Bəkir
Çobanzadə - türkün nəğməkar şairi və
dilçi alimi (4)
“Tarixinə
və incəliklərinə Macarıstan paytaxtında yiyələndiyi
türk dili Çobanzadənin yalnız elmi deyil, poetik irsinin
də əsas mövzusu idi... Böyük əksəriyyətini
Macarıstanda yazdığı şeirlərin əsas
mövzusu isə vətən, ana dili, türk-tatar
xalqlarının şanlı tarixi keçmişi və bu
günkü acınacaqlı vəziyyətləri, maarif və
tərəqqiyə çağırışla bağlı
idi... Sonra həmin şerlərin coğrafiyası genişlənərək
bütün islam Şərqini əhatə etmişdi.”
Adətən, Bəkir Çobanzadə
haqqında danışarkən onun adını daha çox
dilçi, türkoloq alim kimi çəkirlər. Amma
Çobanzadə yaradıcılığında onun şeirləri
və ədəbi-siyasi məqalələri xüsusi yer tutur.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi Bəkir
Çobanzadəni, adətən, türk dünyasının
istiqlal nəğməkarı Mehmet Akif Ərsoyla və Homerlə
müqayisə edirlər. Çünki onun şeirlərinin hər
misrasında türkün azadlıq ruhu gur çeşmə
kimi püskürür. Müəllif özü bu barədə
yazırdı: “Yetişdikcə şair olurdum. Şeirlərim
öz mayasını tənha, yoxsul, başı dərdlər
çəkən qazax ellərindən, ağır boyunduruq
altında inləyən tatarların türkü və şərqilərindən
alırdı”.
Bəkir
Çobanzadənin yaradıcılığında bu amilə
xüsusi diqqət yetirən professor Vilayət Quliyev yazır:
“Tarixinə və incəliklərinə Macarıstan
paytaxtında yiyələndiyi türk dili Çobanzadənin
yalnız elmi deyil, poetik irsinin də əsas mövzusu idi... Böyük
əksəriyyətini Macarıstanda yazdığı
şeirlərin əsas mövzusu isə vətən, ana dili,
türk-tatar xalqlarının şanlı tarixi
keçmişi və bu günkü acınacaqlı vəziyyətləri,
maarif və tərəqqiyə çağırışla
bağlı idi... Sonra həmin şerlərin
coğrafiyası genişlənərək bütün islam
Şərqini əhatə etmişdi. “Yazdığı
şeirlərinin birində Çobanzadə istedadlı, lakin
heç kimin maraqlanmadığı və hamının
gözü qarşısında düşdüyü
ağır vəziyyətdə acı-acı ağlayan
müsəlman uşağını yatan Şərqlə
müqayisə etmişdi:
Bütün
Şərq sərməstdir uyquda yatır,
Çubuğun
sümürür, nəşəsin atır.
Keçirir
həyatın miskin, həvəssiz
Bir
uşaq ağlayır kənarda səssiz-
Müsəlman
balası, islam çocuğu.
Keçmişi
yalandır, bu günü bulud,
Sabahı
nəm çəkmiş taxta bir tabut.
Bütün
Şərq gömülür məzara diri,
Bir
uşaq ağlayır bayaqdan bəri-
Müsəlman
balası, islam çocuğu.
(Krım-tatar
türkcəsindən Azərbaycan türkcəsinə
uyğunlaşdıran Vilayət Quliyevdir).
Bu
şeir Bəkir Çobanzadənin türk islam aləminin
problemlərini, ağrılarını bütün
varlığı ilə duyduğunu göstərir. Ona görə
də şeirin hər misrası insanın ürəyini
sızladaraq günümüzdə belə
aktuallığını itirməyib. Çünki bu gündə
də Fələstində, Yaxın Şərqdə, Əfqanıstanda,
İraqda və digər islam ölkələrində
düşmən güclər tərəfindən ən
çox zülmə məruz qalan, haqları tapdalanan,
ataları, anaları gözlərinin qabağında qətlə
yetirilən, Çobanzadənin dili ilə desək, müsəlman
balası, islam çocuqlarıdır.
Bəkir
Çobanzadə yazdığı şeirlərinə, adətən,
Bəkir Sidqi imzasını qoyub. O, Budapeşt Universitetinə
qəbul olunarkən rektorluğa təqdim etdiyi sənəddə
də Bəkir Sidqi adını yazıb. Onun Macarıstandan vətənə
qayıdarkən sərhəddə təqdim etdiyi pasportunda da
adı Bəkir Sidqi kimi göstərilib.
Ümumiyyətlə
Çobanzadənin şeirlərində vətən, millət
sevgisi, haqq yolundan sona kimi dönməmək
çağırışları çox güclüdür.
Bunu Çobanzadənin 1918-ci ildə uzaq Budapeştdə vətən
həsrəti ilə yazdığı “Dəyişmə”
adlı şeiri də sübut edir. Bu şeiri türk
dünyasının böyük oğullarından biri
Çobanzadənin vətən, millət sevgisinin zirvəsi də
hesab etmək olar.
