Qazax Azərbaycanın ən gözəl
şəhərlərindən birinə və regional
mərkəzə çevrilir
Son illərdə Qazax rayonu sürətlə
inkişaf edərək, Azərbaycanın
ən gözəl rayonlarından birinə çevrilməkdədir.
Rayonun hər yerində böyük
vüsət alan abadlıq və quruculuq işləri göz
oxşayır. Qazax şəhərində
aparılan abadlıq və quruculuq işləri
çərçivəsində şəhidlərin abidə kompleksi sökülərək yerində
tamamilə yeni üslubda
abidə ucaldılmışdır. Abidənin ətrafında
abadlıq işləri aparılaraq 780 m2 aqlay
üzlük daş,
1850 m2 tamet plitə, 1500 m2 asfalt
örtüyü qoyulmuş,
620 p/m səki
daşı yenisi ilə əvəz edilmişdir. Dörd hektar sahəni əhatə edən
Heydər
Əliyev parkının 2 hektarlıq sahəsi tamamilə yenidən
qurulmuşdur. Parkın ərazisində ümumi sahəsi 1160
m2 olan “Gənclər Mərkəzinin” tikintisinə
başlanmış, 62250 m2 sahəyə tamet plitə, 1025 m2 mərmər
plitə döşənmiş, 554 p/m səki daşı dəyişdirilmiş,
2 ədəd fəvvarə quraşdırılmış, 1600
m2-ə yaxın çəmən otu əkilmiş, 500 m2
divarlar aqlayla üzlənmiş, 380 p/m fiqurlu balyans
düzülmüş, 2 ədəd pramida qüllə
ucaldılmış, çoxlu sayda dekorativ ağaclar və
kollar əkilmiş, işıqlanma sistemi yenidən qurulur və
bu istiqamətdə işlər davam edir.
Dəmir
yolu vağzalı binasının dam örtüyü tam dəyişdirilmiş,
1115 m2 sahəyə tamet plitə döşənmişdir.
Vağzala gedən Ə. Qədirov küçəsinin hər
iki tərəfində daş hasar inşa edilmiş, suvanaraq,
rənglənmiş, piyadaların rahat hərəkəti
üçün səki salınmış, asfalt
örtüyü yenidən qoyulmuş, işıqlanma sistemi
quraşdırılmış, küçə boyunca 3
binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsində
abadlıq işləri aparılmışdır.
Şəhərin
qərbdən giriş hissəsində 1460 m2 sahəsi olan
Dövlət Bayrağı Meydanı tikilmiş, 51 metrlik
qüllə ucaldılmış, meydanda 6,8 metr
hündürlükdə qala divarı və 5,2 m hündürlükdə
bürclər tikilmiş, Ağstafa rayonu ilə sərhəddə
22 m hündürlüyündə rayonun ünvanını
bildirən obeliskin, şəhərin girişində 2 ədəd
qala divarı və dairəvi yolda oturacaq sahəsi 6 m,
hündürlüyü 14,3 m olan qüllənin inşası
davam etdirilir.
Bundan
əlavə şəhərin Bakı, Ə.Şıxlinski, Ə.Qədirov
küçələri və magistral yol kənarları
boyunca 9.000 m2 divar hörülmüş, 6.000 m2-dən
artıq divar aqlayla üzlənmiş 500 m2-də dekorativ
işlər aparılmış, 5000 m2 suvaq, 15.000 m2 rənglənmə
işləri görülmüş, 1200 p/m səki
daşları düzülmüş və 1200 m2 tamet plitə
döşənmişdir. Magistral yol boyunca 40 min ədəd, cəmi
rayon ərazisində isə 127.800 ədəd ağac əkilmiş,
17.700 m2 asfalt örtüyü qoyulmuşdur.
Magistral
avtomobil yolunun kənarında 5 mərtəbəli
yaşayış binasının fasad hissəsində
müasir milli memarlıq üslubunda yenidənqurma işləri
aparılır.
İnkişaf göz önündədir
2012-ci
ilin birinci rübündə rayon üzrə əsas kapitala
yönəldilən investisiyaların həcmi 7.668.600 manat ,
ümum məhsul buraxılışının həcmi
25.198.200 manat olmuşdur ki, bu ötən ilin müvafiq
dövrü ilə müqayisədə 6.099.300 manat çoxdur.
Sənaye məhsulunun ümumi həcmi 2.800.000 manat, kənd təsərrüfatı
məhsullarının həcmi 5.986.100 manat olmuşdur.
Adambaşına düşən ümumi məhsulun həcmi
275 manat, orta aylıq əməkhaqqı 220 manat olmuşdur.
2012-ci
ilin birinci rübünün yekunları da Qazaxın sürətli
inkişaf yolunda olduğunu bir daha təsdiq etdi. Qeyd edək ki, Qazax rayonu üzrə
2012-ci ilin yerli gəlir və xərclərinin proqnozu 17.537.630
manat məbləğində müəyyənləşdirilmişdir.
