Vəli Xuluflu -böyük alim, yazıçı-publisist (1)
Məsul vəzifələrdə işlədiyi
dövrlərdə o, xalqın
milli ruhda tərbiyə olunması, milli varlığımızın
qorunub saxlanılması
istiqamətində apardığı
gizli mübarizəni daha əzmlə davam etdirib. Buna görə də şifahi xalq ədəbiyyatı nümunələrini
geniş şəkildə
toplayaraq çap etdirib. O, çıxışlarında
və müxtəlif səpgili yazılarında
bu fikri dönə-dönə vurğulayıb:
“Folklor xalqın qan yaddaşıdır. Onu toplamaq, gələcək nəsillərə çatdırmaq,
keçmişimizlə gələcəyimiz
arasında varisliyi qoruyub saxlamaq lazımdır”.
Bu məqsədlə də
o, 1920-1930-cu illərdə dəfələrlə
Qazax, Tovuz, Göyçə, İrəvan,
Gəncə, Daşkəsən,
Gədəbəy, Kəlbəcər,
Goranboy və Naxçıvan bölgələrinə
səfərlər edib. Xalq arasında həm folklor nümunələrini
toplayıb, həm də Aşıq Hüseyn, Qurbani, Dədə Yadigar, Xəstə Qasım, Aşıq Ələsgər,
Aşıq Hüseyn Bozalqanlı və digər aşıqların
əsərlərini üzə
çıxararaq, onları
kitab halında nəşr etdirib. Eyni zamanda müxtəlif illərdə topladığı
şifahi xalq ədəbiyyatı nümunələri
əsasında “Azərbaycan
folkloru” kitabını
nəşr etdirib.
Vəli Xuluflu Azərbaycan türkologiyasında böyük
xidmətləri olan alimlərdən biridir. Bir vaxtlar
onun yorulmaz fəaliyyəti çoxlarını
heyrətə salmış,
eyni zamanda türk düşməni olan bolşevik rejiminin yuxusunu qaçırmışdı. Halbuki o, gəncliyində bolşevizmin
qızğın tərəfdarı
olmuşdu. V. Xuluflu Azərbaycanın bolşeviklər tərəfindən
işğalından sonra
(1921-22-ci illərdə) Gəncə
quberniyasında qəza
partiya komitəsinin katibi işləmişdi.
Amma o, tezliklə rejimin siyasi mahiyyətini anlayaraq həyatını
elmə sərf etməyi qərara almış və bu məqsədlə də xalq folklorunu
toplamağa və tədqiq etməyə başlamışdı. Bir müddət
yeni türk (Azərbaycan) əlifbasını
hazırlayan komitədə
işləmişdi. Vəli
Xuluflu sonralar Orta Asiya respublikalarını
gəzmiş və həyatının bir neçə ilini türk xalqlarının ortaq latın
əlifbasının hazırlanmasına
sərf etmişdi.
Alim elm sahəsində xidmətlərinə və
təşkilatçılıq bacarığına görə
SSRİ Elmlər Akademiyası
Azərbaycan filialının
direktor müavini vəzifəsinə irəli
çəkilmişdi. O, milli adət-ənənələrimizin,
dilimizin qorunub saxlanılması uğrunda
çalışan görkəmli
alimlər - Bəkir Çobanzadə, Xalid Xocayev, Salman Mümtaz və digərləri ilə birlikdə mövcud rejimə qarşı gizli mübarizəyə başlamışdı. Bolşevik
rejimi isə bunu
ona bağışlamamışdır.
Lakin həbs etsələr də onu sındıra,
yoldaşlarını satmağa
məcbur edə bilməmiş, günlərin
birində, necə deyərlər, gedər-gəlməzə
göndərmişlər.
Vəli Xuluflu sinəsində
vətən, türkçülük
eşqi döyünən
böyük insan, türkoloq, folklorşünas
alim, yazıçı-publisist
olmuşdur.
