Lev Tolstoy - rus həyatının
aynası (4)
Ötən
əsrin 70-80-ci illərindən başlayaraq, Tolstoyun xristian
dininə və keşişlərə mənfi münasibəti
Rusiya mətbuatında, o cümlədən keçmiş
SSRİ-nin müsəlman əhalisi arasında bir-birindən fərqli
fikirlərin yaranmasına gətirib çıxardı.
Uzun susqunluqdan sonra Rusiya mətbuatı
Tolstoyun xristian dininin tənqidinə
geniş yer verdiyi məqallə və məktublarına
münasibət bildirməyə başladı. Onun həmin
dövrdə yazdığı məktublar və xristian dinini
tənqid edən yazıları kitab halında yenidən
çap edildi. Bu məktub və məqalələrində
Tolstoy İslama rəğbətini açıq şəkildə
bəyan edirdi. Məsələn, əslən Qazaxdan olan
çar ordusunun müsəlman polkovniki, topoqraf Vəkilova ərə
getmiş rus qadın Y. Vəkilova Tolstoya yazmışdı
ki, atası qeyri-rus olan oğulları müsəlmanlığı
qəbul etmək istəyirlər. Y. Vəkilova bununla
bağlı çətin seçim qarşısında
qaldığını bildirərək, Tolstoydan özünə
və oğullarına necə seçim etmək barədə
məsləhət verməsin xahiş etmişdi. Xristianlığın bütün
mənfi tərəflərinə bələd olan Tolstoy isə,
öz növbəsində, Y. Vəkilovaya cavabında
yazmışdı:
“Pravoslavlıqdan müsəlmanlığa
üstünlük verilməsi
barədə onu deyə bilərəm ki, mən buna
qəlbimlə rəğbət
bəsləyirəm. Heç bir
şübhəm yoxdur
ki, müsəlmanlıq
özünün xarici
formalarına görə,
kilsə pravoslavlığından
müqayisəolunmaz dərəcədə
yüksəkdədir.
Odur ki, əgər insanın qarşısına
iki seçim: kilsə pravoslavlığı
və müsəlmanlıq
durubsa, onda ağıllı adam
tərəddüd etmədən
müsəlmanlığı qəbul edib, ilahiyyatda mürəkkəb
və anlaşılmaz
Üçlük, müqəddəslərin
şəkilləri, sirlər
və mübarək ibadətlər əvəzinə,
Tək Allahı və Onun Peyğəmbərini
tanıyar.”
Yasnaya Polyana, 15 mart, 1909-cu il
Qeyd edək
ki, Tolstoyun Y. Vəkilovaya belə bir cavab verməsi
heç də təsadüfi deyildi. Xristian dininin
sivil inkişaf tələblərinə cavab
vermədiyini təəssüf
hissi ilə qarşılayan və bunu açıq şəkildə bildirən
Tolstoy buna görə
ən yaxın dostları tərəfindən
belə, tez-tez tənqid atəşinə
məruz qalırdı.
Ona görə də böyük yazıçı bununla bağlı digər onu tənqid edənlərə cavab məktubunda yazırdı: “Siz mənimlə eyni əqidədə olsaydınız,
çox sevinərdim.
Siz az
da olsa, mənim həyatımı
başa düşərdiniz.
Həyatın bir çox uğuru var: var-dövlət, şöhrət, ehtiram...
Bunlardan heç biri məndə yoxdur. Dostlarım, hətta ailə üzvlərim məndən
üz döndərirlər.
Bəziləri - liberallar və
eserler - məni dəli və ya Qoqol kimi
ağıldankəm hesab
edirlər; başqaları
- inqilabçılar və
radikallar - məni boşboğaz və sufi sayırlar;
dövlət adamları
məni inqilabçı,
provaslavlar isə iblis hesab edirlər.
Etiraf edirəm
ki, bu mənim
üçün ağırdır...
və buna görə xahiş edirəm, mənə xeyirxah müsəlman kimi baxasınız, onda hər şey
yaxşı olacaq.
Yasnaya Polyana, aprel,
1884-cü il
Təəssüflər olsun ki, Tolstoyun adıçəkilən
məktubunda yazdığı:
“Mənə xeyirxah müsəlman kimi baxasınız, onda hər şey yaxşı olacaq”,- sözləri bəzi müsəlman tədqiqatçılar tərəfindən
az qala böyük
yazıçının müsəlmanlığı
qəbul etməsi kimi dəyərləndirilir.
Əslində Tolstoyun
İslama rəğbətini
bildirməsi və bu dinin xristian
dinindən qat-qat üstün olduğunu söyləməsini az qala onun
müsəlmanlığı qəbul etməsi kimi qələmə verənlər bu məsələdə ifrata
varırlar. Çünki bu günə
kimi Tolstoyun rəsmi şəkildə
İslamı qəbul
edərək müsəlman
olmasını cüzi
də olsa sübut edə biləcək bir fakt, dəlil yoxdur.