Büdcənin mədaxil hissəsinin 4.088.000 manatını
yerli daxilolmalar,13.449.630 manatını isə mərkəzləşdirilmiş
xərclərdən alınacaq dotasiya təşkil
etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 23,3 faiz,
dotasiya isə 76,7 faiz olmuşdur. 2012-ci ilin birinci
rübündə yerli daxilolmalar 993.384 manat proqnoza
qarşı 1.068.396 manat və ya 107,6 faiz yerinə yetirilərək,
büdcəyə 75.012 manat
çox vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
büdcəyə 231.406 manat çox vəsait daxil olmuşdur.
Tikintilər davam edir
Hazırda
23 km uzunluğu olan Yuxarı Salahlı-Kəmərli və Qazaxbəyli-Aşağı
Salahlı avtomobil yollarında, illik gücü 1 milyon ton olan
“Qazax Sement zavodu”nda və illik gücü 5 min ton olan Qazax
Konserv zavodunda, Konserv zavodunun ərazisində məskunlaşmış
məcburi köçkünlər və qəza vəziyyətində
olan Azadlıq küçəsi 108 saylı binanın sakinləri
üçün 2 ədəd 24 mənzilli binanın tikintisi
davam etdirilir.
Kənd təsərrüfatı
inkişaf etdirilir
2012-ci
ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı
məhsullarının artırılması məqsədilə
bir sıra səmərəli işlər
görülmüş və müsbət nəticələr əldə
olunmuşdur.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32
nömrəli və sonrakı Qərarlarının icrası
ilə əlaqədar kənd təsərrüfatı məhsulları
istehsalçılarına istifadə etdikləri yanacaq və
motor yağlarına görə dövlət büdcəsi vəsaiti
hesabına 3415 hektar buğda əkini üçün 136632
manat yardım hesablanaraq, istehsalçılara verilmişdir.
Bu
ilin məhsulu üçün yazlıqların əkini davam
etdirilir. İndiyə kimi erkən yazlıqlardan 167 hektar yonca,
63 hektar kartof və 15 hektar tərəvəz əkilmiş və
əkin işləri davam etdirilir.
Azərbaycan
Respublikası Prezidentinin regionlarda
üzümçülüyün inkişafı ilə
bağlı verdiyi müvafiq göstərişlərdən
sonra rayon ərazisində əlavə 10 hektar yeni üzüm
bağı salınaraq, üzümlüklərin sahəsi 358
hektara çatdırılmışdır. Gələcəkdə
bu sahənin genişləndirilməsi ilə əlaqədar
lazımi işlər davam etdirilir.
Mövcud
suvarma sularından vaxtında və itkisiz istifadə
olunması üçün plana uyğun olaraq, Zor, Axmaz,
Şıxlı, Xanlıqlar, Aslanbəyli və Nasos
arxlarında rayon Suvarma Sistemləri idarəsi və Melioservis
idarəsi tərəfindən 164 min
m3 həcmində lildən təmizləmə
aparılmışdır.
İstehsalçılara
texnika cəhətdən kömək göstərilməsi məqsədilə
Aqroservisdən və şəxsi vətəndaşlarda olan 28
ədəd şum traktoru, 259 ədəd təkərli
traktorlar, 15 ədəd toxum təmizləyən, 25 ədəd
taxıl və qarğıdalı səpən, 17 ədəd
mala, 12 ədəd gübrəsəpən və 50 ədəd
digər kənd təsərrüfatı texnikalarından
istifadə olunur.
Əhalinin sosial müdafiəsi
təmin edilir
Dövlət Sosial Müdafiəsi Fondunun Qazax Rayon şöbəsi tərəfindən
əhalinin pensiya və müavinətlərinin
ödənilməsi üçün
2012-ci ilin 3 ayında ödəniş müəssisələrinə
6.027.535 manat vəsait
köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən
2.010.582 manat çoxdur.
Şöbədə 2012-ci ilin 3 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 90,2 faiz yerinə
yetirilmişdir. Bu
göstərici büdcə təşkilatları üzrə
712.500 manat proqnoza qarşı 633.599 manat,
yəni 88,9 faiz, qeyri
büdcə təşkilatları və fiziki
şəxslər üzrə isə 121.200 manata
qarşı 119.098 manat toplanmaqla 98,3 faiz yerinə yetirilmişdir.
Toplanmış vəsait 2011-ci ilin
müvafiq dövrü
ilə müqayisədə 74.097 manat
artıq olmuşdur. 2012-ci ilin
birinci rübündə Əmək və
Əhalinin Sosial Müdafiəsi Mərkəzi
tərəfindən 1.629.141 manat aylıq
müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir.Ötən
3 ay ərzində Mərkəz tərəfindən
1.693 ailəyə ünvanlı sosial
yardım təyin edilmiş, 651.789 manat vəsait
ödənilmişdir.
Qazlaşdırma davam etdirilir
Rayonun
Xanlıqlar kəndində məskunlaşmış 58 məcburi
köçkün və qaçqın ailələrinə
müxtəlif diametrli 2.021 p/m polietilen və 25 mm-lik 110 p/m
metal boru çəkilmiş, 58 ədəd məişət
qaz sayğacı və 58 ədəd fərdi qaz tənzimləyicisi
quraşdırılaraq, əhali
təbii qazla təmin olunmuşdur.
