Heydər Hüseynov - Şeyx
Şamilə görə cəzalandırılmış alim (2)
Bolşeviklər tərəfindən Azərbaycanın
milli varlığının yox edilməsinə qarşı yönələn
repressiya illərində Heydər Hüseynov çoxlarından fərqli olaraq, dilini möhkəm saxlayaraq, özünü
sürgündən qoruya bilmişdi.
Amma aydın məsələ idi ki, həmin dövrdə
Azərbaycan elminin tanınmış
simalarının məhv edilməsi və ya
sürgünə göndərilmələri Heydər Hüseynovun da qəlbində
ağır izlər buraxmışdı.
İş orasındadır ki,
repressiyaya göndərilən vətənpərvər elm xadimlərinin
bəzilərini Heydər Hüseynov yaxından
tanıyırdı, bəziləri isə onun müəllimi
olmuşdu. O, buna qarşı etiraz səsini ucaltsa və ya
onları açıq müdafiə etsəydi, dərhal onun
özünü də gedər-gəlməzə göndərəcəkdilər.
Ona görə də o, susmağa üstünlük verərək,
öz milli mübarizəsini gizli yollarla davam etdirdi. Bu, olduqca
ağır mübarizə idi . Amma belə bir yolla milli
ruhumuzu, varlığımızı az da olsa qoruyub saxlamaq və
bu əsasda da imperiyaya qarşı milli ruhda yeni mübarizlər
yetişdirmək mümkün oldu. Bunu Heydər Hüseynovla
bağlı baş verən sonrakı hadisələr də
bir daha sübut etdi.
Heydər
Hüseynov özünün elmi tədqiqat işlərini də
uğurla davam etdirirdi. Bunun da nəticəsində o, 1939-cu il
iyun ayının 15-də Tiflis
şəhərində “M.F.Axundovun fəlsəfi
görüşləri” adlı dissertasiyasını müdafiə
etdi. Bu dissertasiya Azərbaycan fəlsəfə tarixinə
yenilik gətirdi. Belə ki, həmin dövrə kimi Axundovun fəlsəfi
görüşləri hərtərəfli tədqiq edilməmişdi.
Ədalət naminə deyək ki, Hüseynovun Axundovun fəlsəfi
görüşləri ilə bağlı elmi işi sovet
ideologiyasının tələbləri əsasında
yazılmışdı. Amma burada bir maraqlı məqam
vardı. Bu da gənc alimin - Heydər Hüseynovun Axundovun fəlsəfi
görüşlərindəki milli azərbaycançılıq
ideologiyasını ehtiyatla da olsa önə
çıxarması və onun köklərinin tarixin dərinliklərinə
gedən mənbələrdən qidalanması və Şərqdə
məşhur filosofları ilə tanınan Azərbaycan fəlsəfə
məktəbinin ruslarınkından istər elmi baxımdan,
istərsə də ruhən və mənən qat-qat
üstün olmasına diqqəti cəlb etməsi idi. Bu fakt
isə Azərbaycan elminin, belə demək mümkünsə,
qaymaqlarının kütləvi şəkildə
sürgünlərə göndərildiyi və milli ruhumuzun məhvinə
yönələn repressiya illərində olduqca önəmli
idi. Bolşeviklər tərəfindən Azərbaycanın
milli varlığının yox edilməsinə qarşı
yönələn repressiya illərində Heydər Hüseynov
çoxlarından fərqli olaraq, dilini möhkəm saxlayaraq,
özünü sürgündən qoruya bilmişdi. Amma
aydın məsələ idi ki, həmin dövrdə Azərbaycan
elminin tanınmış simalarının məhv edilməsi və
ya sürgünə göndərilmələri Heydər
Hüseynovun da qəlbində ağır izlər
buraxmışdı. İş orasındadır ki, repressiyaya
göndərilən vətənpərvər elm xadimlərinin
bəzilərini Heydər Hüseynov yaxından
tanıyırdı, bəziləri isə onun müəllimi
olmuşdu. O, buna qarşı etiraz səsini ucaltsa və ya
onları açıq müdafiə etsəydi, dərhal onun
özünü də gedər-gəlməzə göndərəcəkdilər.
