Əhməd Cavad - istiqlal nəğməkarı
(4)
1925-ci ildə
Əhməd Cavad “Göygöl” adlı şeirini
yazdı. Şeirin bir yerində
deyilirdi:
Sənin
gözəlliyin gəlməz ki saya,
Qoynunda
yer vardır yıldıza, aya.
Oldun sən
onlara mehriban daya,
Fələk
büsatını quralı, Göygöl.
Şeir dərc
olunan kimi onu Azərbaycan SSR MİK sədri vəzifəsində
işləyən Səmədağa
Ağamalıoğlunun yanına gətirdilər.
Ağamalıoğlu şeiri oxuyan kimi ona heyran oldu. O əllərini
bir-birinə vuraraq, bu şeiri və onun müəllifini təriflədi.
Ancaq bir neçə saatdan sonra Əhməd Cavadın
paxıllığını çəkən və sapı özümüzdən
olan 3 nəfər başılovlu Ağamalıoğlunun
yanına gedərək, “Göygöl” şeirində
“Müsavat”ın, ay-ulduzlu üçrəngli bayarağın
həsrətinin çəkildiyini söylədilər. Dedilər
ki, Əhməd Cavad bu
şeirində cümhuriyyət dövrünün həsrətini
çəkib və “Müsavat” üçün
darıxdığını nümayiş etdirib. Bir az əvvəl
şeiri və müəllifini tərifləyən Ağamalıoğlu dərhal
fikrini dəyişərək hökumət əleyhinə təbliğat
aparması iddiası ilə Əhməd Cavadı həbs
etdirdi. Şeirin özünü isə tərcümə edərək
Moskvaya göndərdilər. Amma Moskvada şeirlə
tanış olduqdan sonra onda hökumət əleyhinə hər
hansı bir təbliğat olmadığı barədə
Bakıya məlumat verdilər. Amma yenə də Əhməd
Cavadı həbsdən azad etmək istəmirdilər. Əhməd
Cavadın anası naəlac qalıb köhnə ailə
dostları, o dövrdə Çekada( fövqəladə
komissiya) işləyən Mir Cəfər Bağırovun qəbuluna
getdi. Mir Cəfər Bağırov Əhməd Cavadın
anasını yaxşı tanıyırdı. Mir Cəfər
tərəddüdlə də olsa Əhməd Cavadın azad
edilməsinə yardım etdi. Amma ona məsləhət
gördü ki, başını salamat saxlamaq istəyirsə,
onda quruculuq işlərinə aid şeir yazsın. Bu dəfə
Əhməd Cavad “Pambıq” adlı şeirini yazdı. Amma bu
şeir də dərc olunan kimi dərhal şairin düşmənləri
hay-küy qaldırdılar və onu yenidən hökumət əleyhinə
fəaliyyətini davam etdirməkdə
günahlandırdılar.
Çünki Əhməd Cavad bu şeirində
pambıqla bağı:
Sən
Muğana gələli,
Biz
yaylağa köçmədik, - deyə yazaraq, onun kəndlilər
üçün bir bəlaya çevrildiyinə işarə
vurmuşdu. Amma bu dəfə rejim onu həbs etməyə tələsmədi.
Çünki Mir Cəfər Bağırovun Əhməd
Cavadı həbsdən azad etdirməsindən sonra bolşeviklər
bir müddət ona dəyib-dolaşmamaq qərarına gəlmişdilər.
1927-ci ildə
Əhməd Cavad ali təhsilini
başa vurdu. Amma yenə də
onun hər adımını izləyirdilər. Bütün
bunlardan təngə gələn Əhməd Cavad Bakını
tərk edərək Gəncəyə bir vaxtlar təhsil
aldığı və yaşadığı şəhərə
qayıtmağa məcbur oldu. Gəncədə Əhməd
Cavad Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında
müəllim, dosent, kafedra müdiri (1930-1933) vəzifələrində
işlədi. O, rus dili üzrə Azərbaycanın ilk
professorlarından biri kimi adını təhsil tariximizə
yazdırdı.
