Əbdürəhman
Fətəlibəyli - yaxşı
tanımadığımız qəhrəman (3)
Azərbaycanda ilk demokratik cümhuriyyətin rəhbəri Məmməd Əmin Rəsulzadə Əbdürəhman bəyin milli qeyrətindən, bu yolda apardığı mübarizəsindən çox razı qalmış və: “Məndə onunla (Düdənginski ) görüşdən sonra gələcəkdə ay-ulduzlu bayrağımızın etibarlı əllərdə olcağına inam daha da artdı. Belələri ilə fəxr etmək olar”-deyə qürurla söyləmişdi. O, daha sonralar Türkiyədə keçirilən Düdənginskinin xatirəsini yadetmə mərəsimindəki çıxışında Azərbaycan Milli Birlik Məclisinin yaradılması və eyni zamanda ona Almaniya rəhbərliyinin münasibəti haqqında belə demişdi:
“Milli Azərbaycan Komitəsi (Məclisi) nasist alman məqamlarına məram anlada bilmədi. Hitler “heç bir komitə istəmirəm” demiş... milli legionlarla ordu qərargahı arasında... rabitə vəzifəsini aparan məhdud... “Rabitə heyəti” qurulmasını istəmişdi. Azərbaycan Rabitə heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca, mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmanna edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq olduğu müddətcə, onu mənən dəstəkləyəcəyimizi vəd etmişdik”.
Almanlar 1941-42-ci illərdə
ehtiyatla da olsa xüsusi seçilmiş əsirlərdən ibarət
qarışıq tərkibli legioner
alayları qurmağa başladılar.
Fətəlibəyli
ilə, onunla ilk tanışlıq alman generallarında
böyük maraq doğurmuşdu. Əbdürəhman Düdənginskini
şəxsən dinləyən alman generallarından biri onun
haqqında: “O adam olduqca istedadlı bir hərbçi təsiri
bağışlayır. Əgər üzünü görməyib
yalnız səsini dinləsəydim, onda elə bilərdim ki
qarşımda dayanan damarlarında təmiz alman qanı axan, mədəniyyətli,
nəzakətli, həm də fitri istedada malik olan bir zabitimiz
dayanıb”.
Ə.Fətəlibəylinin
əsir azərbaycanlılardan ibarət milli legionerlər
alayı təşkil etmək üçün göstərdiyi
fəaliyyəti və onun bu işə rəhbərliyini
keçmiş legioner Məhəmməd Kəngərli belə
xatırlayırdı: “O, Azərbaycan legionunun layiqli
mövqeyini nümayiş etdirmək üçün legionun cəbhəyə
göndərilməsini alman məqamlarına tövsiyə
etmişdi. Sonradan cəbhələrdə qızıllara
qarşı mücadilədə göstərmiş
olduqları üstün bacarıq və qəhrəmanlıqlardan
dolayı alman məqamları tərəfindən “Aslan”
adı verilən 804-cü tabur ilk dəfə olaraq, 1942-ci ildə Qafqaz cəbhəsinə sövq
edilmişdi. Gecəni gündüzə qataraq
çalışmanın nəticəsində qısa bir
zamandan sonra bütün hazırlıqları tamamlanan beş
azərbaycanlı taburu da 17-ci alman ordusuna bağlanaraq cənub
cəbhəsindəki savaşlarda, xüsusən Krım cəbhəsində
böyük bacarıqlar göstərmişdilər”
Ə.Fətəlibəylinin
doyüşlərdəki cəsurluğu, qəhrəmanlığı
haqqında legioner Şamil Atabəy isə yazırdı:
“1942-ci ilin ortalarından başlayaraq, Fətəlibəyli
legionerlərlə birlikdə cəbhədə idi. Qısa bir
vaxtda Fətəlibəylinin başçılığı
altında olan legionerlərin qəhrəmanlığı
almanları heyrətə gətirirdi”.