İnqilabçı gənc
Vəli
Məmmədhüseyn oğlu
Xuluflu 1894-cü il mayın 26-da Şəmkir
rayonunun ( keçmiş
Yelizavetpol quberniyası)
Xuluflu qəsəbəsində
anadan olub. O, uşaqlığından hər
şeyə maraq göstərməsi, gördüklərini
və danışılanları
yadda saxlamaq qabiliyyəti ilə ətrafındakıların diqqətini
cəlb edib. 11 yaşında ikən
(1905) onu mollaxanaya qoyublar. O, iki il ərzində
burada ibtidai təhsil alıb. Sonra isə “Mədrəseyi-Ruhaniyyə”də
təhsilini davam etdirib. Vəli buranı uğurla
başa vurub. Buna görə də
onu oxuduğu məktəbdə müəllim
saxlayıblar. Hələ məktəbdə
oxuyarkən o dövrdə
baş verən hadisələr, o cümlədən
çar Rusiyasının
ucqarlarında güclənən
milli oyanış gənc Vəlidə dərin izlər buraxıb. Təbiətən
çox enerjili olan bu gənc
həmin dövrdə
tanış olduğu bir çox inqilabçıların
təsiri altında onların sıralarına
qoşularaq gizli inqilabi fəaliyyətə
başlayıb. Həmin dövrdə
ona elə gəlib ki, Azərbaycanın inkişafına
yol inqilabdan keçir və bunsuz xalqın milli oyanışına
nail olmaq mümkün
olmayacaq. 1913-1920-ci illərdə o, eyni zamanda Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında məqalələrlə
çıxış edib.
Bolşeviklərdən üz döndərir
Azərbaycan ilk dəfə müstəqilliyini
əldə etdiyi illərdə Vəli Xuluflu pedaqoji fəaliyyətini davam etdirib. Həmin dövrdə o, belə
demək mümkünsə,
bolşeviklərdən nicat
gözləyən nərimanovçuların
təsiri altında olub. Bu isə
onun siyasi baxımdan yetkinləşməməsindən
irəli gəlib.
O, siyasətçi deyil,
ədəbiyyatçı idi.
Ona görə də inqilaba daha çox
ədəbi, romantik baxımından yanaşıb.
Amma bolşeviklər Azərbaycanı
işğal edəndən
sonra o anlayıb ki, onların əsas məqsədi Bakı neftini ələ keçirmək,
çar imperiyasını
yeni adla bərpa etməkdir.
1920-ci ildə Vəli
Xuluflunu Azərbaycan K(b)P-nin I qurultayına
nümayəndə seçiblər.
1921-ci ildə isə onu Gəncə
quberniyası qəza partiya komitəsinin katibi vəzifəsinə irəli çəkiblər.
O, burada işlədiyi
müddətdə bolşeviklərin
xalqa etdikləri zülmləri görüb
və bacardığı
qədər bunun qarşısını almağa
çalışıb. Buna
görə də ondan şübhələnməyə,
hər addımını
izləməyə başlayıblar
və günlərin birində onu işdən azad ediblər. İşdən
azad edildikdən bir müddət sonra Vəli Xuluflunu etibarsız adam kimi
partiya sıralarından
da xaric ediblər. Lakin Vəli Xuluflu
günahsız olduğunu
sübuta yetirə bilib və 1927-ci ildə onu yenidən
partiya sıralarına
bərpa ediblər.
Buna baxmayaraq, Vəli
Xuluflu artıq bolşeviklərə inanmayıb
və onlara qarşı gizli mübarizəyə başlayıb. Partiya sıralarına
da şübhə doğurmadan gizli mübarzəsini davam etdirmək üçün
bərpa olunub. Həmin dövrdə o özünün siyasətçi
ola bilməyəcəyini
başa düşərək,
xalqı milli ruhda tərbiyə etmək yolu seçib və ömrünün sonuna kimi də bu
ideallarına sadiq qalıb. Bu məqsədlə
xalq arasına gedərək şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa
başlayıb. Çünki bolşevik rejiminin əsas məqsədinin xalqı manqutlaşdırmaq,
onu öz kökündən ayıraraq
assimilyasiya etmək olduğu bir çox ziyalılar kimi, Vəli Xulufluya da məlum
idi.