Daha sonra
isə Azərbaycan Dövlət Nəşriyyatının tərcümə
şöbəsində redaktor (1934), “Azərbaycanfilm”
studiyasında sənədli filmlər şöbəsinin
müdiri (1935-1936) kimi fəaliyyətini davam etdirdi. Amma o hara getsə, doğma vətənini
tərənnüm edir, ehtiyatla da olsa, şeirləri ilə
xalqı yeni azadlıq mücadilələrinə səsləyirdi.
Bununla o qələmi ilə öz xalqına bir ordunun görə
bildiyindən daha çox iş gördü.
Həmin
dövrdə yazdığı şeirlərindən birində
Əhməd Cavad bolşevik
rejiminə qarşı:
“Mən
çeynənən bir ölkənin
Haqq
bağıran səsiyəm”,- demişdi.
Çeynənmiş
ölkə deyəndə o bolşevik işğalı
altında inləyən, sərvətləri çapılıb talanan Azərbaycanı
nəzərdə tutur və cəsarətlə buna
qarşı özünün haqq səsini ucaldırdı.
Gəncədə
işlədiyi vaxtlarda da Əhməd Cavad vətənə
olan sevgisini yazdığı şeirlərində
nümayiş etdirməkdə idi. Əhməd Cavad 1930-cu ildə
“Kür” şeirini yazdı. Şeirin bir yerində o, Kür
çayına müraciətlə yazırdı:
Dolaşıb
dağı, daşı,
Qatırım
ol, yük daşı.
Əyil
Kürüm, əyil, keç!
Meydan sənin
deyil, keç!
Əhməd
Cavadın paxıllığını çəkənlər
yenə də bu şeirə görə onu tənqid etməyə
başladılar. Onlar iddia edirdilər ki, Əhməd Cavad:
Əyil
Kürüm, əyil, keç!
Meydan sənin
deyil, keç!-deməklə, bolşevik rejiminin yaxşı
olmadığını, keçmişdə, cümhuriyyət
dövründə daha yaxşı yaşadıqlarına
işarə vurub.
Əhməd
Cavaddan yaxa qurtarmaq üçün bolşeviklər onu həbs
etmək üçün bəhanə axtarırdılar. Ona
görə də, öndə vətənpərvər
şairi həbs etmək üçün zəmin
hazırlamağa başladılar. Bu məqsədlə
xüsusi xidmət orqanları Yazıçılar Birliyinin
üzvləri arasından ələ aldıqları yerli
satqınlardan istifadə etməyə başladılar. Onlardan
biri Əhməd Cavad haqqında
1929-cu il noyabr ayının 19-da “Gənc işçi” qəzetində
“Sandıq ədəbiyyatı banisi” adlı məqaləsini dərc
etdirdi. Məqalədə deyilirdi:
“Hər
şəyirdin bir ustası, hər fənnin bir
yaradıcısı, hər cərəyanın bir
başçısı olmamış deyildir.
Bizdə
çoxdan bəri kollanan “sandıq ədəbiyyatı” cərəyanının
“banisi” də - haqqında məqalələr yazılanda Əhməd
Cavad cənablarıdır.
Hazırda
məktəbli gənclərimizin bir hissəsi (ədəbiyyat
həvəskarları) Cavadın şeir
parçalarını dillərində əzbər etmişlər.
“Unudulmuş sevdalar”, “ Göy-göl”, “Leyla” gibi milli və
şovinist ruhda yazılan parçalar, gənclərimiz
arasında çox səmimiyyətlə qarşılanır.
Hətta
müsamərə verilən gecələrdə belə bu və
ya başqa gənc “xanəndələrdən” birisi Cavadın
heç olmasa “ Leylasını” oxumaqdan özlərini saxlaya
bilmir. Bu hələ sandıq ədəbiyyatının zahiri
forması (şəklidir).
