Salman Mümtaz - məşhur türkoloq və ədəbiyyatşünas alim (2)

 

O belə hesab edirdi ki, milli folklor nümunələrinin toplanması və təbliği, bütün türklər arasında körpü rolunu oynayan, onları bir bayraq altında toplayan “Dədə Qorqud”, “Manas” və digər dastanların birləşdirici gücündən istifadə edilməsi türk qövmləri arasında yeni Mətə, Oğuz xaqanların, Alp Arslanların, Osman qazilərin yetişməsinə imkan verəcək. 

 

O, bütün varlığı ilə əsarət altında olan türklərin yenidən dünyanın ən güclü və qüdrətli dövlətləri arasında öz layiqli yerini tutacağına əmin idi. Salman o dövrdə yazırdı: “Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk-islam dünyasını, ana Turanı görürəm. Turan bütün türk qövmlərini öz bayrağı altında toplaya bilən qüdrətli və ədalətli bir dövlət olacaq. Bu dövlət dünya xalqlarına əbədi sülh və səadət gətirəcək, dünyanın hər yerində haqq və ədaləti müdafiə edəcək, zülmə qarşı mübarizə aparacaq,  bəşər övladının dinc şəraitdə yaşaması, günahsız körpələrin müharibə qurbanlarına çevrilməməsi, anaların bir də övladları üçün göz yaşları tökməməsi üçün bütün imkanlarından istifadə edəcək”.

 “Ənvəriyyə” adlanan şeir Mümtazın türk dünyasına nə qədər çox bağlı olduğunu bir daha sübut edir. Şeirdən iki bəndi oxucularımıza təqdim etməyi özümüzə borc bilirik

 

Ənvəriyyə

Yaşa, ey qazi-yi azam,

yaşa, ey muhtəşəm Ənvər!

Səninlə fahr edir şimdi

büyük sultan, ulu  qeysər

Ki, sənsən dahi-yi dövran,

sənsən fatih-i kişvər,

Sənə şayəstədir elhakk

tila ovrengü zər efser .

Doğar mader-igiti sənin

tək bir bir nər ər

Hayali ay kimi aydın,

məramı gün kimi Ənvər?!

 

Sehab-i küfrü tən böldün,

kılınç darbıyla etdin şakk,

Çıkartdın milləti

yekser ışıklı günlərə elhakk,

Ayıltdın Türkləri, verdin

dəmadəm Türklüye revnak

Sana bu işdə yardımcı

yakin oldu cənabHakk,

Sən oldun Hazrat-i Hakkın

səfa-yı lutfuna mazhar

Yaşa, ey gazi-yi azam, yaşa,

ey muhtəşəm Ənvər!

 

Bakıda Salman Mümtaz  Üzeyir Hacıbəyli ilə tanış olur onlar dostlaşırlar. Hər iki ədib tez-tez Azərbaycanın başına gətirilən faciələr, türk millətinin gələcəyi barədə dərdlərini bölüşdürərdilər. Azərbaycana gəldikdən sonra Salman həm müxtəlif mətbu orqanlar ilə əməkdaşlıq edir, həm ailəsini dolandırmaq üçün ticarətlə məşğul olurdu. Eyni zamanda o, qədim əlyazmaları toplamağa onları tədqiq etməyə başlamışdı. Məqsədi isə yuxarıda dediyimiz kimi, bununla türk xalqlarının unutdurulmaqda olan tarixini, ədəbiyyatını, tanınmış simalarını yenidən onun özünə qaytarmaq, keçmişimizlə gələcəyimiz arasında müxtəlif səbəblər üzündən qırılan mədəni, mənəvi elmi bağlılığı bərpa etmək idi.

