Uilyam Folkner

 

O dövrdə AmerikadaAvropada müxtəlif ədəbi cərəyanlar mövcud idionlarda ədəbiyyatın gələcəyi və onun hansı istiqamətdə inkişaf edəcəyi barədə çoxsaylı  mübahisələr gedirdi. Amma Folkner bu ədəbi cərəyanlardan yan keçərək, onların bu çəkişmələrində iştirak etmədi. O, özü bildiyi kimi yazmaq, heç kimə oxşamaqya kimləri isə təqlid etmək istəmirdi. Sonralar ədəbi fəaliyyətinin 20-ci illəri ilə  bağlı Folknerin verdiyi açıqlamalarına inansaq, o həmin dövrdə ədəbi yaradıcılığa  əyləncə kimi baxıb və ümumiyyətlə, ədəbiyyatla, ədəbi proseslərlə maraqlanmayıb.  Bunu onun Virciniya Universitetinin tələbələri ilə görüşündə dedikləri də sübut edir: “O vaxtlar mən özümü yazıçı hesab etmirdim, sadəcə, dünyanı gəzir, ədəbiyyatla, ədəbiyyatçılarla  maraqlanmırdım”. 

 

Nobel mükafatı alan qəribə taleli yazıçı (1)

 

Onu vaxtilə qəribə taleli yazıçı adlandırırdılar, ilk vaxtlar yazdıqlarını oxucular başa düşə bilmirdilər və buna görə əsərlərini ikı-üç dəfə oxumalı olurdular. Bunu ona irad tutanda o, təmkinini belə pozmadan əsərini bir daha oxumağı məsləhət görürdü. Amma tanınmış tənqidçilər belə onun yazdıqlarının çətin qavrandığını deyərək, yazıçını az qala top atəşinə tuturdular. O isə özü bildiyi üslubda yazmaqda davam edirdi. Yazdıqlarının çoxunda real həyat olduğu kimi təsvir edilirdi və ona görə də bu bəzən nəinki adi oxucularda, hətta tanınmış ədəbiyyatşünaslarda belə, çaşqınlıq yaradırdı. Çünki müəllif acı reallıq barədə oxucuda təsəvvür yaratmaq üçün oxucunu yoran ədəbi priyomlardan istifadə edirdi. Amma özü demişkən, yazdıqca təkmilləşir, az sözlə daha çox mətləbləri oxucuya çatdırmağa çalışırlar. Bu təkmilləşmə tədricən onun milyonların sevimlisinə çevrilməsinə və adının dünyanın ən məşhur yazıçılarından biri kimi çəkilməsinə gətirib çıxardı. Halbuki o, özü oxucular tərəfindən çətin anlaşılan əsərlərinə görə adi bir yazıçı olduğunu, hər hansı bir mükafat arzusunu ürəyindən belə, keçirmədiyini dönə-dönə vurğulayırdı. Çünki ilk vaxtlar özünü dolandırmaq üçün yazır və bu məqsədlə hətta, belə demək mümkünsə, bəzi kinofilm studiyalarından aldığı sifarişlər əsasında ucuz ssenarilər üzərində işləyirdi. Buna baxmayaraq,  yazdığı əsərləri ilə çətinliklə də olsa oxucularını özünə uyğunlaşdıra bildi. Bu da onun tədricən məşhurlaşmasına və ədəbiyyatşünaslar tərəfindən novator yazıçı kimi adının hallandırılmasına gətirib çıxardı. Ədəbiyyat sahəsində Nobel mükafatını alanda 52 yaşında idi və uzun müddət ona elə gəldi ki, bu məsələdə nə isə bir yanlışlıq var: Nobel mükafatına layiq görülən o deyil, onun tanımadığı, ədəbi yaradıcılığına bələd olmadığı hansısa başqa bir Folknerdir. Ona Nobel mükafatına layiq görülənin məhz özü olduğunu başa salanda təəccüb içində: “Bu dünyada hərdən belə qəribə şeylər də olur”,- dedi. Bu təvazökar insan məşhur Amerika yazıçısı Uilyam Folkner idi.

