Əbdürəhman
Fətəlibəyli - yaxşı
tanımadığımız qəhrəman (2)
Hələ Azərbaycanda yaşadığı illərdə uşaq yaşlarından bolşevik zülmünün bütün ağrılarını öz üzərində hiss edən yurdu, evi talanan, əmiləri öldürülən və ya sürgünə göndərilən Əbdürəhman bəy Fətəlibəyli sovet rejiminin çirkin üzünə yaxşı bələd idi. Ona görə də almanlara əsir düşən gündən onun ilk işi vətənin azadlığı uğrunda əsir soydaşlarımızdan ibarət milli legionerlər alayının yaradılması oldu.
O,
Almaniyanın Rusiyanı məğlub etməsindən sonra Azərbaycanın müstəqillik
əldə edəcəyinə inanırdı. Buna isə indidən
hazırlaşmaq, alman hərbi təcrübəsindən
istifadə edərək, milli döyüşlərdə
püxtələşən Azərbaycan ordusunu yaratmaq
lazım idi. Bu məqsədlə də o, alman hərbi
komandanlığı ilə əlaqə yaratmaq qərarına
gəldi. Alman əsir düşərgəsində sovet ordusu
mayorunun düşərgə komendantına müraciəti və
özünü təqdim edərək niyyətini söyləməsi
onlara bir qədər qəribə gəldi
1939-cu
ildə Leninqrad hərbi dairəsinin daxil olduğu ərazidə
SSRİ ilə Finlandiya arasında müharibə
başladı. Əbdürəhmanın alayını da finlərlə
döyüşlərə göndərdilər. Bu, onun
üçün əsl təcrübə, qəhrəmanlıq
məktəbi oldu. Döyüşlərdə göstərdiyi
igidliklərə görə Əbdürəhmanı
“Qırmızı Ulduz” ordeni ilə təltif etdilər. Finlərlə
müharibə başa çatan kimi onu yeni vəzifəyə
- Leninqrad dairəsi qərargahında 6-cı şöbənin
rəisi vəzifəsinə irəli çəkdilər. Bir
müddət o, burada işlədi. 1940-cı ildə sovet
ordusu Pribaltikanı işğal edəndən sonra Əbdürəhmanı
hərbi xidmətini davam etdirmək üçün Riqaya
göndərdilər. 1941-ci ilin
iyun ayının 22-də Almaniya SSRİ-yə hücum
etdi. Bununla da II Dünya müharibəsinin taleyində önəmli
rol oynayacaq
döyüşlər başladı. Müharibənin ilk günlərindən üstünlüyü
ələ alan alman
orduları sürətli hücumla Pribaltika respublikalarını sovet
əsarətindən azad etdilər.
Almanların Latviyanın Riqa şəhərinə
hücumu zamanı mayor Əbdürəhmanın
komandanı olduğu alay
mühasirəyə düşdü.
Qızğın döyüşlərdən sonra
mayor anladı ki, döyüşün davam
etdirilməsi əsgərlərin mənasız şəkildə
ölümə göndərilməsi demək olacaq.
Çünki almanlar alay ətrafında 4 qat
mühasirə halqası yaratmışdılar. Bu mühasirəni yarıb çıxmaq isə
mümkün deyildi.
Belə bir vəziyyətdə alay ya sona
kimi döyüşərək məhv
olmalı, ya da
silahı yerə qoyaraq təslim olmalı
idi. Xarakter etibarilə
olduqca sərt, eyni zamanda humanist bir adam olan
Əbdürəhman bəy insani
duyğuları əsas götürərək, alayla birgə silahı yerə qoyaraq
almanlara təslim oldu.
Bundan sonra onun həyatında, belə demək
mümkünsə, yeni bir
dövr başladı. Bu
dövrü SSRİ-də
satqınlıq, vətən xaini kimi dəyərləndirdilər. Onun adı da milli xain kimi
çəkilməyə başladı. Amma
o xain idimi?
Bu suala cavab verməyi hər kəsin öz
vicdanına buraxırıq. Bununla belə,
bir məsələnin üstündən
də sükutla keçmək istəmirəm.