Ona görə də o, susmağa üstünlük verərək,
öz milli mübarizəsini gizli yollarla davam etdirdi. Bu, olduqca
ağır mübarizə idi . Amma belə bir yolla milli
ruhumuzu, varlığımızı az da olsa qoruyub saxlamaq və
bu əsasda da imperiyaya qarşı milli ruhda yeni mübarizlər
yetişdirmək mümkün oldu. Bunu Heydər Hüseynovla
bağlı baş verən sonrakı hadisələr də
bir daha sübut etdi
SSRİ-nin
də iştirak etdiyi II
Dünya müharibəsi illərində Heydər Hüseynov
olduqca ağır bir şəraitdə, 1944-cü ildə
doktorluq dissertasiyasını müdafiə edərək,
professor elmi dərəcəsini aldı. Bir sözlə, həmin
dövrdə o, çoxlarının arzuladığı,
ancaq fəth edə bilmədiyi elmi bir zirvəni fəth etdi.
Bundan sonra isə onun qabağında milli
varlığımızın müdafiəsi üçün
daha geniş qapılar açıldı. Çünki
doktorluq dissertasiyasını müdafiə etməsi ona milli
ruhda köklənən yeni elmi kadrlar hazırlanmasında
birbaşa iştirak etmək imkanı vermişdi.
Burada
bir önəmli fakta da diqqəti cəlb etmək istəyirik.
Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, milli
varlığımızın qorunub saxlanılmasına xidmət
edən mübarizəsini gizli müstəviyə keçirən
Heydər Hüseynov həmin dövrdə baş verən
siyasi hadisələrdən özünü təcrid etməsi,
daim təmkinli olması, ətrafında oynanılan
çirkin oyunlara baş qoşmaması ilə rejimin diqqətini
özünə cəlb edə, onun qatı tərəfdarı
kimi göstərə bilmişdi. Repressiya illərində
çoxlarından fərqli olaraq, Heydər Hüseynov
heç kimdən donos yazmadı, ev yıxmadı və
özünün milli-mənəvi təmizliyini qoruyub saxlaya
bildi. Bu da onun vəzifə pillələrində sürətlə
irəliləməsində xüsusi rol oynadı. Ötən əsrin
30-cu illərində Heydər Hüseynovun səmərəli və
məhsuldar fəaliyyəti ölkəni idarə edənlər
tərəfindən də rəğbətlə
qarşılanmış və onun adı perspektivli kadr kimi
xüsusi siyahıya salınmışdı. Bu da tezliklə
onun yeni vəzifələrə irəli çəkilməsi
demək oldu. Bu müstəvidə də Heydər Hüseynov
1936-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan
filialının Ensiklopediya və Lüğətlər
İnstitutunun direktoru təyin edildi. O bu vəzifədə 4
il işlədi. 1939-cu ildə isə ona yeni bir etimad göstərdilər.
Alimi SSRİ Elmlər Akademiyası
Azərbaycan Filialı sədrinin müavini
təyin etdilər
Elmi-fəlsəfi
axtarışları ilə yanaşı, Heydər Hüseynov
ədəbiyyatımızın görkəmli nümayəndələrinin
ədəbi sahədəki fəaliyyətlərini yüksək
qiymətləndirir, onların dünənimizlə bu
günümüz arasında möhkəm əsaslar üzərində
qurulmuş bir körpü olduğunu vurğulayırdı. Bununla
əlaqədar alim 1943-cü ildə çıxan “Azərbaycan
ədəbiyyatı tarixi”nə yazdığı müqəddiməsində
ədəbiyyatımızın milli
varlığımızın qorunub saxlanılmasında
oynadığı əvəzsiz xidmətlərə toxunur,
xalq yaradıcılığını Azərbaycan
xalqının ən böyük xəzinəsi hesab edirdi.
Filosof alim yazırdı: “Ədəbiyyat öz səhifələrində
xalqımızın bütün tarixi boyu yaratdığı
yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri,
elmi prinsipləri hifz etmiş, qərinələrdən-qərinələrə,
nəsillərdən ən böyük bir hədiyyə olaraq
təqdim etmişdir... Buna görə də ədəbiyyatımız
xalqımızın fəxridir”.