Uilyam Katbert Folkner 1897-ci il, sentyabr ayının 25-də ABŞ-ın Missisipi ştatının Nyu-Olbani şəhərində anadan olub. Onun babasının da adı o dövrdə yazıçılar arasında çəkilirdi. Cənubla Şimalın müharibəsi zamanı cənubluların ordusunda xidmət etmiş polkovnik Uilyam Klark Folkner “Memfisin ağ qızılgülü” romanını yazmış və bu əsər ona böyük şöhrət gətirmişdi. Yeri gəlmişkən, onu da deyək ki, Folknerlərin əcdadları vaxtilə İngiltərədən Amerikaya köç edənlərdəndir. Bəzi məlumatlara görə, Folknerin əcdadlarından biri Britaniya kralının şahinlərinə baxan olub və Folkner soyadı da ingiliscə “falconer” (şahinlərə baxan) sözündən götürülüb. Amma bəzi araşdırmaçılar Folknerlərin İrlandiyadan, Şotlandiyadan və ya Fransadan qaçan quqenotların nəslindən olduğunu söyləyirlər. Bütün bunlara aydınlıq gətirmək istəyən Uilyam Folkner isə mənşə etibarı ilə şotland olduğunu bildirib.

Onu da deyək ki, Uilyamın ailəsi kifayət qədər varlı ailələrdən hesab edilirdi. Buna görə ailə baba Folknerə borclu idi. Polkovnik işgüzar adam idi və bu da ona qısa müddətdə əyalət mərkəzi olan Oksfordun ən nüfuzlu şəxslərindən birinə çevrilmək imkanı vermişdi. Folknerin atası 1902-ci ildə 5 yaşlı Uilyamı da özü ilə götürərək Oksforda köçür. Folknerlərin yaşadıqları ev Oksfordun ən gözəl evlərindən biri idi. Folkner belə bir ailədə qayğı və ehtiyac nə olduğunu bilmədən böyüdü. İlk təhsilini də anasından aldı.

Ətrafında baş verənlərə münasibətdə olduqca həssas olan Uilyam hələ kiçik yaşlarından şeir yazmağa başlamışdı. Şeirə maraq oyadan isə onun uşaq yaşlarından tanıdığı Estell Oldhem idi. O, 12-13 yaşlarında Estell Oldhemə vurulmuşdu. Həmin dövrdə bir-birinin ardınca Estellə aşiqanə ruhlu şeirlər yazmağa başladı. Bu şeirlər Estellinxoşuna gəlirdi. Estell Folknerin şeirlərinə sevə-sevə qulaq assa da, onu sevə bilmirdi. Balacaboy Uilyam Estellin axtardığı ideal ər roluna qətiyyən uyğun gəlmirdi və onu özündən daha yaşlı gənclər maraqlandırırdı. Ona görə də Uilyamın bütün cəhdlərinə baxmayaraq, Estell onu sevə bilmədi və 1918-ci ildə başqa birinə ərə getdi. Onu da deyək ki, Estellə olan məhəbbəti Uilyama təhsilini başa vurmağa imkan verməmişdi. Ona görə də o, çıxış yolunu babasının bankında işə düzəlməkdə görmüşdü. Bununla belə Estellin ərə getməsindən və ilk sevgisinin boşa çıxmasından sonra artıq həyata olan ümidlərini itirən Uilyam hərbi xidmətə getmək və bununla da hər şeyə əlvida demək qərarına gəldi. Amma boyu balaca olduğundan onu hərbi xidmətə qəbul etmədilər. O isə hər vasitə ilə orduya getmək istəyirdi və bu məqsədlə sənədlərini Torontodakı hərbi-hava qüvvələri məktəbinə verdi. O, tezliklə bu məktəbi bitirərək Avropadakı döyüş bölgələrindən birinə göndəriləcəyinə ümid edirdi. Amma onun nakam sevgisini, Estelli unutmaq üçün döyüşə getmək və özünündediyi kimi, günlərin birində də həlak olmaq istəyi baş tutmadı. 1918-ci ilin payızında I Dünya müharibəsi başa çatdı və Folkneriordudan tərxis etdilər. Artıq onun bircə yolu qalmışdı: yazmaq. Ona görə də 1919-cu ildə yazdığı ilk şeirini - “Favnın günorta yuxusunu mətbuatda dərc etdirdibununla da ədəbi yaradıcılıq yolunda ilk debütünü etdi.