Bu da həm Almaniya, həm də SSRİ arasında gedən
müharibə işğalçılıq, daha
çox yeni əraziləri
ələ keçirmək, milyonlarla
insanı əsarət altına almaq, qul kimi onların əməyindən
istifadə etmək, onları kölə vəziyyətinə
salmaq niyyətlərinə xidmət edirdi. Müharibədən
cəmisi 21 il əvvəl bolşeviklər
Azərbaycanı işğal edərək,
Şərqdə ilk demokratik,
müstəqil dövlətimizi devirmişdilər. Bu baxımdan məsələyə yanaşanda, Əbdürəhman bəy Fətəlibəylinin
(Düdənginskini) almanlar tərəfində
ruslara qarşı döyüşməsi
onun öz vətəninin
milli azadlığı uğrunda
mübarizə aparması kimi dəyərləndirilə
bilər. Əslində məsələnin də mahiyyətində
məhz bu dayanırdı. Əbdürəhman
xalqını kölə vəziyyətinə salan
işğalçı rejimə qarşı əsir azərbaycanlılardan
təşkil edilən legionerlərə rəhbərlik edirdi. Yenə də bu məntiqdən
çıxış etsək, onda
SSRİ ordusu tərkibində almanlara qarşı döyüşən azərbaycanlılara
da “satqın” və “xain” demək lazım gələcək.
Çünki onların da
ərazilərimizi işğal edən ruslar sırasında döyüşməyə
haqları yox idi. Ona görə də bizim
cəbhənin nə bu tayında
(rusların sırasında), nə də o
tayında (almanların tərkibində) döyüşən
soydaşlarımıza xain deməyə mənəvi
haqqımız yoxdur. Çünki
o dövrdəki hadisələr onların
iradəsindən asılı olmadan baş verirdi və
soydaşlarımız buna qarşı
çıxmaq imkanına malik deyildilər...
Almanlar tərəfindən əsir
alınan soydaşlarımıza gəlincə, onların bir çoxu yalnız əsirlik
həyatında nələrin baş verdiyini anlayaraq ruslara qarşı döyüşən Azərbaycan
legionerlərinin sıralarına qoşuldular.
Onların ilham qaynağı isə
istedadlı hərbçi Əbdürəhman Düdənginski
idi. Hələ Azərbaycanda
yaşadığı illərdə uşaq
yaşlarından bolşevik zülmünün bütün
ağrılarını öz üzərində
hiss edən yurdu, evi talanan, əmiləri öldürülən və ya sürgünə göndərilən Əbdürəhman
bəy Fətəlibəyli sovet rejiminin çirkin
üzünə yaxşı bələd idi.
Ona görə də almanlara
əsir düşən gündən onun ilk işi vətənin
azadlığı uğrunda əsir
soydaşlarımızdan ibarət milli
legionerlər alayının yaradılması oldu.