Onun
şəxsi ünsiyyəti, şahzadəliyi, çətinliyə
düşən hər şəxsə köməyə
hazırlığı hamını heyran edirdi. Onun barəsində sonralar
“NKVD” casusuna çevrilərək Fətəlibəylini
öldürməyə göndərilmiş Mikayıl
İsmayılov yazırdı: “Abo Düdənginski (mən heç
vaxt ondan əsl
familiyasını soruşmurdum - Düdənginskidir, yaxud Fətəlibəylidir) hərbi əsirlər
düşərgəsindən azad edildikdən
sonra OKV (Ali Baş Komandanlıq) ona Azərbaycan
legionlarına komandanlıq etməyi təklif etdi
(Almanlar Şərq xalqlarından belə legionlar təşkil edirlər: Türküstan, Azərbaycan, erməni, gürcü,
şimali qafqazlı və s.)...
Abo doğma Azərbaycanını
ürəkdən sevirdi, lakin
şovinist deyildi. O, alovlu və inamlı Qafqaz
patriotu idi. Qafqaz bu gün
çox ağır və kədərli
günlərini yaşayır. İnanıram ki,
bizim ümumi Qafqaz evimiz qardaşlıq
dünyasına qayıdacaq və bu, Fətəlibəyliyə
qoyulan ən yaxşı heykəl olacaq”.
Fətəlibəyli və Azərbaycan
Milli Birlik Məclisi
Alman generalları
Əbdürəhman bəy
Fətəlibəylinin almanlara
sədaqətini və
onun başçılıq
etdiyi legionerlərin cəbhədə ruslara qarşı qəhrəmanlıqla
döyüşməsini görəndən
sonra ona müəyyən sərbəstlik
vermiş və buna paralel olaraq,
siyasi fəaliyyətinə
imkan vermişdirlər.
O, şəhərdə sərbəst
hərəkət edə,
istədiyi yerə gedə bilirdi. Ona görə də o bu etimaddan istifadə edərək, Almaniyada Azərbaycan Milli Birlik Məclisini ( komitə) qurmaq qərarına gəldi. Həmin vaxt Almaniyada Rəsulzadə tərəfindən
əsası qoyulan mühacir təşkilatı
fəaliyyət göstərirdi.
Bu təşkilat daha çox 1920-ci ildən
sonra xaricə getməyə məcbur olan azərbaycanlıları
özündə birləşdirirdi.
Ona görə də Fətəlibəyli daha bir mühacir təşkilatı yaratmaqla
əsir soydaşlarımız
arasında milli birliyi təmin etmək və fürsətdən yararlanaraq
onları gələcəkdə
azad Azərbaycanın
idarə olunmasına hazırlamaq niyyətində
idi.
1943-cü ilin noyabrında
Düdənginskinin başçılığı
altında Berlində Azərbaycan Milli Birlik Məclisi tərəfindən Azərbaycan
Qurultayı keçirildi. Bu, əslində həmin dövrdə əsirlik həyatı yaşayan azərbaycanlılar və
mühacirətdə olan
soydaşlarımız tərəfindən
birgə keçirilən
ilk qurultay idi.
Qurultay milli marşımız ilə başlandı. Qurultayın döyünən ürəyi isə belə demək mümkünsə, Əbdürəhman
Düdənginski idi.
O, qurultaydakı çıxışında
uzaqgörənliklə: “Azərbaycanı
azərbaycanlılar idarə
etmiş və yenə onlar idarə edəcəkdir”,- dedi.
Çıxışlardan sonra qurultay iştirakçıları tərəfindən
5 maddədən ibarət
qərar qəbul edildi. Həmin maddələrdə
bolşevizmin məhv edilməsi və Qafqaz birliyinə daxil olan müstəqil
Azərbaycan dövlətinin
yaradılması əsas
məqsədlərdən biri
kimi qarşıya qoyulmuşdu. Qurultayın bir
əhəmiyyəti də
Azərbaycan işğal
ediləndən sonra
ilk dəfə iclas zalında ay-ulduzlu bayrağımızın dalğalanması
oldu. Qurultayda bolşeviklər tərəfindən türk
adının azərbaycanlı
adı ilə əvəz olunmasına da etiraz səsləri
ucaldıldı və
toplantı iştirakçıları
Anadolu türkləri ilə özlərinin səhv salınmaması üçün millətimizin
adını Azəri türkü adlandırdılar.
İştirakçılar Azərbaycanın yenidən müstəqilliyinə
qovuşması üçün
şirin canlarından
belə keçməyə
and da içdilər.