Onu da deyək ki, cəbhəyə getməməsinə və həmin dövrdə özünü itirilmiş gənc hesab etməsinə baxmayaraq, Uilyam cəbhədən gələnlərdən eşitdikləri əsasında “Əsgər mükafatı” romanını yazdı.

Romanda cəbhədən şikəst qayıdan və ətrafındakıların biganəliyi ilə qarşılaşan əsgərin taleyindən danışılır. Amma onun bu romanı ədəbi aləm tərəfindən bir o qədər maraqla qarşılanmadı. Çünki müəllif cəbhədə baş verən hadisələrin içərisində olmadığı üçün onun müharibədə əsgərin başına gələnlər və sonradan onun üzləşdiyi problemlər barədə yazdıqları oxuculara bir o qədər də inandırıcı təsir bağışlamırdı. Digər tərəfdən, həmin dövrdə I Dünya müharibəsinə həsr edilən və məşhur yazıçılar Heminqueyin “Əlvida, silah” və ingilis yazıçısı Riçard  Oldinqtonun “Qəhrəmanın ölümü” romanları daha çox oxucu rəğbəti qazanmışdı. Adıçəkilən romanlarla müqayisədə “Əsgər mükafatı” romanı cılız görünürdü. Folkner özü də yazdığı romanın zəifliyini hiss edərək, bir daha müharibə və əsgər həyatından yazmamaq qərarına gəldi. O dövrdə Amerikada və Avropada müxtəlif ədəbi cərəyanlar mövcud idi və onlarda ədəbiyyatın gələcəyi və onun hansı istiqamətdə inkişaf edəcəyi barədə çoxsaylı mübahisələr gedirdi. Amma Folkner bu ədəbi cərəyanlardan yan keçərək, onların bu çəkişmələrində iştirak etmədi. O, özü bildiyi kimi yazmaq, heç kimə oxşamaq və ya kimləri isə təqlid etmək istəmirdi. Sonralar ədəbi fəaliyyətinin 20-ci illəri ilə bağlı Folknerin verdiyi açıqlamalarına inansaq, o həmin dövrdə ədəbi yaradıcılığa əyləncə kimi baxıb və ümumiyyətlə, ədəbiyyatla, ədəbi proseslərlə maraqlanmayıb. Bunu onun Virciniya Universitetinin tələbələri ilə görüşündə dedikləri də sübut edir: “O vaxtlar mən özümü yazıçı hesab etmirdim, sadəcə, dünyanı gəzir, ədəbiyyatla, ədəbiyyatçılarla maraqlanmırdım”.

Doğrudanmı, Folkner həmin dövrdə ədəbiyyatla maraqlanmayıb. Buna inanmaq çətindir. Çünki o, həmin dövrdə çoxlu sayda şeir yazmış, “Yeni Orlean oçerkləri”ni nəşr etdirmişdi. Sonra Avropaya yola düşən Folkner Parisdə “Moskitlər” romanını yazmağa başlamış, buna paralel olaraq, hələ vətəndə ikən yazdığı, ancaq başa çatdıra bilmədiyi  “Elmer” romanı üzərində də işi davam etdirmişdi. Yazıçının həyat yolunu araşdıran tədqiqatçıların dediklərinə görə, Folkner ədəbiyyat haqqında hər hansı bir suala cavab vermək istəməyəndə dərhal sınaqdan keçirilmiş bir təcrübədən istifadə edirdi. O: “Əslində mən fermerəm, ədəbiyyatçı deyiləm,”- deyərək özünü gözlənilməz və daha xoşagəlməz suallardan sığortalamağa çalışırdı. Yazıçı onun yaradıcılığında kiminsə təsirlərini axtarmaq istəyənlərə isə:  “Mən, ümumiyyətlə, həmin yazıçının əsərlərini oxumamışam və onun ədəbi yaradıcılığından xəbərsizəm”,- deyə cavab verirdi.

 

 

Zaman.-2012.-30-31 avqust.-S.13.