İslamla tanışlıq onu
Tolstoya sevdirdi
Xristian dinində istədiyini
və arzularına uyğun idealı tapa bilməyən Tolstoy üzünü İslam dininə çevirdi.
İslam
dini ilə ilk tanışlığı Tolstoyu
bütünlüklə dəyişdirdi.
İslam
dinini maraqla öyrənməsi və tənqid etməsi Tolstoy tərəfindən 1909-cu ildə
“Məhəmmədin kəlamları”
adı altında öz mülahizələrini
çap etdirməsinə
gətirib çıxardı.
Tolstoyun həyat və yaradıcılığını
tənqid edən A.İ.Şifman bununla əlaqədar yazmışdı:”Tolstoy
Qurandan humanist ideyaları
ifadə edən kəlamları seçir və onları özünün oxu kitablarına (“Kruq çteniya “, “Mısli mudrıx lyudey”, “Put jizni”) daxil edirdi.
Bu da böyük
yazıçının İslam
dinini uzun illər boyu öyrəndiyini və tədqiq etdiyini söyləməyə imkan
verir. Onu da xatırladaq ki,Tolstoy özünün
mülahizələrini 1903-cü ildə “Mısli mudrıx lyudey” (“Müdrik adamların fikirləri”) adı altında kitab şəkilində
çap
etdirdi. Üstündən
90 il ötəndən
sonra 1993-cü ildə
rus naşirləri diqqəti yenidən adıçəkilən kitaba
cəlb edərək,
“Zabıtaya kniqa” (“Unudulmuş kitab”) seriyasında onu təkrar nəşr etdilər. Bu kitabda
Məhəmməd Peyğəmbər
və Qurana istinad edilmir. Ancaq yazıçının
uşaqlar üçün
çap etdirdiyi oxu
kitablarında Quranla bağlı olan ibrətamiz hekayələrə
geniş yer verilib. İslam dininin bütün
dinlərdən üstünlüyünü
isə Tolstoy “Məhəmmədin
kəlamları”nda xüsusi
bəyan edib.
Yeri gəlmişkən, onu da deyək ki,
L.N.Tolstoy 1908-ci ildə
Abdullah əl Suhəvərdinin
Hindistanda çap olunmuş “Məhəmmədin
kəlamları” ilə
yaxından tanış
olub. O, bu kəlamlardan kiçik bir kitabça tərtib edib. 1909-cu ilin oktyabrında
“Məhəmmədin kəlamları
L.N.Tolstoy tərəfindən
seçilib” adı altında “Posrednik” nəşriyyatında çap
olundu.
Bakı
Slavyan Universitetinin tərcümə kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor, Rafiq Manaf oğlu
Novruzov yazır: “Burada fikrimizcə, iki çox mühüm məqama nəzər salmaq mümkündür. Birincisi, Tolstoyun
Məhəmmədin kəlamlarına
və Qurana müraciətinin özü
çox mühümdür.
İkincisi, Tolstoyun Qurana daxil olmayan
kəlamlarının çıxarışında
böyük iş görməyi zəruri sayması əhəmiyyətlidir.
Tolstoyun şəxsiyyətini, onun
bir çox şeyə olan münasibətini, onun düşüncələrinin qeyri-adiliyini,
bəzən də kəskinliyini bilərək,
əgər yazıçı
bu işi boynuna götürübsə,
ona necə böyük əhəmiyyət
verdiyini anlamaq olar. Cəsarətlə təsdiq etmək
olar ki, verilən faktın özü də bu işə böyük əhəmiyyət
verdiyini sübut edir. Bu kitabın
tərtibini isə o, qorxudan, bunun rus oxucusu üçün
itiriləcəyi qorxusundan
boynuna götürüb.
Diqqət
çəkmək istədiyimiz ikinci məqam
yazıçı əməyinin xarakteridir. Yazıçının
böyük tekstoloji iş gördüyü, təbii ki,
aydındır. Onun Quranla tanışlığı da
şübhə doğurmur. Bu barədə onun həyat və
yaradıcılığının bütün tədqiqatçıları
yazır. Hətta o da məlumdur ki, onunla bir müddət
görkəmli azərbaycanlı alim Mirzə Kazımbəy məşğul
olub”.