Qaz
İstismar Sahəsi üzrə 134 yeni tikilmiş mənzil təbii
qazla qazlaşdırılmışdır. Bundan başqa Qaz
İstismar Sahəsinin xidmət ərazisində istismar
müddətini bitirmiş, “Sənayecihaz” tipli 674 ədəd
məişət qaz sayğacları “Elster” tipli yeni qaz
sayğacları ilə əvəz edilmişdir. Əhali abunəçilərinin
qaz təminatını yaxşılaşdırmaq məqsədilə
rayon ərazisində 396 p/m yararsız xətt yenisi ilə əvəz
edilmiş, Daş Salahlı, Birinci Şıxlı, İkinci
Şıxlı və Yuxarı Salahlı kəndlərində
qaz xətlərinin çəkilişi işləri davam
etdirilir.
Səhiyyədə
və təhsildə uğurlar
2012-ci
ilin 3 ayı ərzində rayonun təhsil, səhiyyə və
mədəniyyət müəssisələri tərəfindən
də bir sıra işlər görülmüşdür. 2012-ci
ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 9 fənn
üzrə 105 nəfər şagird
iştirak etmişdir. Onlardan 7 nəfər fənn olimpiadalarının
respublika mərhələsinə vəsiqə qazanmış
və Olimpiadanın Respublika turunda 5 nəfəri mükafata
layiq yer tutmuşdur. Rayonun səhiyyə müəssisələrində
238 nəfər həkim və 643 nəfər orta tibb
işçisi əhalinin sağlamlığı keşiyində
dayanmışdır. Mərkəzi xəstəxanada cərrahi
şöbənin əsaslı təmiri başa
çatmış, şöbə lazımı
avadanlıqlar, bərk və yumşaq inventarlarla təmin
olunmuşdur. Psixatriya xəstəxanasında təmir işləri
davam etdirilir. Hər iki xəstəxanada istilik sisteminin yenidən
qurulması işlərinə başlanılmışdır.
3 ay ərzində
47 nəfər şəkərli diabet, 11 nəfər vərəm,
24 nəfər onkoloji xəstə aşkar edilərək,
dispanser müşahidəyə götürülmüş və
hazırda müalicə olunurlar. Bütün şəkərli
diabet xəstələrinə testlər
paylanmışdır. Rayon ərazisində fəaliyyət
göstərən Müalicə Diaqnostika Mərkəzinə
3 ay ərzində 4.140 ambulator gəliş olmuş, Mərkəzdə 10.646
ümumi müayinə olunmuş, 164 cərrahi əməliyyat
aparılmış və hemodiz şöbədə 80 xəstəyə
2.576 hemodiz seanslar tətbiq olunmuşdur.
Rayon
Gənclər və İdman idarəsi tərəfindən
2012-ci ilin 3 ayında gənclərlə iş sahəsi
üzrə 5, bədən tərbiyəsi və idman sahəsi
üzrə 8 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə
gənclərin bütün təbəqələri təmsil
olunmaqla 1.455 nəfər yeniyetmə və gənc iştirak
etmişdir.
Yeni iş yerləri
açılır
Regionlarda
sosial-iqtisadi inkişafla əlaqədar Qazax rayonunda davamlı
surətdə yeni iş yerləri açılır. Birinci
rübdə 11 yeni müəssisə yaradılmış,
176-sı daimi olmaqla 301 yeni iş yeri
açılmışdır. 2012-ci ilin 3 ayı ərzində
6 dövlət və 4 qeyri-dövlət müəssisələrindən
53 boş iş yeri təqdim edilmiş, 119 nəfər vətəndaş
Məşğulluq Mərkəzinə müraciət
etmişdir. Onlardan 65 nəfəri iş axtaran kimi qeydiyyata
alınmış, 26 nəfər münasib işlə təmin
olunmuşdur.
Problemlər yerindəcə həll
edilir
2012-ci
ilin 3 ayı ərzində Qazax RİH başçısı
tərəfindən 12 səyyar görüş-qəbullar
keçirilmişdir. Həmin görüşlərdə
iştirak edənlərin sayı 1260 nəfər, müraciət
edənlərin sayı 116 nəfər olmaqla 38 təklif irəli
sürülmüşdür.
2012-ci
ilin 3 ayı ərzində qaldırılan problemlər və
təkliflərdən 28 məsələ icra edilmiş, 10 təklif
ilə əlaqədar aidiyyəti təşkilatlar
qarşısında məsələ
qaldırılmışdır.
Qazax Rayon İcra Hakimiyyəti gələcəkdə də
həm Dövlət Proqramında nəzərdə tutulmuş
vəzifələrin, həm də cari
tapşırıqların həllində uğurla
çalışmaq, ölkəmizin sosial-iqtisadi sahədə
əldə etdiyi uğurlara öz töhfəsini vermək
niyyətindədir.
Zaman.-2012.-19-21 may.-S.5.