Almas İldırım - qürbətdə
Azərbaycan yanğısını yaşadan
şair (1)
İlk
təhsilini də 1915-ci ildə Bakıda neft mədənlərində
işləyən və əslən Cənubi Azərbaycandan
olan soydaşlarımızın uşaqları
üçün açılan “İttihad” (Birlik, həmrəylik) məktəbində aldı. Almas İldırımın
təhsili Rusiya imperiyasının
çaxnaşdığı və I Dünya müharibəsi
illərinə düşmüşdü. Həmin dövrdə
imperiyanın hər yerində olduğu kimi, Azərbaycanın
da başı üzərindən azadlıq küləkləri
əsməkdə idi. Bu da imperiyaya qarşı cəsarətlə
səsini qaldıran, Azərbaycanın
müstəqilliyini açıq şəkildə tələb
etməyə başlayan mübariz bir nəslin yetişməsinə
gətirib çıxarmışdı.
Həyatını Azərbaycanımızın milli
istiqlalı uğrunda
mübarizəyə həsr
edən, bəziləri
qələmə, digərləri
isə süngüyə
sarılaraq mənsub olduqları millətinə
heç bir təmənna ummadan xidmət edən elə görkəmli simalarımız var ki, onlar haqqında
danışmaq da, susmaq da çətindir. Çünki onların Azərbaycana göstərdikləri tarixi
xidmətlərdən danışmaq,
ona qiymət vermək üçün
gərək ən azından onların səviyyəsində olasan.
Amma onlardan yazmamaq, milli azadlıq mücadiləsinə verdikləri
əvəzsiz xidmətlər
barədə susmaq da onların xatirəsinə hörmətsizlik
olardı. Çünki onlar özlərindən sonra Azərbaycanın 100 illər bundan sonrakı nəsilləri üçün də bir vətən, yurd sevgisi, qəhrəmanlıq
məktəbi qoyub gediblər. Onlardan biri də alovlu
Azərbaycan şairi,
qürbətdə “Vətən,
Vətən” deyə inləyən və bu həsrəti yazdıqları şeirlərinə
köçürərək gənc nəslin milli vətənpərvərlik
ruhunda tərbiyə
olunmasına öz töhfəsini verən Almas İldırım idi.
Sözün düzü, Almas
İldırım haqqında
sovet dövründə
çoxlarımıza, demək
olar, heç nə məlum deyildi. Bolşevik rejimi onun adını belə çəkməyi qadağan
etmişdi. Onun barəsində
biz yalnız ötən
əsrin 80-ci illərinin
sonlarında “Azadlıq”
radiostansiyasının Azərbaycan
redaksiyasının şef
redaktoru Mirzə Xəzər vasitəsilə
xəbər tutduq. Yadımdadır, hər dəfə
Mirzə Xəzər Azərbaycan dilindəki verilişə onun ürəklərimizi titrədən
Vətən haqqındakı
yanğılı, həsrət
dolu şeirləri ilə başlayırdı.
Sanki bu şeirləri
Mirzə Xəzər deyil, onun dili
ilə, onun səsi ilə Almaz İldırımın
özü oxuyurdu.
Nə qədər qəribə olsa da, Almas
İldırım üstündən
illər ötəndən
sonra Azərbaycan milli azadlıq mücadiləmizin başladığı
o illərdə, özü
də radio dalğalarında
bizə - doğma yurdumuza qayıtdı. Burada nə üçünsə
yadıma bahar ərəfəsi gələn
qaranquşlar düşür.
Qaranquşlar min illər boyu
bizlərdə baharın
müjdəçiləri hesab
olunub. Almas
İldırım da azadlıq qaranquşu, yuvasından, gülündən
ayrı düşən
bir Vətən bülbülü idi. O da Azərbaycana
azadlıq mücadiləmiz
başlayanda qayıtdı
və o illərin arxasından bizi imperiyaya qarşı yeni mücadilələrə
ruhlandırdı. Və burada yenə də yadıma Almas İldırımla
bərabər, milli azadlıq mücadiləsini
davam etdirən Mikayıl Müşfiq və Əhməd Cavad düşür. Onların hər üçünü bir amal, Vətənin azadlıq və müstəqilliyi ideyası
birləşdirirdi...
Yazdığı şeirləri ilə
Azərbaycan milli azadlıq mücadiləsinə
göstərdiyi xidmətlərinə
görə Almas
İldırımı yalnız
onun müəllimi və ustadı olan milli istiqlal
şairimiz Əhməd
Cavadla müqayisə etmək olar. Onların hər ikisi, ustad-şagird, biri qürbətdə, digəri
isə, Vətəndə
qələmlərini süngüyə
çevirərək imperiya
zülmünə, əsarətə
qarşı savaş açmışdılar. Və onlar bu savaşları
ilə öz adlarını istiqlal mücadiləmizə qızıl
hərflərlə yazdırdılar.
