Bura Qazaxdır

 

Qazaxa el içində Azərbaycanın qərbə açılan qapısı deyirlər. Qərb istiqamətindəki son yaşayış məntəqəsidir. Qazax aşıq vətəni kimi ad çıxarıb. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mehdi Hüseyn, Səməd Vurğun, Hüseyn Arif, İsmayıl Şıxlı kimi böyük şairlərin və söz ustalarının vətənidir.

Qazax dedinmi, heç bir məclis sazsız ötüşmür. Burada saz musiqisinə hər kəs heyrandır. Bəzən bu məclislər saatlarla davam edir. Şifahi xalq ədəbiyyatının bəzi janrlarından Qazax məişətində, gündəlik leksikonda geniş istifadə edilir. Söhbət əsnasında, bir misal çəkmək istəyəndə, birini tərifləyəndə və sair durumlarda bunu poetik şəkildə, şerlə, qoşma ilə edirlər. Qərb bölgəsinin toyları da aşıqsız olmur. Ən populyar saz havası Yanıq Kərəmdir. Adətən aşıqlar bir araya gəlincə mütləq deyişir, öz aralarında sözlə və ifa ilə yarışırlar

 Qazax adını tarixçilər müxtəlif prizmalardan izah edirlər. Bunlardan biri, Qazaq türk tayfasıdır. Eramızdan çox əvvəl burada məskunlaşan Qazaq tayfası Azərbaycan xalqının etnogenezində yaxından iştirak edib. Hesab edirlər ki, bu kəlimə qas aq sözlərinin birləşməsindən əmələ gəlib. Çox güman ki, Kaspi (Xəzər) dənizinin qərb hövzəsindən qərbə cənuba yayılan bu tayfanın bir qolu da Qafqaz Albaniyasının qərbində çoxalıb. Qasöncə qaz, sonralar xaz (xəzərlər) adlanan tayfa birliyinin soy adıdır. Əski türkcədə ucalıq, yüksəklik, dağ deməkdir. isə mütəxəssislərin fikrincə həm yurd, məkan bildirir həm qalxmaq, ucalmaq mənalarını verir. Başqa bir ehtimala görə, Qazax dağ adamı, dağlı mənasını verir. Ucalıqlarda yaşayan qaslar, dağlı qaslar, dağ qasları kimi yozurlar.

Kür, Çoğaz, Xramçay rayon ərazisindən axır.

Qazax Ermənistanla 168 km sərhəd zolağında yerləşir.

1991 - ci ildən bəri Qazax rayonunun 6 kəndi erməni işğalı altındadır. Tarixi - arxeoloji abidələr təbii zənginlikləriylə məşhur dağıdılmış Yuxarı Əskipara, Aşağı Əskipara, Məzən, Ayrımlı, Xeyrimli kəndləri bomboşdur. Bağanıs Ayrım kəndi 1991 - ci ildə tamamilə yandırılıb.

 

Tarixi abidələri

 

Qazaxda dünya, ölkə yerli əhəmiyyətli 112 tarixi abidə var. Rayon mərkəzindəki tarixi İsrafil ağa hamamı, Cümə məscidi Seminariya binası diqqət çəkir.

 

Şıxlı insan düşərgəsi

 

Birinci Şıxlı kəndinin yaxınlığında aparılmış qazıntılar zamanı 1023 arxeoloji məmulat tapılıb. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri aşkar edilib.

 

Baba Dərviş

 

Şəhərdən 2 km qərbdə, Ağstafa çayının solunda antik yaşayış məskəni kimi dünya əhəmiyyətli abidədir. Tunc dövrünə aid iri şəhər olub. Dəfələrlə hücumlara, basqınlara məruz qalaraq, dağılıb, nəhayət güclü zəlzələdən sonra tamamilə ortadan itib. Süqut edəndən sonra əhalisi ətraf kəndlərə köçüb. Bir müddət sonra qədim şəhərin xarabalığında dərvişlər məskən salıblar.

1958 - 62 - ci illərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində ərazidə 3 mədəni təbəqə aşkar edilib. Eranın III - I minilliklərə aid yaşayış məskəni, ibadətgah yerləri qəbir abidələri üzə çıxarılıb. Keçən əsrin 70 - ci illərində Ağstafadan Barxudarlıya dəmir yolu çəkilərkən, bu qədim zəngin yaşayış yeri dağıdılıb. Baba Dərviş ərazisində 3 dini abidə türbə var.

Göyəzən - Qazaxlılar buranıdünyanın mərkəzihesab edirlər.

Göyəzən Qazağın emblemidir. Rayondakı ən böyük təbii abidədir. 250 metr hündürlüyü var. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km soldadır. Heç bir dağa təpəyə bitişik deyil. Təkdir. Dibində ətəyində iri qədim yaşayış yerinin, Yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insan məskənləri sayılan mağara - otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış.

 

Aveydağ (VI - VII əsrlər)

 

Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, - bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıdadır. Cəbhə xəttinə yaxın olduğundan giriş qadağandır. Burada alban məbədi var. Adətən xristian məbədləri əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. Aveydağ sözünün özü təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə “Ay Tənqri” (Ay Allah) ifadəsi olub. Tarixçi alim Q.Qeybullayev Avey sözünün əslindəAveyyox, ‘Ayev’ (Ayevdağ) olduğunu əsaslandırıb. V.V.Radlov altay türklərində “Ay moko” (‘möhkəm Ay’) əfsanəsini qeydə alıb.

