Türkiyəni heykəlləri ilə heyrətləndirən həmyerlimiz

 

Hazırda bir çox mədəniyyət, incəsənət xadimlərimiz dünyanın bir çox ölkələrində çalışır. Bu yazıda onlardan biri - artıq 15 ildir Türkiyədə fəaliyyət göstərən soydaşımız Anar Eynidən söz açmaq istəyirəm.  

Bəri başdan deyim ki, Anar Eyninin Türkiyənin Konya, Antalya, İzmir, İstanbul, Manisa və digər şəhərlərində ucaltdığı 60-dan çox heykəl və büstünün bir qismi ilə virtual tanışlıqdan sonra məni, hər şeydən əvvəl, onun yaradıcılıq dühasının hüdudsuzluğu, ideyalarının bəşəriliyi, obrazlarının kamilliyi ovsunladı. Lakin cəhdlərimə baxmayaraq, bu sənətkarın özü ilə əlaqə saxlaya bilmədim. Elə bu səbəbdən onun valideynlərini aramaq məcburiyyətində qaldım.

 

Adama elə gəlir ki...

 

Adama elə gəlir ki, daşın dili yoxdur. Amma bu, heç belə deyil. Daşlar da, torpaq da danışır. Yetər ki, əvvəlcə, sənətkar onlarla dil tapa bilsin. Sənətkar onlarla dil tapanda həmin daşlar bütün el-oba üçün daha anlaşılan olur. Buna görə abidə üzərində işləməyə başlamazdan öncə heykəltəraş təsvir etdiyi hadisənin bütün detalları, şəxsiyyətin həyatı xarakteri ilə yaxından tanış olmalıdır ki, onları, sözün həqiqi mənasında, əbədiləşdirə bilsin; bununla özünü diqqət mərkəzində saxlamağı bacarsın. Anarın atasıgildə onun əsərləri ilə bir daha tanış olarkən ilk ağlımdan keçən bu fikir oldu. Bu mənada Anar Eyni Türkiyədə ucaltdığı abidələri ilə özünə heykəl qoyub desəm, yanılmaram. Elə sonradan açıqladığım bu fikrimi Anarın atası, texnika elmləri namizədi, Hacı Mötəmən Eyniyev (o, Azərbaycan Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutunun aparıcı elmi işçisi olub) təsdiq etdi.

 

Anarın sənət inciləri

 

Bəs Anarın Türkiyəyə yolu necə düşüb?” Bu sualımı cavablandıran Mötəmən müəllim dedi ki, Anar Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Heykəltəraşlıq şöbəsinin son kursunda oxuyarkən İstanbulda keçirilən bir beynəlxalq yarışmaya qatılır: “Elə həmin il İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunmuşGənc heykəltəraşlarmüsabiqəsində iştirak etdi. Onun müsabiqəyə təqdim etdiyiAtatürk, gənclik demokratiyakompozisiyası münsiflər heyəti tərəfindən bəyənildi heykəlin İzmir İncirli Gənclik Parkındakı Süleyman Dəmirəl meydanına qoyulmasına qərar verildi. Postamenti ilə birgə 14 metr hündürlüyündə olan həmin abidə sənət biliciləri tərəfindən yüksək dəyərləndirildi. Konyadakı Səlcuq Universitetinə dəvət edilən Anar Eyni bu təhsil ocağının tələbə şəhərciyindəƏliaddin Keyqubad”ın heykəlini ucaltdı. Bundan sonra Konyada ilk heykəltəraşlıq sərgisini təşkil edən Anar Eyni Osmanlı dövlətinin 750 illiyi münasibəti iləOsman Qazi” (Tarsus), “Dədə Qorqud”(Turqutlu), “Bilgə Kağan” (Tarsus) heykəllərini, “Əbülfəz Elçibəy” (Ceyhan) büstünü hazırladı”.

 

Konyanı tanıdan heykəltəraş

 

Mötəmən müəllimin sözlərinə görə, 1926-cı ildə Konyada Atatürk abidəsindən sonra heç bir abidənin qoyulmaması Anarı bir müddət düşündürür nəticədə orada bu şəhərin tarixini özündə əks etdirənZəfər abidəsiobeliskini ucaltmağa müvəffəq olur. Konya Mövlana Muzeyindəki Mövləvi həyatını izah edən köhnə heykəllərə yeni həyat vermək ona nəsib olur. Belə ki, o, Mövləvi heykəllərinin əllərini üzvlərini dəyişdirir: Konyada yaşayan insanların əlləri üzlərindən qəlib götürərək Mövləvilik ruhunu əks etdirməyə çalışır.        

Heykəltəraşlıq aləmində öz sözünü deməyə çalışan gənc sənətkar bir xalqın tarixi ilə, onun heykəlləri ilə tanış olmaq  fikrinə əsaslanaraq, Konya, eləcə böyük türk mədəniyyətini dünyaya daha gözəl bir şəkildə tanıtmaq üçün bir neçə yeni layihəyə imza atır. Bu layihələrdən biri sənət dostu Mutluhan Taşın 10 tablo özünün 9 heykəlinin birləşdiyiTək nəfəsdə eşqlayihəsidir. Türkiyədə, eləcə Azərbaycanda nümayiş etdirilən bu layihə ilə sənətsevərlər heykəltəraş Anar Eyninin əsərləri, sənətə baxışları, fikir düşüncələri ilə bir daha tanış olmaq imkanı əldə edirlər.

2002-ci ildə Konya Valiliyinin mədəniyyət müdirliyi Anar haqqında ayrıca kitab nəşr etdirir. İki dildə - türk ingilis dillərində işıq üzü görmüş bu kitaba Anarın 100-ə yaxın əsəri haqqında məlumat elmi tədqiqat işləri daxil edilib. Eləcə 2005-ci ildə Konya şəhərində xarici turistlər üçün ingilis dilində Cəlaləddin Rumi haqqında nəşr edilmiş kataloqda da Anarın əsərləri öz əksini tapıb.

 

“... görmək istərdim

 

 Anar Eyni Səlcuq Universitetinin Gözəl sənətlər fakültəsinin heykəltəraşlıq şöbəsinin müəllimidir. Mötəmən müəllimin sözlərinə görə, elə bu şöbə həmin təhsil ocağının rəhbərliyi tərəfindən Anar Eyniyə görə təsis edilib. 2008-ci ildə o, elmi araşdırmalarını böyük uğurla yekunlaşdıraraq heykəltəraşlıq elmləri doktoru adına da layiq görülüb.

... Bəli, sadə bir ziyalı ailəsində dünyaya göz açmış Anar Eyni bu gün qardaş ölkədə öz yeni əsərləri ilə diqqət mərkəzindədir.

Anarın atasıgili tərk edərkən ona belə bir sualla da müraciət etdim. Bəs indiyədək Anara Azərbaycanda heykəl ucaltmaq nəsib olmayıb?” Mötəmən müəllim başını buladı. Sadəcə, belə dedi: “Hər dəfə Türkiyənin bu ya digər şəhərində olarkən oğlumun ucaltdığı abidələri ziyarət edəndə qürur duyuram. Onu da deyim ki, artıq oğlumun sayəsində mən Türkiyədə tanınıram”. Anası isə qeyri-ixtiyarı dilləndi: “Azərbaycan Rəssamlar İttifaqının üzvü olan oğlumun Bakıda da bir işini görmək istərdim”.

 

 

QVAMI MƏHƏBBƏTOĞLU

 

Zaman.-2012.-29 mart.- S.9.