Batində
isə özünün kokumuş kafasından “gözəl” kəlmələr
intixab edərək, gənc nəslin ruhunu zəhərləyici
“sənətkaranə” parçalar yaradan Cavad, təsiri
altına salmış olduğu adamların vasitəsilə həmin
parçaları gənclər içərisində
intişar etdirir...Biz yəqin edirik ki, Cavadın yox edilməsi,
sandıq ədəbiyyatına möhkəm bir zərbə
endirəcək və həvəskar gənclərimiz, cəmiyyət
ətrafına toplanaraq, proletar məfkurəsilə
silahlanıb, bizə istədiyimiz proletar ədəbiyyatını
verə biləcəklər”.
Bu məqalə
ilə əslində Əhməd Cavadı gedər-gəlməzə
aparan yolun əsası qoyulmuş oldu.
Yenə də
Gənc işçi qəzetinin 17 noyabr 1929-cu il tarixli
sayında Əhməd Cavad haqqında “Müsavat dəllalı”adlı
məqalə getmişdi. “Kırmızı saz” imzası ilə
gedən yazıda Əhməd Cavad xalq, sovet rejiminin
düşməni kimi qələmə verilərək həcv
edilirdi. Ümumiyyətlə, həmin dövrdə Əhməd
Cavad əleyhinə gedən yazılara “Sonadək ifşa etməli”
(Abdulla Faruq), “Sıralarımızda düşmənlərə
yer yoxdur” (Ağahüseyn Rəsulzadə),
“Sıralarımızı təmizləyəlim!” (Cəfər
Xəndan), “Təmizliyə başlanmalıdır!” (Məmməd
Səid Ordubadi), “Səhvlərimiz haqqında” (Səməd
Vurğun), “Sayıqlığın kütləşdiyi yerdə”
(Seyfulla Şamilov) və sair başlıqlar qoyulmuşdu. Belə
yazıların yalnız adı Əhməd Cavadı həbs
edərək, gedər gəlməzə göndərmək
üçün yetərli idi. Bu yazıların müəlliflərinin
çoxu sonralar Azərbaycanda yüksək vəzifələrə
irəli çəkilərək yazdıqları əsərlərlə
sovet rejiminin məddahlarına çevrildilər.
1935-ci ildə
Əhməd Cavad Gəncədən Bakıya qayıtdı. O,
Azərnəşrdə işə düzəldi. Amma artıq
Əhməd Cavada qarşı rejim bütün cəbhəboyu
hücuma keçmişdi. O yazıçılar
ittifaqının plenumlarında tez-tez, özüdə olduqca
kəskin şəkildə tənqid edilirdi. Əhməd Cavad
bu hücumlara məhəl qoymamağa çalışır
və onu tənqid edənlərə, üzərinə
olmazın iftiralar atanlara münasibətdə özünü
təmkinli aparırdı. Amma yuxarılarda artıq onun taleyi
həll edilmişdi.
1937-ci ildə
rejim artıq Əhməd Cavadla haqq hesabı birdəfəlik
çürütmək qərarına gəldi.
Əvvəlcə
onu Yazıçılar İttifaqının
üzvlüyündən çıxarmaq qərarına gəldilər.
Bu məqsədlə 1937-ci il iyun ayının 3-də
Yazıçılar İttifaqının plenumu keçirildi.
Plenumda Əhməd Cavad kəskin şəkildə tənqid
edilərək burjua, millətçi şairi
adlandırıldı. Sonra isə onun məsələsini
qoyaraq, Yazıçılar İttifaqının
sıralarından xaric etdilər. Bundan 5 gün sonra isə
öz vətənini sevən bu böyük insana “xalq
düşməni” damğası vuraraq həbs etdilər. Evində
axtarış aparan zaman kitablarını, əlyazmalarını,
hətta Şükriyyə xanımın zinyət əşyalarını
belə müsadirə etdilər.