Dəyişmə,
muradın millətsə sənin,
Vətənə,
torpağa xidmətsə sənin,
Qoy illər
dolansın, saydığını say,
Yolunu
şaşırsın ulduz, günəş, ay,
Sən
dönmə, qardaşım, haqqın yolundan,
Çəkinmə
sağından, nə də solundan.
Sənə
nə, yad eldə şənliklər olmuş,
Sənə
nə, harasa səadət dolmuş,
Unutma
müqəddəs kədərlərini,
Unutma o
viran, pis yerlərini,
Görsən
ki, dəyişmiş el-oba bütün,
Bir
parça çörək, ya isti yer üçün,
Sən
sürün, yenə də dəyişmə ancaq,
Sonda
qalibiyyət sənin olacaq.
(Budapeşt, 21 iyul 1918).
Şeir Bəkir
Çobanzadənin nə qədər öz millətinə,
xalqına bağlı şair olduğunu, onu bütün
varlığı ilə sevdiyini bir daha sübut edir.
Çobanzadə bu şeiri yazdığı zaman Krım
ağqvardiyaçılarla bolşeviklərin müharibə
meydanına çevrilmişdi. Bu müharibədə
tatarların bir qismi ağqvardiyaçıların, digər
qismi isə bolşeviklərin tərəfini tutmağa məcbur
olmuşdular. Döyüşlərdə ən çox ölən
və həlak olanlar da tatarlar idi. Bir sözlə, şərait
tatarları öz milli varlıqlarını unutmağa məcbur
etmiş, doğma tatar elləri yaddan
çıxmışdı. Halbuki bu yerlərin əsl sahibləri
min illər boyu tatarların özləri olmuşdular. Bunu uzaq
Macarıstanda ürək ağrısı ilə
qarşılayan Bəkir Çobanzadə həmvətənlərinə
səslənərək onları viran qalmış, xarabazara
döndərilmiş, tatar qanları ilə
suvarılmış çöllərini xatırlamağa, bir
parça çörək və ya isti yer üçün dəyişməməyə,
milli əqidədən dönməməyə
çağırırdı.
Çobanzadə
üçün dəyişməmək, milli əqidəsindən
dönməmək və bu yolda min bir əzablara qatlaşmaq,
hər şeydən, hətta şirin həyatdan belə
üstün və önəmli idi.
Tatar
çöllərində otların bitməməsi,
çoxdandır bu yerlərdə qəhrəman, xilaskar bir
igidin doğulmaması Bəkir Çobanzadənin ürəyini
ağrıdırdı. Bu ağrı isə misralara dönərək
kədərli və həzin nəğmə kimi Krımın
hər yerinə yayılırdı:
Dinc tatar
çölündə ot da bitməyir,
yox meyvələri.
Çoxdandır
bu yerdən igid ötməyir,
yolları
əyri.
Dinc tatar
çölünün kəndləri bolmuş,
İnsanlar
ürkək.
İgidlər
səssizcə məzara dolmuş,
uşaqlar
zirək.
Dinc tatar
çölləri, qəmdən keçilməz,
odsuz,
ocaqsız.
Dinc tatar
çölünə bir tufan gərək,
qurbağa
susar!
Bayquşlar,
doğulsa əgər bir erkək,
ödünü
qusar.
Dinc tatar
çölünə ətalət yağır,
qan gərəkdir,
qan!
Burda
hamı qoyun, dovşan,
ya
sığır, hanı bir aslan?
(Krım-tatar
türkcəsindən çevirmə Vilayət Quliyevindir).
Bu
şeir də Çobanzadənin uzaq Budapeştdən
xalqına səslənərək onları qəhrəman
keçmişlərini xatırlatmağa
çağırması, azadlıq mübarizələrinə
başlamalarını təbliğ etməsi idi. O öz
xalqının ətalət içində olmasından
çox üzülürdü və bunu tatarların milli faciəsi
kimi qəbul edirdi.
Çobanzadəni
hələ gənc yaşlarından şeir yazmağa həvəsləndirən
və ruhlandıran bir amil də vardı: Bu da türk dilinin
bütün türklər arasında birlik körpüsü
olacağına inanması idi. Bu işdə Bəkir
Çobanzadə şeirin xüsusi rol oynayacağı qənaətində
idi. Ona görə də o yazdığı şeirləri ilə
türklər arasında birliyə az da olsa öz töhfəsini
verməyə çalışırdı. Bütün
bunları nəzərə alaraq, Çobanzadə uzaq
Budapeştdən uşaqlıq və gənclik dostu, çox
sevdiyi Həmdi Atamana yazdığı məktubunda (20 may
1917-ci il): “Hər halda bizdə ədəbiyyat və şeirin
rolu, heç bir millətinki ilə müqayisə edilməyəcək
dərəcədə böyük olacaq. Ən azı
qarşıdan gələn iki-üç əsr ərzində...
