Dünya ədəbiyyatının
böyük patriarxı - Qabriel Qarsia Markes (3)
Markes
yazdıqca püxtələşməkdə idi və hamı
ondan tezliklə ədəbi aləmdə böyük əks-sədaya
səbəb olacaq əsər gözləyirdi. Yazıçının
özü də sanki uzun illər idi ki, özünü buna
hazırlayırdı. Nəhayət, gözlənilən
gün gəlib çatdı. 1967-ci ildə Markes
oxucularına “Yüz ilin tənhalığı” (“Cien anos de
soledad”) romanını təqdim etdi. Roman dərhal nəinki
Latın Amerikası ölkələrində, həm də
bütün dünyada böyük əks-sədaya səbəb
oldu.
Romanı
oxuyan məşhur şair Pablo Neruda heyrətini və əsərə
heyranlığını saxlaya bilməmişdi. O, əsər
haqqında heyranlıqla yazırdı: “Don Kixot”dan sonra ilk dəfə
ispan dilində böyük kəşf hesab edilə biləcək
yeni bir əsər yazılıb”.
1958-ci
ildə Markes hələ Kolumbiyada universitetdə oxuduğu illərdən
tanıdığı Mersedes Barça ilə ailə həyatı
qurur. Bu evliliyə onlar uzun sınaqlardan çıxıb gəlmişdilər.
Belə ki, müxtəlif səbəblər üzündən
Markesin Kolumbiyanı tərk edərək Avropada
yaşamasına və uzun illər bir-birilərindən
ayrı düşmələrinə baxmayaraq, onlar
aralarında olan sevgiyə sadiq qalmışdılar. Ailə həyatı
qurandan və Mersedes Barçanın simasında özünə
etibarlı və sədaqətli həyat yoldaşı tapandan
sonra Markesin ədəbi yaradıcılığında yeni
bir dövr başladı. Həyat yoldaşının
özünün ədəbi yaradıcılığında
böyük rol oynadığını söyləyən
yazıçı: “Mən Balıq bürcü altında
doğulmuşam, arvadımın adı isə Mersedesdir.
İndiyədək sağ qaldığım və
yazdığım üçün mən, ilk növbədə,
bu iki mühüm fakta borcluyam”,-demişdi.
1959-cu
ildə Markes “Arzuolunmaz saat” (“La mala hora”) romanı üzərində
işi başa çatdırır. Bu roman da oxucular və tənqidçilər
tərəfindən böyük maraqla qarşılanır. Tənqidçilər onun yaradıcılığında
Folknerin təsiri olduğu qənaətinə gəlmişdilər.
Bununla əlaqədar illər ötəndən sonra, artıq ədəbi
yaradıcılığının zirvəsində olduğu
vaxt yazıçı mətbuata verdiyi müsahibəsində
demişdi: “Doğrudan da, əvvəllər Folknerin mənə
təsirindən çox yazırdılar. Hətta arada
özüm də buna inanmağa başlamışdım. Əslində
isə Folkneri təsadüfən oxumağa başlayanda ilk əsərimi
artıq yazmışdım. Bununla belə, tənqidçilərin
qeyd etdikləri təsirin nədən ibarət olduğunu bilmək
istədim, lakin öz əsərlərimdə tapa bilmədiyim
cavabı bir neçə ildən sonra Amerikanın cənub
ştatlarına səyahətim vaxtı aşkara
çıxardım. Tozlu yollar, günəşin yandırıb-yaxdığı
miskin kəndlər, ümidsiz yaşayan insanlar mənə
çox tanış gəldi. Amma onu da deyim ki,
doğulduğum şəhərciyin böyük bir hissəsini
Şimali Amerikanın banan şirkəti tikmişdir. Mənim
Folknerlə oxşarlığım da, bəlkə, elə
buradan doğur”.