Əhməd
Cavadı, sinəsində türklük eşqi vətən məhəbbəti
bulaq kimi çağlayan bu böyük insanı bolşeviklər
1937-ci il oktyabr ayının 12-də güllələdilər.
Həyat yoldaşı Şükriyyə xanımın isə
xalq düşməninin arvadı adı altında həbs edərək
sürgünə göndərdilər. 7 ildən sonra
Şükriyyə xanımı azad etdilər ancaq ona
Bakıda yaşamağa icazə vermədilər. 1955-ci ildə
Əhməd Cavada bəraət verdilər. Əhməd
Cavadın oğlanları Aydın, Tuqay, Yılmaz atalarına
layiq övladlar oldular..
Əhməd Cavadın xatirəsi Azərbaycanda
həmişə hörmətlə anılıb və bu
gündə anılmaqdadır.
Bu il Əhməd Cavadın anadan olmasının 120 ili
tamam olur. Bunu nəzərə alan Prezident İlham Əliyev bu
ilin fevral ayının 9-da Əhməd Cavadın 120 illik
yubileyinin keçirilməsi ilə bağlı sərəncam
imzalayıbr. İnanırıq ki, türkün istiqlal
şairinin 120 illiyi onun adına layiq qeyd olunacaq.
Sonda Əhməd
Cavadın bir şeiri ilə yazımızı bitiririk.
Mən
türk övladıyam
Mən
bir güləm,
yük
altında əzilmişəm, qardaşım,
Sevinc bilməz
bir məhkumam,
ahu-zardır
sirdaşım.
Damğa
vurub,
zəncirləyib
tullamışlar zindana,
Qarlı-buzlu
cəhənnəmlər
məskən
olmuşdur bana.
Mənə
dinmə, sus deyirsən,
nə
vaxtacan susacam,
Böhranların,
hicranların,
məhbəsində
qalacam?
Niyə
susum, danışmayım,
insanlıqda
payım var,
Mənim
ana Vətənimdir
talan olan
bu diyar.
Niyə
susum, danışmayım, T
ürk
yurdudur bu torpaq,
Oğuzların,
elxanların
Vətənində
kimdir, bax!
Bu
dünyada azadlığı
şan
şöhrətdən üstün tut,
Alçaqlığı,
yaltaqlığı rəzilliyi sən unut!
Necə
susum, danışmayım,
mən
eyləyim xəyanət?
Hanı
sevgi, hanı Vətən,
de harda
qaldı millət?
Mən
bir güləm,
yerim
altın, suyum gümüş, özüm ac,
Atam məhkum,
anam sail,
elim hər
şeyə möhtac.
Mən
Türk övladıyam,
dərin
ağlım, zəkam var
Nə
vaxtacan çiynimizdə
gəzəcəkdir
yağılar?
Nə qədər
ki, hakimlik var,
məhkumluq
var, mən varam.
Zülmə
qarşı üsyankaram,
əzilsəm
də susmaram! Son
İstifadə
olunan ədəbiyyatlar
1.Əhməd
Cavad - Vikipediya
2.“Salmanlı
R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan
qəzeti.- 2003.- 28 may.- s.6.
3.“Rzalı
R. Altunlar yurdudur bu kasıb ölkə. - Azərbaycan himninin
müəlliflərindən biri // Azərbaycan qəzeti. -
2002.- 28 may.- s.8.
4.“Rzayeva
M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə
oldu // Şərq qəzeti.- 2006.- 28 fevr.- s.6.
5.Yeni Nəsil portalı
YNP.az
05.06. 2012
6.
Oktay Hacımusalı
Xalq Cəbhəsi qəzeti.- 2012.-19
yanvar.- S.13.
7.
Gülər Qasımova 23.07.2010 Azadliq radiosu azadliq org.az
8.19.09.2010
Gulər Əhmədova, Azadliq org.az
Zaman.-2012.-13 iyun.-S.12.