Dünənini sabahına daşıyan Lahıc

 

İndi yazın ətirli çağıdır. Çayların çağlayan, yazın adamı çağıran vaxtıdır. Belə günlərdə, üzümüzdən iraq, xəstələrdən başqa kənddə heç kim evdə oturmazdı, onları da öz istəkləri ilə, heç olmasa, eyvana çıxarardılar. 

 Bu mənada şəhər elə bil ki, baharı şəhərə buraxmaq istəmir, amma kənd ona qoynunu açır. Kənddə bahar daha canlı, daha təravətli, daha ətirlidir. Ona görə bir kənd adamı kimi şənbə günü baş direktorumuz Süleyman bəyin Lahıca səfər dəvəti mənim üçün lap yerinə düşdü. Yeri gəlmişkən, bu səfər zamanı aldığım zövqə, zəngin təəssürata, bənzərsiz yaşantılara görə ona təşəkkürümü bildirirəm.

Səhər vaxtlıdan yola çıxdıq. Süleyman bəyin digər dəvətliləri qəzetimizin əməkdaşı Anar bəy ÇağÖyrətim Şirkətinin maliyyə işlər müdiri Taner bəy idi.

Şəhərdən bir az aralanan kimi hər şey dəyişir, hər şey elə bil yeni məna daşıyır. Şamaxıya doğru irəlilədikcə üfüqlərə qədər uzanan yaşıllıqlar içimizdə genişlik duyğusu, xoş ovqat yaradırdı. Adam özü bilmədən təbiətə qovuşur, içi gözəlliklə silələnir, yaşamağın necə böyük nemət olduğunu bir daha anlayırsan. Sürətlə irəliləyən maşınımızdan arxada qalan ağaclar yol kənarında gülümsəyən uşaqlar kimi bizə əl eləyirdilər...

Şamaxıya yaxınlaşdıqda yolun sağındakı türk şəhidlərinin məzarını ziyarət etdik. Məzarların yanında geniş abidə kompleksi inşa edilib. Ətraf abadlaşdırılıb, yaşıllıqlar salınıb, güllər əkilib. Əsasən tamamlama işləri görülür. Komplekslə tanış olarkən avtobusdan düşən lisey şagirdləri onların müəllimlərini gördük. Gənc nəslin xalqının məxsus olduğu dəyərlərə sahib çıxması, onun tarixinə sayğı ilə yanaşması adamda gələcəyə inam hissi oyadır. Bu, çox önəmlidir. Bu, səfər əhvali-ruhiyyəsinə xoş bir rəng qatdı. Burada çalışan usta fəhlələrlə sağollaşıb yolumuza davam edirik.

Şəhərə çatmamış böyük Azərbaycan şairi M. Ə. Sabirin məqbərəsinə baş çəkdik. Burada da təmir bərpa işləri aparılırdı. Şairin məqbərəsi xeyriyyəçi-şair Gülağa Tənhanın vəsaiti hesabına ucaldılıb. Süleyman bəyin böyük marağına səbəb olan qəbiristanlıqdakıYeddi gümbəztarixi abidələri ilə tanış olandan sonra ŞamaxıdakıArazHazırlıq Kursuna yollandıq. Kursun rəhbəri Taleh Mənsimov digər işçilərlə görüşdük, dərs otaqlarına, idman meydançasına baxdıq, zəngin səhər süfrəsinin qonağı olduq. Xoş arzularla xudahafizləşib, yolumuza düzəldik. Biz hələ yolun olsa-olsa yarısını qət etmişdik. Yolçu yolda gərək...

Səfərimizin əsas hissəsi Lahıcla bağlı olduğundan mən bu yolu birinci dəfə getdiyimdən marağım hər an artırdı. Lahıc yolunun təqribən 20 kilometrinə asfalt döşənib. Əsrarəngiz yaşıllıqlar dağlar arasında getdikcə yüksələn Lahıc yolu ilə irəliləyirik. Yadıma uşaqlıq gənclik illərində yük maşınlarının açıq kuzovunda, köç barxanasının üstündə oturub Ermənistan ərazisində yerləşən tarixi dədə-baba yaylaqlarımıza getdiyimiz üç ay qayğısız-qayğısız dincəldiyimiz illər, Kəlbəcər, Laçın yolları düşdü. Kövrəldim. Bu yollar necə bir-birinə bənzəyir.

Asfalt döşənmiş hissədən sonra sıldırım qayaların döşü, Girdiman çayının sahili ilə ilan kimi qıvrıla-qıvrıla uzanıb gedən yolun daha təhlükəli hissəsi başlayır. Yolun kənarlarında yenicə təmizlənmiş təzə uçqunlar, qaya parçaları hər an baş verə biləcək təhlükəni aradan qaldırmaq üçün hazır vəziyyətdə dayanmış xüsusi texnika diqqətimizi çəkir. Gəndov kəndini keçəndən sonra avtomobilimizi çox peşəkarcasına idarə edən, səfər boyu daim deyib-gülən, zarafatlarından qalmayan Anar müəllimin çohrəsinə təbəssüm qonur. Bunu hamımız hiss edirik. “Haralısan?” sualınaHələ evlənməmişəm...”- deyə cavab verən gənclərdən fərqli olaraq, Anar bəy qürurla onaikinci kiçik vətən qazandıran”, dağın lap zirvəsində yerləşən qayınatasının yaşadığı  kəndi göstərir. Sonra isə: “Başqa yerləri demirəm, amma İsmayıllı ilə bağlı bütün suallarda mənimlə bəhsə girməyin, uduzarsınız”, - deyə öyünür. Süleyman bəy özünəməxsus zarafatından qalmadı: “İkinci vətənini su yolu eləyəndə, əlbəttə ki, bizdən çox biləcəksən...”