Coğrafi və etnoqrafik vəziyyətimiz olduqca pisdir. Tarixi
keçmişləri və sərvətləri baxımından
böyük bir millət olan türk-tatarlar hər yerdə
azlıqda qalmış və əcnəbi təsirlər
altına düşmüşlər. Buna qarşı ən
böyük çarəmiz, heç olmazsa, bir dil birliyinə
nail olmaqdan ibarətdir”,- deyə ürək yanğısı
ilə qeyd etmişdi. Ona görə də yazdığı
şeirlərindən birində Çobanzadə ana türk
dilini sevə-sevə tərənnüm edərək, onun vasitəsilə
günümüzdə də keçmişdə olduğu
kimi, türk dünyasını yeni zəfər qələbələrinə
səsləyirdi:
Harada səslənsə
Nəvai dili,
Harada
çırpınsa Tokayın könlü
Orası əbədi
vətəndir bizə.
Oraya
dönərik öz türkümüzlə...
Bəkir
Çobanzadənin həyat və fəaliyyətini
araşdıran professor Vilayət Quliyev yazır: “Bəkir
Çobanzadənin Budapeşt dövrü
yaradıcılığında poeziya əsas yer tuturdu. Poetik
irsinin tədqiqatçısı İsmayıl Otarın
apardığı dəqiqləşdirmələrə
görə, müəllifin bütünlükdə 84
şeirini aşkara çıxarmaq mümkün olmuşdur.
Onların təxminən üçdə ikisi - 55 şeir 24
yanvar 1917 - 7 mart 1920-ci illər arasında Macarıstan
paytaxtında qələmə alınmışdır. “Qaval səsləri”
adı altında üç dəftərdə toplanan həmin
şeirlər şairin həyatının Budapeşt
dövrünə işıq salmaq, bu illərdəki fikir və
düşüncələrinə tərcümanlıq etmək
baxımından ən etibarlı mənbələrdir. Bu
şeirlərin yalnız biri müəllifin 1927-ci ildə
Ağməsciddə (Simferopol) çap olunan “Boran” adlı
kitabına daxil edilmişdir”.
Bəkir
Çobanzadə türk dili və ədəbiyyatı sahəsində
100-ü Azərbaycan dilində olmaqla, 150 kitab və
böyük məqalənin müəllifi idi.
Bəkir
Çobanzadə hələ gənc yaşlarından millət
yolunda canını, qanını fəda etməyə
hazır olan vətənpərvər bir şəxs idi. Bunu hələ
1918-ci ildə Macarıstanda yazdığı dua şeirində
də aydın görmək olar. Bu şeiri ilə
Çobanzadə özünə
millət vətən yolunda şərəfli bir
ölüm arzulayırdı:
Ey
Tanrım, sormadan məni yaratdın,
Böyütdün,
öyrətdin, bu yaşa çatdım.
Bilmədən
doğuldum, öləndə bilim,
Doğanda
ağladım, öləndə gülüm...
Allahım,
ver mənə bir ölüm-yaxşı
Əyilsin
önümdə düşmənin başı.
Hər
axşam, hər səhər bunu dilərəm:
Cənazəm
önündə toplaşsın ölkəm.
O bu
şeiri yazdığı vaxt hələ 25 yaşı tamam
olmamışdı. Amma ömrünü millət, vətən
yolunda fəda gedəcəyini və üstündən illər
ötəndən sonra adının bütün türk
dünyasında hörmət və ehtiramla çəkiləcəyini,
önündə baş əyiləcəyini sanki öncədən
hiss eləmişdi.
Bu gün
onun qəbri bilinmir, ancaq Xalq şairimiz Bəxtiyar Vahabzadənin
türkün ulu şairi Yunus Əmrə haqqında dediyi “Bir
yerdə doğuldu, min yerdə öldü, məzarı
könüllərdə, ürəklərdədir” sözlərini
eynilə Bəkir Çobanzadəyə də aid etmək
olar.
Bu gün
uzaq Macarıstanda, Krımda, Azərbaycanda və bütün
türk dünyasında Bəkir Çobanzadənin adı
hörmət və izzətlə çəkilir.
Onu da deyək
ki, Azərbaycan xalqı həmişə Bəkir Çobanzadənin
xatirəsini əziz tutub. Bakıdakı ən böyük
küçələrdən biri Bəkir Çobanzadənin
adınadır.
Heydər
Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü,
dəstəyi ilə Rumıniyanın Tekirgöl şəhərinin
mərkəzi küçələrinin birinə Bəkir
Çobanzadənin adı verilib. Bu isə, öz növbəsində,
Rumıniyada yaşayan türk və tatar icmaları tərəfindən
böyük məmnuniyyət hissi ilə qarşılanıb.
Bir sözlə, Krımda anadan olan Bəkir Çobanzadənin son məkanı onu sevən milyonlarla türkün sinəsi, qəlbidir. Nə qədər türk xalqı var, Bəkir Çobanzadə də digər türk uluları kimi əbədiyyətə qədər könüllərdə yaşamaqda davam edəcək. Son
Zaman.-2012.-15-16 mart.-
S.14.