Xalçalarıoxuyanadam

 

Adətən, deyirlər ki, Quba alması ilə tanınır. Ancaq almadan öncə bu bölgə Quba xalçaları ilə məşhurlaşıb. İndi bu xalçaların sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Bəli, Quba xalçaları dağ yamaclarına naxış vuran kəndlər qədər gözəl, həm qədimdir. Hər yurd yerinin digərlərinə bənzəməyən həyatı olduğu kimi, hər xalçanın da öz dili, öz gözəlliyi var. 

 Quba xalçaları insan ruhuna qanad verə bilən, adamı düşündürən öz aqibətindən dastan açan kitabələr qədər sirli təkrarolunmazdır. yazıq ki, biz onların dilini başa düşə bilmirik

Xalçaçılığın geniş yayıldığı rayonlarımızdan biri Qubadır. Burada xalçanın bir neçə növü toxunur. Toxunulan hər bir xalçanın adı, toxunduğu yerinə, naxışına oranın adətinə yaxındır. Məsələn: “Qollu çiçi”, “Sırt çiçi”, “Köhnə Quba”, “Mehrabı Quba s.

Kənardan baxanda adi naxışlardan ibarət olan xalça, əslində göründüyü kimi deyil: onda bir dünya, bir aləm təsvir olunur. Bu xalçaların üçün toxunduğunu, onların hansı şəraitdə onlarda təsvir olunduğunu bilmək bizə önəmsiz görünər. Amma burada həkk olunan naxışların dilini bilsək, həmin xalçalar bizi qəribə bir aləmə aparar.

Bu xalçaların sirrini bilən insanlardan biri Quba rayon sakini Ağacan Xudabaxış oğlu Kərimovdur. O, 1965-ci ildə Quba rayonunun Cimi kəndində anadan olub. Onun xalçaya olan həvəsi uşaq vaxtından başlayıb. Ağacanın babası Hacıkərim kişi ölkəmizin tanınmış xalçaçılarından olub. Ağacan babasının üzünü görməsə , bu fitri istedadın ondan keçdiyi qənaətindədir. Xalçaçı usta eyni zamanda xalçaların dilini bilməklə yanaşı, həm boyaqçıdır. Dediyinə görə, ən yaxşı xalça evlərdə bir adamın əlindən çıxan xalçalardır. O, bir xalçanın iki şəxs tərəfindən ərsəyə gətirilməsini məqbul hesab etmir. Ağacan usta xalça toxumaq üçün həm sakit, dedi-qodusuz mühitin vacib olmasını da vurğuladı: “Xalça məsum uşaq kimidir. Xalça toxunan yerdə heç bir səs-küy olmamalıdır. Xalçanı toxuyan adam şirindilli, gülərüzlü olmalıdır. Xalça toxunan məkanda gedən xoşagəlməz söz-söhbət belə xalçaya öz təsirini göstərir. Hətta mən deyərdim ki, belə söhbətlər ona hopur. Onda da o, istənilən formada alınmır”. O, bir həqiqəti dilə gətirdi: “İndi əsl xalça toxuyanlar azdır, onlar da əsasən pul xətrinə toxuyurlar. Onların da keyfiyyəti olmur”.

Ağacan kişini narahat edən bir məsələ var. O dedi ki, turistlər, bir qayda olaraq, xalça seçimində onun yaraşıqlı olub-olmamasına daha çox fikir verirlər: “Amma bu, düzgün deyil. Əgər onlara xalçaların dilini başa salan olsaydı, yəqin ki, heç zaman belə etməzdilər, bər-bəzəyə uymazdılar. Xalçanın dilini bilmədən onu duymaq mümkün deyil”.

Daha sonra Ağacan usta boyaqçılıqdan söz açdı. Bildirdi ki, xalçanın yaxşı, rəngarəng görünməsində iplərin yaxşı boyanması əsas şərtdir: “Ən yaxşı iplər təbii maddələrdən (palıd ağacının, soğan, nar qabıqlarından, biyan kökündən, boyaq otundan) alınır. Bu təbii maddələr günəşin şüaları altında qurudulur. Sonra isə döyülüb toz halına salınır”. Onun sözlərinə görə, xalça yuyulduqdan sonra rəngini itirməsin deyə onu turşu yaxud inək sidiyində saxlayırlar”. Usta bildirdi ki, hər rəngi boyamaq üçün ayrı-ayrı qab lazımdır. Ancaq usta bir küpdə bir neçə rəng əldə etməyin mümkün olduğunu bildirdi. Onu bunu özünün kəşfi kimi dəyərləndirdi. Dediyinə görə, zirinc kolunun kökü vasitəsilə bunun mümkün olduğunu bildirdi.

Usta xalçaya olan maraqdan da söz açdı. Dedi ki, indi xalçaya maraq azalıb. Halbuki ötən əsrin doxsnanıncı illərinin sonunda xalçaya maraq daha çox idi. Ustanın sözlərinə görə, buna səbəbkaprativsexlərdə xalçaların necə gəldi toxunmasıdır.

 

 

 MEHMAN FƏRMANOV

 

 QUBA

 

 Zaman.-2012.-13 iyun.-S.6.