1945-ci
ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan
Filialı Azərbaycan SSRİ Elmlər Akademiyasına
çevrildi. Heydər Hüseynov isə akademiyanın
vitse-prezidenti kimi fəaliyyətini davam etdirdi. Buna paralel
olaraq, Heydər Hüseynov 1945-ci ildə Azərbaycan KP MK
yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifəsinə
təyin edildi
O bu
vəzifədə qısa müddətdə həm partiya, həm
də Azərbaycan tarixinin obyektiv şəkildə və yenidən
yazılması üçün özünün geniş
imkanlarından istifadə etdi. Bu müstəvidə də
tariximizi yenidən yaza biləcək milli ruhda köklənmiş
gənc tarixçilərin yetişdirilməsində onun
xüsusi xidmətləri oldu. Həmin
dövrdə Ermənistan Azərbaycana qarşı yeni ərazi
iddiaları ilə çıxış etməyə
başlamışdı. Bu məqsədlə də Ermənistan
rəhbərliyi 1945-ci ildə SSRİ Ali Soveti, şəxsən
İ. Stalin qarşısında məsələ qaldıraraq,
Qarabağın guya tarixi erməni torpağı olduğu barədə
təhrif olunmuş saxta sənədləri ona təqdim
etmişdi. Belə bir vəziyyətdə isə Azərbaycan
tarixinin faktlar əsasında yazılması və
Qarabağın erməni torpağı
olmadığını sübut etmək lazım gəlirdi.
Bu məsələ şəxsən Mircəfər
Bağırovun nəzarəti altında idi və o,
qarşı tərəfin iddialarının əsassız
olmasını sübut etmək üçün tarixçilərimzdən
tutarlı faktlar tələb edirdi. Bu məqsədlə də
bir qrup tarixçi ilə görüşən Bağırov:
“Ermənistan və Gürcüstan öz tarixlərini
yazıblar. Bəs biz nəyi gözləyirik? Məgər
bizim tariximiz olmayıbmı? Qısa müddətdə bununla
bağlı lazımi araşdırmalara başlayın ki,
qarşı tərəfin
iddialarının əsassız olduğunu sübut edə
bilək”,-deyə onlara tapşırıq vermişdi
Bu
işdə Azərbaycan KP MK yanında Partiya Tarixi
İnstitutunun direktoru kimi xüsusi fəallıq göstərən
Heydər Hüseynov tariximiz yazılarkən respublikamız
haqqında obyektiv məlumatların əksini tapmasını nəzarət
altında saxlayır və yeri gəldikcə bu iş üzərində
işləyən gənc tarixçilərə dəyərli
məsləhətlər verirdi. Çünki Azərbaycan tarixi
də sovet ideologiyasına uyğun şəkildə
yazılırdı. Üstəlik, həqiqi Azərbaycan
tarixinin yazılmasına türklərə düşmən
münasibət bəsləyən Stalin rejimi də mane olurdu. Stalin, ümumiyyətlə, türk
adını eşitmək istəmirdi. Ona
görə də belə bir vəziyyətdə
Azərbaycanın həqiqi tarixini yazmaq olduqca çətin idi. Buna görə də
qısa müddətdə müxtəlif tarixi
faktlardan istifadə edərək, Azərbaycan tarixi
yazıldı və erməni iddialarının əsassız olduğu sübut edildi. Amma bu
məsələdə Stalini razı salmaq üçün məcburi
şəkildə milli mənsubiyyət ( türk) məsələsində
bəzi təhriflərə yol verilmişdi. Bu, təhriflərə
yol verilməsəydi, Stalinin
( onu əsasən azərbaycanlıların
türk olmaması və türklərin bu ərazilərə sonralar
gəlməsi ilə razı salmaq
olardı) ermənilərin iddialarını dəstəkləyəcəyi
şübhə doğurmurdu...
Mükafat və cəza
Adama
elə gəlirdi ki, hər şey Heydər Hüseynovun
arzuladığı kimi, onun istəklərinə uyğun
gedir. Belə ki, ötən əsrin 40-cı illərində
elmi fəaliyyətinin ən parlaq dövrünü yaşayan
Heydər Hüseynov elmi tədqiqatlarına görə
artıq bir-birinin ardınca Stalin mükafatları almaqda idi.
İlk belə bir mükafatı Heydər Hüseynov 1948-ci ildə
aldı. 1940-46-cı illərdə “Tam Azərbaycan-rus
lüğəti”nin yaradılması sahəsində səmərəli
və ardıcıl fəaliyyətinə görə, ona
ikinci dərəcəli Stalin mükafatı verildi.
Zaman.-2012.-18-22 avqust.-S.14.