Onu
da deyək ki, Tolstoy tərəfindən seçilən kəlamlarda
Məhəmməd Peyğəmbərin (SAV) Allah haqqında
düşüncələri daha çox yer tutub. Onlar hər
şeydən əvvəl fəlsəfi cəhətdən
maraqlıdırlar. Məsələn, Tolstoy bununla əlaqədar
hekayələrinin biirndə yazır: “Allah iki tərəfi də
hasarlanmış, pərdələrlə
örtülmüş qapıların
çıxdığı bir yol yaratdı. Bu yolun əvvəlində
“Bu yolla düz gedin və ondan sapmayın”,- deyən rəhbər
dayanıb. Bu rəhbərdən yuxarıda qapılara istiqamətlənən
hər bir insana “Bu qapıdan girməyin, girsəniz çox
güman ki, yıxılacaqsınız”, deyən başqa bir rəhbər
dayanıb. Və bu yol həyatdır. Ona açılan
qapılar Allahın qadağan etdiyi əməllər,
qapıları örtən pərdələr Allahın
qoyduğu hədlərdir”.
Professor Rafiq Novruzovun fikrincə,
“Birinci rəhbər Allahın sözləri, ikincisi hər bir
iman gətirən insanın qəlbində olması” fikri
Tolstoya çox yaxın idi. Bu fikir onun bir çox əsərlərində
bədii ifadəsini tapıb. Allah və insan arasında belə
münasibətin dərki müsəlmana, bir tərəfdən,
digər dinlərin nümayəndələrinə hörmətlə
yanaşmaq imkanı verir; digər tərəfdən, əminlik
yaradır ki, Allaha müraciət etmək heç kim
üçün heç vaxt gec deyil, hətta ömür boyu
öz bütlərinə sitayiş etmiş bütpərəst
üçün də. “Allah insanın qəlbindədir”- bu,
İslamdan başqa heç bir dində yoxdur: “Məhəmməd
barmağı ilə yerə toxundu və onun sinəsinə
toxunaraq ürəyini göstərib dedi: “Qəlbinin səsini
dinlə!”. O bunu üç dəfə təkrar etdi və
dedi: “Xeyirxahlıq sənin qəlbinə mətanət və
sakitlik verəndir, şər isə başqaları sənə
haqq qazandıranda belə şübhəyə salandır”. (səh.
15) Bu, Tolstoy kredosuna çevrildi. O, bütün ömrü
boyu yalnız öz qəlbini dinlədi və onun
haraylarına, özünün Allah anlayışına tabe
oldu.
Məhəmməd
Peyğəmbərin Tolstoy tərəfindən
seçilmiş kəlamları arasında xüsusi yeri Allah
haqqında düşüncələr tutur. Tolstoy İslam
dinini öyrəndikdən sonra
bu qərara gəlmişdi ki, uca Yaradan həmişə
öz bəndələrinə münasibətdə xeyirxah və
rəhmlidir. O, heç kimi cəzalandırmır, ancaq onun
qoyduğu yoldan sapan insanlar özləri özlərini cəzalandırırlar.
Allah həmişə bağışlmağı sevən, rəhmdil,
yolundan azanların tövbələrini və saf bəndələrinin
dualarını qəbul edəndir.
Tolstoy tərəfindən İslamda
əksini tapan ölümün uca Yaradana qovuşmaq və yeni
bir həyatın bağlanğıcı olmasını da
xüsusi rəğbətlə qarşılanıb: “Qəbir
əbədiyyətə doğru ilk addımdır” (səh.18).
“Ölüm iki dostu birləşdirən körpüdür “
(səh. 18).
Bütün
bunlar isə Tolstoyun ürəyindən xəbər verirdi.
Xüsusi
ilə, İslamın elm və onu öyrənməyə
xüsusi önəm verməsi Tolstoyu xeyli təsirləndirmişdi.
o, adıçəkilən kitabında yazır: “ İslamda
elm işıqla eyniləşdirilir. Bu,
digər heç bir
dində yoxdur”.
Tolstoyun
fikrincə, İslamın ən böyük
üstünlüklərindən biri
də məhz elm öyrənməyə xüsusi önəm
verməsidir. Bütün bunlar isə Tolstoyun ruhən
İslamla qovuşmasına və ona xüsusi rəğbət
bəsləməsinə gətirib
çıxarmışdı. Tolstoy, bir sözlə,
islamı çox sevirdi. Amma yenə də qeyd etmək istəyirik
ki, bütün bunlar bəzi tədqiqatçıların
yazdığı kimi, Tolstoyun İslamı qəbul etməsi demək deyil. Çünki
yuxarıda qeyd etdiyimiz kimi, Tolstoyun rəsmi şəkildə
İslamı qəbul etməsini sübuta yetirə biləcək
cüzi bir dəli belə yoxdur. Onu yalnız düşüncələrinə
görə ruhən müsəlman
hesab etmək olar. Bəlkə də, Tolstoy İslamla
ömrünün son illərində deyil, daha erkən tanış olsaydı, onda
İslamı tərəddüd etmədən qəbul edərdi...
ƏZİZ MUSTAFA
Zaman.-2012.-24 fevral.-S.12.