O, Almaniyanın Rusiyanı məğlub etməsindən sonra Azərbaycanın
müstəqillik əldə edəcəyinə
inanırdı. Buna isə indidən
hazırlaşmaq, alman hərbi təcrübəsindən
istifadə edərək, milli
döyüşlərdə püxtələşən Azərbaycan
ordusunu yaratmaq
lazım idi. Bu məqsədlə
də o, alman hərbi
komandanlığı ilə əlaqə yaratmaq
qərarına gəldi. Alman əsir
düşərgəsində sovet ordusu mayorunun düşərgə
komendantına müraciəti və özünü
təqdim edərək niyyətini söyləməsi onlara bir qədər qəribə
gəldi. Çünki almanlar
arasında, adətən, sovet ordusu zabitləri haqqında satılmaz təsəvvürü
formalaşmışdı. Amma indi almanlar əsir
aldıqları sovet ordusu
zabitləri, həm də əsgərləri arasında onlara xidmət etmək istəyən on minlərlə insanla
qarşılaşırdılar. Bu da onları təəccübləndirməkdə
davam edirdi. Bunun hiylə, öncədən
planlaşdırılan bir addım
olacağından şübhələnən alman
generalları isə bu məsələdə
ehtiyatlı hərəkət edirdilər. Ona
görə də onun ilk
vaxtlar əsirlər arasındakı vətənpərvərlər
tərəfindən ruslara qarşı
döyüşmək üçün milli legionlar yaratmaq istəyi cavabsız qaldı. Buna baxmayaraq, alman komandanlığı tərəfindən
Almaniya-SSRİ müharibəsinin ilk illərindən hərbi əsirlər və
işğal altında olan
mülki əhali arasından könüllü dəstələr
yaradılmağa başladı. “Müharibənin ilk aylarında həmin könüllülərdən
əsasən arxa cəbhədə sürücü, mehtər, mətbəx işçisi kimi və
müxtəlif sahələrdə istifadə edirdilər. Döyüş bölgələrində isə
onlar patronlar
daşıyır, rabitə və minatəmizləmə
işlərində çalışırdılar. İlkin fəaliyyət dövründə alman hərbi hissələrindəki belə
könüllüləri xivi (almancanın
qısaldılmış forması “Nilvswillige” - könüllü
köməkçilər, daha dəqiqi - “köməyə hazır olanlar”) adlandırırdılar və
müharibənin sonunadək onları belə də
çağırdılar. 1942-ci ilin
sonlarına qədər belə xivilər Şərq cəbhəsindəki
alman hissələrində əhəmiyyətli
dərəcədə çox idilər. Qeyd olunmalıdır ki,
“Xivi”lərin hüququ artdıqca onlar legionerlər - könüllülər, könüllü vuruşanlar
olaraq qəbul edilməyə
başlandılar”. (Nəsiman Yaqublu, “Azərbaycan legionerləri”
kitabı, Sovet legionerləri. Legionerlərin təşkili, VI bölüm).
Burada bir haşiyəni də çıxmağı
özümüzə borc
bilirik. Belə ki, ruslara qarşı
döyüşmək üçün
əsir azərbaycanlılardan
ibarət milli legionerlərdən ibarət
alayların yaradılması
ideyasının birbaşa
Əbdürəhman Fətəlibəyliyə
aid olduğunu söyləmək
bizim tərəfimizdən
böyük səhv olardı. Belə ki, ilk dəfə belə bir təkliflə,
yəni türk-tatar əsirlərindən milli
alaylar yaratmaq ideyası generallar Nuru Paşa və Ərkilət bəyə
aid idi. Bununla əlaqədar tarixçi
alim Nəsiman Yaqublu “Azərbaycan legionerləri” adlı kitabında yazır: “Bəs türk-tatar əsirlərindən milli
legionlar yaratmaq fikrini ilk dəfə kim irəli sürmüşdü? Mühlen
yazırdı ki, bu fikrin təşviq
ediciliyində iki türk generalının xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsinə cəhdlər
göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi Nuru Paşa, digəri isə general Ərkilət
bəy idi. Qeyd edək ki, hələ 1941-ci ilin sentyabrında Berlinə gələn Nuru Paşa Almaniya Xarici İşlər Nazirliyi ilə əlaqələr quraraq, yüksək səviyyəli dövlət
rəsmiləri Veyçzeker
və Bermanla görüşlər keçirdi.
Almaniyada öz fıkir və ideyalarını, fəaliyyət
proqramını açıqlayan
Nuru Paşa həmin fikirlərin (yəni əsir türk xalqlarından ibarət milli legioner dəstələrinin
yaradılması) Türkiyədə
çoxları tərəfindən
dəstəkləndiyini bildirirdi.
Nuru Paşa alman nümayəndələrinə
izah edirdi ki, o Türkiyə hökumətindən xəbərsiz
olaraq buraya gəlməmişdir. Berlinə
yola düşməzdən
qabaq o, bu səfəri haqqında ancaq Baş Nazirə məlumat vermişdi.
Lakin Almaniya dövləti Nuru Paşanın təkliflərini onun gözlədiyi kimi qarşılamadı”.
Zaman.-2012.-21-22 iyun.-S.12.