Gənc müstəqil Azərbaycanımızın qazandığı hər uğuru ürəkdən alqışlayan Salman Mümtaz yazdığı məqalələrində istiqlal nəğməkarı kimi çıxış edirdi. O, Azərbaycan qəzetinin işıq üzü görməsi ilə bağlı Üzeyir bəyi digərlərini qucaqlayaraq sevinc içində: “Müstəqil Azərbaycanımızın içində daha bir Azərbaycan günəşi doğdu. Bu günəşimiz yeni fəaliyyətə başlayanAzərbaycanqəzetidir.Azərbaycanəsarətdə olan bütün türk ellərinin haqq səsinə səs verərək, onların da ən sevimli qəzeti olacaq”,-demişdi.  Azərbaycanqəzeti Salman Mümtazın  türk millətinin haqq səsini dünyaya çatdırmasında bir tribuna rolunu oynadı. O bu qəzetdə müntəzəm olaraq türk xalqlarının, türk ədəbiyyatının tarixinin problemlərinə həsr olunmuş məqalə şeirlərlə çıxış edirdi. Azərbaycanqəzetinin 91-ci sayında Mümtazın müstəqil Azərbaycana həsr olunan şeiri dərc olundu. Bu şeir onun daimi müəllifi olduğuƏdəbi sütunlaradlı silsilə bölməsində dərc olunmuşdu. Salman bu şeirində müstəqil Azərbaycanı necə sevdiyini bir daha ortaya qoymuş oldu. O, yazırdı:

 

Cəhanə ilk çıxan

tazə ayə and olsun,

Cavanlığında dönən

qəddü-yayə and olsun,

Qəsə olmuş münirə,

o şahi-təbanə,

Şahabə, mirə, nura,

ziyaya and olsun.

 

Mümtazın Bakı fəaliyyəti haqqında sonralar onu yaxından tanıyan yazar Əbdül Qafar MahmudovAzərbaycanjurnalının 1963-cü il, 11-ci sayındaMən Səhhəti tanıyırdımadlı xatirə yazısında yazırdı:

 “1918-ci ilin sonu idi. Bakıda idarədə oturmuşdum. İsmayıl Həqqi gəldi, (məşhur aktyor) yanında bir nəfər var idi. İsmayıl Həqqi bizi tanış elədi. Bu, şair Salman Mümtaz idi. İş günü qurtarmışdı. Bərabər küçəyə çıxdıq. Salman Mümtaz bizi evimizə getməyə qoymadı. Fayton çağırdı, bizi öz evinə apardı qonaq elədi, sonra dedi: “Mən Abbas Səhhətlə qardaşlıq idim. Hər dəfə Bakıya gələndə mənimlə görüşər, qonaq olar can-dildən söhbət edərdik”.

Əbdül Qafar Mahmudovun yazdığından məlum olur ki, o, Səhhətlə yazışırmış. Sonralar o bu materialları Salman Mümtaza vermişdi. Salman da bu  yazışmalar əsasında Abbas Səhhət haqqında kitab yazmışdı. Təəssüflər olsun ki, repressiya illərində bu kitab Salman Mümtazın digər əsərləri və əlyazmaları kimi yoxa çıxıb və onun harada olduğu bu günə kimi məlum deyil. Hazırda yalnız Salman Mümtazın Abbas Səhhət haqqında yazdığı “Xatirə” əsəri Əlyazmalar İnstitutunda saxlanılır.

Salman Mümtaz bütün varlığını türk millətinin yüksəlişinə və tərəqqisinə həsr etmişdi. Azərbaycanın müstəqilliyinin bir nemət olduğunu və onu göz bəbəyi kimi qoruyub saxlamağın vacibliyini öz məqalələrində dönə-dönə qeyd edən Mümtazın bununla əlaqədar yazdığı “Öyün, millət” şeiri gənclər arasında dillər əzbəri idi:

 

Tefahur eylə, ey millət,

muradın hasıl olmuşdur,

Daha əflakə yüksəlməz

sənin ahü əfqanın.

Ziyasız rus zulmündən

o yüksək ruhun ölmüşdü,

Dökürdü şişəyə hər dəm

şərabi nab tək kanın.

Qızılgül tək açıl, gül,

gör ki Türkün şanlı ordusu

Revakarşa nasbetmiş böyük Osmanlı unvanın.

Səmaya doğru tuğrul tək sən, ey Türk oğlu, , yüksəl

Ki, sənsən şanlı evladı

şərəfli əski Turanın.

Bütün, Mümtaz, ellərdən olar Türk milləti mümtaz ,

Sürər bundan sonra Türklük şərəfli-şanlı devranın.