Nəhayət, deyə-gülə Lahıca çatırıq. Əsas küçənin lap başında - Bazar meydanında maşından düşüb, ilk dükana yaxınlaşırıq. Burada dükanların qarşısında nümayiş etdirilən müxtəlif qədim geyim nümunələri, tüfəng, zirehli döyüşçü paltarı, çoban yapıncısı, çoban papağı, dəridən hazırlanmış döşəmələr diqqətimizi cəlb etdi. Öyrəndik ki, turistlərin marağına səbəb olan bu geyimlər xatirə şəkilləri çəkdirmək üçündür.  Kiçik bir məbləğ ödəyəndən sonra xoşladığın geyimdə Lahıcdan bir xatirə fotoşəkli qazana bilərsən.

Təzəcə dükanlarla tanış olmağa başlamışdıq ki, Tarix-Diyarşünaslıq Muzeyinin baş mühafizi (bu sözdən o qədər xoşum gəldi ki...) Maarif Əliyev yaxınlaşıb özünü təqdim etdi. Çox səmimiyyətlə bizimlə söhbətə başladı. Lahıcın tarixindən qısaca məlumat verdi:

- Lahıcın min beş yüz yaşı var. Şəhər tipli qəsəbədir. Vaxtilə 20 min əhalisi olan bu qədim şəhərdə indi 2 min nəfər yaşayır. Lahıc üçün bir çox Şərq şəhərlərində olduğu kimi, yeddi rəqəmi çox əlamətdardır. Qəsəbə yeddi dağla əhatə olunub. Vaxtilə onun yeddi məhəlləsi, yeddi bulağı, yeddi məscidi, yeddi yüz evi, yeddi mədrəsəsi, yeddi mollaxanası s. olub. Kanalizasiya sistemi, su kəmərləri, yeraltı hamamları fəaliyyət göstərib.  Əhalisinin əsas məşğuliyyəti misgərlikdir. Amma tarix boyu Lahıcda 200-ə qədər xalq tətbiqi sənət növü ilə məşğul olublar. Lahıcı məşhurlaşdıran təkcə bunlar deyil. Lahıcdan yüzlərlə elm mədəniyyət xadimləri çıxıb.

Maarif müəllim bizi muzeyə dəvət edir. Daş pilləkənlərlə yuxarıya qalxırıq. Muzeyin ətrafında xeyli turist toplaşıb. Eksponatlarla tanış olur, Maarif müəllimdən çox şey öyrənirik. “Yeddi məsciddən beşi qalıb. Muzeyin  binası əvvəllər məscid olub”.

Burada bütün sahələri əhatə edən eksponatlar var - lampadan tutmuş üzəngiyə, məişət əşyalarına, soyuq silah nümunələrinə, körüyə kimi. Müxtəlif ölkələrdən gəlmiş turistlər eksponatlarla tanış olduqca heyrətlərini gizlətmirlər.  Bir Kanada vətəndaşının, həmyerlimiz olsa da, Azərbaycan türkcəsində danışmaqda çətinlik çəkdiyini görən Süleyman bəy onunla ingilis dilində asanlıqla anlaşır. Məlum olur ki, onun valideynləri əslən Lahıcdandır, özü burada doğulmasa da, qəsəbədə babasındanqalma evləri var. Gəlişinin məqsədi dədə-baba yurduna sahib durmaqdır.

Eksponatlar arasında Lahıc ziyalılarının portretləri qələm yoldaşımız Səməd Məlikzadənin bir neçə il bundan əvvəl  yazdığıDağların daş yaddaşı - Lahıcyazısı dərc olunmuşZamanqəzeti diqqətimizi çəkir.

Muzeydən çıxanda onunla yanaşı turistlərə xidmət göstərən, informasiya təminatı onların yerləşdirilməsi, gəzintilərə aparılması, mənzil istirahəti ilə məşğul olan Mərkəzin rəhbəri Dadaş müəllimlə tanış oluruq. Dadaş müəllim ziyalı adamdır, Lahıc barədə geniş məlumata malikdir, rusca, ingiliscə danışa bilir. Turistlər barədə bizi maraqlandıran suallara cavab verən Dadaş müəllim :

- Bura ən çox turist Almaniyadan gəlir. Fransızlar, isveçlilər, isveçrəlilər qonaq gəlirlər. Ən çətini adamayovuşmazı fransızlardır, ən əliaçıqları isə isveçlilərdir. Onlara hansı qiymətə xidmət təklif etsən, məmnunluqla razılaşır, ya da heç vaxt narazı qaldıqlarını büruzə vermirlər. Bununla belə, biz çalışırıq ki, onları razı salaq, istədiklərini yerinə yetirə bilək. Turistlərə fərq qoymuruq - ayrı-ayrı ölkələrdən gələnlərə fərqli qiymət demirik. İnsafən qiymətlər elə baha deyil. Bununla belə, etiraz edənlər olur, - deyir.

Söhbətin sonunda Süleyman bəy Taner bəyin Türkiyədən olduqlarıni bilən Dadaş müəllim oğlunun Qazi Universitetində kompyuter mühəndisliyi ixtisası üzrə təhsil aldığını qürurla dilə gətirir təəssüflə qeyd edir: “Oğlumun Lahıca qayıtmağını çox istərdim. Heyif ki, burada ona aid yoxdur...”

Ona oğluna uğurlar arzulayıb, daş pilləkənlərlə aşağıya - baş küçəyə düşürük. Ardı var...

 

 

LOĞMAN

 

Zaman.-2012.-17-18 may.-S.12.