Fətəlibəyli-Düdənginskinin milli vətənpərvərlik ruhundakı
çıxışları və Azərbaycanın yenidən azad olunması üçün
gecə-gündüz bilmədən
çalışması Məmməd
Əmin Rəsulzadə
də xoş təəssürat
oyatmışdı. O, Əbdürəhman
bəy ilə ilk görüşündən sonra:
“Hərarətli və
anlayışlı bir
əsgərlə qarşılaşdım”,- demişdi.
Azərbaycanda ilk demokratik cümhuriyyətin
rəhbəri Əbdürəhman bəyin milli qeyrətindən, bu yolda apardığı
mübarizəsindən çox
razı qalmış və: “Məndə onunla (Düdənginski ) görüşdən sonra
gələcəkdə ay-ulduzlu
bayrağımızın etibarlı
əllərdə olacağına
inam daha da artdı. Belələri ilə fəxr
etmək olar”-deyə qürurla söyləmişdi. O, daha
sonralar Türkiyədə
keçirilən Düdənginskinin
xatirəsini yadetmə
mərəsimindəki çıxışında Azərbaycan
Milli Birlik Məclisinin yaradılması
və eyni zamanda ona Almaniya
rəhbərliyinin münasibəti
haqqında belə demişdi:
“Milli Azərbaycan Komitəsi ( Məclisi)
nasist alman məqamlarına məramını
anlada bilmədi. Hitler
“heç bir komitə istəmirəm” demiş... milli legionlarla ordu qərargahı arasında...
rabitə vəzifəsini
aparan məhdud... “Rabitə heyəti”
qurulmasını istəmişdi.
Azərbaycan Rabitə heyətinin
başına da mərhum Fətəlibəyli
gətirilmişdi. İş bu
şəkil alınca,
mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək,
fəaliyyət sahəsindən
çəkilmiş və
milli əsaslarımıza
sadiq olduğu müddətcə, onu mənən dəstəkləyəcəyimizi
vəd etmişdik”.
Beləliklə, Rəsulzadə Düdənginskinin
fəaliyyətinə böyük
qiymət vermiş və onun apardığı
milli azadlıq mücadiləsini dəstəkləmişdi.
Bütün bunlar da Əbdürəhman Düdənginskinin milli ideallarımıza sadiq olduğunu, vətənimizin
azadlığı üçün
“of” belə demədən
canından keçməyə
hazır qəhrəmanlarımızdan
biri olduğunu göstərir
Əbdürəhman Fətəlibəyli əslən
azərbacanlı olmayan
digər insanlar arasında da böyük hörmətə
malik idi. Bunu milliyətcə
çeçen olan və həmin dövrdə Almaniyada yaşayan, sonralar məşhur tarixçilərdən
biri kimi tanınacaq Əbdürəhman
Avtorxanovun öz adaşı Əbdürəhman
Düdənginski haqqında
söylədikləri də
bir daha sübut edir. Əbdürrəhman Avtorxanova
Düdənginski haqqında
yazır: “Hardasa
1943-cü ilin ortalarında
Berlində Vermaxtın
Ali Komandanlığının (OKV) qəbulunda qafqazlı görkəmində, Sovet hərbi əsiri zabiti formasında olan (xarici görkəmindən
hiss edilirdi ki, düşərgədən yenicə
azad olunub) bir nəfərlə qarşılaşdım. Qəbul otağında
adamlar çox idi və bir
qədər tərəddüddən
sonra ona yaxınlaşıb qafqazlı
olub-olmadığını soruşdum. Gözlənilməz sualdan səksəndi
və cavab vermək əvəzinə
eyni sualla da mənə müraciət etdi. Mən özümü təqdim etdim. O da dedi ki, keçmiş
Sovet ordusu mayoru, azərbaycanlı Abo Düdənginskidir. Həmin vaxtdan bizim dostluğumuz
başladı. İnanıram ki, Abonu ömründə
bir dəfə görən şəxs bu qeyri-adi insanı
heç zaman unuda bilməz. Onun şəxsi ünsiyyəti,
şahzadəliyi, çətinliyə
düşən bir şəxsə köməyə
gəlməsi hamını
heyran edirdi”.
Bir sözlə,
Əbdürəhman damarlarında
əsl türk qanı axan, insanlarla dil tapmağı sevən, mərd, hamıya yardım əli uzatmağı sevən bir tikəsini belə heç kimsədən əsirgəməyən
alicənab bir insan idi.
Zaman.-2012.-29 iyun.-S.7.