“Folklor xalqın qan yaddaşıdır”
1922-1927-ci
illərdə Vəli Xuluflu Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində
oxuyub. Bu
vaxt onu yeni təşkil edilən Əlifba Komitəsinin
üzvü seçiblər. Sonra V. Xuluflu Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunda elmi katib, sonra yeni
təşkil edilən Dil, Ədəbiyyat və İncəsənət
İnstitutunun direktoru
vəzifələrində çalışıb.
Məsul
vəzifələrdə işlədiyi dövrlərdə o,
xalqın milli ruhda tərbiyə olunması, milli
varlığımızın qorunub saxlanılması istiqamətində
apardığı gizli mübarizəni daha əzmlə davam
etdirib. Buna görə də şifahi xalq ədəbiyyatı
nümunələrini geniş şəkildə
toplayaraq çap etdirib. O, çıxışlarında və
müxtəlif səpgili yazılarında bu
fikri dönə-dönə
vurğulayıb: “Folklor xalqın qan yaddaşıdır. Onu
toplamaq, gələcək nəsillərə
çatdırmaq, keçmişimizlə gələcəyimiz
arasında varisliyi qoruyub
saxlamaq lazımdır”.
Bu məqsədlə
də o, 1920-1930-cu illərdə dəfələrlə Qazax,
Tovuz, Göyçə, İrəvan, Gəncə, Daşkəsən,
Gədəbəy, Kəlbəcər, Goranboy və
Naxçıvan bölgələrinə səfərlər
edib. Xalq arasında həm folklor
nümunələrini toplayıb, həm də Aşıq Hüseyn, Qurbani, Dədə
Yadigar, Xəstə Qasım, Aşıq
Ələsgər, Aşıq Hüseyn
Bozalqanlı və digər aşıqların əsərlərini
üzə çıxararaq, onları kitab
halında nəşr etdirib. Eyni zamanda müxtəlif
illərdə topladığı şifahi
xalq ədəbiyyatı nümunələri
əsasında “Azərbaycan folkloru”
kitabını nəşr etdirib.
Vəli Xuluflunun ən böyük xidmətlərindən biri də Ahıska türklərinin folklorunu toplamaq olub. O, sanki illər sonra ahıskalıların başına gətiriləcək
bəlaları, onların doğma
yurd-yuvalarından Orta Asiyaya
və Qazaxıstana sürgün ediləcəyini
öncədən hiss edib.
Bu məqsədlə də o, Gürcüstana
Ahıska türklərinin daha sıx
yaşadıqları yerlərə gedərək, bir neçə ay
onların arasında qalıb və ahıskalıların folklorunu toplayıb. Geri
qayıdan kimi də
topladıqlarını kitab halında nəşr
etdirib. Bu gün MDB məkanının hər yerinə
səpələnən Ahıska türklərinin folkloru bu böyük
alimin fəaliyyəti sayəsində qorunub. Amma onu da qeyd edək ki,
ahıskalılar arasında da Vəli Xuluflu yalnız folkloru toplamaqla kifayətlənməyib, həm də
onlar arasında bolşeviklərə
qarşı mübarizəni, türk
xalqları arasında birlik, vahid mövqedən çıxış etmək,
yumruq kimi birləşmək ideyalarını təbliğ edib.
Vəli Xuluflunun ən böyük xidmətlərindən biri də el-el gəzərkən şifahi xalq sənətinin ən çox yayılmış növlərindən biri olan tapmacaları da toplaması olub. O, xalqın yaratdığı tapmacaları toplayaraq 1928-ci ildə “Tapmacalar” adı altında dərc etdirib. Bununla da o, gələcək nəsillər qarşısında əvəzsiz bir xidmət göstərib.
ƏZIZ MUSTAFA
Zaman.-2012.-27 dekabr.-S.13.