Gələcəyin
alovlu və mübariz şairlərindən
olacaq Almas İldırım 1907-ci il,
mart ayının 24-də Bakıdan
təxminən 70 kilometr
məsafədə yerləşən Qala kəndində zəngin bir ailədə dünyaya göz açdı. Adını valideynləri Əbdülhəsən
qoydular. Amma evlərində
hamı onu babasının adı ilə “Almas” deyə çağırırdı.
Bu adla da
o sonralar tanındı,
məşhurlaşdı. Almas uşaq
ikən ailəsi, əvvəlcə, Şüvəlana,
sonra isə Çəmbərəkəndə köçdü. Almaszadələr Bakıya köçəndə
atası xırda ticarətlə məşğul
olurdu. Həmin vaxt onların
Xəzərdə yük
gəmiləri də var idi. İlk təhsilini də 1915-ci ildə Bakıda neft mədənlərində işləyən
və əslən Cənubi Azərbaycandan olan soydaşlarımızın
uşaqları üçün
açılan “İttihad”
(Birlik, həmrəylik) məktəbində
aldı. Almas
İldırımın təhsili
Rusiya imperiyasının
çaxnaşdığı və I Dünya müharibəsi illərinə
düşmüşdü. Həmin dövrdə imperiyanın
hər yerində olduğu kimi, Azərbaycanın da başı üzərindən
azadlıq küləkləri
əsməkdə idi.
Bu da imperiyaya qarşı cəsarətlə
səsini qaldıran, Azərbaycanın
müstəqilliyini açıq
şəkildə tələb
etməyə başlayan
mübariz bir nəslin yetişməsinə
gətirib çıxarmışdı.
Hələ uşaq yaşlarından ətrafında
baş verən və ilk dövrlərdə
ona bir qədər
müəmmalı görünən,
hadisələri dərk
etməyə çalışan
balaca Almas
özü də bilmədən milli azadlıq mücadiləsində
ilk addımlarını atmağa
başladı. Bu işdə onun həmin dövrdə Əhməd Cavadın, Məhəmməd Hadinin və digərlərinin milli ruhda yazdığı
şeirləri oxuması
və onların təsiri altında siyasi və ədəbi dünyagörüşünün
formalaşması mühüm
rol oynadı.
Məhz onların yazdıqları
şeirlərin təsiri
altında o da əlinə qələm alaraq yazmağa başladı. İlk qələmə aldığı
şeirlərindən dərhal
hiss olunurdu ki, ədəbiyyatımıza yeni
nəfəs, yeni istedad gəlir. Ədəbiyyata olan sonsuz sevgisi
və həvəsi onu hələ 12 yaşında olarkən,
1919-cu ildə tanınmış
yazıçı Seyid
Hüseyn tərəfindən
yaradılan “Yaşıl
qələmlər” adlı
ədəbi dərnəkdə
iştirak etməyə
gətirib çıxardı.
Bu dərnəkdə Almas
İldırım gələcəyin
daha bir görkəmli ədəbi
siması - Mikayıl Müşfiqlə tanış olur. Ədəbi dərnəkdə
fəal iştirakı
ilə diqqəti cəlb edən Almas İldırım burada həmçinin istiqlal nəğməkarı
Əhməd Cavadla tanış olur və onların
bu münasibəti tezliklə ustad-şagird və ya daha
obrazlı şəkildə
desək, ata-oğul münasibətlərinə çevrilir.
Əhməd Cavadın
tövsiyələri və
onun Almas
İldırımı daim
yazmağa ruhlandırması
sonuncunun milli ruhda tərbiyə olunmasında böyük rol oynadı. Təsadüfi deyil ki, Almas
İldırım ömrünün
sonuna kimi Əhməd Cavadı hörmətlə anmış
və onun qarşısında daim baş əydiyini qürurla və fəxrlə söyləmişdi.
Həmin dövrdə Almas
İldırım Mikayıl
Müşfiq və digər dərnək üzvləri ilə birlikdə şeir yarışına girər
və əksər hallarda onların hər ikisinin şeiri ən yaxşı şeir kimi müəllimləri Seyid Hüseyn tərəfindən təriflənərdi.
Amma onların bu ədəbi dərnəkdə
fəaliyyətləri uzun
sürmədi. Belə ki,
1920-ci ilin aprel ayının 27-dən 28-nə keçən
gecə bolşeviklər
Azərbaycanı işğal
edərək, müstəqil
cümhuriyyətimizin varlığına
son qoydular. Bu hadisə
o dövrdə cəmisi
13 yaşı olan Almas İldırımda
ağır mənəvi
iz buraxmış və onun gücü
hönkür-hönkür ağlamağa
çatmışdı.
Onu da deyək ki, bolşeviklər Azərbaycanı
işğal edəndə
Almasın babasının
və atasının
300 başa qədər
iri buynuzlu mal-qarası vardı. Həm də ticarətlə məşğul olan atası və babası bolşeviklərin
gəlişindən sonra
əllərində olan
bütün mal-mülkü
dövlətə təhvil
verirlər ki, onları sürgün etməsinlər
ƏZİZ MUSTAFA
Zaman.-2012.-12-13 iyul.-S.6.