 

Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra hər an ölüm təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, Salman Mümtaz  çoxları kimi ölkəmizi tərk etmədi. O, vətəndə qalan digər millətsevər ziyalılarımız vətənpərvər oğullarımız kimi əsarət şəraitində gənc nəsli yeni istiqlal mübarizəsinə hazırlamağı qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə o, “Azərnəşr”də işə düzəldi. İlk işi klassik ədəbiyyatımızda önəmli iz buraxmış şairlərimizin fəaliyyətini araşdırmaq oldu. Qısa müddətdə, daha doğrusu 1920-25-ci illərdə bu böyük insan təxminən 200 klassikimizin həyatını araşdırıb, onlar haqqında elmi məqalələr yazaraq, ədəbi ictimaiyyətimizə təqdim etmişdi. Klassiklərə həsr olunan elmi məqalələrində Salman Mümtaz, ilk növbədə, onların ana dilinə bağlı olmasını, türk-islam dünyasını ürəkdən sevdiyini önə çıxararaq bu yolla gənclərimizə, ədəbi ictimaiyyətmizə istiqlal ruhu aşılayırdı. Kəndbəkənd, oba-oba gəzərək qədim əlyazmalarımızı toplayırdı. O, qədim əlyazmalar sərrafı idi onların gələcək nəsillər üçün qədər böyük nümunəvi, tərbiyəvi əhəmiyyət kəsb edəcəyini, milli oyanışımızda, milli özünüdərkdə necə əvəzsiz rol oynayacağını çox yaxşı bilirdi. O, harada əlyazma olduğunu öyrənirdisə, dərhal özünü ora çatdırır, sahibi ilə görüşürdü. Qeyrətli oğullarımız ona bu əlyazmaları pulsuz verirdilər. Bəziləri isə  əlyazma üçün pul tələb edirdilər. Belə hallarda o, pulu olsa, dərhal bu əlyazmanı alar, olmayanda isə yanındakı ən qiymətli əşyasını girov qoyaraq əlyazmanı əldə edərdi. Əslində bu, ömrünü millətinin səadətinə həsr edən böyük bir vətənpərvərə xas olan xüsusiyyət idi. Bu baxımdan onu türk dünyasının böyük oğlu, XI əsrdə yaşayan türk elm mədəniyyətinin zirvəsi hesab edilən Mahmud Kaşğari ilə müqayisə etmək olar. Mahmud Kaşğari vaxtilə Türküstanı (indiki Orta Asiya) kəndbəkənd, evbəev gəzmiş, türk qövmlərinin folklorunu toplamış, milli adət-ənənələrini, yaşayış tərzlərini, danışdıqları ləhcələri tədqiq etmiş türk dünyası üçün mənəvi xəzinə hesab edilən bir əsəri- “Kitabü-Lüğat-it-Türk”ü yazmışdı. Bu əsər türk dilini, türkün adət-ənənələrini, zəngin folklorunu, mədəniyyətini, coğrafiyasını, tarixini, ləhcələrini öyrənənlər üçün qiymətli bir mənbə idi. Salman Mümtaz da böyük insan Kaşğarinin bu ənənəsini davam etdirirdi. Amma Kaşğaridən fərqli olaraq, Salman Mümtazın həyatı qəddar bolşevik rejimi dövrünə düşdü bu da onun min bir əzab-əziyyət hesabına yığdığı əlyazmaların vəhşicəsinə məhv edilməsinə, özünün isə güllələnməsinə aparıb çıxardı.

Salman Mümtazın öz vətənini necə sevdiyini onun 1926-cı ildə Bakıda keçirilən türkoloqların birinci qurultayındakı çıxışı bir daha sübut etdi. Həmin qurultayda Salman Mümtaz türk dünyasına aid folklor nümunələri, klassiklərimizin həyatına işıq salan mənbələr haqqında geniş məlumat verərək, bütün bunları türk dünyasının ortaq mədəni xəzinəsi adlandırdı.

Salman Mümtazın bu çıxışı qurultayın işində qonaq kimi iştirak edən böyük türkoloq, vətənpərvər azərbaycanlı filosof Əli bəy Hüseynzadədə dərin izlər buraxdı onu qürurla türk dünyasının ən böyük alimi adlandırdı.

 

 

 Zaman.-2012.-1-2 may.-S.14.