Onu
da deyək ki, ötən əsrin 50-ci illərinin
sonlarında yazdığı “Arzuolunmaz saat” romanında daha
çox güc tətbiqi və onun insanlar üzərində
mənəvi-psixoloji təsiri önə
çıxarılmışdı. Bu müstəvidə də
əsərdə müəllif Aureliana, Buendia və Rebekka kimi
maraqlı obrazlar yaratmışdı. Burada bir faktı da qeyd
etməyə bilmirik. Bu da Markesin həyatında işsizlik
sindromunun daim onu qarabaqara təqib etməsi idi. Ona görə
də yazıçı daim çoxsaylı mətbu orqanlarla
əməkdaşlıq etməyə cəhd edir və bu
çərçivədə də gecə-gündüz bilmədən
işləyirdi. Amma o belə həyatdan bezmişdi. Bunu onun mətbuata
verdiyi açıqlamalarında etdiyi səmimi etirafları da
bir daha sübut edir. Bu açıqlamalarından birində
Markes ədəbiyyata necə gəldiyini belə izah
etmişdi: “Mən cəsarətsizliyim üzündən
yazıçı olmuşam. Halbuki anadan sehrbaz
doğulmuşdum, lakin foksları göstərərkən
özümü elə itirirdim ki, axırda ədəbiyyat aləmində
gizlənməyə məcbur oldum. Hər iki peşə məni
çoxdankı arzuma çatdırır, yəni ki,
dostlarıma daha çox sevdirir. Yazıçılıq mənim
üçün çox əziyyətli işdir. Mən səkkiz
saat ərzində güc-bəla ilə yarımca səhifə
yazıram. Yazdığım hər bir sözlə
döyüşürəm, lakin təəssüf ki, bu
döyüşlərdən çox vaxt SÖZ qalib
çıxır. Mən heç vaxt ədəbiyyat barədə
fikir yürütmürəm, çünki onun nə
olduğunu bilmirəm və əminəm ki, ədəbiyyat
yerli-dibli olmasaydı, dünya zərrə qədər də
dəyişməzdi, amma polis olmasaydı, dünya tamam
başqa cür olardı. Bir də, hərdən fikirləşirəm
ki, işdir, mən yazıçı yox, terrorçu
olsaydım, bəlkə də, bəşəriyyət məndən
daha çox fayda götürərdi”...
Ailəsini
daha yaxşı dolandırmaq, işsizlik təhlükəsindən
yaxa qurtarmaq məqsədi ilə
Markesin axtarışları və ispandilli müxtəlif
mətbu orqanlarla əməkdaşlıq etməsi sonda ona
ürəyi arzuladığı işi tapmağa imkan verdi. Belə
ki, Markesi 1959-cu ildə Kuba Dövlət İnformasiya
Agentliyində işə dəvət edirlər. O bu agentliyi,
demək olar ki, boş yerdə və olduqca çətin
şəraitdə yaratmalı olur. Markes çoxlu sayda
tanışlarının yardımları ilə qısa
müddətdə Kuba Dövlət İnformasiya Agentliyini
bütün dünyada tanıtmağa nail olur. Hətta Kubaya
düşmən olan ABŞ-da
belə, agentliyin informasiya bülletənlərinə abunə
olurlar.
Amma
Kuba ətrafında baş verən hadisələr və ada
üzərindən müharibə küləkləri əsməsi,
həmçinin agentliyə rəhbərlik etmənin artıq
Markesin ürəyindən olmaması onu oranı tərk etmək
barədə qərar qəbul etməyə məcbur edir. O
bundan sonra ümumiyyətlə, jurnalistika ilə məşğul
olmamağı qərara alır. Kubanı tərk etdikdən
sonra Markes, əvvəlcə, ABŞ-a gəlir, sonra isə
orada da uzun müddət yaşaya bilməyəcəyini
anlayaraq, Meksikanın paytaxtı Mexikoya gəlir. O burada daimi
yaşamaq niyyətində idi.
Bu
arada Markesin, nəhayət ki, gözlədiyi gün gəlib
çatır. 1962-ci ildə yazıçı ilk ədəbi
mükafatını alır. Belə ki, Markesin “Arzuedilməz
saat” romanı İspaniyada “Esso” mükafatına layiq
görülür. Amma ona verilən bu mükafat tənqidçilər
və ədəbiyyatşünaslar tərəfindən birmənalı
qarşılanmır. Həmin dövrdə bir çox tənqidçilər
“Arzuedilməz saat” romanının mükafata layiq
olmadığını bildirir və müəllifi kəskin tənqid edirdilər. Lakin
yazıçı bütün bunları olduqca sakitliklə
qarşılayır və ədəbi
yaradıcılığını davam etdirir. Həmin il onun
hələ 1955-ci ildə üzərində işlədiyi və
8 nağılını daxil etdiyi “Böyük ananın dəfni”
(“Los funerales de la Mama Grande”) adlanan məcmuəsi nəşr
edilir. Mexikoda bir müddət yaşayandan sonra Markes hiss edir
ki, jurnalistika ilə məşğul olmasa, ədəbi sahədə
də nə isə yeni bir əsər ortaya çıxara bilməyəcək.