 

Sınıq körpü (V əsr)

 

Deyilənlərə görə, araba, fayton dəvə, qatır karvanları üçün nəzərdə tutulan bu körpü ya Sasanilər (III əsr) ya da Qafqaz Albaniyası dövründə (V əsr) inşa edilib. Tikiləndən uzun illər sonra körpünün tacı, daş çatmasının biri sınıb. O vaxtdan adı Sınıq körpü qalıb. Zaman içərisində dağılan körpünün bəzi qalıqları durur. Sol sahildəki özül qalığının üstündə meşəçi evi tikilib ki, o da yeməkxana kimi fəaliyyət göstərir. Saysız - hesabsız ticarət karvanlarının dayanacaq məntəqələrindən olub. Yaxınlığındakı digər məşhur körpüylə birlikdə Qoşa körpü adını veriblər.

 

Qırmızı körpü (XII əsr)

 

Sınıq körpüdən təxminən 100 metr aralıda, 1136 - 1225-ci illərdə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvan zamanında tikilmiş Qırmızı körpü dörd aşırımlıdır. Kürə qovuşan Təpədöy çayının üstündə, iki təpənin arasında salınıb. Bişmiş qırmızı kərpicdən hazırlandığına görə adı Qırmızı körpü qalıb. Uzunluğu 165 metr, eni 12.4 - 4.3 metrdir. Sahil dayaqlarında geniş otaqlarda vaxtilə karvanlar gecələyib. Gürcüstanla Azərbaycan arasında körpü rolunu oynayan bu tarixi əsər hazırda qoruq - muzey elan edilib. Sərhəd keçid məntəqəsi burada yerləşir.

 

Didevan qülləsi (VI - VII əsrlər)

 

Gözətçi qalasıdır. Dədəban - Dədə evi deyirlər. Qala XX əsrin ortalarınadək ziyarətgah olub. E.ə. I minillikdə inşa edilən bu gözətçi qülləsi Avey dağındakı Alban məbədiylə birlikdə müdafiə sistemi təşkil edib. Xanlıqlar kəndi ərazisindəki müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına aiddir. Adını müxtəlif cür desələr, ayrı - ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Dədəban Qalası kəsik konusvari formadadır. Hündürlüyü 9 - 10 metr, diametri 5 - 6 metrdir. Qalanın rəngi qaraya çalan boz rəngdir. İri qaya parçalarından hörülüb.

 

Göy türbə (1896)

 

Hacı Əfəndinin ocağıdır. Gəncədən Qazaxa, Borçalıya qədər insanlar and içərkənGöy türbə haqqıdeyirlər. Yerlilərin dediyinə görə, Hacı Mahmud Əfəndi Qaraninin türbəsi Qafqazda, hətta Türkiyədə tanınan ziyarətgahdır. Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncə çayı boyunca uzanan yolun solundadır. Geniş möhkəm hasarın içərisindədir. Mavi rəngli, çoxkünclü türbədə iki şəxs dəfn edilib. Onlardan biri Hacı Mahmud Əfəndinin məsləkdaşı yaxın dostu Seyid Yasindir. Əvvəlcə, 1893-cü ildə Hacının iştirakı ilə türbə ucaldılıb. Vəsiyyətinə görə, Hacı Əfəndi burada dəfn edilib. Onun müridlərindən biri olan Nigari daha sonra Türkiyəyə köçüb orada vəfat edib. Hacı Mahmud əfəndi Türkiyənin Amasya şəhərində ustadı mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir cami tikdirib. Caminin ön tərəfinə Hacı Mahmud əfəndi Qaraninin adı yazılan lövhə vurulub.

 

Qazax xalçası

 

Azərbaycan xalça məktəblərindən biridir. Ən qədim sənət növlərindəndir. Berlin İncəsənət muzeyinin Şərq bölməsində, İstanbulun Türk İslam əsərləri muzeyində XV əsrə aid edilən Qazax xalçası saxlanır. Bu xalçalarda əfsanəvi epik heyvanlar hadisələr, simurq quşu əjdahanın savaşı kimi ən qədim motivlər əks olunub. Tədqiqatçıların söylədiyinə görə, bir - birinə zidd olan iki qüvvənin, xeyirlə şərin mübarizəsini təmsil edən bu çeşid Azərbaycan xalçaları o zaman dünya bazarında çox tələb görüb, çox satılıb hədiyyə verilib.Dağ Kəsəmən”, “Qazaxça”, “Şıxlı”, “Borçalı”, “Qaymaqlı”, “Ağqoyunluxalçaları məşhurdur. Kəndlərdə rayonun özündə bir neçə variantlıQazax - şəhəradlı orijinal kompozisiyalı xalılar toxunur. Qazax xalılarında bəzək elementi kimi svastikadan işlənməsi maraq oyandırır. Günəşi təmsil edən bu ornamentin belə geniş istifadəsi təsadüfi deyil. Bunun 4 min ildən artıq yaşı var. Vaxtilə burada yaşayan tayfalar arasında rəmzi mahiyyət daşıyıb damğa rolunu oyanyıb.

 

 

Zaman.-2012.-19-21 may.-S.2.