyyət göstərən “Daş və səma” adlı ədəbi qrupun məşğələlərində
iştirak etməyə
başlayır. Bu dərnək
onun gələcək
həyat yolunun müəyyən edilməsində
önəmli rol oynayır. Nəhayət,
1947-ci ildə onun həyatında dönüş
nöqtəsi baş verir. Belə ki, həmin il “El Espektador” adlı qəzetdə Qarsiya Markesin qələmə aldığı
“Üçüncü sadəlik”
(“La tercera resignacion” )
əsəri işıq
üzü görür.
Onun bu əsərində yazıçı Kafkanın
təsiri aydın şəkildə nəzərə
çarpırdı. Amma
onun yazı üslubu Kafkanınkından
çox fərqli, özünəməxsus idi.
Bununla belə, ilk əsərinin işıq
üzü görməsi
Qabrielin yazmaq həvəsini daha da artırmışdı. Əsəri oxuyan yerli tənqidçilər
Qabrielin simasında gələcəyin istedadlı
yazıçılarından birini gördüklərini
yazmış, eyni zamanda əsərin bəzi məqamlarını
tənqid etmiş, müəllifə öz tövsiyələrini vermişdilər.
Hamı artıq onun ədəbiyyatçı
olduğunu düşündüyü
halda, Qabriel gözlənilmədən başqa
yol seçdi. O, 1947-ci
ildə paytaxt Boqotoda yerləşən Milli Universitetin hüquq fakültəsinə
daxil oldu. Onun ədəbiyyatı deyil, hüququ seçməsi isə çox güman ki, babasının hərbçi
olması ilə əlaqədar idi. Bir də, həmin
dövrdə kasıbların
varlılar tərəfindən
böyük haqsızlıqlara
məruz qalması Qabrielin yaşıdı olan gənclərin əksəriyyətinin hüquqşünas
peşəsini seçməsinə
gətirib çıxarmışdı.
Onlar bu yolla insanların haqlarını
müdafiə edəcəklərini
düşünürdülər.
1948-ci ildə Kolumbiyada yenidən vətəndaş
müharibəsi başlanır.
Qabriel siyasətə qoşulmaq fikrində deyildi və ona görə
də vətəndaş
müharibəsində iştirak
etmədi. Vətəndaş
müharibəsinin Boqotoya
sıçramasından sonra
Qabriel sakit halda yaradıcılığını
davam etdirmək məqsədi ilə paytaxtı tərk edir. O, Kartaxena-de-las-İndias adlı şəhərə
gəlir. İlk işi yerli universitetdə ixtisası üzrə təhsilini davam etdirməsi olur. Eyni zamanda
ürəyinin hökmü
ilə yerli “Universal” adlanan
qəzetdə işə
düzəlir. Bu qəzetdə
işlədiyi dövrdə
o daha da püxtələşir, yazılarında
təmkinli mövqe nümayiş etdirməyə
başlayır. Artıq
hiss edir ki, ədəbiyyatsız, ədəbi
fəaliyyətsiz yaşaya
bilməyəcək. Ona
görə də həyatını ədəbiyyata
həsr etmək niyyəti ilə Barrankilo şəhərinə gələrək,
burada çıxan “El Eraldo” qəzetində işə
düzəlir. Bu qəzetdə
o, “Jiraf” adlı rubrika ilə çıxış etməyə
başlayır. Amma fəaliyyətini “El Eraldo” qəzetində
davam etməklə yanaşı, o, “Xronika” adlanan və həftədə bir dəfə çıxan qəzetlə əməkdaşlıq
etməyə başlayır.
O, artıq anlayırdı
ki, hüquq fakültəsində təhsil
almaqla jurnalistlik fəaliyyətini eyni zamanda davam etdirə
bilməyəcək. Ona
görə də hüquq fakültəsində
təhsilini yarımçıq
qoyaraq, həyatını
jurnalistikaya həsr etmək qərarına gəlir. Hadisələrin
sonrakı gedişi göstərir ki, o bununla tamamilə doğru yol seçib.
Zaman.-2012.-2-3 avqust.-S.13.