Ona görə də 1962-ci ildə yenidən jurnalistlik fəaliyyətini
bərpa edir.
O,
1962-1965-ci illərdə Mexikodakı yerli jurnallardan birinə rəhbərlik
etməyə başlayır. Buna paralel olaraq,
yazıçı meksikalı həmkarı Karlos Fuenteslə
birlikdə kinossenari üzərində işləyir. Bununla
kifayətlənməyən Markes yazıçı Huan
Rulfonun “Qızıl xoruz” adlı nağılını və
onun “Pedro Paramo” romanını ssenari halına salır.
Ədəbi
aləmi silkələyən roman
Markes yazdıqca püxtələşməkdə idi və hamı ondan tezliklə ədəbi aləmdə böyük əks-sədaya səbəb olacaq əsər gözləyirdi. Yazıçının özü də sanki uzun illər idi ki, özünü buna hazırlayırdı. Nəhayət, gözlənilən gün gəlib çatdı. 1967-ci ildə Markes oxucularına “Yüz ilin tənhalığı” (“Cien anos de soledad”) romanını təqdim etdi. Roman dərhal nəinki Latın Amerikası ölkələrində, həm də bütün dünyada böyük əks-sədaya səbəb oldu.
Romanı
oxuyan məşhur şair Pablo Neruda heyrətini və əsərə
heyranlığını saxlaya bilməmişdi. O əsər
haqqında heyranlıqla yazırdı: “Don Kixot”dan sonra ilk dəfə
ispan dilində böyük kəşf hesab edilə biləcək
yeni bir əsər yazılıb”.
Peru
yazıçısı Varqas Los isə roman və həmin əsər
haqqında Pablo Neruda tərəfindən deyilən sözlərin
ədəbi aləmdə “ədəbi zəlzələ”
doğurduğunu söylədi. ABŞ-dan olan məşhur
tənqidçi Uilyam Makferson isə “100 ilin tənhalığı”
romanı haqqında yazmışdı: “100 ilin tənhalığı”-
bu əsl ədəbiyyat cəngəlliyidir. Bu əsər
magiyanın, metaforanın və miflərin sehrli
yaradılışıdı”.
“Yüz ilin tənhalığı”
romanı əslində bir növ mifik əsərdir. Bu mifiklik romanda təsvir
olunan Makondonun və bütün Buendia ailəsi üzvlərinin
həlakına az qalmış qaraçı Melkiades
simasında özünü parlaq şəkildə göstərir.
Melkiades ailə üzvlərinin həlakı ərəfəsində
onların sanskrit dilində yazılmış tarixçəsini
açaraq söyləyir. Ümumiyyətlə
götürdükdə isə romanda Buendia ailəsinin hər
bir üzvünün taleyi və onların tənhalığı,
bir-birilərindən ayrı düşmələri və bir
araya gələ bilməmələri olduqca maraqlı şəkildə
verilib.
Qeyd
edək ki, romanda təsvir olunan Makondo kəndi əslində
Latın Amerikasının simvolik adı, yazıçının
uşaqlığını keçirdiyi Arakatakadır. Romanda
təsvir olunan Buendina isə Makondonun simasında
özünün kökünü və dünyanın tarixinı
əks etdirir.
Romanın ispandilli Latın
Amerikası ölkələrində böyük şöhrət
qazanmasından sonra Avropanın da ədəbiyyatsevərlərinin
diqqətini cəlb etdi.
Romanı dərhal ingilis, fransız, alman və digər dillərə tərcümə etməyə başlayırlar. Romanla tanış olan Avropanın və Amerikanın bütün məşhur tənqidçiləri və ədəbiyyatşünasları onu müasir ədəbiyyatın şah əsəri adlandırırlar. Yazıçının özü haqqında isə müasir realizmin banisi ifadəsini işlədirlər. Bu əsərdən sonra dünyanın məşhur ədəbi jurnalları və nəşriyyatları Markesə əməkdaşlıq təklif edirlər. Romanın qısa müddətdə milyonlarla oxucunun sevimlisinə çevrilməsi və qazandığı şöhrət Markesin dünyanın bir saylı yazıçısı kimi tanınmasına gətirib çıxarır. Nyu-Yorkda Kolumbiya Universiteti isə məhz bu romana görə Markesə fəxri doktor adı verir. “100 ilin tənhalığı” romanı İspaniyada da müəllifə böyük şöhrət gətirir. Onu ən yüksək maaşla işləmək üçün İspaniyanın Barselona şəhərinə dəvət edirlər.
Zaman.-2012.-9-10
avqust.-S.12.